Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
4-10-2023, 17:39
Paşinyan hansı halda istefa verəcəyini açıqladı


Paşinyan hansı halda istefa verəcəyini açıqladı

Ermənistan Baş naziri Nikol Paşinyan hansı halda istefa verə biləcəyini açıqlayıb.
Bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.
Baş nazir ölkənin bütün təhlükəsizlik problemlərinin həll olunacağına əmin olduğu təqdirdə istefa verə biləcəyini vurğulayıb.
"Analizlər onu göstərir ki, istefa olarsa, vəziyyət daha da pis olacaq”, - Paşinyan bildirib.
4-10-2023, 17:12
Paşinyan: “Mən bu sazişi imzalamağa razıyam”


Paşinyan: “Mən bu sazişi imzalamağa razıyam”

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin Qranadada keçiriləcək sammitində iştirak edəcək.
Bu barədə o, mətbuata açıqlamasında deyib.
Paşinyan qeyd edib ki, Ermənistan nümayəndə heyəti sammitdə öz mövqeyini daha ətraflı təqdim etməyə çalışacaq.
Baş nazir vurğulayıb ki, İrəvan “konseptual sənəd”in imzalanmayacağına görə təəssüflənir. “Mən bu sazişi imzalamağa razıyam”, - Paşinyan əlavə edib.
Qeyd edək ki, Azərbaycan Qranada görüşündə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib. Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb. Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib. Buna görə Azərbaycan görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.
4-10-2023, 17:01
Paşinyan Qarabağ hadisələrinə görə müxalifəti ittiham etdi


Paşinyan Qarabağ hadisələrinə görə müxalifəti ittiham etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə müxalifətini Qarabağ hadisələrinə görə ittiham edib.
Paşinyan parlamentin bugünkü iclasında deyib ki, Qarabağ separatçılarının rəhbərliyindəki son dəyişikliyə sevinən müxalifət Ermənistanın da müharibəyə cəlb olunmasını istəyirdi. O bildirib ki, müxalifət Qarabağın erməni sakinlərini hücuma məruz qoyub.
“Sizin planınız Ermənistanın dövlət müharibəsinə cəlb olunması idi”, - Paşinyan deyib.
O, müxalifəti “marionet” olmaqda da günahlandırıb.
“Siz Ermənistanda uzun illərdir nə nəfəs alan, nə öskürən, nə də asqıran kukla hökumət qurmuşdunuz”, - Nikol Paşinyan bəyan edib.
O qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişikliyinə müxalifət qərar verə bilməz.
“Buna Ermənistan xalqı qərar verə bilər. Xalq qərar verərsə, bu gün və ya sabah hakimiyyət dəyişikliyi ola bilər”, - Nikol Paşinyan bildirib.
4-10-2023, 16:53
Dövlət Komissiyasının tərkibi dəyişdirildi - Sərəncam


Dövlət Komissiyasının tərkibi dəyişdirildi - Sərəncam

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Dəyişikliklə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibində “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini” sözləri “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini” sözləri ilə əvəz edilib.
4-10-2023, 16:38
Ermənistanla sərhəddə olan bağça 30 ildən sonra yenidən istifadəyə verildi


Ermənistanla sərhəddə olan bağça 30 ildən sonra yenidən istifadəyə verildi

Ermənistanla sərhəd kənddə fəaliyyəti dayandırılan bağça 30 ildən sonra istifadəyə verilib
Ermənistanla sərhəd xəttinə ən yaxın məsafədə yerləşən Qazax rayonunun Məzəm kəndində fəaliyyəti dayandırılan uşaq bağçası 30 ildən sonra yenidən istifadəyə verilib.
Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Məzəm kənd uşaq bağçasının inzibati binası lazımi inventarlarla təmin olunub. Binada təmir işləri aparılıb, əlavə olaraq anbar, mətbəx və sanitar qovşaq tikilib.
Məlumat üçün bildirək ki, Məzəm kəndi Qazax rayonunun Ermənistanla sərhədə ən yaxın məsafədə yerləşir. Kənd 1993-cü ilin aprelində müvəqqəti olaraq Qazax rayonu ərazisinə köçürülüb və həmin vaxtdan Məzəm kənd uşaq bağçasının fəaliyyəti dayandırılmışdı.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin 26.07.2023-cü il tarixli əmrinə əsasən Məzəm kənd uşaq bağçası Təhsil İdarəsinin tabeliyində yaradılıb.

