Başlanğıcdan sona doğru: mənim səyahətim .....                        ODLAR ÖLKƏSİYƏM .....                        Çiçək ananın çiçək açmayan arzuları .....                        AŞIQ HÜSEYN CAVANIN MILLI HÖKUMƏT DÖVRÜ YARADICILIĞI .....                        Münasibətlər dəyişərsə nə baş verə bilər? .....                        Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb? .....                        Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb? .....                        Türkiyədə meşə yanır - Helikopter və təyyarələr cəlb olundu .....                        HƏMAS-ın yeni lideri öldürülüb? - İsrail ordusu araşdırır .....                       
27-10-2023, 16:26
Paşinyan Macarıstanın XİN heyətini qəbul etdi


Paşinyan Macarıstanın XİN heyətini qəbul etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Macarıstanın xarici işlər naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Görüş Siyartonun İrəvana səfəri çərçivəsində baş tutub. İkitərəfli münasibətlər, İrəvanda Macarıstanın konsulluğunun açılması, Ermənistan-Avropa İttifaqı əməkdaşlığı və humanitar vəziyyət müzakirə edilib.
27-10-2023, 16:09
Vətən müharibəsi iştirakçısı özünü yandırdı


Vətən müharibəsi iştirakçısı özünü yandırdı

Bu gün günorta saatlarında İsmayıllı Rayon İcra Hakimiyyətinin binası qarşısında Vətən müharibəsi qazisi Röyal Mirzəyev intihara cəhd edib.
26 yaşlı qazi üzərinə benzin tökərək özünü yandırıb.
Rayonun Qubaxəlilli kəndindən olan Röyal Mirzəyev təcili yardımla əvvəlcə xəstəxanaya, sonraya Bakıya aparılıb.
Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin detalları məlum deyil.

27-10-2023, 15:40
Türkiyə bu ərəb ölkələrini İstanbuldakı nümayişə dəvət etdi


Türkiyə bu ərəb ölkələrini İstanbuldakı nümayişə dəvət etdi

Türkiyə Misir, Səudiyyə Ərəbistanı, Livan, Liviya və İordaniya liderlərini oktyabrın 28-də İstanbulda Fələstin uğrunda nümayişdə iştiraka dəvət edib.
Bu barədə Türkiyənin “Sabah” qəzeti yazır.
Mitinq dünyanın diqqətini Qəzzada yaşananlara cəlb etmək və Fələstinə dəstək məqsədi daşıyır.
Qəzet Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın çevrəsindəki mənbəsinə istinadən əmin edir ki, nümayişdə çoxlu nüfuzlu media rəhbərləri, idmançılar, incəsənətin, biznesin və Fələstin diasporunun tanınmış və nüfuzlu nümayəndələri iştirak edəcək.
27-10-2023, 15:27
Tezliklə 3-cü Dünya müharibəsi başlaya bilər - Lukaşenko


Tezliklə 3-cü Dünya müharibəsi başlaya bilər - Lukaşenko

Tezliklə 3-cü Dünya müharibəsi başlaya bilər.
Bunu Belarusun prezidenti Aleksandr Lukaşenko jurnalistlərə deyib.
Onun sözlərinə görə, İsrail-Fələstin münaqişəsinin gərginləşməsinin qarşısı alınmazsa, Yaxın Şərqdən 3-cü Dünya müharibəsi başlaya bilər.
Lukaşenko həmçinin bildirib ki, münaqişə tərəflərinin bu və ya digər ölkədə istehsal olunan silahlardan istifadə etməsi hələ heç nəyi sübut etmir. Bu, silah ticarətidir və qanunidir.
"Ola bilsin, kimsə hansısa yolla bu silahları alıb, HƏMAS bu raketləri alıb", - Belarus prezidenti deyib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
27-10-2023, 15:11
Zelenski Britaniyanın Baş naziriylə danışıqlar apardı


