Fransa baş naziri istefa verdi - Makron çətin durumda .....                        Azərbaycandan bu ölkələrə sərt cavab .....                        Ermənistanın Azərbaycana müsbət cavab verməsini gözləyirik - Çavuşoğlu .....                        Rüfət Səfərovla bağlı qərar verildi .....                        Gürcüstan müxalifəti debatdan yayındı .....                        Ceyhun Bayramov Aİ rəsmisi ilə görüş keçirdi .....                        Fransada kütləvi nümayişlər başlayır .....                        Sazişin 90 faizi razılaşdırılıb - Paşinyan .....                        “20 Yanvar”dan Sumqayıta yeni avtobuslar istifadəyə verilir .....                       
8-06-2024, 20:37
Basketbolçularımızdan ardıcıl üçüncü qələbə


Basketbolçularımızdan ardıcıl üçüncü qələbə

Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol yığması Avropa Kubokunun təsnifat mərhələsində üçüncü oyununa çıxıb.
Priştina şəhərində təşkil olunan mərhələdə yığma Kiprlə qarşılaşıb. Görüş millimizin 21:16 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığma bu gün keçirdiyi digər görüşlərdə Ermənistana 21:9, Kosovoya isə 14:10 hesabı ilə qalib gəlib.
Komandamız bu gün daha bir matç keçirəcək. Milli Bakı vaxtı ilə saat 23:45-də Albaniya ilə qarşılaşacaq.
8-06-2024, 19:23
Misirin şeyxi COP29-da iştirakını təsdiqlədi


Misirin şeyxi COP29-da iştirakını təsdiqlədi

“Misirlə Azərbaycan arasında əlaqələr çox yaxşı səviyyədədir”.
Bunu Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən məmnunluğunu bildirdi. COP29-a dəvətə görə təşəkkürünü bildirən Əhməd Məhəmməd Əhməd Əl Tayyib bu tədbirdə məmnunluqla iştirak edəcəyini dedi.
Əl-Əzhəri Şərifin şeyxi Bakıda dünya dini liderlərinin II Sammitinin keçirildiyini xatırladaraq, Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirdi və COP29 çərçivəsində də dini liderlərin toplantısının keçirilməsi üçün birgə işlərin aparıldığını qeyd etdi.
8-06-2024, 19:05
Azərbaycanlı astronavt kosmosa uçdu - FOTO


Azərbaycanlı astronavt kosmosa uçdu - FOTO

Bu gün Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasever ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçub.
Missiya zamanı o, üzərində Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib.
Astronavt uçuş missiyasına əlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST” festivalı çərçivəsində ona təqdim etdiyi Türkiyə Bayrağı və Azərbaycan Bayrağı ilə başlayıb. Tuva Cihangir Atasever və missiyanın digər üzvləri, onları yola salan doğmaları və media nümayəndələrinin qarşısında “Qəhrəman yürüşü” edərək kosmik təyyarəyə doğru yollanıblar.


8-06-2024, 18:48
Ərdoğan Rövşən Nəcəfə mükafat təqdim etdi


Ərdoğan Rövşən Nəcəfə mükafat təqdim etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Haliç Konqres Mərkəzində Türkiyə İxracatçılar Məclisinin (TİM) təşkilatçılığı ilə “2023-cü il ixracat çempionları”nın mükafatlandırma mərasimi keçirilib.
Bu barədə SOCAR-dan məlumat verilib.
Qeyd olunub ki, mərasimdə Türkiyədə ötən il ərzində ən çox ixracat həyata keçirən ilk 10 şirkətə mükafatlar təqdim olunub.
Qeyd edək ki, TİM tərəfindən açıqlanan “2023-cü il ixracat çempionları” siyahısına əsasən, qardaş ölkənin ən böyük birbaşa xarici investoru və inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə”nin “STAR” Neft Emalı Zavodu (NEZ) Türkiyə üzrə ümumi məhsul ixracatı dəyərinə görə 3-cü yerə layiq görülüb.
“STAR” NEZ, həmçinin “Kimyəvi maddələr və məhsullar”ı kateqoriyası üzrə birinci olub. Prezident Rəcəb Tayyib Ərdoğan “STAR” NEZ-in ixracat çempionu mükafatını SOCAR-ın prezidenti Rövşən Nəcəfə təqdim edib. “STAR” NEZ-in “Kimyəvi maddələr və məhsullar”ı kateqoriyası üzrə birincilik mükafatı isə Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat tərəfindən SOCAR prezidentinə təqdim olunub.
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına əsaslanan Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə sürətlə inkişaf edir.
Hər iki ölkənin enerji sektorunun inkişafına töhfə vermək istiqamətində əzmlə fəaliyyət göstərən SOCAR-ın Türkiyədəki fəaliyyəti qardaş ölkə tərəfindən daim dəstəklənir. Təqdim olunan mükafatlar SOCAR-ın Türkiyədəki fəaliyyətinə verilən yüksək dəstəyin və önəmin bariz nümunəsidir.
8-06-2024, 18:17
İlham Əliyevin Misirə səfəri başa çatdı


İlham Əliyevin Misirə səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri iyunun 8-də başa çatıb.
Qahirə Beynəlxalq Hava Limanında dövlətimizin başçısını rəsmi şəxslər yola salıblar.
8-06-2024, 17:48
Şeir istədim səndən….


