“Biz Rusiyaya silah verməmişik” - Pezeşkian .....                        Bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb .....                        Sus kəndində 32 ildən sonra ilk zəng .....                        ABŞ sülh üçün səylərini əsirgəməyəcək .....                        Seçkilərin nəticələri Konstitusiya Məhkəməsinə təqdim edildi .....                        Blinken İlham Əliyevə zəng etdi .....                        Fransa komissarı istefa verdi .....                        Yeni tədris ilində 1.6 milyon şagird .....                        Sərhəddə atışma - Erməni hərbçilər bir-birini güllələdi .....                       
16-10-2023, 19:17
Füzuli şəhərində inzibati binanın təməlini qoyuldu


Füzuli şəhərində inzibati binanın təməlini qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində inzibati binanın təməlini qoyub.
Dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verilib.
Bildirilib ki, inzibati binanın inşa olunacağı şəhərin mərkəzi ərazisində 12 hektardan çox sahə ayrılıb. İnzibati binanın inşası üçün isə 4,4 hektardan çox ərazi nəzərdə tutulub. Burada parad meydanı, bir hektar sahədə park inşa olunacaq. Bundan başqa, digər regional qurumlar üçün də ərazi nəzərdə tutulub. Beş mərtəbədən ibarət inzibati binada ən müasir şərait yaradılacaq.
Prezident İlham Əliyev görüləcək işləri əks etdirən videoçarxa baxıb.
Dövlətimizin başçısı inzibati binanın təməlini qoyub.
16-10-2023, 17:51
Avropa Şurasının insan hüquqları üzrə komissarı Ermənistandadır


Avropa Şurasının insan hüquqları üzrə komissarı Ermənistandadır

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dünya Miyatoviç Ermənistandadır.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
O, Ermənistanın ombudsmanı Anahit Manasyanla görüşüb. Tərəflər Qarabağdan Ermənistana köçənlərin vəziyyətindən danışıblar.
Qeyd edək ki, Miyatoviçin Azərbaycana da səfəri nəzərdə tutulub.
16-10-2023, 17:43
Balasanyana qarşı başlanmış cinayət işi dayandırıldı


Balasanyana qarşı başlanmış cinayət işi dayandırıldı

Özünü buraxmış qondarma «Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi», Xocalı qatili Vitali Balasanyana qarşı Ermənistanda başlanmış cinayət işi cinayət ittihamının olmaması əsasında dayandırılıb.
Bu barədə «Pastinfo”ya onun vəkili Rafael Martirosyan bildirib.
«Bizim üçün işin icraatının davam etdirilməsi və məhkəmə istintaqının aparılması arzuolunan olardı, çünki hesab edirik ki, başlanmış cinayət işi və ittiham əsaslı deyildi. Vitali Balasanyan şübhəsiz ki, respublika məhkəmələri tərəfindən bəraət alacaq. İcraatı həyata keçirən orqan cinayət təqibinə və icraata xitam verilməsi barədə qərar qəbul edib», — deyə vəkil bildirib.
Xatırladaq ki, bu ilin iyulunda Balasanyanın özü, oğlu, qardaşı və dayısı oğlu separatçı rejim tərəfindən Əsgəranda saxlanılmış, daha sonra hamısı azad edilmişdi. O zaman Balasanyan əvvəlcə «hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda» ittiham olunurdu. Sonra onun əmlak oğurluğu, qanunsuz silah və sursat saxlama, «hökumət nümayəndəsi"nə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq, narkotik vasitələrin saxlanması ittihamlarına gğrə saxlanıldığı üzə çıxmışdı.
Vitali Balasanyan Qarabağdan Ermənistana qaçdırdan sonra — ötən həftəsonu Milli Təhlükəsizlik Xidmətində də şahid qismində dindirilib.
16-10-2023, 17:22
Prezidentlə bağlı müraciətə imza atmayan partiyalar açıqlandı


