17-04-2023, 14:30
Ermənistanda saxlanılan hərbiçilərimiz həbs edildiErmənistanda saxlanılan azərbaycanlı hərbçilər - Aqşin Bəbirov və Hüseyn Axundovla bağlı cinayət işi açılıb. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, onlar həbs edilib.
17-04-2023, 14:00
Beyləqanda dəhşətli hadisə - Hərbiçi idarə etdiyi maşınla kanala düşdüFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Qeyd edək ki, Sahil Ağayevin hərbçi, idarə etdiyi maşının isə dostuna aid olduğu bildirilir.
17-04-2023, 13:00
Reznikov Ankaradan üzr istədiUkraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin itkiləri barədə məlumat verərkən bunu Türkiyədəki zəlzələ qurbanlarının sayı ilə müqayisə etdiyinə görə Ankaradan üzr istəyib. Reznikov bu barədə tviter səhifəsində yazıb. "Ukrayna və Türkiyədəki hər kəsdən səmimi şəkildə üzr istəyirəm. Ukraynalılar türk xalqına simpatiya ilə baxır. Minlərlə günahsız insanın, dostun, qonşunun dəfn olunmasının nə demək olduğunu anlayırıq. Rusiya işğalı başlayandan bəri Krımla bağlı sarsılmaz dəstəklərinə görə türk dostlarımıza minnətdaram", - o qeyd edib.
17-04-2023, 12:00
Putin müdafiə naziri ilə görüşdüRusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Bununla bağlı Rusiya mətbuatı məlumat verib. Məlumata görə, Şoyqu Putinə Sakit Okean Donanmasının qəfil təftişinin gedişi barədə hesabat verib.
17-04-2023, 11:30
Almaniya XİN başçısı Rusiyaya sərt sözlər ünvanladı"G7 ölkələri Rusiya diktatoru Putini məqsədlərinə çatmayacağına inandırmalıdır". Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib. "Bizim dəstəyimizlə Ukrayna Rusiyanın enerji müharibəsinə və qış hücumuna qarşı müqavimət göstərdi... İndi söhbət Putinə yorğunluq səbəbindən öz məqsədlərinə çatmayacağına dair qətiyyətimizi göstərməkdən gedir", - o söyləyib. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
16-04-2023, 23:56
Yuxarı Qarabağ kanalı daşdıYuxarı Qarabağ kanalı bəndi yararaq daşıb. Hadisə Bərdə rayonunda baş verib. Rayonun Cəyirli kəndi ərazisində Yuxarı Qarabağ kanalının 537-ci keçidində kanal daşıb. Suyun daşması nəticəsində böyük ərazi su altında qalıb. Əraziyə çox sayda texnika cəlb olunub. Daha böyük fəsadların qarşısını almaq üçün bəndbərkitmə işləri aparılır. Yuxarı Qarabağ Kanalı idarəsindən bildirilib ki, suyun daşması nəticəsində xəsarət alan və ya mal-qara tələfatı olmayıb. Hadisəyə səbəb kanalın sağ cinahını suda yaşayan heyvanların oyması səbəb olub.
16-04-2023, 21:00
Dubayda 16 nəfərin ölümüylə nəticələnın yanğın baş verdiDubayda yaşayış binasında genişmiqyaslı yanğın baş verib. Hadisə nəticəsində azı 16 nəfər ölüb, daha 9 nəfər yaralanıb. Rəsmilər bildiriblər ki, yanğına səbəb binanın təhlükəsizlik tələblərinə cavab verməməsi olub. Yanğınsöndürənlər dərhal hadisə yerinə gəlib və binanı təxliyə ediblər. İlkin ehtimala görə, yanğın dördüncü mərtəbədən başlayıb.
16-04-2023, 19:30
Bolqarıstan Ukraynayla taxıl idxalına son qoya bilər
Bolqarıstan Polşa və Macarıstandan sonra Ukrayna taxılının idxalına qadağa qoya bilər. Bunu Bolqarıstanın kənd təsərrüfatı naziri Yavir Geçov deyib. “Bolqarıstanın maraqlarını qorumaq lazımdır, müvafiq tədbirlər görməsək, ölkəmizdə külli miqdarda vəsaitin yığılması ilə bağlı ciddi risk var”, - o bildirib. Nazir əlavə edib ki, qadağa artıq altı Avropa ölkəsinin kənd təsərrüfatı nazirləri ilə müzakirə olunub.
16-04-2023, 19:00
Putin Çinin müdafiə nazirini qəbul etdiRusiya Prezidenti Vladimir Putin Çinin müdafiə naziri Li Şanfunu qəbul edib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb. “Putin Çinin Dövlət Şurasının nümayəndəsi, Çinin müdafiə naziri Li Şanfu ilə işgüzar görüş keçirib”, - Kreml rəsmisi bildirib. Görüşün detalları açıqlanmayıb.
16-04-2023, 18:00
Ukraynada 10 ilin ən böyük daşqını baş veribUkraynanın Çerniqov vilayətində son 10 ilin ən böyük daşqını baş verib. Çaylarda suyun səviyyəsinin qalxması səbəbindən bir sıra şəhər və qəsəbələr su altında qalıb. Bildirilib ki, suyun səviyyəsi artmaqda davam edərsə, 4000-dən çox insanın yaşadığı 22 yaşayış məntəqəsini daşqın təhlükəsi gözləyir. Xilasedicilər Ukraynanın bir sıra regionlarında yaz daşqınlarının nəticələrinin aradan qaldırılmasını davam etdirirlər. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zərərçəkənlərə 24 ton içməli su, ərzaq məhsulları gətirilib. Son məlumatlara görə, 225 ev su altında qalıb, onlardan 187-si bağ evi və təxminən 11 min hektar əkin sahəsidir.