İRADƏ ƏLİLİ – 60



Şeir istədim səndən…


Şeir istədim səndən…
Ürək dolu bir şeir…
Fərəh dolu bir sətir…
Sevgi dolu bir cümlə…


Onu, çoxdan tanıyıram… İllər və kitablar doğmalaşdırıb bizi. Hər gün bir-birimizdən xəbər tuturuq. Hər zəngimə, ay can Azadə, deyə cavab verir. Onu görəndə sevinirəm, elə bil Günəşlə görüşürəm… Qəlbi kövrəkdir, kəpənək zərifliyindədir. Çox iradəlidir, istəklərini hasilə gətirməkdə inadçıldır. Verdiyi sözün ağasıdır, dəqiqdir, intizamlıdır, heç vaxt görüşə gecikməz. Vətəni canı bilən, torpağa əyilən, Allaha təvəkkül edəndir. Müəllimdir, fəlsəfə üzrə elmlər doktorudur, təşkilat rəhbəridir, araşdırmaçı yazar, şair və ən əsası əsl vətəndaşdır. Bu sadalananların cəmində çox sadə insandır, İradə xanım.
İradə Əliyeva (Əlili) Zülfəli qızı 1964-cü ildə Sabirabad rayonunda doğulub. 1971-1981-ci illərdə Sabirabad rayon 1 saylı orta məktəbdə orta təhsil alıb. 1984-cü ildə Bakı Mədəni Maarif texnikumunun Kitabxanaçılıq işi ixtisasına qəbul olunub, 1986-cı ildə fərqlənmə diplomu ilə bitirib. 1988-ci ildə indiki Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin qiyabi şöbəsinə daxil olub. 1994-cü ildə universiteti bitirib. 2023-cü ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Yazıçılar Birliyinin təqdimatı ilə 2020-ci ildə birillik Prezident təqaüdünə layiq görülüb. 2015-ci ildən Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri, 2021-ci ildən isə həmtəhsisçisi olaraq fəaliyyət göstərir. İctimai mühitdə, təxəllüsü ilə İradə Əlili olaraq tanınır. Əmək fəaliyyətinə 04 yanvar 1982-ci ildə Sabirabad rayon Tədris kombinatında makinaçı vəzifəsində başlayıb. 26 sentyabr, 1983-cü ildə Sabirabad rayon Nar emalı zavodunda çalışıb. 1986-cı ildə Bakı Mədəni Maarif texnikumunu bitirdikdən sonra Sabirabad rayon Mərkəzi kitabxanasında əvvəl kitabxanaçı, sonra böyük kitabxanaçı vəzifələrində çalışıb. 25 oktyabr, 1991-ci ildə Bakı Mədəni Maarif Texnikumunun Sabirabad filialında Kitabxanaçılıq işi fənni üzrə əsas müəllim, 9 fevral 1998-ci ildə Respublika Elmi Texniki kitabxanasında Xidmət şöbəsində kitabxanaçı vəzifəsində işləyib. 04 mart, 1998-ci ildə “Savalan” uşaq qəzetində müxbir, 19 may, 2000-ci ildə Ədliyyə Nazirliyinin məhkəmə qərarlarının içrası idarəsində müfəttiş vəzifəsində çalışıb. 01 aprel, 2003-cü ildə Azərbaycan Dövlət Elmi Tibb Kitabxanasında əvvəlcə kitabxanaçı, 01 avqust, 2016-cı ildən isə Kitabsaxlayıcı şöbəsinin müdiri vəzifəsinə təyin edilib, həmçinin 2010-cu ildən kitabxananın Həmkarlar komitəsinin sədri vəzifəsini də icra edir. 2012-ci ildən Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin saat hesabı müəllimi kimi fəaliyyət göstəriri.
İctimai fəaliyyətə 2007-ci ildə professor Fuad Məmmədovun rəhbərlik etdiyi "Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyası prezidentinin köməkçisi kimi başlayıb. Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin (PTİY İB -nin) icra etdiyi 6 layihədə layihə rəhbəri və ya köməkçi qismində iştirak edib. 2020-ci ildən İctimai Birlik tərəfindən hazırlanmış “Gələcək müəllimlərin məktəbdə peşəyönümü işinin təşkilinə hazırlanması üzrə onlayn maarifləndirici tədbirlərin təşkili” layihəsinin və 2021-ci ildə Ümumtəhsil məktəblərində “Gələcəyin peşələri“ mövzusunda peşəyönümlü tədbirlərin təşkili layihəsinin rəhbəridir.
Qarabağ mövzusunda həqiqətləri əks etdirən bir çox kitabların müəllifidir. Bu kitabları bir çox xarici dillərə tərcümə etdirib, kitabxanalara, xarici ölkələrdə yaşayan diaspora nümayəndələrinə və Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin səfirlərinə təqdim edib. ”Xocalı: Şahidlər danışır” kitabı 12 dildə, “Laçın həsrətim” 4 dildə, “Bir damla göz yaşında torpaq həsrəti” 3 dildə, “Zəfər yolu” 3 dildə, ”Vətənin cəsur döyüşçüləri-2” 3 dildə. Bunlardan əlavə Azərbaycan dilində “Güllə səsindən doğulan kitab”, ”Qarabağın Tutusu”, ”Döyüşçü qadının səngər xatirələri”, ”Vətənin cəsur döyüşçüləri “ kitabları, həmçinin 6 adda ana dilində və xarici dildə esse, şeir kitabları, 40-dan çox məqaləsi, 1 monoqrafiya və tezisləri nəşr edilib.
10 ilə yaxındır ki, mütəmadi olaraq, Goranboy rayonu Ağcakənd qəsəbəsində müvvəqəti məskunlaşmış Xocalı qaçqınlarının ziyarətində olur. 2018-ci ildə Xocalı rayon icra hakimiyyəti fəaliyyəti ilə əlaqədar “QHT-lərə dövlət dəstəyi şurası”na təşəkkür məktubu göndərib. 2024-cü ildə Xocalının Fəxri vətəndaşı seçilib.