Zelenski Britaniyanın Baş naziriylə danışıqlar apardı

Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniya Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
Bu barədə Prezident Zelenski "X" hesabında bildirib.
"Böyük Britaniyanın Ukraynaya dəstəyi sarsılmaz olaraq qalır və mən bunu yüksək qiymətləndirirəm", - Zelenski qeyd edib.
Zelenski bildirib ki, telefon danışığı zamanı o, Böyük Britaniya Baş nazirini Avdiivka ətrafında döyüşlər barədə məlumatlandırıb:
"Biz gələcək müdafiə əməkdaşlığını, xüsusən də Ukraynanın hava hücumundan müdafiəsi üçün daha çox raket və dron əleyhinə imkanları müzakirə etdik. Mən Baş nazir Rişi Sunakı Rusiyanın Qara dənizdə mülki naviqasiyanı riskə atan hərəkətləri barədə məlumatlandırdım. Ukraynanın taxıl dəhlizi bütün çətinliklərə baxmayaraq işləməyə davam edəcək".
Tərəflər, həmçinin Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.
"Biz gərginliyin dayandırılmasının qlobal birliyin maraqlarına uyğun olduğu barədə razılaşdıq", - Zelenski əlavə edib.
27-10-2023, 14:12
İsrail HƏMAS komandirlərindən daha birini məhv etdi


İsrail HƏMAS komandirlərindən daha birini məhv etdi

İsrail Silahlı Qüvvələri HƏMAS batalyonlarından birinin komandirinin məhv edildiyini açıqlayıb.
Bu barədə İsrail Silahlı Qüvvələrinin teleqram kanalında dərc olunan bəyanatda deyilir.
“İsrail Müdafiə Qüvvələri “HƏMAS batalyonunun komandiri Madhat Mübaşir gecə saatlarında öldürülüb”, - bəyanatda bildirilib.
Bundan əvvəl verilən məlumatda Fələstinin “İslami Cihad” təşkilatının yerli qruplarından birinin səhra komandiri Ayser Mohammad Al-Amerin də öldürüldüyü qeyd edilmişdi.
27-10-2023, 13:33
Fələstin-İsrail bütün regionda gərginliyə səbəb olur - Peskov


Fələstin-İsrail bütün regionda gərginliyə səbəb olur - Peskov

"Fələstin-İsrail münaqişəsi bütün regionda gərginliyə səbəb olur".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, HƏMAS təmsilçilərinin Rusiyaya səfərini şərh edib: "HƏMAS nümayəndə heyətinin Moskvada nə “Kreml proqramı” var, nə də Kremllə əlaqəsi. Terrorizmin heç bir təzahürünə haqq qazandırmaq olmaz".
Peskov bəyan edib ki, ABŞ Hərbi Hava Qüvvələri İranın silah anbarlarına zərbələr endirdikdən sonra Rusiya ordusunun Suriyadakı münaqişəyə cəlb olunma ehtimalı ilə bağlı heç bir narahatlıq yoxdur: "Rusiya Federasiyası Fələstin-İsrail münaqişəsinin bütün tərəfləri, o cümlədən İsraillə təmasları davam etdirməyi zəruri hesab edir".
Peskov Krımda Ali Radanın keçmiş deputatı Oleq Tsarevə qarşı sui-qəsd cəhdini şərh etməyib və bu barədə hələ ki, məlumatının olmadığını bildirib.
"Putin oktyabrın 27-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirəcək", - deyə sözçü məlumat verib.
27-10-2023, 13:05
Avropa İttifaqından Qəzzaya 50 milyon avroluq yardım


Avropa İttifaqından Qəzzaya 50 milyon avroluq yardım

Avropa İttifaqı Qəzza zolağına 50 milyon avro dəyərində əlavə humanitar yardım ayıracaq.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.
Leyen mətbuat konfransında Qəzza zolağına ilk yardımın artıq çatdırıldığını deyib: "Biz Yaxın Şərqdəki vəziyyətlə bağlı uzun və gərgin müzakirə apardıq. Ümumi mövqe çox aydın idi. İsrail HƏMAS terror təşkilatının hücumuna məruz qalıb. İsrail beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq çərçivəsində özünümüdafiə hüququna malikdir. Liderlərdən HƏMAS-ın heç bir ilkin şərt olmadan bütün girovları dərhal azad etməsinə dair güclü çağırış olub. Eyni zamanda, HƏMAS-ın terror fəaliyyətləri ilə Fələstin xalqına zərər verdiyi də məlum olub. Qəzzada humanitar böhranı həll etmək üçün səylərimizi davam etdirməyimiz Komissiya üçün çox vacibdir. Yardım Qəzza zolağına rəvan və sürətlə çatmalıdır".
27-10-2023, 12:21
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!