Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
28-10-2023, 20:20
Müharibə cinayətləri törədib  mülki şəxsləri qətlə yetirənlər cəzalanmalıdır

Müharibə cinayətləri törədib mülki şəxsləri qətlə yetirənlər cəzalanmalıdır[/color]

Bu gün Ermənistanın Bərdə şəhərində törətdiyi terror hadisələrinin üçüncü ildönümüdür. Belə qanlı cinayətlərin geniş yerli və xarici ictimaiyyətə davamlı çatdırılması üçün daha intensiv çalışmaq lazımdır. Yalnız 27-28 oktyabr tarixində deyil, hər zaman bu məqamlar diqqət mərkəzində olmalıdır. Bu gün çox müsbət haldır ki, Azərbaycan ərazisində separatizmə son qoyulub. Qanlı cinayətlərdə əli olan separatçıların bir qrupu həbs olunub. Dinc azərbaycanlıların qətlinə baiskar olan hər bir erməninin hərbi məhkəmədə cavab verəcəyi şübhəsizdir.
Ermənilərin terror aktlarına, məlum hadisələrə siyasi qiymət verib tanımaq, soyqırımı törədənləri pisləmək mövcud reallıq baxımından zəruri olsa da, hüquqi baxımdan məsələnin həlli deyil. Məsələnin ədalətli həlli üçün cinayət varsa cəza mexanizmi işə düşməlidir. Cəzasızlıq bəşəriyyəti fəlakətə sürükləyir.
Xocalı soyqırımı məsələsi hüququ müstəviyə çoxdan çıxarılmalı idi. Məlum məsələdir ki, Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün tərkib hissəsi olmuşdur. Təbii ki, buna görə, Ermənistanın əməlləri beynəlxalq cinayət sayılmalıdır.
Ermənilər bir sıra beynəlxalq konvensiyaların o cümlədən Haaqa Konvensiyasının, Müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, və həmin 1949-cu il Cenevrə Konvensiyasına əlavə Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar.
Müharibə cinayətində əli olanlar, mülki şəxslərə qarşı törətdiyi cinayət zamanı bəşəri prinsipləri pozaraq beynəlxalq hüququ bərbad vəziyyətə salıblar. Bütün sənədlərdə birmənalı şəkildə göstərilir ki, dünyanın hüquq sisteminə, beynəlxalq konvensiyalara, bəşəri prinsiplərə görə, insanlara qarşı münasibət eyni olmaldır. Təəssüf ki, eyni deyil.



Əkrəm Bəydəmirli

28-10-2023, 16:19
Qadın karateçimiz qızıl medal qazandı


Qadın karateçimiz qızıl medal qazandı

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
O, həlledici qarşılaşmada İsveçrə təmsilçisi Yelena Quriçə 4:3 hesabı ilə qalib gəlib.
Beləliklə, İ.Zaretska üçqat dünya çempionu olub. Təcrübəli idmançı 2018 və 2021-ci illərdə keçirilən mundiallarda da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
28-10-2023, 14:41
Qəzzaya hər gün 40 yük avtomobili daxil olmalıdır - BMT


Qəzzaya hər gün 40 yük avtomobili daxil olmalıdır - BMT

Təxminən 1,1 milyon insana ərzaq yardımı çatdırılması üçün qarşıdakı iki ay ərzində Qəzzaya hər gün 40 yük avtomobili daxil olmalıdır.
Bu barədə mərkəzi qərargahı İtaliyanın paytaxtı Romada yerləşən BMT-nin Ümumdünya Ərzaq Proqramı bildirib.
Qeyd olunur ki, Qəzza əhalisinin artan ehtiyaclarını qarşılamaq üçün davamlı yardımlara ehtiyac var. Hazırda Qəzzada yaşanan yanacaq qıtlığı ərzaq yardımlarının dayanmasına səbəb ola bilər. Yanacaq tədarükü çörək istehsalı, istiliklə təminat və yardımların nəqliyyat vasitələri ilə müvafiq yerlərə daşınması üçün mühüm əhəmiyyət kəsb edir.
Minlərlə ailənin əziyyət çəkməməsi üçün humanitar əməliyyatların əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
28-10-2023, 14:19
Əli Əsədov qazaxıstanlı həmkarına başsağlığı verdi


Əli Əsədov qazaxıstanlı həmkarına başsağlığı verdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 28-də Qazaxıstanın Baş naziri Alixan Smailova başsağlığı məktubu göndərib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Ə.Əsədov Karaqandada şaxtada baş verən qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qəbul etdiyini bildirib.
Məktubda Qazaxıstanın Baş nazirinə, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı ifadə edilir.
28-10-2023, 14:04
Qazaxıstanda ölənlərin sayı 32 nəfərə çatdı


Qazaxıstanda ölənlərin sayı 32 nəfərə çatdı

Qazaxıstanın Karaqanda vilayətində baş vermiş mədən qəzası nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Daha 18 şaxtaçının axtarışları davam etdirilir.
28-10-2023, 13:20
Prezident Tokayevə başsağlığı məktubu göndərdi


Prezident Tokayevə başsağlığı məktubu göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib.
Mətndə deyilir:
"Hörmətli Kasım-Jomart Kemeleviç.
Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
28-10-2023, 13:05
Çörəyin qiyməti ucuzlaşdı


