12-04-2023, 14:40
Vardanyanı döyən deputatla bağlı cinayət işi açıldı
Ermənistan parlamenti 65 lehinə səslə baş prokurorun deputat Mher Saakyana qarşı cinayət işinin başlanması ilə bağlı müraciətini təsdiqləyib. Deputatın toxunulmazlığından məhrum edilməsi məsələsi müzakirə olunmayıb. Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, bunun üçün yeni vəsatətin müzakirəsi və qəbulu tələb olunur. Qeyd edək ki, martın 31-də parlamentdə müxalifət nümayəndəsi Mher Saakyan ilə deputat Vladimir Vardanyan arasında insident yaşanıb.
12-04-2023, 14:29
ABŞ Lavrovun toplantıya qatılması üçün hələ də viza verməyib - XİN"Rusiya XİN başçısı Sergey Lavrov və ölkəmizin nümayəndə heyətinə bu ay ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT Təhlükəsizlik Şurasının toplantılarına qatılmaq üçün viza hələ verilməyib". Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov söyləyib. "Moskva jurnalist Evan Gerşkoviç barəsində qanunvericiliyə uyğun hərəkət edir. Biz bu mövzu ilə bağlı təzyiqləri qəbul etmirik. Rusiya Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin buraxılması barədə ABŞ-ı xəbərdar edib. Sənədlərin sızma məsələsi də saxta və çaşdırma məqsədi güdə bilər", - deyə o bildirib.
12-04-2023, 13:00
Erməni təxribatı nəticəsində şəhid olan hərbiçi son mənzilə yola salındıÖtən gün Ermənistan ordusunun təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Zalov Abşeron rayonunun Saray qəsəbəsində son mənzilə yolsa salınıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şəhidin cənazəsi Saray qəsəbəsində yerləşən Şəhidlər qəbiristanlığında torpağa tapşırılıb.
12-04-2023, 12:30
Ermənilərin törətdiyi təxribatla bağlı cinayət işi açılıbAprelin 11-də Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. "Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk. Vətən var olsun!", - məlumatda qeyd edilib.
12-04-2023, 12:00
Şəhid olan hərbiçi ata olmağa hazırlaşırdıŞəhid Elşad Həsənov Ağstafa rayonunun Xətai kəndində son mənzilə yola salınacaq. Hazırda dəfn üçün hazırlıq işləri gedir. Bunu açıqlamasında Ağstafanın Xətai kəndinin icra nümayəndəsi Musa Hüseynov bildirib. “Şəhidimizin nəşi doğma kəndinə gətirilib. Onunla vida mərasimi keçiriləcək, daha sonra kənd məzarlığında dəfn olunacaq”, - o deyib. İcra nümayəndəsi erməni təxribatı nəticəsində şəhid olan Elşad Həsənovun bir neçə ay əvvəl ailə həyatı qurduğunu söyləyib: “Elşad bir neçə ay əvvəl evlənib. Onun yoldaşı hazırda hamilədir. Atası da dünyasını dəyişib. Şəhidin həyat yoldaşı ilə yanaşı, anası və bacısı var. Bacısı evlidir”. Qeyd edək ki, ötən gün Laçın istiqamətində Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri gizir Həsənov Elşad Qabil oğludur. Şəhid hərbçimiz 1994-cü il təvəllüdlüdür. O, Ağstafa rayonunun Xətai kəndinin sakini olub. Əslən Gədəbəy rayonunun Qaravəlilər kəndindəndir. Elşad Həsənov uşaq olarkən ailəsi Ağstafa rayonunun Xətai kəndinə köçüb
12-04-2023, 11:30
Şəhid olan hərbiçinin vida mərasimi keçirildiÖtən gün Laçında şəhid olan hərbçimiz Elşad Həsənovla vida mərasimi keçirilir. Şəhid gizir doğulduğu Ağstafa rayonunda dəfn ediləcək. Qeyd edək ki, düşmən təxribatının qarşısını alarkən şəhid olan E.Həsənov Xətai kəndində anadan olub. 1994-cü il təvəllüdlü şəhid müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu olub. O, bir neçə ay öncə ailə həyatı qurub.
11-04-2023, 23:30
Aİ Cənubi Qafqazda sülhün bərqərar olunmasının tərəfdarıdırAvropa İttifaqı (Aİ) Cənubi Qafqazın çiçəklənməsində, sülh və sabitliyin təmin olunmasında maraqlıdır. Bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Brüsseldə “Cənubi Qafqazda təhlükəsizlik: Aİ-nin rolu nədir?” mövzusunda müzakirə zamanı deyib. O qeyd edib ki, sabitliyin təmin olunmasında Aİ-nin iştirak etməsi heç kimə qarşı deyil: "Cənubi Qafqaz bizim qonşuluğumuzdadır və burada sülh və sabitlik istəyirik. Bu prosesdə iştirakımız heç bir üçüncü tərəfə qarşı yönəlməyib. Cənubi Qafqaz qonşu regiondur və biz burada sülh və sabitlik arzulayırıq”. Klaarın sözlərinə görə, Brüsseldə liderlər bir çox mövzuda müzakirələr aparıb və müəyyən razılıq əldə olunub.
11-04-2023, 23:24
Rusiya ombudsmanı İnsan Hüquqları üzrə Avropa Şəbəkəsindən uzaqlaşdırıldıRusiya ombudsmanı Tatyana Moskalkova İnsan Hüquqları üzrə Milli İnstitutların Avropa Şəbəkəsindən kənarlaşdırılıb. Bu barədə NEXTA məlumat yayıb. Bildirilib ki, Moskalkovanın xaric edilməsi təşkilat tarixində ilk presedentdir. Bunun Rusiyanın işğalçılıq siyasətinə etiraz əlaməti daşıdığı deyilir. Qeyd edək ki, 67 yaşlı ombudsman 2016-cı ildən bu postu tutur.
11-04-2023, 23:00
Gürcülərin yarıdan çoxu siyasi qüvvələrə inanmır - DeputatGürcüstan vətəndaşlarının yarıdan çoxu heç bir siyasi qüvvəyə inanmır. Bu barədə Gürcüstan parlamentinin müxalifəti təmsil edən deputatı Xatia Dekanoidze məlumat verib. “Əhalinin 61%-i heç bir partiyaya, o cümlədən, müxalifətə inanmır. Ona görə də bizdə belə dalğalanmalar var. Səhər bir şey deyirik, axşam başqa şey. Düşünürəm ki, bu hekayə çox kədərlidir”, - deyə Dekanoidze ölkədəki siyasi mühitdən narazılığını ifadə edib.
11-04-2023, 22:00
Təxribat zamanı şəhid olan hərbiçilərimizin fotosu yayıldıXəbər verdiyimiz kimi, bu gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub.
Butov.az şəhidlərimizin fotolarını təqdim edir:
Fotoda: Abşeron sakini Zalov Vidadi Nizami oğlu
Fotoda: Ağstafa rayon Xətai kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Elşad Qabil oğlu
Fotoda: Şahbuz rayon sakini Tağıyev Səbuhi Gündüz oğlu Allah rəhmət eləsin!