Başlanğıcdan sona doğru: mənim səyahətim .....                        ODLAR ÖLKƏSİYƏM .....                        Çiçək ananın çiçək açmayan arzuları .....                        AŞIQ HÜSEYN CAVANIN MILLI HÖKUMƏT DÖVRÜ YARADICILIĞI .....                        Münasibətlər dəyişərsə nə baş verə bilər? .....                        Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb? .....                        Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb? .....                        Türkiyədə meşə yanır - Helikopter və təyyarələr cəlb olundu .....                        HƏMAS-ın yeni lideri öldürülüb? - İsrail ordusu araşdırır .....                       
22-10-2023, 10:17
İsrail Livanla sərhəddə yerləşən 14 şəhəri boşaldır


İsrail Livanla sərhəddə yerləşən 14 şəhəri boşaldır

İsrail Müdafiə Qüvvələri bildirib ki, ölkə hakimiyyəti Livanla sərhəddə yerləşən 14 şəhəri boşaldır.
Bu barədə ordunun teleqram kanalında məlumat verilib.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək onlarla hərbi texnikanı ələ keçirib və 200-dən çox insanı girov götürüb. İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir qılınclar” adlanır. Əməliyyatın məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib. Oktyabrın 13-də İsrail BMT-yə bildirib ki, Qəzzada quru əməliyyatı başlamazdan əvvəl 1,1 milyon fələstinli 24 saat ərzində Qəzzanın cənubuna təxliyə edilməlidir.
22-10-2023, 08:13
Şəkidə Kəlağayı gecəsi


Şəkidə Kəlağayı gecəsi

Şəki şəhər Səməd Vurğun adına folklor evində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirilib.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində 21 Oktyabr 2023-cü il saat 15:00-da, Şəki şəhər Səməd Vurğun adına folklor evində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirilib.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı bildirib ki, layihənin mahiyyəti kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmaqdır.
Bədii gecədə Şəki şəhər 4 nömrəli U.M.M-nin xor şöbəsinin müdiri Fərqanə Salamova, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin drijoru Zabil Məmmədov, Şəki Şəhər Uşaq İncəsənət məktəbinin Müəllimi Xumar Əsədova və şagirdləri, Şəki 4 nömrəli Uşaq musiqi məktəbinin tar müəllimi Səxavət Cumayev, Şəki şəhər 4 nömrəli U.M.M-nin nağara müəllimi Elman Salmanov, Bilqeyis Ələskərova adına Folklor evinin kamança üzrə metodisti Rüstəm Xəlilməmmədov və digər söz, sənət adamları iştirak ediblər.
Layihə çərçivəsində "Kəlağayı əlvan qıyqacı" kitabı oxuculara təqdim olunub. Sonda Güllü Eldar Tomarlı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə, təşkilatı dəstəyə görə Şəki şəhər İcra Hakimiyyətinə, Mədəniyyət idarəsinə minnətdarlığını bildirib.
Qeyd edək ki, "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində Bakı, Qazax, İsmayıllı və Şəki şəhərlərində kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin təşkili və "Kəlağayı əlvan qıyqacı" kitabının təqdimatının keçirilməsi nəzərdə tutulub.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!