Prezidentlə bağlı müraciətə imza atmayan partiyalar açıqlandı

Xəbər vetrdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən 23 siyasi partiya Prezident İlham Əliyevə müraciət edib.
Müraciət müəllifləri Azərbaycan bayrağını Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə dalğalandırdığına, ölkənin ərazi bütövlüyünü, suverenliyini bərpa etdiyinə görə İlham Əliyevin siyasətini dəstəklədiklərini bildiriblər.
Qeyd edək ki, müraciətə imza atan partiyalar sırasında 4 siyasi təşkilatın adı yoxdur. Onlardan biri qeydiyyatdan keçmək üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmiş və hələ də rəsmi cavab gözləyən Azadlıq partiyasıdır (sədr Əhməd Oruc).
Digərləri Müsavat Partiyası (sədr Arif Hacılı), Azərbaycan Xalq Cəbhəsi Partiyası (sədr Əli Kərimli) və Azərbaycan Xalq Partiyasıdır (sədr Pənah Hüseyn).
16-10-2023, 17:03
İlham Əliyev Füzuli şəhərində ikinci yaşayış kompleksinin təməlini qoydu


İlham Əliyev Füzuli şəhərində ikinci yaşayış kompleksinin təməlini qoydu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.
Dövlət başçısına kompleks barədə məlumat verilib.
Bildirilib ki, Füzuli şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. İnşa olunacaq ikinci yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidən ibarətdir. Ümumilikdə 2288 nəfər üçün nəzərdə tutulan kompleks üçün 9 hektardan çox ərazi ayrılıb. İkinci yaşayış kompleksində ümumilikdə 653 mənzildən 13-ü birotaqlı, 209-u ikiotaqlı, 281-i üçotaqlı, 150-si dördotaqlı olacaq.
Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək.
Kompleksdəki binalar daimi su, elektrik təchizatı və yüksək sürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq.
16-10-2023, 16:58
Putin Təhlükəsizlik Şurasının daimi üzvləriylə iclas keçirir


Putin Təhlükəsizlik Şurasının daimi üzvləriylə iclas keçirir

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirak etdiyi iclas keçirir. Bu barədə TASS məlumat yayıb.
Tədbirin iştirakçıları arasında Rusiya müdafiə naziri Sergey Şoyqu, FTX-nin rəhbəri Aleksandr Bortnikov, XKX-nin rəhbəri Sergey Narışkin və Rusiya Qvardiyasının rəisi Viktor Zolotov da var.
Detallar hələlik bəlli deyil.
16-10-2023, 16:47
Prezident Füzulidə idman kompleksinin təməlini qoydu


Prezident Füzulidə idman kompleksinin təməlini qoydu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində idman kompleksinin təməlini qoyub.
Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleks barədə məlumat verib.
Bildirildi ki, ümumi sahəsi 17 hektar olan kompleksin baş planına əsasən, burada 200 yerlik tamaşaçı tribunası olan basketbol, voleybol, həndbol, badminton, minifutbol məşqlərinin və yarışların, eyni zamanda, idmanın müxtəlif növləri üzrə turnirlərin keçirilməsinə imkan verən universal zal inşa ediləcək. Bundan başqa, kompleksdə 100 yerlik tamaşaçı tribunası olan üzgüçülük zalı, güləş, cüdo, boks, karate növü üzrə məşq və trenajor zalları yaradılacaq. Binada inzibati otaqlar, kafe, anbar və digər texniki sahələr də nəzərdə tutulub. Burada, həmçinin sauna və masaj otaqları, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar olacaq.
Diqqətə çatdırıldı ki, plana əsasən, ərazidə süni ot örtüklü minifutbol meydançası, açıq havada idman alətləri ilə təchiz edilmiş meydança və texniki bina da yaradılacaq.
Qeyd edək ki, bu idman kompleksi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən inşa olunacaq.
16-10-2023, 16:37
Siyasi partiyalar Prezidentə təbrik məktubu ünvanladı


