Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                       
7-04-2023, 23:16
Ağdam rayonunda insan sümükləri tapılıb


Ağdam rayonunda insan sümükləri tapılıb

İşğaldan azad olunmuş Ağdam rayonunda aparılan qazıntı işləri zamanı tapılmış insan sümüklərinin görüntüsü yayılıb. Ağdam rayonu, Ergi düzü adlanan ərazidə qazıntı işləri aparılan zaman insan skeletinə bənzər sümüklər aşkar edilib. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. Daha əvvəl də işğaldan azad edilmiş torpaqlarda kütləvi məzarlıqlar aşkarlanıb. Belkə ki, azad edilmiş ərazilərdə, o cümlədən Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd kəndləri, eləcə də Xocalı rayonunun Fərrux kəndində və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkarlanıb.
7-04-2023, 15:40
Ukraynanın əks-hücum planları haqqında bəyanatı izləyirik - Peskov


Ukraynanın əks-hücum planları haqqında bəyanatı izləyirik - Peskov

"Rusiya Federasiyasının hərbçiləri bütün məlumatları, o cümlədən Blinkenin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum planları haqqında bəyanatını izləyir və nəzərə alır". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Belarusla ittifaq dövlətinin təhlükəsizlik konsepsiyası ən qısa zamanda hazırlanacaq. Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsi planları Rusiyanın nüvə doktrinasına yenidən baxılmasını tələb etməyəcək. Kreml Si Tsinpin və Makron arasında danışıqlara dair xəbərləri izləyir, bu mühüm təmasdır. Şübhə edirəm ki, dünyanın nüvə silahından tam imtina ilə bağlı ümumi konsensus potensialı var", - o qeyd edib. Peskov Makronun Çinə səfərini şərh edərkən Pekinin xarici təsir altında mövqeyini dəyişmədiyinə əminliyini ifadə edib.
7-04-2023, 15:29
Ukraynanın əks-hücum planları haqqında bəyanatı izləyirik - Peskov


Ukraynanın əks-hücum planları haqqında bəyanatı izləyirik - Peskov

"Rusiya Federasiyasının hərbçiləri bütün məlumatları, o cümlədən Blinkenin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum planları haqqında bəyanatını izləyir və nəzərə alır". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Belarusla ittifaq dövlətinin təhlükəsizlik konsepsiyası ən qısa zamanda hazırlanacaq. Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsi planları Rusiyanın nüvə doktrinasına yenidən baxılmasını tələb etməyəcək. Kreml Si Tsinpin və Makron arasında danışıqlara dair xəbərləri izləyir, bu mühüm təmasdır. Şübhə edirəm ki, dünyanın nüvə silahından tam imtina ilə bağlı ümumi konsensus potensialı var", - o qeyd edib. Peskov Makronun Çinə səfərini şərh edərkən Pekinin xarici təsir altında mövqeyini dəyişmədiyinə əminliyini ifadə edib.
7-04-2023, 15:22
Çavuşoğlu və Lavrovdan mühüm açıqlamalar gəldi


Çavuşoğlu və Lavrovdan mühüm açıqlamalar gəldi

"Türkiyə zəlzələlərin nəticələrinin aradan qaldırılmasına kömək etdiyi və zərərçəkənlərə humanitar yardım göndərdiyi üçün Rusiyaya minnətdardır". Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekununda bildirib. "Taxıl müqaviləsinin icrasını davam etdirmək çox vacibdir. Türkiyə Rusiyadan taxıl və gübrə ixracının başlanmasına maneələrin aradan qaldırılması üçün BMT-nin səylərini dəstəkləyir. Türkiyə bu il Rusiya Federasiyasından çox sayda turist gözləyir. Taxıl müqaviləsi çərçivəsində Ukraynadan 27 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib. Sığorta və bank xidmətləri sahəsində taxıl sövdələşməsi çərçivəsində Rusiya Federasiyasına maneələr qalmaqdadır. Biz Qərbə sazişin öhdəliklərinin hamılıqla yerinə yetirilməli olduğunu xatırladanda bizə deyirlər ki, siz Rusiyanı dəstəkləyirsiniz?", - nazir qeyd edib. Rusiya XİN başçısı da öz növbəsində mühüm açıqlamalar verib. "Rusiya Federasiyası və Türkiyə yekdil fikirdədirlər ki, qeyri-sabit geosiyasi vəziyyət qaz qovşağının yaradılmasının zəruriliyini təsdiqləyir. Fələstin və İsrail arasında nizamlanma prosesi çox geriyə gedib. Qərbin Rusiya Federasiyası ilə Ukrayna arasında sülh danışıqları ilə bağlı bəyanatları vicdansız hiylədir. Rusiya Federasiyası, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin görüşü hazırlanmalıdır, tarixlər razılaşdırılır. Çavuşoğlunun Moskvaya səfərini görməkdən şad olaram", - nazir deyib.
7-04-2023, 15:12
Qaz, işıq və sudan qanunsuz istifadə edənləri həbs gözləyir


