"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı .....                        "Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil" .....                        DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək .....                        Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi .....                        Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi .....                        Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi .....                        Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur .....                        Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi .....                        Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı .....                       
21-10-2023, 16:49
"Mustafa Kamal Atatürk - 2023" təlimində aviasiya vasitələri ilə məşqlər keçirilir


"Mustafa Kamal Atatürk - 2023" təlimində aviasiya vasitələri ilə məşqlər keçirilir

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə məşqlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri plana uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər.
Qeyd edək ki, ölkəmizdə 23-25 oktyabr tarixlərində keçiriləcək təlimə hər iki qardaş ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

21-10-2023, 16:04
Şarl Mişel Fələstin Prezidentiylə görüşdü


Şarl Mişel Fələstin Prezidentiylə görüşdü

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Fələstin dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.
Tərəflər arasında görüş Qahirədə keçirlən sülh konfransı çərçivəsində baş tutub.
Tərəflər İsrail-Fələsin münaqişəsini. Qəzzadakı vəziyyəti müzakirə ediblər.
Misirin paytaxtı Qahirədə 30-dan çox dövlətin, bir sıra beynəlxalq və regional təşkilatların iştirakı ilə Fələstin-İsrail məsələsi üzrə keçirilən beynəlxalq sülh sammiti işə başlayıb.
21-10-2023, 15:30
HƏMAS Qəzza zolağında 210 nəfəri girov saxlayır - İsrail


HƏMAS Qəzza zolağında 210 nəfəri girov saxlayır - İsrail

HƏMAS qruplaşması Qəzza zolağında 210 nəfəri girov saxlayır.
Bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib.
"İndiyədək qaçırılan 210 və öldürülən 307 hərbçimizin ailələrini xəbərdar etmişik. Yaxın günlərdə bu rəqəm dəyişə bilər", - o deyib.
İsrail girovların Qəzzaya aparıldığını, ancaq onların dəqiq yerinin bilinmədiyini, bu üzdən onları qurtarmağın çətinləşdiyini bildirib. Rəsmilər çox adamın Qəzzanın altındakı tunellər şəbəkəsində saxlana biləcəyini deyiblər. İsrail əsgərləri bu tunelləri “Qəzza metrosu” adlandırırlar.
21-10-2023, 14:44
Fələstinlilər Qəzza zolağından kənara köçürülməyə razı olmayacaq


Fələstinlilər Qəzza zolağından kənara köçürülməyə razı olmayacaq

Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Qahirədə keçirilən beynəlxalq konfransda deyib ki, İsrail ordusunun atəşinin davam etməsinə baxmayaraq, fələstinlilər Qəzza zolağından kənara köçürülməyə razı olmayacaqlar.
M.Abbas Qəzza zolağına yardımın davam etdirilməsinə çağıraraq, “biz heç vaxt köçürülmə ilə razılaşmayacağıq, nə qədər çətinliklər olsa da, öz torpaqlarımızda qalacağıq” deyib.
O, "biz həmçinin, fələstinlilərin İordan çayının qərb sahilindəki və Qüdsdəki evlərindən qovulmasına qarşıyıq" söyləyib.
21-10-2023, 14:10
Sinan Oğan şəhid övladlarıyla görüşdü


Sinan Oğan şəhid övladlarıyla görüşdü

Azərbaycan Diaspora Dəstək Fondunun dəstəyi, “Zəfər”Şəhid Ailələrinə Dəstək ictimai Birliyinin tərəfdaşlığı ilə şəhid övladları Azərbaycanın ilk və populyar TEDx Bakı tədbirində iştirak ediblər.
Ali təhsil müəssisələrində təhsil alan və ingilis dilini səlis bilən şəhid övladlar qatılıblar.
Türkiyənin tanınmış siyasətçisi Sinan Oğanın çıxışı tədbirdə maraqla qarşılanıb.
Sinan Oğan tədbirin yekununda şəhid övladları ilə görüşərək, xatirə şəkli çəkdirib.
21-10-2023, 13:26
Milli Məclis Azərbaycan və Türkiyə arasında Əməkdaşlıq Sazişini müzakirə etdi


Milli Məclis Azərbaycan və Türkiyə arasında Əməkdaşlıq Sazişini müzakirə etdi

Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi barədə” qanun layihəsini müzakirə edib.
Müzakirə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin oktyabrın 20-də keçirilən iclasında baş tutub.
Müzaakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.
21-10-2023, 12:47
Paytaxtda azyaşlı faciəvi şəkildə öldü


Paytaxtda azyaşlı faciəvi şəkildə öldü

Bakıda azyaşlının faciəli şəkildə ölməsinə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Prokurorluğun məlumatına görə, oktyabrın 14-də 2012-ci il təvəllüdlü Abdulla Əlizadənin Nəsimi rayonu, R.Behbudov küçəsində yaşadığı evdə ölməsi barədə məlumat daxil olub.
Araşdırma zamanı Abdulla Əlizadənin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazsindən tapdığı kustar üsulla dəmir materialdan hazırlanmış mənşəyi məlum olmayan qurğu ilə yaşadığı evin yataq otağında ehtiyatsız davranması səbəbindən açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.
21-10-2023, 12:31
Sabahın havası


Sabahın havası

ETSN Milli Hidrometeorologiya Xidməti oktyabrın 22-də gözlənilən hava şəraiti barədə proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.
21-10-2023, 12:22
Qəzzada 1,4 milyon məcburi köçkün var


Qəzzada 1,4 milyon məcburi köçkün var

Qəzzada təxminən 1,4 milyon məcburi köçkün var ki, onlardan 544 mindən çoxu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi tərəfindən yaradılmış 147 müvəqqəti sığınacaqda yerləşib.
Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin hesabatında deyilir.
Qəzza Mənzil Nazirliyinin məlumatına görə, döyüşlər başlayandan bəri Qəzza zolağında bütün yaşayış binalarının ən azı 30%-i dağıdılıb və ya zədələnib.
“Ehtiyat generatorları işə salmaq üçün yanacağın idxalına qoyulan qadağa ilə daha da kəskinləşən elektrik kəsilməsi ardıcıl onuncu gündür ki, davam edir. Təhlükəsiz mənbələrdən su istehlakının artması yoluxucu xəstəliklərin baş vermə riskini artırır”, - BMT agentliyi vurğulayıb.
21-10-2023, 12:01
Yaralanan İsrail vətəndaşlarının sayı 5 min nəfəri ötdü


Yaralanan İsrail vətəndaşlarının sayı 5 min nəfəri ötdü

Fələstin-İsrail münaqişəsi nəticəsində yaralanan İsrail vətəndaşlarının sayı 5 min nəfəri ötüb.
Bu barədə İsrailin Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Bundan əvvəl “Times of Israel” 4,9 minə yaxın yaralı barədə məlumat vermişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!