Sabirabad rayonunda Şəhid və qazi ailələrini tez-tez ziyarət edir, məktəblilərlə görüşür.
Qardaş Türkiyə qəhrəmanlarından bəhs edən “Kahraman Oğuz Özgür Şehit” adlı kitabının İzmir şəhərində təqdimatı keçirilib. Hal-hazırda qardaş Türk şəhidlərindən bəhs edən daha 2 kitab üzərində, “Kahraman tarihdə ismi kalandır” və “Çubuk Şehitleri” adlı kitabların, “Azərbaycanda Özbək ədəbiyyatı” adlı biblioqrafik göstərici üzərində çalışır.
R.Rza mükafatına, Respublika Veteranlar Təşkilatının təqdimatı ilə “Faşizm üzərində qələbənin 75-illik yubileyi”, “Beynəlxalq Simurq” medallarına, “Xurşidbanu Natəvan” mükafatına və Səhiyə işçiləri Həmkarlar İttifaqı komitəsinin “Fəxri Fərmanı”na layiq görülüb. Bir çox diplom və sertifikatlarla təltif olunub.
2019-cu il İraqın Basra şəhərində keçirilən 33-cü Marbid Beynəlxalq şeir festivalında iştirak edib. 33 ölkədən, 240 nümayəndə iştirak edən bu festivalın açılış günü 7 ölkənin şairləinin şeirləri təqdim olunmuşdur ki, bu ölkələrin sırasında Azərbaycanı təmsil etmişdir.
“Xocalı şahidlər danışır” kitabı Azərbaycan Respublikasının ilk İnsan Hüquqları üzrə Müvəkkili, kitabın ön söz müəllifi professor Elmira Süleymanova (Ombudsman) tərəfindən 2018-ci ildə Ombudsman Aparatında keçirilən Azərbaycanlıların Soyqırımın 100 illiyinə həsr olunmuş konfransda ictimaiyyətə təqdim edilib.
2022-ci il “Şuşa ili” çərçivəsində Milli kitabxanada Mədəniyyət Nazirliyi və Milli kitabxananın birgə təçkilatçılığı ilə Qarabağ mövzulu müxtəlif dillərə tərcümə edilmiş 4 kitabının təqdimatı keçirilib.
Ulu Öndərə həsr etdiyi “Əsərindir Azərbaycan” adlı şeirinə bəstəkar Sevinc Tofiqqızı mahnı bəstələmiş, müğənni Elnarə Rza tərəfindən ifa edilmişdir. 2023-cü ilin dekabr ayında Muğam mərkəzində mahnının təqdimatı keçirilmişdir.
Azərbaycan sənin şah əsərindir!
Səninlə fəxr edir bu xalq, bu millət
Danılmazdır etdiyin ali xidmət.
Xalqa sədaqət,vətənə məhəbbət
Çünkü sənin müqqədəs dəyərindir
Azərbaycan səninn şah əsərindir.

