25-10-2023, 15:51
Balasanyan “Makarov” tapançasını təhvil verdiÖzünü buraxmış qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan barəsində yeni xəbər var.
Vitali Balasanyan İrəvanda özünü mərkəzi polis idarəsinə təqdim edərək “Makarov” tapançasını təhvil verib.
Ermənistan İstintaq Komitəsindən bildirilib ki, bu hadisə ilə bağlı 335-ci maddənin 1-ci hissəsi ilə cinayət işi başlanıb:
“Silahların qanuni olması aydınlaşdırılır”.
25-10-2023, 15:09
Samux Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunduPrezident İlham Əliyev Samux Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib.
Firdovsi Əliyev bu vəzifəyə gətirilib.
Qeyd edək ki, İlham Əliyev digər sərəncamla Alı Qocayevi Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
25-10-2023, 14:51
İsrail Hələb hava limanını vurduİsrail Suriyanın Hələb hava limanını vurub.
Bu barədə "RİA Novosti" Suriya mətbuatına istinadən məlumat yayıb.
Bildirilib ki, uçuş-enmə zolağına maddi ziyan dəyib, lakin itki yoxdur.
Qeyd edək ki, 7 oktyabrdan başlayan Fələstin-İsrail qarşıdurması davam edir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.
25-10-2023, 14:43
Ərdoğan İsrail-Fələstin münaqişəsi ilə bağlı çağırış etdiTürkiyə Prezidenti Rəsəb Tayyib Ərdoğan İsrail-Fələstin münaqişəsi ilə bağlı çağırış edib.
Ərdoğan bu çağırışı hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısında səsləndirib.
"Əvvəlcə bütün tərəflər əllərini tətikdən çəkməli və dərhal atəşkəs elan edilməlidir", - Prezient deyib.
25-10-2023, 14:30
Dünyanın təhlükəsizliyini 5 dövlətin maraqlarına təslim etmək olmaz - ƏrdoğanTürkiyə prezidenti növbəti dəfə Birləşmiş Millətlər Təşkilatında islahatlar aparılmasının vacibliyini vurğulayıb.
Ərdoğan BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünə diqqət çəkib.
"Dünyanın təhlükəsizliyini 5 dövlətin maraqlarına təslim edən bir strukturun davamlılığı yoxdur", - o qeyd edib.
Türkiyə prezidenti "uşaq ölümlərinə laqeyd qalan sistemin ciddiyəalınmaz olduğu"nu deyib.
Xatırladaq ki, BMT TŞ-nin veto hüququna malik daimi üzvləri Çin, Rusiya, ABŞ, Fransa və Böyük Britaniyadır. Ərdoğan hər zaman "Dünya 5-dən böyükdür" devizi ilə məsələni gündəmə gətirir.
25-10-2023, 14:24
İsveçin NATO-ya üzvlüyünə yeganə maneə MacarıstandırTürkiyə lideri Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası barədə təklifi parlamentə göndərib. Ancaq Macarıstan ərizəni ratifikasiya etmək üçün səs verməkdən imtina edib.
Bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
Məlumata görə, Macarıstanın baş naziri Viktor Orban hökuməti İsveçin Alyansa daxil olmasına əsas maneədir. Bütün 31 müttəfiq ölkə onun üzvlüyünü təsdiqləməlidir. Hazırda yeganə maneə Macarıstandır.
25-10-2023, 14:12
Ərdoğan HƏMAS-ı terror təşkilatı saymadığını söylədiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağını idarə edən HƏMAS qruplaşması haqqında danışıb.
Ərdoğan HƏMAS-ı terror təşkilatı saymadığını söyləyib.
"HƏMAS terror təşkilatı deyil", - deyə bildirən Türkiyə prezidenti qruplaşmanı "torpaqlarını qoruyan mücahidlər" adlandırıb.
Xatırladaq ki, Ərdoğan İsrailə planlaşdırılan səfərini ləğv etdiyini açıqlayıb.
Qeyd edək ki, bir çox Qərb ölkələri və İsrail HƏMAS-ı terror təşkilatları siyahısına daxil edib. 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam etməkdədir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.
25-10-2023, 13:50
Ərdoğan İsrailə səfərini ləğv etdiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfərini ləğv edib.
Bunu onun özü açıqlayıb.
"İsrailə getməklə bağlı planımız var idi. Ləğv etdik, getməyəcəyik", - o qeyd edib.
Xatırladaq ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam etməkdədir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.
25-10-2023, 13:42
Prezident 4,7 milyonluq Sərəncam imzaladıPrezident İlham Əliyev Böyükşor–Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə uzunluğu 12,7 km olan altı hərəkət zolaqlı Böyükşor–Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 4,7 milyon (dörd milyon yeddi yüz min) manat ayrılması nəzərdə tutub.
Sənəddə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməsi tapşırılıb.
25-10-2023, 13:23
Peskov: “Ermənistan və Azərbaycanla təmasları davam etdiririk, lakin..”"Kreml Astanadan NATO-nun Sülhməramlı Qüvvələr Mərkəzi ilə bağlı nəşrlərin mövzusu ilə bağlı əlavə məlumat gözləyir".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Rusiya Federasiyası Ermənistan və Azərbaycanla təmaslarını davam etdirir, lakin hələ ki, nizamlanmada irəliləyiş yoxdur", - o əlavə edib.
"Çinin nüvə potensialının artırılması Rusiya Federasiyasını narahat etmir, Pekin regionda təhlükəsizlik vəziyyətini nəzərə alaraq addımlar atır. Rusiya dəfələrlə terrorla qarşılaşıb, onunla necə mübarizə aparacağını başqalarından yaxşı bilir və bundan sonra da edəcək", - sözçü bildirib.
Peskov Qərbdə Balticconnector-un zədələnməsinin arxasında Rusiya Federasiyasının dayandığı təqdirdə nə ediləcəyi ilə bağlı müzakirələri “rusofob reflekslər” adlandırıb.