Ən yüksək balları bu məktəblərin şagirdləri topladı .....                        Bu il BDU-da 8 yeni ixtisas açılacaq - SİYAHI .....                        Özbəkistan və Koreya liderləri 18 sənəd imzalayıblar .....                        Bayram günlərində şəhərin mərkəzi küçələri bağlanacaq - RƏSMİ .....                        Ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalır – DİN-dən XƏBƏRDARLIQ .....                        Bakıda lift qırıldı: Xəsarət alanlar var .....                        Magistraturaya ixtisas seçimi nə vaxt başlayacaq? - Rəsmi .....                        Ocaq qalamaq istədi, özünü yandırdı .....                        Bayden və Zelenski 10 illik saziş imzaladı .....                       
6-06-2024, 22:53
Bakıda kafe yanır


Bakıda kafe yanır

Bakının Binəqədi rayonunda, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən kafelərin birində güclü yanğın başlayıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd olunub ki, yanğın güclü olduğu üçün ətrafa yayılıb. Hələlik yanğının qarşısını almaq mümkün olmayıb.
6-06-2024, 21:50
Avropanın üç ölkəsi Azərbaycana soyuq müharibə elan edib


Avropanın üç ölkəsi Azərbaycana soyuq müharibə elan edib

Bizim Avropa İttifaqı ilə münasibətlərimiz müsbət xarakterizə oluna bilər, ancaq İkinci Qarabağ müharibəsindən və xüsusilə keçən ilin antiterror əməliyyatından sonra bəzi Avropa ölkələri bizə qarşı əsassız və vicdansız hücumlara başlayıb.
Bu fikri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə səsləndirib.
"Azərbaycanı ləkələmək, bizim işimizə kölgə salmaq, ağa qara, qaraya ağ demək, işğalçını dəstəkləmək, işğala məruz qalanları isə ləkələmək Avropa İttifaqının bəzi üzv ölkələri üçün həyat tərzinə çevrilib. Bunun təməlində heç də beynəlxalq hüququn normaları deyil, şəxsi xəstə ambisiyalar dayanır. Əfsuslar olsun ki, Avropada xüsusi yerə malik olmaq üçün can atan bəzi ölkələr anti-Azərbaycan qruplaşmanı da yarada bilmişlər. Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Onların adları bəllidir", - Prezident qeyd edib.
6-06-2024, 21:21
Şabranda sürücü yeniyetməni vurub öldürdü


Şabranda sürücü yeniyetməni vurub öldürdü

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bu gün saat 19:30 radələrində Şabran rayonu ərazisində rayon sakini Məmmədəli Quliyev idarə etdiyi "Opel" markalı avtomobil yolu keçən piyada 2008-ci il təvəllüdlü rayon sakini L.Osmanovanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran RMX-çatdırılan şəxs orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
6-06-2024, 20:55
Moskva və Bakı konsulluq məsələsini müzakirə edir


Moskva və Bakı konsulluq məsələsini müzakirə edir

“Moskva və Bakı Rusiyanın Azərbaycanda Baş konsulluqlarının yaradılmasını müzakirə edir”.
Bunu Peterburq beynəlxalq forumu çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
O qeyd edib ki, Rusiya bu işdə uğurlu yekuna ümidlidir.
Qeyd edək ki, Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin daha əvvəl ölkəsinin Azərbaycanın Xankəndi şəhərində konsulluq açmaq niyyətində olduğunu açıqlayıb.
6-06-2024, 20:29
İlham Əliyevdən Ermənistana sərt mesaj