Qaz, işıq və sudan qanunsuz istifadə edənləri həbs gözləyir

Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulmaya görə cinayət məsuliyyəti müəyyənləşir. Bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
7-04-2023, 15:08
Özbaşına tikinti işlərinə baş vuran şəxslərin cəriməsi artacaq


Özbaşına tikinti işlərinə baş vuran şəxslərin cəriməsi artacaq

Özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır. Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Hazırda qüvvədə olan qanuna görə, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmimin manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək. İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 395.1-2-ci maddəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Şəhərsalma və Tikinti Məcəlləsinin məlumatlandırma icraatı olmadan tikinti obyektlərinin tikintisinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 25 min manatadək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyət bu maddə qüvvəyə mindikdən sonra tikintisinə başlanmış tikinti obyektlərinə münasibətdə yaranacaq. Qeyd edək ki, məlumatlandırma icraatı tələb olunan tikinti obyektləri sırasına Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evləri də daxildir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
7-04-2023, 15:01
Rusiya Qətər və Türkiyəylə taxıl ixracı üzərində işləyəcək - Lavrov


Rusiya Qətər və Türkiyəylə taxıl ixracı üzərində işləyəcək - Lavrov

"Rusiya Ukrayna ilə bağlı danışıqlardan imtina etmir, lakin bu, yalnız Rusiyanın maraqları nəzərə alınmaqla baş tuta bilər". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib. Nazir çıxışında taxıl müqaviləsindən də danışıb. Onun sözlərinə görə, sazişlərin Rusiya ilə bağlı hissəsi yerinə yetirilmir və sazişin həyata keçirilməsinə maneələr qalır. "Hətta daha da sərtləşir. Lazım gəlsə, Rusiya taxıl sövdələşməsindən kənar taxıl ixracı üzərində işləyəcək. Qətər və Türkiyə vasitəsilə. Məsələ onlarla müzakirə olunub, onlar buna hazırdırlar”, - Rusiya XİN başçısı bildirib.
7-04-2023, 14:45
Paşinyan Putinlə Laçın yolundakı vəziyyəti müzakirə etdi


Paşinyan Putinlə Laçın yolundakı vəziyyəti müzakirə etdi

Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Laçın yolundakı vəziyyət müzakirə olunub, 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası, o cümlədən regional nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması ilə bağlı məsələlərə toxunulub. Putin və Paşinyan ikitərəfli əlaqələr və regional mövzular barədə fikir mübadiləsi aparıb.
7-04-2023, 14:42
Cənubi Qafqazla əməkdaşlığa ehtiyac var - Rusiya XİN


Cənubi Qafqazla əməkdaşlığa ehtiyac var - Rusiya XİN

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanat yerinə yetirilməlidir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada keçirilən mətbuat konfransı zamanı məlumat verib. O qeyd edib ki, Cənubi Qafqazda əməkdaşlığa ehtiyac var. Lavrov Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından da danışıb. Nazir Rusiyanın normallaşma tərəfdarı olduğunu bildirib: "Ümid edirəm ki, regionda olmayan ölkələr əməkdaşlığımıza müdaxilə etməyəcəklər".
7-04-2023, 14:38
Şuşada keçiriləcək açılış mərasiminin vaxtı açıqlandı


Şuşada keçiriləcək açılış mərasiminin vaxtı açıqlandı

TÜRKSOY-a üzv ölkələr üzrə UNESCO Milli Komissiyalarına sədrlik Türkiyədən Azərbaycana keçəcək. Bu baxımdan, ötən dövr ərzində məhsuldar fəaliyyətlərinə görə Türkiyə tərəfinə təşəkkürümüzü bildiririk. Eyni zamanda, növbəti dövr üçün Azərbaycanın sədrliyi zamanı ciddi nailiyyətlər əldə ediləcəyinə əminliyimizi ifadə edirik. Bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu toplantısında çıxışı zamanı deyib. “Bu il mayın 12-də “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin açılış mərasimi keçiriləcək. İnanırıq ki, Şuşada keçiriləcək tədbirlər türk dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafının növbəti uğuru olacaq”,- deyə Adil Kərimli bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!