“Biz Rusiyaya silah verməmişik” - Pezeşkian .....                        Bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb .....                        Sus kəndində 32 ildən sonra ilk zəng .....                        ABŞ sülh üçün səylərini əsirgəməyəcək .....                        Seçkilərin nəticələri Konstitusiya Məhkəməsinə təqdim edildi .....                        Blinken İlham Əliyevə zəng etdi .....                        Fransa komissarı istefa verdi .....                        Yeni tədris ilində 1.6 milyon şagird .....                        Sərhəddə atışma - Erməni hərbçilər bir-birini güllələdi .....                       
2-10-2023, 18:11
Eşqi Bağırov yüksək vəzifəyə təyin edildi


Eşqi Bağırov yüksək vəzifəyə təyin edildi

Eşqi Bağırov Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Eşqi Bağırov Elm və Təhsil Nazirliyində əmək fəaliyyətinə 2014-cü ildən İnsan resursları şöbəsinin məsləhətçisi kimi başlayıb.
Eşqi Bağırov 2016–2017-ci illərdə həmin şöbədə sektor müdiri, müdir müavini vəzifələrində, 2018-ci ildən isə şöbə müdiri vəzifəsində çalışıb. 2022-ci ildən nazirliyin Aparat rəhbərinin müavini səlahiyyətlərinin icrası ona həvalə edilib.
Eşqi Bağırov 2006–2010-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavriat, 2019–2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb.
Hazırda ADA Universitetində dövlət idarəetməsi ixtisası üzrə təkrar magistratura təhsili alır.
2-10-2023, 17:59
Vətən müharibəsi iştirakçısının ölümüylə bağlı rəsmi açıqlama verildi


Vətən müharibəsi iştirakçısının ölümüylə bağlı rəsmi açıqlama verildi

Sentyabrın 30-da Zaqatala rayonunun Yengiyan kəndində baş vermiş partlayış nəticəsində 1 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun qeyd edilən tarixdə Məqsəd Rzayev və İlqar Cumayevlə aralarında yaranmış mübahisə zamanı üzərindəki əl qumbarasını atması nəticəsində baş verən partlayışla əlaqədar aldığı xəsarətlərdən ölməsi, Məqsəd Rzayevin isə növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1, (qəsdən adam öldürmə) 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı və partlayıcı maddələri saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq istintaq davam aparılır.
Qeyd edək ki, Həmin Gülməmmədov Vətən müharibəsi iştirakçısıdır.
2-10-2023, 17:48
Dövlət Başçısı Qranadada keçiriləcək görüşə münasibət bildirdi


Dövlət Başçısı Qranadada keçiriləcək görüşə münasibət bildirdi

Qranadada keçiriləcək qarşıdan gələn görüşün regionda sülh gündəliyinin inkişafına təkan verəcəyinə ümidvarıq.
Bu barədə Prezident İlham Əliyev oktyabrın 2-də Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbini qəbul edərkən bildirib.
Prezident İlham Əliyev Qranadada keçiriləcək qarşıdan gələn görüşün regionda sülh gündəliyinin inkişafına təkan verəcəyinə ümidvarlığını ifadə edib.
Azərbaycanın sülh müqaviləsi ilə bağlı təşəbbüslə çıxış etdiyini bir daha vurğulayan Prezident İlham Əliyev sülh gündəliyinin irəli aparılması üçün regionda tarixi imkanların və fürsətlərin yarandığını bildirib, hazırda ölkəmizin bu istiqamətdə göstərdiyi səylərə toxunub.
2-10-2023, 17:40
Paşinyan Avropa nümayəndə heyətinin rəhbəriylə görüşdü


Paşinyan Avropa nümayəndə heyətinin rəhbəriylə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa nümayəndə heyətinin rəhbəri Vasilis Maraqosla görüşüb.
Görüş İrəvanda baş tutub.
O, Ermənistanda yaranmış vəziyyətdən çıxmaq üçün beynəlxalq yardım gözlədiyini bildirib. O, müxtəlif layihələr üzrə 2.6 milyard dollar vəsaitin ayrılmasının önəmindən söz açıb.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
2-10-2023, 17:17
Erməniləri qalmağa və çoxmillətli Azərbaycanın bir hissəsi olmağa çağırmışıq