Xalqın yolunda sən xilaskar oldun,
Ata oldun, qardaş oldun, yar oldun,
Vətən çiçəkləndi, iftixar oldun,
Məhəbbətin ürəklərdə dərindir,
Azərbaycan sənin şah əsərindir

Azərbaycan sənin fəxarətindir
Keçdiyin yol əzmlidir, çətindir.
Xalqımıza bəxş etdin səadəti,
Xoş günlərə yetirdin bu milləti.
Ulu öndər səninlədir sevgimiz,
Ömür boyu unutmarıq səni biz.

Xalq güc aldı sənin cəsarətindən,
Xalq ucaldı sənin siyasətindən.
Alqış deyir sənə bu el, bu oba,
Milyonların ümidi Heydər baba.
Tükənməzdir sənə olan sevgimiz,
Ömür boyu unutmarıq səni biz.

Nurlu gələcəyə sən çıraq oldun.
Uca zirvə oldun, uca dağ oldun.
Xalqın xilaskarı, böyük sərkərdə,
Daim yaşayacaq adın qəlblərdə.
Tükənməzdir sənə olan sevgimiz,
Ömür boyu unutmarıq səni biz.


Şeirlərinə əməkdar artist Elnur Zeynalov, Arif Səlimov, Aydan Əliyeva, Elmir Mədətoğlu tərəfindən mahnılar bəstələnmişdir.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən Azərbaycan Qadınlarıının VI Qurultayının katibliyinin redaksiya heyətinə üzv seçilmiş, komitənin keçirdiyi layihələrdə və tədbirlərdə daim fəal iştirak edir.
Sadalanan çoxşaxəli fəaliyyətə malik olan İradə xanımın bu günlərdə 60 illik yubiley yaşı qeyd olunur. Yubiley yaşınız münasibətilə Sizi təbrik edir, can sağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram. Sizə hər görəndə söylədiyim ilk sözü bu gündə bu təbrik yazısında ünvanınıza yazıram. Siz GÜNƏŞsiniz! İşığınız tükənməzdir! Xeyirxahlığınız canınızda, qanınızdadır! Qəlbiniz təmizdir! Könlünüz fərəhlidir! Sevginiz təmənnasız, vicdanınız təmizdir! Bir gilə saf susunuz, ürəyi yanana! Köməksizin əlindən tutan, ehtiyacı olanın yanına tələsən, bacardığını əsirgəməyən, tək özünü deyil, özgəni də düşünən, təklərdənsiniz, ƏZİZ GÜNÜNÜZ MÜBARƏK!

Azadə NOVRUZOVA
8-06-2024, 17:34
RƏNGLƏRLƏRDƏN PƏRVAZLANAN ARZULAR


RƏNGLƏRLƏRDƏN PƏRVAZLANAN ARZULAR

Nakam adına Şəki Mərkəzi Kitabxanasında təşkil olunan "Qanadlı arzular" adlı fərdi rəsm sərginin baş tutması əsl hadisəyə çevrildi. Qeyd edək ki, sərgidə nümayiş olunan müxtəlif mövzulu rəsm əsərlərinin müəllifi 15 yaşlı məktəbli – rayonun Baş Zəyzid kənd tam orta məktəbinin IX sinif şagirdi Gülnar Məmmədli idi. Əsasən sürrealist üslubda – abstrakt janrda, eyni zamanda natürmort və portret janrlarında çəkilmiş rəsmlərdən ibarət sərgidə istedadlı yeniyetmə rəssamın 70-dən yuxarı əsəri nümayiş olunurdu.

