Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
18-10-2023, 16:53
Kral İlham Əliyevə təbrik məktubu göndərdi


Kral İlham Əliyevə təbrik məktubu göndərdi

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqilliyinin Bərpası Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq.
Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik.
Zati-alinizə xoş arzularımızı və ehtiramımızı bildiririk".
18-10-2023, 16:51
XİN Başçısı İsrail-Fələstin münaqişəsindən danışdı


XİN Başçısı İsrail-Fələstin münaqişəsindən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələrlə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında iştirak edib.
Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən iclasda çıxış edən nazir, Azərbaycanın son hadisələrdən və İsrail-Fələstin münaqişəsi zonasında artan eskalasiyadan dərin narahatlığını vurğulayıb.
XİN rəhbəri, təcili de-eskalasiyaya və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edib.
18-10-2023, 16:46
Oğul Koçaryanın vəkili: "Məhkəmənin hərəkətləri qanunsuzdur"


Oğul Koçaryanın vəkili: "Məhkəmənin hərəkətləri qanunsuzdur"

"Məhkəmənin hərəkətləri qanunsuzdur".
Bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Levonun vəkili Erik Aleksanyan jurnalistlərə müvəkkilinə qarşı məhkəmə prosesi haqqında danışarkən söyləyib.
O bildirib ki, hakim bu gün müdafiəçilərin bütün vəsatətlərini rədd edib: "O, imtinaya və açıq iclas keçirməyə razı olmayıb. Məhkəmə və istintaq zamanı baş verənlərin hüquq və ədalətlə heç bir əlaqəsi yoxdur".
Qeyd edək ki, oğul Koçaryan sentyabrda müxalifətin Ermənistan hakimiyyətinə qarşı itaətsizlik aksiyalarından birində saxlanılıb.
18-10-2023, 16:39
İsrail və HƏMAS arasındakı münaqişə fərqli bir müharibədir - Bayden


İsrail və HƏMAS arasındakı münaqişə fərqli bir müharibədir - Bayden

İsrail və HƏMAS arasındakı münaqişə fərqli bir müharibədir.
Bunu İsrailə səfər etmiş ABŞ prezidenti Co Baydenlə görüşən Benyamin Netanyahu söyləyib.
İsrailin baş naziri Benyamin Netanyahu ölkəsi ilə Qəzza zolağında Fələstinin Həmas hərəkatı arasında münaqişənin çətin və uzunmüddətli olacağını deyib.
Netanyahu, həmçinin qeyd edib ki, İsrail Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün işi davam etdirəcək və Fələstin anklavında mülki itkiləri minimuma endirmək üçün səylərini davam etdirəcək.
18-10-2023, 16:29
Şuşada seysmik stansiya istifadəyə veriləcək


Şuşada seysmik stansiya istifadəyə veriləcək

Türkiyə Daxili İşlər Nazirliyinin tabeliyindəki Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) Agentliyinin (AFAD) AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) hədiyyə etdiyi quyudibi seysmik stansiyanın quraşdırılması istiqamətində texniki işlər davam etdirilir.
Bununla bağlı RSXM-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov Şuşada səfərdə olub.
Hazırda quyudibi stansiyanın yerləşdiriləcəyi quyunun qazılması prosesi davam edir. Şuşa seysmik stansiyasının bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, RSXM tərəfindən Qarabağda, eləcə də digər ətraf rayonlarda da seysmik və geofiziki stansiyasının quraşdırılması nəzərdə tutulur və hazırda bu istiqamətdə işlər davam etdirilir.
18-10-2023, 16:22
Misir fələstinli qaçqınları qəbul etməkdən imtina etdi


Misir fələstinli qaçqınları qəbul etməkdən imtina etdi

Misir Qəzzadan olan fələstinli qaçqınları qəbul etməkdən imtina edib.
Misir prezidenti Əbdəlfəttah əl-Sisi onları İsrail səhrasında yerləşdirməyi təklif edib.
O, Almaniya kansleri Olaf Şoltsla keçirdiyi mətbuat konfransında deyib ki, Qəzzadan Misirə insanların göndərilməsi ideyasını reallaşdırmaq mümkün deyil. Sisinin sözlərinə görə, bu halda Sinay yarımadasının “İsrailə qarşı terror hücumları üçün yeni bazaya” çevrilməsi riski var. Daha sonra o, qaçqınların yerləşdirilməsi üçün İsrailin Negev səhrasından istifadə etməyi təklif edib.
Kansler Almaniyanın Misirin İsraillə HƏMAS terror təşkilatı arasında münaqişəni azaltmaq səylərini dəstəkləyəcəyini bildirib. O, Qəzza zolağının sakinlərinə təcili humanitar yardımın göstərilməsinin vacibliyini də bəyan edib.
“Fələstinlilər HƏMAS deyil və onların fələstinlilər adından danışmağa haqqı yoxdur”, - kansler vurğulayıb.
18-10-2023, 16:17
Tramp baş vermiş hadisələrdə Baydeni günahlandırdı


Tramp baş vermiş hadisələrdə Baydeni günahlandırdı

HƏMAS və İranın yüksəlişinin səbəbi Baydenin səriştəsizliyi və zəifliyidir.
Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
Tramp Baydenin atdığı hər addımda ABŞ-ın bütün dünyada düşmənlərini gücləndirdiyini və onlara güvən verdiyini vurğulayıb.
“Bu, xüsusilə də HƏMAS terror qruplaşması və onların qatil sponsoru, İrandakı bədxah rejim üçün doğrudur”, - o söyləyib. Tramp buna misal olaraq İranla Çinin yaxınlaşmasını, eləcə də İran iqtisadiyyatının güclənməsini qeyd edib. O, Tehranın gündə üç milyon bareldən çox neft hasil etdiyini vurğulayıb.
18-10-2023, 15:43
Raketlərlə bağlı İrana qoyulan qadağa bu gün başa çatır