Erməniləri qalmağa və çoxmillətli Azərbaycanın bir hissəsi olmağa çağırmışıq

“Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin Ermənistana getməsi onların könüllü qərarıdır, geri qayıda bilərlər”.
Bu barədə Türkiyənin gdh.digital nəşrinə açıqlamasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.
Qarabağ bölgəsinin erməni sakinlərinin sıxışdırılması ilə bağlı ittihamları rədd edən Azərbaycan Prezidentinin nümayəndəsi deyib:
“Xüsusilə vurğulamalıyam ki, biz onları qalmağa və çoxmillətli Azərbaycanın bir hissəsi olmağa çağırmışıq. Baxın, Azərbaycanın rəsmi qurumları son bir neçə gündə nə ediblər: Qarabağ bölgəsinəmüxtəlif humanitar yardımlar, dərmanlar, yanğınsöndürən maşınlar göndərmişik. Biz Xankəndiyə 24 saat elektrik enerjisinin verilməsini təmin etmişik”.
E.Əmirbəyov deyib ki, Azərbaycan Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda "etnik təmizləmə" ilə bağlı əsassız iddialarını pisləyir:“Paşinyan Azərbaycanın ermənilərə humanitar yardım göstərmək səylərini və onların reinteqrasiya prosesini pozmağa çalışır. Bu, həm də Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması ehtimalını sarsıdır”.
2-10-2023, 16:54
Azərbaycanın rəsmi nümayəndəsi İrana səfərə hazırlaşır


Azərbaycanın rəsmi nümayəndəsi İrana səfərə hazırlaşır

Azərbaycanın rəsmi nümayəndəsi İrana səfərə hazırlaşır, səfərin dəqiq tarixi vaxtında açıqlanacaq.
Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bildirib.
O, həmçinin planlaşdırılan səfərlə yanaşı, hazırda bir sıra məsələlər üzrə ikitərəfli müzakirələrin aparıldığını deyib.
Kənani qeyd edib ki, bunlar arasında əsas məqam Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası və Qafqaz regionunda baş verən proseslərdir.
2-10-2023, 16:41
Qriqoryan İrana səfər məqsədini açıqladı


Qriqoryan İrana səfər məqsədini açıqladı

Rəsmi Tehran Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrana səfərinin məqsədləri barədə açıqlama verib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani danışıb.
O bildirib ki, Qriqoryanın Tehrana səfəri İslam Respublikası üçün Qafqazdakı münaqişələrin potensial həllinə öz mövqeyini ifadə etmək üçün fürsət oldu.
Onun sözlərinə görə, səfər iki qonşu ölkə arasında ikitərəfli münasibətləri və Qafqaz regionunda baş verən hadisələri nəzərdən keçirmək üçün danışıqların və təmasların davamı çərçivəsində baş tutub.
Kənani bildirib ki, İran Qafqazdakı vəziyyətə böyük əhəmiyyət verir və Ermənistan rəsmisinin Tehrana səfəri bu məsələlərin müzakirəsi üçün baş tutub. O, Tehranın Bakı ilə İrəvan arasında münaqişələrin dayandırılmasını alqışladığını qeyd edərək, İranın beynəlxalq və geosiyasi sərhədlərin istənilən dəyişikliyinə qarşı olduğunu vurğulayıb.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahianın “Zəngəzur dəhlizi” ilə bağlı son açıqlamalarına gəlincə, Naser Kənanai bildirib ki, İslam Respublikası regionun bütün ölkələrinə fayda verəcək nəqliyyat şəbəkələrinin inkişafına sadiqdir, lakin beynəlxalq sərhədlərin dəyişdirilməsi və regiondan kənar müdaxilənin əleyhinədir.
“İranın regionun sərhədləri ilə bağlı mövqeyi kifayət qədər aydındır. Biz dəfələrlə öz mövqeyimizi bildirmişik. Biz bütün tərəflərin mübahisələrin siyasi və dinc vasitələrlə danışıqlar yolu ilə həlli üçün məsuliyyətli səylərinin zəruriliyinə inanırıq”, - o qeyd edib və əlavə edib ki, İran Qafqazdakı problemlərin həlli üçün mümkün olan hər şeyi etməyə hazırdır.
2-10-2023, 16:36
İlham Əliyev Səlcuq Bayrakdarla görüşdü


İlham Əliyev Səlcuq Bayrakdarla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin "Bayraktar TB2" pilotsuz uçuş aparatının yaradıcısı, "Baykar Savunma" şirkətinin texniki direktoru Səlcuq Bayrakdarla görüşüb.
Bu barədə türkiyəli iş adamı sosial şəbəkədə paylaşım edib.
Bayraktar Azərbaycan lideri ilə "Akıncı" PUA-nın önündə şəkil çəkdiriblər.
2-10-2023, 16:24
Qarabağda Azərbaycan manatı tədavülə buraxılacaq


Qarabağda Azərbaycan manatı tədavülə buraxılacaq

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası çərçivəsində Azərbaycan Respublikasının milli valyutasının tam tədavülə keçməsi təmin edilir.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
Sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir. Ölkədə sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.
Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir.
Mülkiyyət məsələləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.
2-10-2023, 16:18
Qarabağdakı ermənilərə öz dillərindən istifadə hüququ veriləcək


Qarabağdakı ermənilərə öz dillərindən istifadə hüququ veriləcək

Qarabağda erməni sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin ediləcək.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında deyilir.
Qeyd edilib ki, dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunacaq.
Bundan başqa erməni dilinin istifadəsinə imkan yaradılacaq.
Reinteqrasiyanın praktiki icrası ilə bağlı erməni sakinlərin nümayəndələri ilə təmaslar davam etdiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!