13-04-2023, 16:38
Cənubi Koreyadan Ermənistan və Azərbaycana səyahətlə bağlı qadağaCənubi Koreya öz vətəndaşlarına Ermənistan və Azərbaycanın sərhədyanı rayonlarına səyahət etməyi qadağan edib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, 4-cü ən yüksək səyahət xəbərdarlığı səviyyəsi müəyyən edilib. Qadağa 15 apreldən qüvvəyə minəcək.
13-04-2023, 16:25
Peskov Putinin məqsədini açıqladı"Cəmiyyət Vladimir Putinin ətrafında birlik və konsolidasiya nümayiş etdirir, rusların əhval-ruhiyyəsində əsas olan budur". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "NATO-nun Ukraynadakı münaqişədə iştirak dərəcəsi artıb, lakin bu, Rusiya üçün əməliyyatın müsbət nəticəsinə təsir etməyəcək. Vladimir Putin özünün əsas məqsədini vətəndaşların həyatını yaxşılaşdırmaqda görür, bu onun əsas ideyasıdır. Qara dəniz heç vaxt “NATO dənizi” olmayacaq. Qerşkoviçin həbsi prezidentin yox, xüsusi xidmət orqanlarının səlahiyyətindədir. Kreml Aleksey Navalnı ətrafında vəziyyətə nəzarət etmir. Hazırda Putinin qrafiki üzrə Çin lideri ilə yeni telefon əlaqəsi yoxdur", - deyə o bildirib.
13-04-2023, 16:00
Azərbaycanla Bosniya Herseqovina arasında bəyənnamə imzalandıAprelin 13-də Sarayevoda “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç imzaladılar.
13-04-2023, 15:00
İtkin düşən əsgərimiz ermənilərin işgəncəsinə məruz qalıbAzərbaycan Ordusunun itkin düşən əsgəri Axundov Hüseyn Əhliman oğlu Ermənistan ərazisində saxlanılıb. Onun Qafan rayonunda tutulduğu bildirilib. Sosial şəbəkələrin erməni seqmentində azərbaycanlı əsgərin foto və videoları yayılıb. Kadrlardan göründüyü kimi H.Axundov Ermənistanda saxlanıldıqdan sonra amansız işgəncələrə məruz qalıb. Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki hərbçisi əsgərlər - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunduğunu bəyan edib.
13-04-2023, 14:12
Prezident Bosniya və Herseqovinaya səfərə getdiAprelin 13-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sarayevo şəhərinin Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşarats və digər rəsmi şəxslər qarşılayıblar.
13-04-2023, 14:06
Sabahın hava proqnozuAprelin 14-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah hava şəraitinin Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.
13-04-2023, 14:02
Minsk Qrupunun işi dondurulub, lakin.. - ATƏT sədri"Minsk Qrupunun işi dondurulub, lakin müvafiq şəraitdə format lazım ola bilər". Bunu Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT sədri Buyar Osmani İrəvanda Ermənistan XİN başçısı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib. "Amma ATƏT-in daxilində təkcə Minsk Qrupu deyil, ermənilərlə azərbaycanlılar arasında sülh prosesini dəstəkləmək üçün istifadə oluna biləcək bir çox başqa alətlər və mexanizmlər var", - o əlavə edib.
13-04-2023, 13:58
Ermənistan qoşunlarının Azərbaycanla sərhəddən çıxarılmasına hazırdır"Ermənistan qoşunlarının Azərbaycanla sərhəddən güzgü effekti ilə çıxarılmasına hazırdır". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. "İrəvan Avropa İttifaqının qoşunların Azərbaycanla sərhədin bütün perimetri boyu geri çəkilməsi ilə bağlı təklifi ilə razılaşır. Hakimiyyət bunu 2021-ci ildən deyir. Bu, Praqa bəyanatının və Soçi üçtərəfli bəyanatının əsasını təşkil edən məntiqdən irəli gəlir", - deyə Paşinyan qeyd edib.
13-04-2023, 12:00
Ömürlük məhkum kamera yoldaşını qətlə yetirdiÖmürlük məhkum Zahidi Kəhriz Abbasov kamera yoldaşını qətlə yetirib. Hadisə mübahisə zəminində baş verib. 29 ildir məhkum həyatı yaşayan Zahidi Kəhriz Abbasov mübahisə zəminində eyni kamerada saxlanıldığı Oleq Surxayeviç Abişevə ağır bədən xəsarətləri yetirib. Oleq Abişev bir neçə gün sonra müalicə müəssisəsində vəfat edib. Zahidi Kəhriz Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə araşdırılır. Qeyd edək ki, Zahidi Kəhriz Abbasov 20 yaşında Rusiyada qətl törətdiyinə görə ömürlük məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda yerləşən qapalı həbsxanaya köçürülüb.
13-04-2023, 11:00
Slovakiya ukraynalı hərbiçilərin baş kəsilmə videosuna münasibət bildirdi"Baş vermiş hadisə, unudulmuş və cəzasız şəkildə qalmayacaq". Bunu Slovakiyanın baş naziri Eduard Heger twitter səhifəsində Ukrayna hərbçilərinin başının kəsilməsi ilə bağlı videoya münasibət bildirərkən yazıb. "Rusiya təcavüzkarlarının Ukraynada törətdiyi dəhşətli vəhşiliklərin gündəlik dozasına uyğunlaşa bilmirik. Ukrayna əsgərinin İŞİD üslubunda başının kəsilməsi göstərir ki, onların pis əməllərində nə hüquqi, nə də insani məhdudiyyət yoxdur. Nasistlər də belə düşünürdülər. Amma cəzasız qalmadı. Bu da unudulmayacaq", - o qeyd edib. Qeyd edək ki, dünən CNN ukraynalı hərbçilərin başının kəsildiyini əks etdirən 2 video yayıb.