Çörəyin qiyməti ucuzlaşdı

Azərbaycanda çörəyin qiymətində azalma müşahidə edilib.
60 qəpiyə satılan zavod çörəyinin qiyməti artıq 55 qəpikdir.
Bu da çörəyin qiymətinin daha 5 qəpik azalması deməkdir. Qeyd edək ki, son bir ayda Azərbaycanda un bahalaşıb.
Topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində bir manata yaxın artım olub. Bu da ölkədə çörəyin qiymətinə necə təsir edəcəyi barədə suallara səbəb olurdu.
Xatırladaq ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.
28-10-2023, 12:51
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Oktyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.
28-10-2023, 12:36
Qazaxıstanda matəm elan olundu


Qazaxıstanda matəm elan olundu

Qazaxıstanda Karaqanda yerləşən mədəndə baş verən parlayış qurbanlarının xatirəsinin yad edilməsi üçün oktyabrın 29-u matəm elan olunub.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. O, həmçinin hadiə yerinə gedib.
Qeyd edək ki, hadisə nəticəsində 21 nəfər həlak olub.
28-10-2023, 12:15
Vətən bizi səsləyir

ADPU-da “Qərbi Azərbaycana doğru - Vətən bizi səsləyir” mövzusunda tədbir keçirilib - FOTOLAR

Oktyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qərbi Azərbaycan İcması (QAİ) ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qərbi Azərbaycana doğru - Vətən bizi səsləyir” mövzusunda tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ictiami-siyasi xadimlər, elmi-pedaqoji ictimaiyyətin nümayəndələri və Qərbi Azərbaycan ziyalıları iştirak ediblər.
Tədbirdən əvvəl Filologiya fakültəsi tərəfindən hazırlanan “Zəfər guşəsi”nin açılışı olub. Guşə iki hissədən ibarətdir, - birinci hissədə Pedaqoji Universitetin Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş tələbə və məzunlarının adları əks olunub, ikinci hissədə isə “Dəmir yumruq” ətrafında Şuşa qalasının işğaldan azad olunmasını əks etdirən möhtəşəm kompozisiya tədqim olunur. Qeyd edək ki, ADPU-nun tələbə və məzunlarından I Qarabağ müharibəsində adları məlum olan 29 nəfər, Vətən müharibəsində 14 nəfər, 2022-ci ilin sentyabr döyüşlərində isə 1 məzunu şəhid olmuşdur. Onlardan 3 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır, 3 nəfəri isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Sonra ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın dəstəyi və təşəbbüsü ilə keçirilən tədbirdə iştirakçılar, Qərbi Azərbaycanın folklor sənəti nümunələri, tarixi, etnoqrafiyası ilə bağlı kompozisiyalar, kitab sərgisi və Dərələyəz mahalının tanınmış simalarının fotoşəkilləri ilə tanış olub, universitetdəki Heydər Əliyev muzeyini ziyarət ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda Dövlət Bayrağını ucaltmasını xatırladaraq, bu gün xalq olaraq möhtəşəm tarixi dövr yaşadığımızı vurğulayıb.
O bildirib edib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətinin layiqli sərkərdəsi olan cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan öz gücü hesabına ərazi bütövlüyü və suverenliyini bərpa etdi, bu gün nəinki Qarbağ və Şərqi Zəngəzura qayıdırıq, eyni zamanda Qərbi Azərbaycana qayıdış konsepsiyasının reallaşdırılmasına başlanılıb.
Vurğulanıb ki, 2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının yeni inzibati binasındakı nitqində Prezident İlham Əliyev İcma ziyalılarının qarşısında qərbi azərbaycanlıların öz tarixi vətənlərinə qayıda bilməsi üçün Azərbaycan dövlətinin köməyinə arxalana biləcəyini bəyan etdi. Ölkə başçısının bəyanatı 1997-ci ildə Prezident Heydər Əliyevin imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmandan irəli gələn vəzifələrin icrasına yönələn addımların davamı idi.

Bu, XIX əsrin sonları - XX əsrin əvvəllərindən bugünkü Ermənistan Respublikasının ərazisindən azərbaycanlıların minillik tarixi ərazilərindən zorla çıxarılması ilə başlayan və 100 ildən artıq davam edən prosesə qarşı hüquqi-siyasi mübarizənin başlanğıcı idi. Biz yüz minlərlə azərbaycanlının beynəlxalq konvensiyalarla təsbit olunan əzəli haqqına qovuşacağına inanırıq.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı v.i.e., QAİ-nin Dərələyəz mahalının Keşkənd rayonu üzrə icma sədri, prof. Mahirə Hüseynova və Paşalı rayonu üzrə icma sədri Faiq Xudayev mövzu ətrafında geniş məruzələr etdi. Məruzələrdə Qərbi Azərbaycan irsinin araşdırılması, Respublika və beynəlxalq səviyyədə təbliği bu gün informasiya və elm cəbhələrimizin önündə duran vacib vəzifələr kimi qeyd olunmuşdur. Bu istiqamətdə əsaslı elmi araşdırmaların aparılmasında mərhum akademik Həsən Mirzəyevin miqyaslı tətqiqatlarının mühüm mənbə rolunu oynadığı məruzəçilərin çıxışlarında xüsusi vurğulanmışdır.
Tədbirdə çıxış edənlərdən Milli Məclisin deputatları Fəzail Ağamalı, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, İcma nümayəndələrindən Səməd Vəkilov və Məhəmməd Rəsuloğlu, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, akademik Abel Məhərrəmov və başqaları əzəli torpaqlarımıza qayıdışla bağlı ali təhsil müəssisələrində bu tip geniş maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulamış, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğuna təşəkkür etmişlər.


Tədbir incəsənət nümayəndələri və Filologiya fakültəsində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvlərinin ifasında bədii hissə ilə davam etmişdir.
Sonda Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub, xatirə şəkili çəkdirilib.

[center]



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!