Sərgi ilə bağlı təəssüratlarını yazıya almaq üçün kitabxananın şöbə müdiri Dilbər Yaqubovaya yaxınlaşdıq. Dilbər xanım həm Gülnarın, həm də onun ailə üzvlərinin sərgiyə böyük həvəs və ciddiyyətlə hazırlaşdıqlarından danışdı: “Düzünü deyim ki, sərgi təşkil olunması məqsədilə bizə müraciət ediləndə Gülnarın belə bir istedada malik olduğunu güman etmirdik. Lakin dünəndən bəri böyük zövqlə işlənmiş əsərləri gördükcə fikrimiz tamam dəyişdi. Övladlarının əl işlərini həm də səliqə ilə nümayiş olunmaq üçün hazır vəziyyətə gətirən valideynlərinin timsalında bütün digər ata-analarımızın, böyüklərimizin də beləcə öz istedadlı övladlarının yaradıcılığına diqqət və sayğı ilə yanaşmalarını arzulayardım. Ola bilər gənclərimizdə istedad olsun, lakin bu, hələ yetərli deyil. Fitri istedada malik gənclərin arzularının həyata keçməsinə yardımçı olmaq missiyası böyüklərin üzərinə düşür.
Görürsünüzmü, hələ sərginin açılışına yarım saatdan da artıq vaxt qalır, amma burada necə qələbəlikdir?! Demək, insanlarımız gözəl əsərlər, əsl yaradıcı mühit üçün acdırlar. Fərqi yoxdur, bu istedad hansı sahəyə aiddir, istər musiqi, istər poeziya, istər rəssamlıq, yaxud istənilən başqa elm və yaradıcılıq sahəsi olsun, bizim mədəniyyət məbədinin qapıları hər zaman belə istedadlar üçün açıqdır...”.

Daha sonra Gülnarın babası – uzun illər kənd məktəbində idman müəllimi işləmiş Cəlal müəllimə yaxınlaşıb ürək sözlərini dinləyirik:\
“Çox sevincliyəm. Hətta sevincimin həddi-hüdudu yoxdur, deyərdim. Nə gizlədim, biz Gülnarın rəsm sərgisinin bu qədər böyük maraq və sevgiylə qarşılanacağını gözləmirdik. Sağ olsunlar Nakam Kitabxanasının rəhbərliyi, Dilbər xanım, eyni zamanda Baş Zəyzid kənd məktəbinin pedaqoji və şagird kollektivi, Şəki ziyalıları... Gülnarın rəsm sənətkarlığı müəllimi Sahib Əhmədov... Hər kəs burdadır. Hamı əsərlər haqqında xoş söz söyləyir, təəssüratlarını bölüşür, təqdir edir. Bütün bu xoş münasibət inanıram ki, nəvəmə böyük yaradıcılıq stimulu verəcək.”

Sərginin açılış mərasimi ənənəvi olaraq lentkəsmə ilə başladı. Tədbirin aparıcısı, kitabxananın şöbə müdiri Dilbər Yaqubova qonaqları ürəkdən salamlayaraq, müəllifi təbrik etdi, sərginin işinə uğurlar arzuladı. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair-publisist, folklorşünas alim Qiymət Məhərrəmli, Baş Zəyzid kənd məktəbinin direktoru Çinarə Qurbanova, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının bədii rəssamı Sahib Əhmədov və digər ziyalılar çıxış edərək, sərgi və burada nümayiş olunan əsərlər barədə təəssüratlarını bölüşdülər, gənc rəssam Gülnara gələcək yaradıcılıq yolunda daha böyük uğurlar arzuladılar. Ürək sözlərini söyləyən bütün ziyalılar – şəhər ictimaiyyətinin nümayəndələri, müəllimlər, müəllifin valideyinləri, mədəniyyət işçiləri belə sərgilərin vaxtaşırı keçirilməsini arzu etdiklərini dilə gətirdilər.
Gənc rəssama təhsil aldığı məktəbin müəllim və şagird kollektivi tərəfindən fəxri fərman, hədiyyə və gül dəstələri təqdim olundu.
Şəki Uşaq İncəsənət Məktəbinin şagirdi Fatimə Məmmədovanın skripkada ifa etdiyi əsərlərin müşaiyəti ilə xoş ovqata köklənən sərgidəki bir-birindən maraqlı əsərlərin nümayişi axşam saatlarına qədər davam etdi.

Q.MƏHƏRRƏMLİ
8-06-2024, 17:27
İLAHİ SÖZÜN MÖCÜZƏSİ


İLAHİ SÖZÜN MÖCÜZƏSİ

Milli ruhumuzu sazın tellərində yaşadan, türkün böyüklüyünü çaldığı havalarda «dilə gətirən», sazı sinəsinə sıxaraq təzanəni simlərə toxundurub könlümüzün uçuşunu -Turan dünyasına yönləndirən, can evimizi ağappaq işıq selinə bürüyən Məhəbbət Kəlbəcərli «Aşıq təcnis deməsən…» kitabıyla (Bakı, 2024) - cığalı təcnislərlə, təcnis gəraylılarla, bir sözlə, ürəyə təsirsiz ötüşməyən təcnislərlə görüşümüzə gəlib və xoş gəlib. O, bu görüşüylə də əvvəlki görüşləri kimi sevincimizə sevinc qatmağı bacarıb, bizi sözün sehrində gah aşıq Ələsgər, gah Dədə Şəmşir dünyasında, gah da Azaflı Mikayıl, aşıq Əkbər dünyasında «gəzdirərək» ruhumuza sığal çəkə-çəkə, beynimizin qırışlarını sözlə aça-aça torpağa, yurd yerinə, vətənə daha qırılmaz tellərlə bağlaya bilib. Bizi fikir dünyasına qərq edərək dünyanın açılmayan sirlərilə üz-üzə qoyub və biz bu «sirləri» onun təcnislərində tapdığımıza sevinir, tapmayanda da ruhdan düşmürük, çünki Məhəbbət Kəlbəcərli ruh şairidir, könül adamıdır, eşq adamıdır və həm də Qorqud öyüdlü bir ağsaqqaldır. O, həm də dünyamızın dərviş şairidir, sufi şairidir. Onun dərvişliyi də, sufiliyi də eşq adamı, könül adamı olduğunu heç kimdən yox, qələmə aldığı və bizə ünvanladığı təcnislərdən öyrəndim.

