Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
7-10-2023, 23:32
Azərbaycan XİN İsrailə başsağlığı verdi


Azərbaycan XİN İsrailə başsağlığı verdi

Biz İsrail-Fələstin münaqişəsi zonasında mülki şəxslərə qarşı zorakılığı pisləyirik.
Bu barədə Azərbaycan XİN-in "X" hesabında bildirilib.
“Həm İsraildə, həm də Qəzza zolağında çoxsaylı mülki şəxslər arasında faciəvi şəkildə həlak olanlara görə başsağlığı veririk. Biz vəziyyətin təcili olaraq deeskalasiyasına çağırırıq”, - deyə paylaşımda qeyd olunub.
7-10-2023, 23:14
İsrailin bir sıra şəhərləri güclü raket atəşinə tutuldu


İsrailin bir sıra şəhərləri güclü raket atəşinə tutuldu

İsrailin bir sıra şəhərləri - Təl-Əviv, Bat Yam, Yavna və Rişon LeZion güclü raket atəşinə tutulub.
Bu barədə "Haaretz" qəzeti yazıb.
Məlumata görə, hücumlar nəticəsində yaşayış binalarına və digər mülki infrastruktura birbaşa zərbələr endirilir.
Nəşr bildirir, Təl-Əvivdə raket hücumu nəticəsində azı 7 israilli, Rişon-Lezionda isə 3 nəfər isə ağır yaralanıb. Bat Yam və Yavkaya hücumda ölənlərin sayı hələ dəqiqləşdirilməyib.
İsrail Müdafiə Qüvvələrinin nümayəndələri də öz növbəsində HƏMAS hərəkatının Qəzza zolağında bir sıra hədəflərinə cavab zərbələri endiriblər. “Reuters”in məlumatına görə, İsrail təyyarələri HƏMAS-ın Qəzza zolağında rəhbəri Yəhya Sinvarın evini bombalayıb. CNN-in məlumatına görə, HƏMAS-ın hərbi qanadı “Qəzza şəhərinin mərkəzindəki yaşayış qülləsinə vurulan zərbəyə” cavab olaraq Təl-Əvivə daha 150 raket atdığını bildirib.
Ümumilikdə İsrail ərazisinə atılan 3 mindən çox raket 1 452 nəfərin xəsarət almasına səbəb olub.
İsrail Səhiyyə Nazirliyi bildirib ki, hazırda 18 nəfərin vəziyyəti çox ağır, 267-sinin ağır, 279-nun orta ağır, 636 yaralının vəziyyəti isə yaxşıdır.
7-10-2023, 22:46
Ermənistan 66 milyondan çox sursat təhvil verib - Rusiya MN


Ermənistan 66 milyondan çox sursat təhvil verib - Rusiya MN

Ermənistanın Qarabağdakı qanunsuz silahlı birləşmələri 66 milyondan çox sursat təhvil verib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"92 ədəd zirehli texnika, 142 ədəd avtomobil, 124 ədəd hava hücumundan müdafiə texnikası, 112 ədəd səhra artilleriya silahı, MLRS və minaatan, 1 ədəd İHA, 7 min ədəddən çox atıcı silah və tank əleyhinə silah., təxminən 66,1 milyon sursat təhvil verilib", - deyə məlumatda qeyd olunub.
7-10-2023, 22:15
Azərbaycanın 8 kəndi hələ də işğal altındadır - Prezident


Azərbaycanın 8 kəndi hələ də işğal altındadır - Prezident

Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bildirib.
Prezident İlham Əliyev bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.
7-10-2023, 22:11
Şarl Mişel İlham Əliyevə zəng etdi


Şarl Mişel İlham Əliyevə zəng etdi

Oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti əsnasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı qeyd edib ki, Qranadada Azərbaycanın iştirakı olmadan Azərbaycan adının dördtərəfli bəyanata daxil edilməsi düzgün yanaşma deyil. Prezident İlham Əliyev həmçinin Fransanın məlum mövqeyinə görə Azərbaycanın Qranadadakı görüşdə iştirak etmədiyini bildirib. Dövlətimizin başçısı xüsusilə vurğulayıb ki, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq.
Eyni zamanda, dövlətimizin başçısı Avropa Parlamenti tərəfindən ksenofob və şovinist yanaşma əsasında qəbul edilmiş anti-Azərbaycan xarakterli bəyanatın, orada səsləndirilən fikirlərin qəbuledilməz olduğunu diqqətə çatdırdı, bunun regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etmədiyini deyib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək suverenliyini tam şəkildə təsbit edib və öz ərazisində mövcud olan qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsini təmin edib. Bu baxımdan Azərbaycanın atdığı addımlar tam şəkildə beynəlxalq hüquqa uyğun olub. Dövlətimizin başçısı əlavə edib ki, əksinə, bu məsələni başa düşməyən dövlətlərin özlərinin dünyanın müxtəlif bölgələrində həyata keçirdikləri siyasətlərinə görə beynəlxalq hüquqla ciddi problemləri var.
Prezident İlham Əliyev mərkəzi hökumət tərəfindən Qarabağdan olan erməni sakinlərə humanitar yardımların göstərildiyini və onların qeydiyyatı prosesinin başlandığını bildirib. Azərbaycan Prezidenti vurğulayıb ki, məhz qondarma rejim erməniləri ərazini tərk etməyə və oradan köçməyə məcbur edib.
Prezident İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.
Dövlətimizin başçısı Azərbaycanla İran arasında regional nəqliyyat dəhlizinin yaradılması istiqamətində işlərin aparıldığını qeyd edib, bu xüsusda Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin keçirildiyini deyib.
Şarl Mişel öz növbəsində Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində səylərini davam etdirməyə hazır olduğunu bildirib.
7-10-2023, 21:36
Prezident türkiyəli həmkarına təbrik məktubu ünvanladı


