Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
4-06-2024, 17:06
COP29-a ev sahibliyi münasibətilə qardaş Azərbaycanı bir daha təbrik edirəm - Ərdoğan


COP29-a ev sahibliyi münasibətilə qardaş Azərbaycanı bir daha təbrik edirəm - Ərdoğan

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsi ilə bağlı məktub ünvanlayıb. Butov.az məktubu təqdim edir:
“Əziz iştirakçılar.
Hörmətli qonaqlar.
Hamınızı səmimi-qəlbdən salamlayıram.
Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan bütün tədbirlərin müsbət nəticələrə yol açmasını diləyirəm. Bu mühüm tədbirin əməkdaşlığımızın dərinləşməsinə səbəb olmasını, bölgəmizdəki sülhə və sabitliyə töhfələr verməsini arzu edirəm.
Can Azərbaycan ilə yaxın münasibətlərimiz bütün sahələrdə olduğu kimi, enerji sahəsində də güclüdür. Uzun illərə əsaslanan və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və TANAP kimi infrastruktur layihələri ilə taclandırdığımız əməkdaşlığımız təkcə Türkiyə və Azərbaycana fayda verməyib, bölgənin və Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfələr verib.
Türkmənistan qazının ortaq səylərimizlə Türkiyəyə və Avropaya çatdırılması, TANAP-ın imkanlarının genişləndirilməsi artıq zaman məsələsidir. Bu sahələrdəki fəaliyyətlərimizin çox yaxında bəhrə verməsi, şübhəsiz, Türkiyə və Azərbaycanın daha bir ortaq uğuru olacaq.
Türk dünyası olaraq ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, təhlükəsizlik, hərbi, müdafiə sənayesi, nəqliyyat, səhiyyə, təhsil və mədəniyyət sahələrində olduğu kimi, enerji sahəsində də əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdırmaq və dərinləşdirmək arzusundayıq. Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşünün önümüzdəki ay Can Azərbaycanın ev sahibliyi ilə Şuşada keçirilməsindən məmnunluq duyduğumu da fürsətdən istifadə edərək bildirmək istəyirəm.
Tarixi “İpək yolu”nu relslər üzərində həyata keçirən Orta Dəhlizin onurğa sütunu olan Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirmə işləri tamamlanaraq, yenidən tam fəaliyyətə başlaması ilə yükdaşımalarda təmin ediləcək altı dəfəlik qabiliyyət artımı regional nəqliyyat şəbəkəsinin inkişafı baxımından strateji əhəmiyyətə malikdir.
Bərpaolunan enerjidə, yeni texnologiyalarda və enerji mənbələrinin şaxələndirilməsində iki ölkə olaraq əməkdaşlığımızı gücləndiririk. Naxçıvan vasitəsilə elektrik enerjisi ixracı və İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələrini ən yaxın zamanda başa çatdırmağı hədəfləyirik. Cənubi Qafqazda davamlı sülh və sabitlik əsasında yüksələcək əmin-amanlığın və rifahın təmin olunması üçün fəaliyyətimizi qətiyyətlə davam etdiririk. Azərbaycan və Ermənistan arasında son dövrlərdə əldə edilən müsbət yenilikləri məmnunluqla qarşılayır və imzalanacaq sülh müqaviləsini bölgənin gələcəyi baxımından tarixi fürsət olaraq gördüyümüzü bir daha bildirmək istəyirəm.
Fürsətdən istifadə edərək, 2024-cü il 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi münasibətilə qardaş Azərbaycanı bir daha təbrik edir, konfransa hazırlıq prosesində hər cür dəstəyi verməyə hazır olduğumuzu xüsusi ifadə edirəm.
Enerji sahəsindəki bu dinamik mühit və proseslərin yaxından diqqət mərkəzində saxlanacağı Bakı Enerji Həftəsinin bütün iştirakçılarına uğurlar diləyir, qardaşım Prezident İlham Əliyevə təşəkkürlərimi bildirir, hamınızı ən səmimi hisslərimlə salamlayıram.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti”.

4-06-2024, 17:03
Naxçıvanda 6 mərmi aşkar edilib


Naxçıvanda 6 mərmi aşkar edilib

Naxçıvan MR Kəngərli rayonunda partlamamış 6 ədəd mərmi aşkar edilib.
Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunan 2 ədəd 122 mm-lik, 1 ədəd 112 mm-lik, 1 ədəd 87 mm-lik top mərmisi, 1 ədəd 84mm-lik minaatan mərmi, 1 ədəd 42mm-lik tank əleyhinə mərmi Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin minalardan təmizlənmə üzrə pirotexnik qrupu tərəfindən götürülərək zəzərsizləşdirilməsi üçün məhvetmə ərazisinə daşınıb.
4-06-2024, 16:54
Erməni keşiş Azərbaycanla sərhədə gəlir


Erməni keşiş Azərbaycanla sərhədə gəlir

Sabah tərəfdaralarımızla Vardenis rayonuna gedəcəyik.
Bunu iyunun 4-də İrəvandakı Surb Anna kilsəsinin həyətində “Vətən naminə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan deyib.
“Saat 18.00-da Zod kəndində mitinqimiz var”, - Qalstanyan bildirib.
Arxiyeskop yaxın vaxtlarda Zəngəzur bölgəsində də gedəcəklərini deyib, amma dəqiq tarix açıqlamayıb.
Qeyd edək ki, Baqrat Qalstanyanın mitinq keçirmək istədiyi Zod kəndi Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə yerləşir.
4-06-2024, 16:51
Azərbaycana bu səfərimdə insanlarda bir rahatlıq gördüm - Əziz Səncər