Təcnislə «baş-başa» qalmaq, hər təcnisin hər misrasında gizlənmiş mənanı, fikri, fəlsəfi düşüncəni üzə çıxarmaq, arayıb-araşdırmaq, necə deyərlər, bu «dolaşıq kələfin» ucunu tapmaq üçün gərək dünya fəlsəfəsindən, dünya bilgilərindən az-çox xəbərdar olasan. Məhəbbət Kəlbəcərli həm öz fəlsəfi baxışlarını, fəlsəfi fikir və düşüncələrini sazda «gizlənən» milli qaynaqlardan alır, həm də aşıq elminə dərindən bələd olduğu üçün bildiklərinin üstünə dünya fəlsəfəsindən öyrəndiklərini də əlavə edib qələmilə möcüzələr yarada bilib. Bu möcüzələr onun inci kimi ipə-sapa düzülmüş təcnisləridir. Gəlin aşıq-şairin «Qəm şirə çəkdi» cığalı təcnisindən bu misralara diqqət yetirək:
Ürəyim bağlandı kaman telinə,
Naləsi nə dedi, görün teli nə?
Teldən salar…
Pərdədən, teldən salar.
«Payız» gəlib çatdımı,
Yolunu teldən salar.
Vaxtsız Məhəbbətin qumral telinə,
İllərin əliylə qəm şirə çəkdi!

Bu misralarda bir insan ömrü təsvir edilib. İnsanın yaz ömründən payız ömrünə qədərki vaxtı poetik sözün gücüylə təsvir edən şair az sözlə romanlara sığmayan fikri qələmə alıb. Payız insan yaşa dolanda yolunu teldən salır, yəni insanın saçını ağardır, belini bükür, ömrün sonunun yaxınlaşdığını bəyan eləyir. İllərin əliylə qumral tellərə qəm şirə çəkir, qayğısız günləri qayğılı günlər, sevincli günləri kədərli günlər əvəz eləyir. Vaxt ötüşdükcə kaman telinə bağlanan gənclik eşqi, gənclik həvəsi də pərdədən, teldən düşüb əlçatmazlığa qərq olur. Bu, misralar adi misralar deyil, şeirlə yazılmış olum və ölüm haqqında fəlsəfi fikirlərdir…
Ustadcasına, aşıq Alı, aşıq Ələsgərcəsinə deyilmiş bu misraların fəlsəfi yükü ağırdır, çox ağırdır. Şairin təcnisləri dərdə, sevincə, təsəlliyə, təskinliyə çevrilir, ona görə də şeir olur. Bu təcnislər ürəyə o qədər yaxındır ki, ruhu o qədər doğmadır ki, sanki hər misranı sən özün yazıbsan, sən özün qələmə almısan. Bax, əsl şeir belə olur və şairin təcnislər toplusunda sözlərin tərpəndiyini, diri olduğunu, nəfəs aldığını yüz ildən sonra da görəcəklər. Görəcəklər ki, Məhəbbət Kəlbəcərlinin oxuculara ünvanladığı, ədəbiyyat xəzinəmizə ürəklə, cəsarətlə daxil etdiyi kitabları - eləcə də «Aşıq təcnis deməsən…» təcnislər toplusu bir günlük, bir aylıq, bir illik oxunmaq üçün deyil, əbədilikdir, günəş sönənəcən oxunmaq üçündür. Belə bir cinaslar toplusunun müəllifi xoşbəxt taleli şair deyilmi?
Xoşbəxtliyi maddiyyatda yox, mənəviyyatda görən şairin bir təcnisinin qiyməti şah xəzinəsindən daha dəyərli deyilmi? Pul xərclənib qurtarar, dəyərini itirə bilər, amma Məhəbbətin təcnisləri heç vaxt dəyərdən düşməyəcək, öz əhəmiyyətini, məna zənginliyini həmişə qoruyub-saxlayacaq və özü ilə bərabər şairi də yaşadacaq. Xalqın yaddaşında, sazın ruhunda yaşamaq hər kəsə qismət olan xoşbəxtlik deyil və hər şair də «təcnis meydanı»nda Məhəbbət Kəlbəcərli ilə üz-üzə gələ və bu misraları qələmə ala bilməz:
«Haq» dedim - gözümə barmaq uzandı,
Yalan doğru çıxdı, düzümdən mənim.

