“Biz Rusiyaya silah verməmişik” - Pezeşkian .....                        Bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb .....                        Sus kəndində 32 ildən sonra ilk zəng .....                        ABŞ sülh üçün səylərini əsirgəməyəcək .....                        Seçkilərin nəticələri Konstitusiya Məhkəməsinə təqdim edildi .....                        Blinken İlham Əliyevə zəng etdi .....                        Fransa komissarı istefa verdi .....                        Yeni tədris ilində 1.6 milyon şagird .....                        Sərhəddə atışma - Erməni hərbçilər bir-birini güllələdi .....                       
6-10-2023, 16:49
Rusiya və Özbəkistan prezidentləri görüşdü


Rusiya və Özbəkistan prezidentləri görüşdü

Kremldə Rusiya prezidenti Vladimir Putinlə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin görüşü başlayıb.
Tərəflər arasında danışıqlar start götürüb.
Rusiya lideri ikitərəfli münasibətlərin müttəfiq xarakter daşıdığını qeyd edib.
Xatırladaq ki, Mirziyoyev Moskvada səfərdədir və bundan əvvəl baş nazir Mixail Mişustinlə görüşüb.

6-10-2023, 16:36
Ombudsman David Babayanla görüşdü


Ombudsman David Babayanla görüşdü

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həbs edilmiş şəxslərin hüquqlarının təmin olunma vəziyyətini monitorinq edib.
Ombudsman Aparatından verilən məlumata görə, Azərbaycan Respublikası qanunvericiliyinin, o cümlədən BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolunun tələbləri əsasında keçirililmiş başçəkmə çərçivəsində təqsirləndirilən şəxs Babayan Davit Klimoviç də konfidensial qaydada qəbul edilib.
03 oktyabr 2023-cü il tarixdə keçirilmiş başçəkmə zamanı Babayan Davit Klimoviç Ombudsman tərəfindən fərdi qaydada dinlənilib, onun saxlanma şəraiti və rəftar məsələləri, qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının təmin olunma vəziyyəti araşdırılıb. Müraciətləri Ombudsman tərəfindən yerində cavablandırılıb. Şəxsi istifadə üçün eynəklə, kitabxanadan istifadə və informasiyaya çatım imkanları ilə təmin olunub.
D. Babayan saxlanma şəraitindən şikayət etməyib, müəssisəyə daxil olduğu zaman tibbi müayinədən keçdiyini qeyd edib. O, hüquqlarının müdafiəsi məqsədilə vəkillə təmin olunub.
Ombudsmanın Milli Preventiv Qrupunun ixtisasca həkim və psixoloq ekspertlərinin də iştirak etdiyi başçəkmə çərçivəsində qəbuldan sonra ona öz dilində qanunvericilik aktları, Ombudsmana müraciət imkanını izah edən nəşrlər də təqdim edilib.
6-10-2023, 15:53
Prezindent Xankəndidə baş vermiş hadisədən danışdı


Prezindent Xankəndidə baş vermiş hadisədən danışdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib.
Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı danışıb.
Dövlətimizin başçısı bildirib ki, Qarabağda yerli əhali arasında təşviş yaradan və onları Ermənistana köçməyə məcbur edən məhz qondarma rejim olub.
Dövlətimizin başçısı vurğulayıb ki, “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasından etibarən Azərbaycan tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə tibbi təxliyələrin təşkili prosesinə dəstək göstərilib.
Prezident İlham Əliyev Xankəndidə yanacaq stansiyasında baş vermiş partlayışdan sonra Azərbaycan yanğınsöndürənlərinin bu yanğının qarşısını aldığını, zərərçəkmiş insanlara dəstək göstərildiyini, hazırda Azərbaycanın tibbi heyətinin Xankəndidə yerli əhaliyə xidmətlər göstərdiyini diqqətə çatdırıb.
6-10-2023, 15:40
Masallıda Ticarət Mərkəzində yanğın baş verdi


Masallıda Ticarət Mərkəzində yanğın baş verdi

Masallı şəhərində yerləşən və Köhnə bazar adı ilə tanınan ticarət mərkəzində güclü yanğın başlayıb.
Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.
Yanğın hadisəsi bu gün saat 15:30 radələrində Masallı şəhəri 20 Yanvar küçəsində yerləşən ikimərtəbəli “Sərfəli” Ticarət Mərkəzində baş verib.
Hazırda ərazidə yanğının söndürülməsi yönündə işlər aparılır.
Yanğının başvermə səbəbi hələlik bilinmir.
6-10-2023, 15:21
Paşinyan Fransaya səfər edəcək


Paşinyan Fransaya səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 18-də Fransaya səfər edəcək.
Bu barədə Avropa Parlamentinin rəhbəri Roberta Metsola məlumat verib.
Bildirilib ki, Paşinyan Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxış edəcək.
“Mən Ermənistanın baş nazirini plenar iclasda çıxış etməyə dəvət etdim. O, bunu oktyabrın 18-də Strasburqda edəcək”, - Aİ-nin Qranadada qeyri-rəsmi sammiti çərçivəsində keçirilən mətbuat konfransında Metsola açıqlayıb.
"Mən gərginliyi azaltmaq üçün bütün səyləri alqışlayıram”, - o deyib.
6-10-2023, 15:07
Rusiyanın baş naziri Mirziyoyevlə görüşdü


Rusiyanın baş naziri Mirziyoyevlə görüşdü

Rusiyanın baş naziri Mixail Mişustin Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Görüş Mirziyoyevin Moskvaya səfəri çərçivəsində baş tutub.
Görüşdə Mirziyoyev qeyd edib ki, Özbəkistan “bu çətin zamanda” Rusiya ilə əməkdaşlıq etməlidir, əməkdaşlıq yaxşı nəticələr verir.
Qeyd edək ki, Özbəkistan prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə də görüşü nəzərdə tutulur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!