İlham Əliyevdən Ermənistana sərt mesaj

Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması mümkün deyil.
Bu fikirləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə söyləyib.
"Məhz onların ideologiyasında, siyasətində və ictimai diskursunda Türkiyəyə qarşı ərazi iddiaları davamlı olaraq eşidilir. Azərbaycanlılar və türklər məhz onların cəmiyyətində kiçik yaşlarından düşmən obrazında təqdim edilirlər. Millətçilər və hərbi cinayətkarlar tərəfindən zəhərlənən onların cəmiyyətidir. Ona görə də onlar bu məsələlərlə məşğul olmalıdırlar", - dövlət başçısı qeyd edib.
Prezident vurğulayıb ki, iki ölkənin hərbi potensialını, demoqrafik potensialını, iqtisadi potensialını müqayisə edib sonra Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək intihar etmək deməkdir: "2020-ci və 2023-cü illərin hadisələrindən sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək də, ümumiyyətlə, intihara yaxındır. Ona görə də onlar öz ideologiyalarını, cəmiyyətdəki əhvali-ruhiyyəni dəyişməlidirlər. Bu, zaman tələb edir. Onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir. Ancaq yenə də demək istəyirəm ki, biz sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq razılaşdırılması istiqamətində konstruktiv işə sadiqik".
6-06-2024, 19:28
“Qafqaz Qartalı - 2024” təlimindən görüntülər - VİDEO


“Qafqaz Qartalı - 2024” təlimindən görüntülər - VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” birgə təlimi davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimin planına uyğun olaraq, ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə xüsusi təyinatlılar şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra ediblər.
Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib.
Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
6-06-2024, 18:51
Bakı Bəyannaməsi qəbul edildi


Bakı Bəyannaməsi qəbul edildi

TÜRKPA-nın 13-cü plenar iclasında Bakı Bəyannaməsi qəbul edilib.
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova plenar iclasda bildirib.
Bununla da plenar iclas başa çatıb.
6-06-2024, 18:09
Sumqayıt Bayraq Muzeyində daha bir şəhidin xatirəsi anılıb

Sumqayıt Bayraq Muzeyində daha bir şəhidin xatirəsi anılıb

İyunun 6-sı Sumqayıt Bayraq Muzeyində Şəhid Şirin Qurbanovun ad günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə şəhid ailələri ilə yanaşı, mədəniyyət işçiləri, həbiçilər, şairlər, jurnalistlər və məktəblilər də iştirak ediblər. Tədbir şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olunub. Bayraq Muzeyinin rəhbəri Günay İmanova qonaqları salamlayaraq günün önəmindən danışıb. Daha sonra tədbirin aparıcısı Vəsilə xanım şəhid Şirin Qurbanov haqqında məlumat verərək, çıxış üçün sıra ilə qonaqlara söz verib. 28 May Mədəniyyət evinin rəhbəri Vüsal Yaqublu və Sumqayıtın Tarixi Muzeyinin rəhbəri Namiq Əliyev çıxışları zamanı bildiriblər ki, rəhbərlik etdikləri mədəniyyət ocaqlarında şəhidlərimizin xatirəsi tez-tez yad edilir, mütəmadi olaraq qəhrəmanlarımızla bağlı tədbirlər həyata keçirilir. Millət vəkili Razi Nurullayevin nümayəndəsi, AYB-nin üzvü şairə Esmira Günəş isə öz çıxışı zamanı hər zaman şəhid ailələrinin ziyarətlərində olduqlarını, şəhidlər haqqında yazdığı 20 kitabın təqdimatını bütün bölgələrimizdə keçirdiyini bildirərək, Şirin Qurbanovun yer aldığı "Cəsur Qəhrəmanlar" kitabını şəhidin bacısına təqdim edib. Tədbirin bədii hissəsində 24 saylı məktəbin şagirdi Leyla Məmmədovanın şeiri və səsləndirdiyi vətənpərvər musiqiləri qonaqları çox duyğulandırıb. Tədbirdə iştirak edən şəhid ailələri hər biri çıxış edərək şəhidləri haqqında qonaqlara məlumat veriblər. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırıldıqdan sonra qonaqlar çay süfrəsinə dəvət olunublar.








