Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
11-04-2023, 13:46
Müharibədə iştirak etməyənlərin xaricə səyahətinə qadağa qoyulmamalıdır - Arestoviç


Müharibədə iştirak etməyənlərin xaricə səyahətinə qadağa qoyulmamalıdır - Arestoviç

Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviç döyüşmək istəməyən və zorla orduya səfərbər olunan kişi cinsli vətəndaşların xaricə səyahətinə qadağa qoyulmasını tənqid edib. O, jurnalist Vasili Qolovanova müsahibəsində bu barədə danışıb. Eks-müşavir bunun dövlət problemi olduğunu söyləyib. "Onlar bölmələrin motivasiyasını azaldırlar. Döyüşmək istəməyən cəmi 2 nəfər öndə gedən bölməni 1 gündə məhv edə bilər. Belə hallar çox olub, dövlət probleminə çevrilib. Ona görə də istəməyənləri cəlb etmək düzgün deyil", - Arestoviç bəyan edib.
11-04-2023, 13:38
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda aprelin 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
11-04-2023, 13:35
Dərmanlar aşağı qiymətə satılsın ki, əhali ala bilsin - Deputatdan təklif


Dərmanlar aşağı qiymətə satılsın ki, əhali ala bilsin - Deputatdan təklif

Azərbaycanda kütləvi xəstəliklərlə bağlı dərmanların əhaliyə pulsuz verilməsi təklif edilib. Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli çıxış edib. “Mümkünsə bütün əhaliyə, mümkün deyilsə, kasıb, qazi, ailələrinə dərmanlar pulsuz paylanılsın. Həmin əhali üçün apteklər açılsın, dərmanlarla təmin olunsunlar. Heç olmasa daha aşağı qiymətə satılsın ki, əhali o dərmanları ala bilsin. Tarif Şurası da buna nəzarət edə bilər. Tarif Şurasından heç vaxt eşitmədik ki, qiymətləri bir dəfə aşağı salsın. Elə hər dəfə qiymətləri qaldırır”,- deyə deputat bildirib.
11-04-2023, 13:31
Ukrayna nüvə silahı yarada bilər, lakin buna ehtiyac yoxdur - Arestoviç


Ukrayna nüvə silahı yarada bilər, lakin buna ehtiyac yoxdur - Arestoviç

"Ukrayna 9 aya nüvə silahı yarada bilər, lakin buna ehtiyac yoxdur". Bunu ölkənin Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç deyib. "Biz bunu 6 aydan 9 aya qədər bərpa edə bilərik. Lakin bu yolla biz uğrunda mübarizə apardığımız beynəlxalq müqavilələr sistemini pozmuş olacağıq. Ümumbəşəri və ümumavropa tendensiyaları çərçivəsində qalmalıyıq", - o əlavə edib. Onun sözlərinə görə, Ukraynanın indiki mövqeyində qalaraq beynəlxalq hüquq sisteminin tərəfdarı olması daha yaxşıdır.
11-04-2023, 13:27
Misirdən Rusiyaya raket tədarükü - Şok İddia


Misirdən Rusiyaya raket tədarükü - Şok İddia

"Misir gizli şəkildə Rusiyaya raket tədarük etməyi planlaşdırır". Bunu "The Washington Post" nəşri Pentaqonun sosial şəbəkəyə sızmış “məxfi sənədləri”nə istinadən yazıb. Bildirilib ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi bu yaxınlarda Rusiyaya qaçaqmalçılıq yolu ilə 40 minə qədər raket tədarük etməyi əmr edib. Nəşrin məlumatına görə, sənəddə Misir prezidentinin Qərblə problem yaşamamaq üçün rəsmilərə raketlərin istehsalı və daşınmasını gizli saxlamağı da tapşırdığı bildirilib. Burada Rusiya üçün mərmi və barıt tədarükü də qeyd olunub. Sənədlərə görə, Misir diplomatı Əhməd Əbu Zeyd jurnalistlərə bildirib ki, Misirin müharibənin ilk günlərindən tutduğu mövqe müdaxilə etməməyə əsaslanır: “Biz hər iki tərəfi hərbi əməliyyatlara son qoymağa və danışıqlar yolu ilə siyasi həllə nail olmağa çağırmağa davam edirik". Öz növbəsində ABŞ hökumətindən anonim mənbə bildirib ki, bu cür tədarüklərin həyata keçirildiyinə dair heç bir sübut yoxdur: "Biz bunun baş verdiyini görməmişik". Qeyd olunub ki, Rusiyanı Ukraynadakı müharibə üçün silahla təmin etmək Moskva ilə əlaqələrini dərinləşdirməsinə baxmayaraq, ölkəyə ildə 1 milyard dollardan çox təhlükəsizlik yardımı göstərən ABŞ ilə tərəfdaşlıq quran Misir üçün təhlükəli olardı. "Misir bizim Yaxın Şərqdəki ən uzunmüddətli müttəfiqlərimizdən biridir. Sisinin gizli şəkildə Rusiya üçün Ukraynada istifadə oluna biləcək raketlər istehsal etdiyi doğrudursa, biz münasibətlərimizi ciddi şəkildə nəzərdən keçirməliyik", - senator Kris Mörfi söyləyib.
11-04-2023, 13:25
İranda molla rejiminə etiraz - “Zəngəzur Azərbaycandır” şüarı ilə