Prezident türkiyəli həmkarına təbrik məktubu ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Türkiyə Respublikasının aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayının keçirilməsi və Sizin yekdilliklə Partiyanın Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və rəhbərlik etdiyiniz partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm. Bu, milli iradənin ifadəsi, Ədalət və İnkişaf Partiyasının üzvlərinin Sizə olan sonsuz inam, etimad və dəstəyinin aşkar təzahürü, qardaş Türkiyənin inkişafı və yüksəlişi naminə göstərdiyiniz xidmətlərə verilən ali qiymətdir.
Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayı Türkiyə Respublikasının ictimai-siyasi həyatında tarixi hadisədir. Əminəm ki, Qurultayda qəbul olunmuş mühüm qərarlar partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə, qardaş xalqınızın rifahı naminə qarşıya qoyulmuş yeni hədəflərə çatmağa, ölkənizin yeni sosial-iqtisadi inkişaf mərhələsini təmin edəcək “Türkiye Yüzyılı” baxışının həyata keçməsinə müstəsna töhfə verəcəkdir.
Qurucusu və rəhbəri olduğunuz Ədalət və İnkişaf Partiyası yarandığı gündən özünün proqram müddəalarına, bəyan etdiyi prinsip və amallara sadiqlik nümayiş etdirərək Türkiyə dövləti və xalqı qarşısında ləyaqətlə və şərəflə xidmət etmiş, hər bir sahədə böyük uğurlara imza atmış, ölkənizin qlobal güc mərkəzinə çevrilməsinə və beynəlxalq aləmdə yüksək nüfuz qazanmasına müvəffəq olmuşdu. Bütün bu nailiyyətlərdə Sizin əvəzsiz rolunuz və misilsiz əməyiniz vardır. Məhz buna görə Sizin adınız Türkiyə dövlətçiliyinin tarixinə əbədi olaraq həkk olunub.
Biz də Sizin müdrik və qətiyyətli rəhbərliyiniz altında Türkiyənin qazandığı uğurlara, onun dünyada artan nüfuzuna sevinir, bundan qürur duyuruq. Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, hazırda Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi nümunəvi xarakter daşıyır və özünün ən yüksək zirvəsindədir. Qarşılıqlı etimad, dəstək və həmrəylik kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz, eyni zamanda, regional əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir.
Əminəm ki, qardaş xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan ilə Türkiyə arasında münasibətlər birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.
Bir daha Sizə və Ədalət və İnkişaf Partiyasının hər bir üzvünə ən səmimi təbriklərimi çatdırır, partiyanın işinə bundan sonra da müvəffəqiyyətlər, qardaş Türkiyə dövlətinə və xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".
7-10-2023, 20:40
Rusiya sülhməramlıları daha bir müşahidə məntəqəsini bağladı


Rusiya sülhməramlıları daha bir müşahidə məntəqəsini bağladı

Rusiya sülhməramlıları Əsgəran bölgəsində daha bir müşahidə məntəqəsini bağlayıblar.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində bildirilir.
Bundan əvvəl oktyabrın 5-i və 6-da Rusiya sülhməramlılarının Şuşa, Ağdərə və Əsgəranda müşahidə məntəqələri bağlanıb.
7-10-2023, 19:19
Bayden İsrailin Baş naziriylə telefon danışığı apardı


Bayden İsrailin Baş naziriylə telefon danışığı apardı

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub.
Bu barədə İsrail hökuməti məlumat yayıb.
Bayden vurğulayıb ki, ABŞ İsraili və onun özünümüdafiə hüququnu dəstəkləyir. İsrailin baş nazirinin ofisi X sosial şəbəkəsində bildirib ki, Netanyahu Baydenə dəstəyə görə təşəkkür edib və bildirib ki, İsrailin “uzun və güclü kampaniyaya ehtiyacı var, İsrail qalib gələcək”.
7-10-2023, 18:20
Azərbaycan İsrailə hücumlarla bağlı bəyanat yaydı


Azərbaycan İsrailə hücumlarla bağlı bəyanat yaydı

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu İsrailə qarşı genişmiqyaslı hücumlar ilə bağlı bəyanat yayıb. Butov.az bəyanatı təqdim edir:
“Bu gün Qəzza sektorunun ərazisindən İsrailə qarşı baş vermiş, mülki obyektləri, yaşayış məntəqələrini və şəxsləri qəsdən hədəf alan raket zərbələri ilə müşayiət edilən hücumları qətiyyətlə pisləyirik.
Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu amansız hücumlarda həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara isə şəfa diləyir.
Bu çətin zamanda İsrail xalqının yanındayıq”
7-10-2023, 17:43
İran HƏMAS-ı dəstəklədiyini bildirdi


İran HƏMAS-ı dəstəklədiyini bildirdi

İranın ali dini lideri Əli Xamneyinin müşaviri, general Rəhim Səfəvi Fələstinin HƏMAS hərəkatının hərəkətlərini dəstəklədiyini bildirib.
Bu barədə "Isna" agentliyi məlumat yayıb.
O, HƏMAS-ın hücumunu Əl-Əqsa Tufanı əməliyyatı adlandırıb və fələstinli döyüşçüləri bu əməliyyatın başlaması münasibətilə təbrik edib.
General İranın fələstinlilərin yanında olacağını vurğulayıb.
İranın sabiq xarici işlər naziri Cavad Zərif də fələstinliləri, eləcə də bölgədəki bütün “antisionist müqavimət hərəkatlarını” İsraildə “hərbi əməliyyata” başlaması münasibətilə təbrik edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!