6-06-2024, 17:56
Əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının rolu var - Spiker


Əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının rolu var - Spiker

Qardaş ölkələr arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda olduqca uğurla inkişaf edir.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın “Türk Dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş 13-cü plenar iclasında deyib.
Spiker qeyd edib ki, çoxsaylı qarşılıqlı səfərlər, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə həyata keçirilən layihələr və atılan addımlar, beynəlxalq aləmdə birgə fəaliyyət və qarşılıqlı dəstək bu əməkdaşlığın geniş miqyasının bariz göstəricisidir.
Çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” fikrini xatırladan Sahibə Qafarova deyib ki, Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biri olaraq qalmaqda davam edəcək.
O, məmnunluqla bildirib ki, yüksək səviyyəli işbirliyi parlamentlərimiz arasında da müşahidə olunmaqdadır. Spikerin sözlərinə görə, 12-ci plenar iclasdan ötən dövr parlament sədrləri, dostluq qrupları və komitələr səviyyəsində qarşılıqlı səfərlər, müntəzəm görüşlər, müxtəlif beynəlxalq platformalarda birgə iştirakla yadda qalıb. Bütün bunlar isə ölkələrimizin birliyi və həmrəyliyinin daha da güclənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına imkan yaradır.
Ölkələr arasında çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının hər birinin rolu olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, bu təşkilatların ən böyük xüsusiyyəti onların ortaq mədəniyyətə, tarixə, dilə, mənəvi dəyərlərə malik xalqları və ölkələri birləşdirməsidir. Gün keçdikcə təşkilatlarımızın hər birinin fəaliyyəti daha da güclənir və əhəmiyyəti daha da artır. Bu isə, əlbəttə ki, bizim ümumi işimizə olduqca böyük fayda verir. Spiker, bu təşkilatların ölkələrimizin çoxtərəfli fəaliyyətinin mərkəzinə qoyulmasının, onların daha da güclənməsi üçün bütün zəruri addımların atılmasının vacibliyini diqqətə çatdırıb.
6-06-2024, 17:44
Azərbaycanda teleradiolara elektron siqaretlərlə bağlı sanksiya tətbiq edilir


Azərbaycanda teleradiolara elektron siqaretlərlə bağlı sanksiya tətbiq edilir

Azərbaycanda teleradiolara elektron siqaretlərin reklamına görə sanksiya tətbiq edilə bilər.
Bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, son zamanlar bir sıra yayımçılara ödənişli əsasda bir məlumatın yayımlanması barədə təkliflər daxil olur. Həmin məlumatda bır sıra xarici xəbər agentliklərinə istinadla son zamanlar daha çox amerikalı siqaret aludəçilərinin alternativ nikotin məhsullarına keçmələri haqqında məlumatlar öz əksini tapmışdır və iddia olunur ki, alternativ nikotin məhsulları ABŞ bazarının müəyyən faizini təşkil edir. Həmçinin, sözü gedən informasiyalarda mütəxəssislərin daha çox insanın siqareti tərgitməsi və zərərli kimyəvi maddələrin təsiri guya az olan daha yaxşı məhsullara keçməsi tendensiyasına müsbət yanaşmaları iddia olunur.
Audiovizual media subyektləri tərəfindən Audiovizual Şuraya daxil olan sorğulara cavab olaraq və məsələnin ciddiliyini nəzərə alaraq, Azərbaycan Respublikası Audiovizual Şurası bildirir ki, belə məzmunlu məlumatların televiziya və ya radio kanallarında yayımlanması “elektron siqaret”lərin təbliği hesab olunduğundan ölkə qanunvericiliyinin pozulmasıdır.
Nəzərə alınmalıdır ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanununa əsasən bütün növ qəlyanlar və elektron siqaretlər tütün məmulatları hesab olunur. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən tütün məmulatlarının satışının və istifadəsinin stimullaşdırılmasına xidmət edən hər bir addım tütün məmulatları sponsorluğudur. Sözügedən Qanunun 9.1.4-cü maddəsinə uyğun olaraq, tütündən istifadənin azaldılması məqsədilə tütün satışının bilavasitə və ya dolayı reklamının və təşviqinin, habelə tütün məmulatları sponsorluğunun reklamının və stimullaşdırılmasının bütün növləri qadağan edilir.
Eyni zamanda, “Reklam haqqında” Qanunun 28-ci maddəsinə əsasən tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.
Audiovizual Şura bir daha bildirir ki, yuxarıda qeyd olunan məzmunda məlumatların televiziya və ya radio kanallarında yayımlanması Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması hesab olunaraq, həmin məlumatların yayımlanması halında audiovizual media subyektinə qarşı inzibatı saksiya tətbiq olunacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!