Siyasi partiyalar Prezidentə təbrik məktubu ünvanladı

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətin mətnində deyilir:
Möhtərəm cənab Prezident,
Azərbaycan xalqının milli birliyi, müzəffər Ordumuzun qəhrəmanlığı və Zati-alinizin qətiyyətli siyasi iradəsi bütün dünya azərbaycanlılarına bugünkü qürur dolu anları yaşadır. Siyasi baxışlarından asılı olmayaraq indi hər bir Azərbaycan vətəndaşı dərk edir ki, tarixin bütün dövrlərində başımıza gələn faciələrin, torpaqlarımızın itirilməsinin, soydaşlarımızın öz doğma yurdlarından didərgin salınmasının, suverenliyimizin pozulmasının başlıca səbəbi milli birliyin olmaması, hərbi və iqtisadi gücümüzün zəifliyindən irəli gəlmişdir.
Uzun zaman ərzində böyük səbir, təmkin və iradə göstərərək Azərbaycanın daxili və xarici siyasətində nail olduğunuz uğurlar ölkəmizi addım-addım Zəfər gününə, ərazi bütövlüyünün təmin olunmasına, suverenliyinə yaxınlaşdırmışdır. Öncə əhalinin rifahının yaxşılaşdırılması, bölgələrimizin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir ordu quruculuğu gərgin zəhmətinizin nəticəsində mümkün olmuşdur. Ölkəmizdə yaşayan müxtəlif etnik və dini kimliklərə mənsub vətəndaşlarımıza bərabər münasibət, söz və fikir azadlığının təmin olunması, demokratiya və plüralizmin inkişafı, siyasi dialoqun bərqərar olması ölkəmizin bugünkü qürur dolu tarixinin sütunları hesab edilə bilər. Heç şübhəsiz, bütün bunlar yalnız böyük amallara xidmət edən və ali hədəflərə yönələn, hər bir addımında dövlətini və xalqını düşünən siyasi liderin qətiyyətinin nəticəsində mümkün olmuşdur.
Ötən 20 il ərzində Azərbaycan Sizin rəhbərliyiniz altında öz ərazi bütövlüyünü təmin etmək, suverenliyini bərpa etmək, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtmasına nail olmaq üçün çətin sınaqlardan keçmişdir. Siz Qarabağda kök salmış cinayətkar rejimin, terrorçu dəstələrin, onların xarici havadarlarının ölkəmizə yönələn təhdidlərinin qarşısının alınması üçün beynəlxalq təşkilatların, beynəlxalq hüququn gücünə tam arxayın olmamış, bu illər ərzində Azərbaycan üçün güclü iqtisadiyyat və müasir ordu qurmusunuz. Bununla yanaşı, Siz Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, ölkəmizin dünya birliyində layiqli yer tutması, güclü beynəlxalq tərəfdaşlar qazanması üçün uzaqgörən siyasət həyata keçirmisiniz. Bu baxımdan 44 günlük haqq savaşımızda bütün Azərbaycan xalqı həm də xarici siyasətdə əldə olunan uğurların möhtəşəmliyinə şahidlik etmişdir.
Möhtərəm cənab Prezident,
İndi Azərbaycan dövləti uzun tarixi dövrdən sonra Vətən müharibəsi Zəfərinin təntənəsini yaşayır. Azərbaycan ərazisində heç bir mənəvi, siyasi və hüquqi əsası olmadan yaradılan qondarma rejim böyük Qələbənin nəticəsində tarixin qaranlığına qərq olmuşdur. Bu gün böyük siyasi iradənin, milli birliyin, güclü ordunun nəticəsində Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə dalğalanır. Azərbaycan Respublikasının Konstitusiyası bütün ölkə ərazisində vahid ana qanun kimi tətbiq olunur. Yaşadığımız bu böyük tarixi anlar beynəlxalq hüququn nəticəsində deyil, məhz güclü iqtisadiyyatımızın, qəhrəman Ordumuzun və milli birliyimizin, həmrəyliyimizin nəticəsində mümkün olmuşdur.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ölkəmizin xoşbəxt gələcəyi naminə bir daha siyasi həmrəyliyini bildirir, xalqımızın firavanlığı, dövlətimizin əbədi suverenliyi üçün apardığınız uğurlu daxili və xarici siyasətdə Zati-alinizə dəstəyini bəyan edir.

