Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
11-10-2023, 17:32
Prezident: “Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb"


Prezident: “Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb"

"Ondan başlayım ki, Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, 1805-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olmuş Qarabağ xanlığı olub. Kürəkçay sülh müqaviləsi imzalanıb, onu Azərbaycan tərəfindən Qarabağ xanı İbrahim Xəlil xan,- o, Qarabağın və Şuşanın xanı idi,- Rusiya tərəfindən isə çar generalı Sisianov imzalayıblar. Kürəkçay müqaviləsinin mətni internetdə var və hər kəs tanış ola bilər. Orada erməni əhalisi və ya erməni əhalisinin hansısa xüsusi hüquqları haqqında heç bir xatırlatma yoxdur. Yəni, bu, bir daha aydın şəkildə ondan xəbər verir və tarixçilər də yaxşı bilirlər ki, Qarabağ əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır. Kürəkçay sülh müqaviləsindən sonra Azərbaycan xanlıqları ilə Rusiya arasında digər Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının da Rusiyanın tərkibinə daxil olduğu daha iki – 1813-cü ildə Gülüstan sülh müqaviləsi və 1828-ci ildə Türkmənçay müqaviləsi olub. Həmçinin bu sənədlərdə, təbii ki, söhbət Azərbaycan torpaqlarından gedirdi. Cənubi Qafqazın sovetləşdirilməsindən sonra Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. O nə üçün yaradıldı? Çünki XIX əsrin həmin sənədlərindən sonra erməni əhalisinin İrandan və Şərqi Anadoludan Azərbaycan ərazilərinə kütləvi köçü başlandı. Artıq sovetləşdirmə məqamında Azərbaycanın Qarabağ regionunun milli tərkibi XIX əsrin əvvəlində olduğundan fərqli idi. Bunları nəzərə alaraq, ola bilər ki, daha hansısa səbəblərdən sovet hakimiyyəti, Sovet İttifaqı artıq həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayətini, hətta respublika deyil, Azərbaycan SSR-nin tərkibində vilayət yaratdı. Bu, tam yüz il əvvəl baş verib. Artıq Sovet İttifaqında mərkəzdənqaçma meyilləri başlayan vaxtda, erməni separatçılığının və təcavüzkar ekstremizmin baş qaldırdığı 1980-ci illərin sonunda qeyri-rəsmi ekstremist təşkilatları yaradıldı, təəssüf ki, mərkəzi sovet rəhbərliyi tərəfindən buna lazımi qiymət verilmədi, bir çox hallarda isə onları dəstəklədilər.
11-10-2023, 17:26
Prezidentdən yeni təyinat: İcra başçısının qızı hakim seçildi


Prezidentdən yeni təyinat: İcra başçısının qızı hakim seçildi

Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə yeni hakimlər təyin edilib.
Dövlət başçısının sərəncamı ilə Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilən Fəridə Rzayeva Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin qızıdır.
O, daha əvvəl vəkillik fəaliyyəti ilə məşğul olurmuş.
11-10-2023, 16:58
Norveç Ukraynaya 18.5 milyon dollar ayırdı


Norveç Ukraynaya 18.5 milyon dollar ayırdı

Norveç Ukraynada minaların təmizlənməsi üçün əlavə 18.5 milyon dollar ayırıb.
Bu barədə Norveç hökuməti məlumat yayıb.
Bildirilib ki, minalardan təmizlənmə mülki əhalinin, xüsusilə də uşaqların həyatını xilas edir və qoruyur, həmçinin ukraynalı fermerlərə məhsul yetişdirmək imkanı vermək üçün həyati əhəmiyyət kəsb edir.
Həmçinin Ukrayna humanitar minatəmizləmə ehtiyacları üçün Xorvatiyadan 5 milyon avro, İspaniyadan isə 1.5 milyon avro alacaq.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
11-10-2023, 16:42
Meral Akşener: “Qarabağ türkdür, Qarabağ Azərbaycanındır”


Meral Akşener: “Qarabağ türkdür, Qarabağ Azərbaycanındır”

"Azyaşlı uşaqlara silah təlimi verməklə Qarabağda sabitliyin qarşısını almağı hədəfləyən bir struktur görürük".
Bunu Türkiyəni İYİ Partiya sədri Meral Akşener partiyanın parlament fraksiyasının toplantısında deyib.
"Ermənistan asimmetrik mübarizəyə hazırlaşır. Biz bilirik ki, Ermənistan hökumətləri uzun müddətdir ki, PKK-ya dəstək verir. Sərhədlərimizdəki boşluqları dərhal aradan qaldırmalı, sərhədlərimizi terrorçuların keçidlərindən qorumalıyıq. Qarabağ türkdür, Qarabağ Azərbaycanındır. ASALA ilə cəhd etdilər və uğursuz oldular, Hizbullah ilə cəhd etdilər, amma uğursuz oldular, FETÖ ilə cəhd etdilər və uğursuz oldular", - o bildirib.
Akşenerin sözlərinə görə, Fələstin hər zaman erməni lobbisində durub.
11-10-2023, 12:18
Sabahın havası


Sabahın havası

Oktyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti olacaq.
11-10-2023, 12:02
Moskva metrosunda qəza: Qatarlar toqquşdu


Moskva metrosunda qəza: Qatarlar toqquşdu

Moskva metrosunda qatarlar toqquşub.
Bu barədə Rusiya KİV məlumat yayıb.
Qeyd olunub ki, metronun "Peçatniki" stansiyasında iki qatar toqquşub. İlkin məlumata görə, qəzada 2 nəfər xəsarət alıb.
11-10-2023, 11:52
Emin Əmrullayev: “Qadınlarımızın təhsil alması çox önəmlidir”


Emin Əmrullayev: “Qadınlarımızın təhsil alması çox önəmlidir”

"Anaların təhsilli olması olduqca vacib faktordur".
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023”ün təqdimat mərasimində deyib.
"Biz çalışmalıyıq ki, uşaq əsasən təhsilli, savadlı ana tərəfindən tərbiyə almış olsun. Bu baxımdan, qadınlarımızın təhsil alması, onların təhsilə olan marağının artırılması çox önəmlidir", - nazir vurğulayıb.
11-10-2023, 11:41
İsraildə ölən soydaşlarımızın kimliyi məlum oldu


İsraildə ölən soydaşlarımızın kimliyi məlum oldu

İsraildə həlak olan azərbaycanlıların kimliyi məlum olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Şamil Abbasov - İsrail vətəndaşı.
Emin Axundov - İsrail vətəndaşı
Roman Qandel - İsrail vətəndaşı
İlkin Nezerov - İkili vətəndaş

Qeyd edək ki, İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub. Həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
11-10-2023, 11:30
İsrail ilk dəfə M270 reaktiv yaylım atəşi sistemlərindən istifadə etdi


İsrail ilk dəfə M270 reaktiv yaylım atəşi sistemlərindən istifadə etdi

İsrail Müdafiə ordusu Qəzza zolağında HƏMAS-a məxsus obyektlərə zərbələr zamanı 2006-cı ildən bu yana ilk dəfə M270 reaktiv yaylım atəşi sistemlərindən istifadə edib.
Bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!