Azərbaycana bu səfərimdə insanlarda bir rahatlıq gördüm - Əziz Səncər

Azərbaycana ilk gəldiyim zaman Qarabağ işğal altında idi. Bütün danışıqlarımızda bu məsələ hər kəsin düşüncəsinə hakim idi. İkinci səfərimdə Qarabağ işğaldan azad olunsa da, Xankəndi düşmənin əlində idi və bunun narahatlığı var idi.
Bunu Kimya üzrə Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin professoru Əziz Səncər iyunun 4-də keçirilən mətbuat konfransında söyləyib.
“Bu səfərimdə isə ünsiyyətdə olduğum insanlarda bir rahatlıq olduğunu hiss etdim. İnsanlar gələcəyə ümidlə baxırlar, indi torpaq dərdimiz yoxdur. “Bundan sonra həyatımıza normal davam edəcəyik” fikirləri müşahidələrimin nəticəsi oldu”.
Professor Əziz Səncər, həmçinin Naxçıvana səfərindən söz açıb: “Naxçıvana getmək mənim üçün çox vacib idi. Hər zaman oraya getməyi istəmişəm. Deyərdim ki, Naxçıvanın havası Bakıdan daha gözəldir, oranı çox sevdim. Böyük diqqət gördüm”.
4-06-2024, 16:47
İrəvanda aksiya iştirakçılarına cinayət işi açıldı


İrəvanda aksiya iştirakçılarına cinayət işi açıldı

Ermənistan Xarici işlər Nazirliyinin qarşısında aksiya keçirən şəxslər barəsində cinayət işi açılıb.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, “Tavuş naminə Vətən” hərəkatının aksiyası zamanı xuliqanlıq etməkdə təqsirləndirilən 5 nəfər barəsində cinayət işi açılıb.
Qeyd edilib ki, barələrində cinayət işi açılan şəxslər mayın 31-də Ermənistan Xarici işlər Nazirliyinin qarşısında keçirilən aksiya zamanı xuliqanlıq əməlləri törədiblər.
4-06-2024, 16:45
Paşinyan Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi


Paşinyan Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığı aparıb.
Həmsöhbətlər Ermənistan-Finlandiya əlaqələrinin gələcək inkişafı və genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Xüsusilə iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımların həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Nikol Paşinyan və Aleksandr Stubb Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşməsinə, ölkədə həyata keçirilən demokratik islahatlara, həmçinin Ermənistan-Azərbaycan sülh prosesi və regional təhlükəsizliklə bağlı məsələlərə toxunublar.
4-06-2024, 16:40
Lənkəranda doğulan kimi ölən körpə meyxanaçının övladı olub


Lənkəranda doğulan kimi ölən körpə meyxanaçının övladı olub

Meyxanaçı Oruc Bayramsəsin (Oruc Lənkəranlı) ailəsində faciə baş verib.
Onun Lənkəran Perinatal Mərkəzində doğulmuş körpəsi həyatını itirib.
Yaxınlarının dediyinə görə, uşaqda heç bir problem olmayıb. Uşaq qeysəriyyə əməliyyatı zamanı ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
4-06-2024, 16:36
Bu imtahan da ödənişli olacaq


Bu imtahan da ödənişli olacaq

Azərbaycanda peşəkar mühasib sertifikatının verilməsinə görə imtahan ödənişli olacaq.
Bununla bağlı "Mühasibat uçotu haqqında" qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İmtahanda iştirak ödənişlidir. İmtahanda iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
4-06-2024, 16:14
Xocalıda atelye fəaliyyətə başladı


Xocalıda atelye fəaliyyətə başladı

Xocalı şəhərində atelye fəaliyyətə başlayıb.
"Naxışlı" atelyesi 10 günə yaxındır Xocalıda fəaliyyət göstərir.
Layihə rəhbəri Təranə Sultanova Trend-ə bildirib ki, atelye müasir standartlara cavab verən istehsal sahəsidir.
"Əsas məqsədimiz burada xanımların işlə təmin olunmasını təşkil etmək və onların əl işlərini dünyaya tanıtmaqdır. Hazırda 5 nəfər işlə təmin olunub. Daha iki vakansiyamız da var.
Xocalıda sakinlərin sayı çoxaldıqca atelyedə vakansiyaların sayı artacaq. İlkin mərhələdə ev tekstili - süfrələr, yemək servisi üçün dekorativ örtüklər, salfetlər, dəsmallar toxunacaq. Zamanla məhsul çeşidləri də artırılacaq", - deyə o qeyd edib.
4-06-2024, 16:10
“Tərtər işi”: Daha 4 nəfərə hökm oxundu


“Tərtər işi”: Daha 4 nəfərə hökm oxundu

Bu gün Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror Ruslan Mikayılov və Sənan Maşıyevin 9 il 10 ay, Cabir Qəhrəmanovun 8 il 5 ay, Elçin Əliyevin isə 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!