1. Yeni Azərbaycan Partiyası

2. Vətəndaş Həmrəyliyi Partiyası - sədr Sabir Rüstəmxanlı

3. “Ana Vətən” Partiyası - sədr Fəzail Ağamalı

4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - sədr Qüdrət Həsənquliyev

5. Böyük Quruluş Partiyası - sədr Fazil Mustafa

6. Demokratik İslahatlar Partiyası - sədr Asim Mollazadə

7. Vəhdət Partiyası - sədr Tahir Kərimli

8. Azərbaycan Demokratik Maarifçilik Partiyası - sədr Elşən Musayev

9. Milli Cəbhə Partiyası - sədr Razi Nurullayev

10. REAL Partiyası - sədr İlqar Məmmədov

11. Haqq Ədalət Partiyası - sədr Əli İnsanov

12. Azərbaycan Demokrat Partiyası - sədr Sərdar Cəlaloğlu

13. Ədalət Partiyası - sədr İlyas İsmayılov

14. Azərbaycan Ümid Partiyası - sədr İqbal Ağazadə

15. Klassik Xalq Cəbhəsi Partiyası - sədr Mirmahmud Fəttayev

16. “Azərbaycan Milli İstiqlal” Partiyası - sədr Arzuxan Əlizadə

17. Müasir Müsavat Partiyası - sədr Hafiz Hacıyev

18. Milli Dirçəliş Hərəkatı Partiyası - sədr Fərəc Quliyev

19. “Böyük Azərbaycan” Partiyası - sədr Elşad Musayev

20. Ağ Partiyası - sədr Tural Abbaslı

21 . Azad Vətən Partiyası - sədr Akif Nağı

22. Gələcək Azərbaycan Partiyası - sədr Ağasif Şakiroğlu

23. Yeni Zaman Partiyası - sədr Musa Ağayev.
16-10-2023, 16:22
190 nəfər erməni İsraildən çıxarıldı


190 nəfər erməni İsraildən çıxarıldı

Təl-Əviv-İrəvan xüsusi təyyarə reysi Ermənistan paytaxtı istiqamətində havaya qalxıb. Təyyarənin göyərtəsində 70-dən çoxu uşaq olmaqla 190 Ermənistan vətəndaşı var.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Əvvəllər bildirilmişdi ki, oktyabrın 16-da Ermənistan hökuməti öz vətəndaşları və onların ailə üzvlərinin təhlükəsizlik məqsədilə İsraildən könüllü köçürülməsinə dəstək vermək məqsədilə Təl-Əvivdən İrəvana xüsusi aviareys təşkil edəcək. Uçuşa daxil olan şəxslərin siyahısı Ermənistan Respublikasının İsraildəki səfirliyinə və Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edilmiş ərizələr əsasında, müraciətlərin xronologiyası, uşaqların olması nəzərə alınmaqla tərtib edilib.
16-10-2023, 16:13
İsraildə soydaşlarımızın əsir götürülməsinə XİN-dən reaksiya


İsraildə soydaşlarımızın əsir götürülməsinə XİN-dən reaksiya

Mətbuatda oktyabrın 7-də HƏMAS və İslami Cihad qruplaşmalarının İsrailə hücumu zamanı vətəndaşları öldürülən, əsir və itkin düşən ölkələrin siyahısı dərc olunub.
İddiaya görə, İsraildə 3 azərbaycanlı qətlə yetirilib, 14 nəfər itkin düşüb, 1 nəfər isə girov götürülüb. Siyahıda göstərilən vətəndaşların sayı ilə bağlı bəzi məlumatlar ölkələrin rəsmi statistikasına uyğun gəlmir.
Azərbaycan Xarici İşlər Nazirliyi 7 nəfər azərbaycan əsilli şəxsin həlak olması barədə xəbər yayıb.
Girov götürülən azərbaycanlıların olub-olmaması isə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, bununla bağlı informasiya həqiqəti əks etdirmir:
“Azərbaycanlıların İsraildə girov götürülməsi ilə bağlı məlumat öz təsdiqini tapmayıb. Bununla bağlı Azərbaycanın İsraildəki səfirliyinə tapşırıq verilib, araşdırma aparılır. Hələlik məlumat yoxdur”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!