Şair təcnislərində təkcə özünü yaşatmır, həm də Aşıq Alının, aşıq Ələsgərin, Dədə Şəmşirin, Azaflı Mikayılın, aşıq Əkbərin… ruhunu yaşadır. Çünki onun təcnislərini oxuyanda o qüdrətli və ölməz sənətkarları da istər-istəməz xatırlamalı olursan.
Məhəbbət Kəlbəcərli sözün həqiqi mənasında söz adamıdır, sözə könül verən, sözlə nəfəs alan söz ustadının misraları sevgilə, məhəbbətlə, vətən həsrətilə, olum və ölümlə, insan iztirabları, insan qayğıları ilə…eləcə də xalqın dərdilə, kədərilə yüklənib. Bu yükün ağırlığını ürəyində gəzdirən şair yazdıqları ilə mənəvi təskinlik tapır, ruhən sakitləşir, yeri-göyü az qala yandıra biləcək odlu nəfəsi sözlərə, misralara hopub oxucuya böyük təsir göstərir, onun dünyasına nüfuz edir, onu dərin düşüncələrə qərq edir və oxucu hər misrada «gizlənən» mənanı, fikri tapmaq üçün filosofsayağı fikrə gedir:
İfadə tərzinin gözəlliyi, obazlılıq və bədiilik Məhəbbət Kəlbəcərli şeirinin əsas xüsusiyyətlərindən biridir. Onun şeir dilinin məziyyətlərindən gələn poetik ifadələr şair sözünün qüdrətindən, mötəşəmliyindən xəbər verir:
Axır Məhəbbəti o gözlər əydi,
Toxundu qəlbimə göz «dəydi», gülüm!
Bu misraları oxuduğum zaman mənə elə gəldi ki, sevgi, məhəbbət haqqında bundan qüvvətli söz demək mümkün deyil. Bəli, Məhəbbətin şeirlərində dəbdəbəli sözlərə, yersiz ifadələrə rast gəlmədim. Şairin misralara hopmuş hiss və duyğuları, fikir və düşüncələri şeirə bir gözəllik qatır, təravət və istilik gətirir. Bədii sözdən bacarıqla istifadə edən şair misralarında sözlər inci kimi elə düzülüb ki, onların birinin yerini dəyişsək, bu nizam pozular və nəticədə məna da dəyişilər, fikir də.
Özünəməxsus ifadə tərzinə malik olan şairin şeirləri də özünəməxsus qəribə bir səmimiyyətlə səslənir. Şeirin gözəlliyi də elə onun səmimiyyətindədir.
«Aşıq təcnis deməsən…» təcnislər toplusunu düşünə-düşünə, hər misranın məna yükünü araşdıra-araşdıra oxudum və düzü, heyrətdən əllərim üzümdə qaldı. Məni heyrətləndirən şairin nadir poetik tapıntıları, nadir cinasları, cinaslı qafiyələri idi. Məni heyrətləndirən həm də şairin ustad aşıqlara məxsus ifadə tərzi, ifadə üslubu, tanıdığım təcnis ustalarından heç də geridə qalmaması, əksinə onlarla bir sırada, həm də birinci sırada dayanması oldu.
Görəsən, bu misraları aşıq-şair Məhəbbət Kəlbcərlidən savayı kim yaza bilər?
Mənim işim sənlə deyil, bağladı,
Zəncir zülfün divanə tək bağladı.
Sənin həsrətinlə «kitab bağladı»,
De, duydunmu Məhəbbət tək yazarı?