İranda molla rejiminə etiraz - “Zəngəzur Azərbaycandır” şüarı ilə

İran küçələrində molla rejiminə etiraz edən soydaşlarımız "Zəngəzur Azərbaycandır" şüarları yayıblar. Bu barədə "Mouze" teleqram kanalı paylaşım edib. Bildirilib ki, güneyli soydaşlarımız Zəngəzurla bağlı şüarları şəhərin müxtəlif yerlərinə yerləşdiriblər. Şüarlarda "Zəngəzur və Təbriz qardaşlığı əbədidir", "Zəngəzur Azərbaycandır!", "Zəngəzur bizim qırmızı çizgimizdir" deyə fikirlər yer alıb.
11-04-2023, 13:23
Çin Tayvan ətrafındakıhərbi təlimlərini sonlandırdı


Çin Tayvan ətrafındakıhərbi təlimlərini sonlandırdı

Aprelin 10-da Çin Tayvan ətrafında üç günlük hərbi təlimlərini başa çatdırıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Çin Xalq Respublikasının əsgərləri adanın blokadası ilə bağlı təlimlər keçirib. Ordu hərbi təlimləri uğurla başa vurduğunu və bölmələrin döyüş şəraitində fəaliyyət qabiliyyətini sınaqdan keçirdiyini açıqlayıb. Hərbçilərin sözlərinə görə, onlar separatizmin və xarici müdaxilənin istənilən formasının qarşısını qətiyyətlə almağa hazırdırlar.
10-04-2023, 22:40
Dünya iqtisadiyyatı çətinliklə üz-üzə qalıb


Dünya iqtisadiyyatı çətinliklə üz-üzə qalıb

Dünya iqtisadiyyatı yüksək qeyri-müəyyənliklə xarakterizə olunur, bərpası çətin olaraq qalır və parçalanma dərinləşir. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) baş icraçı direktoru Kristalina Georgiyeva bildirib. “İqtisadiyyatın ümid etdiyimiz səviyyədə bərpası əvvəlki kimi çətin olaraq qalır”, - o deyib. Kristalina Georgiyevanın sözlərinə görə, 2023-cü ildə dünya iqtisadiyyatının artımı 3 faizdən az olacaq: "Ən çox narahatlıq doğuran odur ki, bu artım növbəti beş ildə dəyişməyəcək. Bizi bir yerdə tutan əlaqələr son illər daha çox zəifləyib. Parçalanma şiddətlənir”.
10-04-2023, 22:36
Estoniya höküməti tam tərkibində istefaya göndərildi


Estoniya höküməti tam tərkibində istefaya göndərildi

Estoniya hökuməti tam tərkibdə istefaya göndərilib. Bu barədə Estoniyanın baş naziri Kaja Kallas bildirib. Estoniya qanunlarına görə, hökumət yeni parlament çağırıldıqda istefa verir, lakin yeni hökumət işə başlayana qədər öz funksiyalarını yerinə yetirməyə davam edir. Yeni hökumət İslahat Partiyası, Eesti 200 və Sosial Demokrat Partiyasının imzaladığı koalisiya sazişi əsasında formalaşacaq və İslahat Partiyasının hazırkı lideri Kaja Kallas üçüncü dəfə hökumətə rəhbərlik edəcək.
10-04-2023, 22:32
Paşinyana çətir atan qadınla bağlı cinayət işi açılıb


Paşinyana çətir atan qadınla bağlı cinayət işi açılıb

Ermənistanın baş naziri Nikol Paşinyana çətir atan qadın saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, 47 yaşlı qadın baş nazirə qarşı zorakılıq tətbiq etməyə çalışıb və bundan əvvəl o, polisin qanuni tələblərinə tabe olmayıb. Hücum edən qadına qarşı cinayət işi açılıb. Hadisənin baş vermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!