Raketlərlə bağlı İrana qoyulan qadağa bu gün başa çatır

BMT-nin ballistik raketlərlə bağlı İrana qoyduğu qadağa bu gün başa çatır.
Bu barədə İran xarici işlər nazirinin müavini Əli Bakıri "X" platformasında açıqlama verib.
"BMT Təhlükəsizlik Şurasının 2231 saylı fərmanı çərçivəsində İrana qarşı tətbiq edilən ədalətsiz ballistik raketlərə qarşı tətbiq edilən embarqo oktyabrın 18-də başa çatır. İran artıq BMT Təhlükəsizlik Şurası çərçivəsində heç bir məhdudiyyətə məruz qalmır", - deyə o bildirib.
Qeyd edək ki, sözügedən fərman İranın ballistik raket fəaliyyətlərinə qarşı bir sıra sanksiyaları əhatə edir. Sanksiyaların başa çatması İrana ballistik raket fəaliyyətlərində öz inventarını inkişaf etdirmək və yeniləmək imkanı verir.
18-10-2023, 15:19
Paşinyan Rusiyayla bağlı çıxış etdi


Paşinyan Rusiyayla bağlı çıxış etdi

Ermənistanın baş naziri Nikol Paşinyanın dünən Fransanın Strasburq şəhərinə səfəri çərçivəsində Avropa Parlamentindəki çıxışında ölkənin müttəfiqlərini hərəkətsizlikdə ittiham etməsindən sonra onun komandasından olan bəzi şəxslər ritorikanı yumşaltmağa çalışırlar.
Bu barədə Ermənistan mətbuatına və bu ölkənin rəsmi şəxslərinin çıxışına nəzər salıb.
Belə ki, Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan bəyan edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq məsələsini müzakirə etmir.
O əlavə edib ki, Rusiyanın dövlət kanallarında ekspertlər Ermənistanda hakimiyyətin dəyişdirilməsinə çağırır: "Bu ritorikaya diqqətlə nəzər yetirsəniz, aydındır ki, bu məqsədlə küçələrə çıxmağa çağırış var. Ermənistanın təhlükəsizlik üzrə müttəfiqlərinin ölkədə demokratik hökuməti devirmək çağırışlarına diqqət çəkən baş nazir məhz bu barədə danışıb".
Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovanisyan isə Ermənistanın müttəfiqlərinə qarşı ittihamlarla bağlı deyib ki, Paşinyan Avropa Parlamentində konkret ölkənin adını çəkməyib: "Bəyanatda konkret bir ölkə qeyd olunmayıb. O, bəzi müttəfiqlərimizdən danışıb... Birinci hissədə məyusluqdan danışıb, lakin konkret müttəfiq göstərilməyib".
Hovanisyan fikrini belə davam etdirib: "Baş nazir yalnız onu dedi ki, Ermənistanda demokratiya eyni ssenari üzrə ciddi zərbələr alıb və almaqda davam edir. Sülhməramlılara gəlincə, Ermənistanın onların bəzi hərəkətlərindən məyus olması dəfələrlə dilə gətirilib".
XİN başçısının müavini vurğulayıb ki, Ermənistan və Avropa İttifaqı münasibətlərində sensasiyalı heç nə baş verməyib. Paruyr Hovanisyan jurnalistlərə bildirib ki, Aİ islahatlar baxımından Ermənistanın ən mühüm tərəfdaşı olaraq qalır və baş nazirin sözləri ölkənin bu münasibətləri dərinləşdirmək siyasətini təsdiqləyir.
Moskvanın deyilənlərə reaksiyasına gəlincə, nazir müavini hər kəsin hər şeyi eşitdiyini xatırladaraq, bu barədə şərh verməkdən imtina edib.
Qeyd edək ki, Moskvadakı yüksək rütbəli mənbə "RİA Novosti"yə bildirmişdi ki, Paşinyanın Avropa Parlamentindəki çıxışını Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndirir.
Xatırladaq ki, Paşinyan Avropa Parlamentində müttəfiqlərin hərəkətsizliyindən şikayətlənib. Onun fikrincə, bu, Ermənistanın suverenliyinə əsas təhdidlərdən biridir: "Xarici qüvvələr hibrid texnologiyalardan istifadə etməklə Ermənistanda daxili qeyri-sabitlik yaratmağa çalışıblar".
Ermənistan baş naziri Qarabağdakı Rusiya sülhməramlılarını da hərəkətsizlik nümayiş etdirməkdə günahlandırıb.
18-10-2023, 15:06
Xaçaturyanın növbəti məhkəmə tarixi bəlli oldu


Xaçaturyanın növbəti məhkəmə tarixi bəlli oldu

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezinin cinayət işi üzrə oktyabrın 18-də növbəti məhkəmə iclası keçirilib.
Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Vaqif Xaçaturyanın hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Radmila Abılova müdafiə edib. Vaqif Xaçaturyan məhkəmə prosesində tərcüməçi ilə təmin olunub.
Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verib, V.Xaçaturyanın Meşəlidə və ətraf ərazilərdə öz dəstəsi ilə törətdiyi cinayətlərdən danışıblar. Zərərçəkənlər təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini tələb ediblər.
Məhkəmənin növbəti iclası oktyabrın 24-də keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!