4-10-2023, 15:57
Bakı-Sumqayıt qatarları ilə sərnişin daşınması rekord həddə çatdı


Bakı-Sumqayıt qatarları ilə sərnişin daşınması rekord həddə çatdı

Oktyabrın 2-də Abşeron dairəvi dəmir yolu xətti ilə sərnişin daşınmasında rekord hədd qeydə alınıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, həmin gün Bakı-Sumqayıt-Bakı sürətli elektrik qatarları ilə 30 300 nəfər sərnişin mənzil başına çatdırılıb.
4-10-2023, 14:33
Peskov Qarabağla bağlı danışıqlar aparıldığınl təsdiqlədi


Peskov Qarabağla bağlı danışıqlar aparıldığınl təsdiqlədi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiya nümayəndələrinin Qarabağla bağlı Türkiyədə danışıqlar apardığını təsdiqləyib.
Bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
Peskov qeyd edir ki, "Politico"nun görüşlə bağlı təqdim etdiyi təfərrüatlar reallığa uyğun gəlmir.
Kremlin sözçüsü “Qarabağla bağlı müəyyən təmasların olduğunu” deyib, “Onların təsvir etdiyi kimi deyil. Bu materialda çoxlu qeyri-dəqiqliklər, çoxlu səhvlər var”, - Dmitri Peskov bildirib.
Xəbər verdiyimiz kimi, ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiyanın yüksək səviyyəli rəsmiləri Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən bir neçə gün əvvəl Qarabağdakı vəziyyətlə bağlı gizli danışıqlar aparıblar. Bu barədə "Politico" qəzeti yazıb. Xatırladaq ki, İstanbulda keçirilən görüşdə ABŞ-ı Vaşinqtonun Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono təmsil edib, Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı göndərib. Rusiyadan isə Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olan İqor Xovayev iştirak edib.
4-10-2023, 13:15
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Oktyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-85 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq.
Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti isti olacaq.
4-10-2023, 12:57
Xoşbəxt Yusifzadənin vəfatı ilə elə bil böyük qardaşımı itirmişəm


Xoşbəxt Yusifzadənin vəfatı ilə elə bil böyük qardaşımı itirmişəm

"Xoşbəxt Yusifzadənin vəfatı ilə elə bil böyük qardaşımı itirmişəm".
Bunu mərhumla keçirilən vida mərasimində jurnalistlərə açıqlama verən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev deyib.
O bildirib ki, Xoşbəxt Yusifzadə çox optimist insan idi: "O, işləri və göstərişləri yerinə yetirməyi ilə bütün gənclərə örnək idi. Ona hər zaman deyirdim ki, "Sən cavanlardan daha çox operativsən". Çox gözəl insan idi. Allah ona qəni-qəni rəhmət etsin. O, bütün neftçilərin ürəyində iz qoyub getdi. Nə qədər ki, neft və neft şirkəti var, Xoşbəxt müəllim həmişə yaddaşlarda qalacaq".
4-10-2023, 08:33
"Narkotikə Yox de!"


"Narkotikə YOX de!"

3 oktyabr 2023-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin böyük akt zalında 205 nəfərin iştirakı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Məhv olmuş ömür. Narkotikə YOX de!” layihəsi çərçivəsində eyniadlı qısametrajlı filmin təqdimatı keçirilmişdir. Tədbiri layihənin rəhbəri Kənan Qubadzadə açaraq bildirib ki, “Layihənin müddəti 3 aydır və əsas məqsədi qısametrajlı film vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirməkdir.
Film 4 dəqiqə ərzində həm səsli həmdə ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır. Film mətbuat, televiziyalarda yayımlanacaq, youtube-də və digər sosial şəbəkələrdə paylaşılacaqdır”.
Tədbirdə iştirak edən Memarlıq və İnşaat Universitetinin prorektoru Orxan Naqdiyev, Azərbaycan Milli Məclisinin deputatları Müşfiq Cəfərov, Vüqar İsgəndərov, İlham Məmmədov, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Kamran Mayılov və AzMİU-nun Tələbə həmkarlar təşkilatının sədri Şahmar Rəfili çıxışlarında bildirdilər ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir. Bu mübarizə dövlət qurumları, hüquq mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir.
Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərini daha səmərəli qurmaq üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müvafiq qrant layihələri təqdim olunur. Bu baxımdan, deyə bilərik ki, narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir. Aparılan araşdırmalar isə onu deməyə əsas verir ki, atılan addımlara baxmayaraq bu gün problemdən əziyyət çəkənlərin sayı durmadan artır. Əsasən gənc nəsil arasında yayına narkomaniya onların həyat və fəaliyyətinə ciddi təsir göstərir. Eyni zamanda, sağlamlıqlarında ciddi problem yaradır ki, bu da normal ailə modelinin inkişafına, sağlam gələcək nəsil yetişməsinə ciddi əngəllər törədir. Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Bütün bu kimi halların qarşısını almaq üçün narkomaniyaya qarşı ümbarizə sahəsində davamlı addımların atılması zərurətə çevrilib. Bu baxımdan, narkomaniyaya qarşı mübarizə qısametrajlı filmlər vasitəsilə gənclər arasında yayılsa daha effektli ola bilər.
Tədbir ərəfəsində “Narkomaniya və digər pis vərdişlərə qarşı mübarizədə maarifləndirmə işinə göstərdiyi diqqətə görə” AzMİU-nun rektoru Gülçöhrə Məmmədova, prorektor Orxan Naqdiyev və AzMİU-nun Tələbə həmkarlar təşkilatının sədri Şahmar Rəfili Narkotizmlə Mübarizə İctimai Birliyi tərəfindən təşəkkürnamə təqdim edildi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!