Məhəbbət tək yazarı duymaq üçün öncə gərək aşıq Ələsgəri, Dədə Şəmşiri, aşıq Əkbəri… duyasan! Bu misraları yazmaq üçün gərək aşıq Ələsgər ruhunu öz ruhunda daşıya biləsən. Bu, hər şairə qismət olan işdirmi? Hər halda bu qismət Məhəbbətin payına düşüb və bu gözəl tale payına görə şair Tanrıya şükür eləməsin, bəs neyləsin?!
«Aşıq təcnis deməsən…» təcnislər toplusunu hər şairin, hər aşığın, aşıq ədəbiyyatı ilə məşğul olan hər bir tədqiqatçının, folklorşünasın, bir sözlə, saza-sözə könül verən hər kəsin stolüstü kitabı olacağına ürəkdən inanıram. Bu inam ürəyimdə şairin ilk təcnisinin ilk misralarını oxuyan zaman yarandı və kitabı oxuyub başa vurandan sonra bu inam daha da möhkəmləndi. Elə bu inamla da Məhəbbət Kəlbəcərliyə üzümü tutub deyirəm: «Azərbaycan aşıq ədəbiyyatı xəzinəsini qiyməti olmayan incilərlə - təcnislərlə daha da zənginləşdirdiyinə görə sağ olun! Sağ olun ki, varsınız! Sizin varlığınız elə aşıq ədəbiyyatının varlığı deməkdir. Aşıq ədəbiyyatı dünya var olduqca yaşayacaq və deməli, siz də yaşayacaqsınız…».

Hüseyn İSAOĞLU (Məmmədov),
Yazıçı - publisist, AYB-nin və AJB-nin üzvü.

8-06-2024, 17:20
Prezident Əhməd Əl Tayyiblə görüşdü


Prezident Əhməd Əl Tayyiblə görüşdü

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qahirədə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü olub.
Görüşdə Prezident İlham Əliyev Əl-Əzhərdə ikinci dəfə olduğunu xatırladı, Misirə rəsmi səfəri çərçivəsində yenidən burada olmağından və Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşündən məmnunluğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycan-Misir münasibətlərinin çox yaxşı səviyyədə olduğunu, ölkələrimiz arasında tarixi əlaqələrin mövcudluğunu qeyd etdi. Prezident İlham Əliyev bütövlükdə ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanda dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafı ilə bağlı mühüm tədbirlərin keçirildiyini, ölkəmizin dinlərarası dialoqa öz töhfəsini verdiyini bildirdi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibi ölkəmizə səfərə dəvət etdi.
Azərbaycan Prezidenti ölkəmizin bu il COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın Əl-Əzhər ilə birlikdə dini liderlərin növbəti görüşünün COP29 çərçivəsində keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan torpaqlarının otuz ilə yaxın müddətdə işğal altında qaldığını xatırladaraq, işğal dövründə Azərbaycanın İslam dininə aid maddi-mədəniyyət abidələrinin, o cümlədən 67 məsciddən 65-nin tamamilə dağıdıldığını diqqətə çatdırdı. Prezident İlham Əliyev bu münaqişənin həllinin siyasi yolla mümkün olmadığını təəssüf hissi ilə vurğulayaraq, Azərbaycanın özünümüdafiə hüququndan istifadə edib işğala son qoyduğunu, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini dedi. Dövlətimizin başçısı azad olunmuş ərazilərdə məscidlərin, İslam irsinin bərpası istiqamətində tədbirlərin həyata keçirilməsinə başlandığını, artıq beş məscidin bərpa olunduğunu bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan İslam həmrəyliyinə töhfə verir və bu istiqamətdə qardaş müsəlman ölkələri ilə birlikdə səylərini davam etdirir.
Azərbaycan Prezidenti Şuşa şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasının və bu çərçivədə Şuşada keçirilən tədbirlərin önəmini vurğuladı. Dövlətimizin başçısı, həmçinin vaxtilə Şuşada mövcud olmuş 17 məsciddən 16-sının işğal dövründə tamamilə dağıdıldığını dedi.
Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib bu ziyarətə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi və Misirlə Azərbaycan arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd etdi. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən məmnunluğunu bildirdi. COP29-a dəvətə görə təşəkkürünü bildirən Əhməd Məhəmməd Əhməd Əl Tayyib bu tədbirdə məmnunluqla iştirak edəcəyini dedi.
Əl-Əzhəri Şərifin şeyxi Bakıda dünya dini liderlərinin II Sammitinin keçirildiyini xatırladaraq, Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirdi və COP29 çərçivəsində də dini liderlərin toplantısının keçirilməsi üçün birgə işlərin aparıldığını qeyd etdi.
O, Əl-Əzhəri Şərifin Azərbaycanda ərəb dilinin tədrisinə öz dəstəyini verməyə hazır olduğunu vurğuladı, Əl-Əzhərdə azərbaycanlı tələbələrin də təhsil aldıqlarını diqqətə çatdırdı.
Ölkəmizdə ərəb dilinin tədrisinə dəstək niyyətinə görə təşəkkürünü ifadə edən Prezident İlham Əliyev tarixən Azərbaycanda ərəb dilinin və İslam mədəniyyətinin tədqiqinə və tədrisinə böyük diqqət yetirildiyini vurğuladı, Bakı Dövlət Universitetində şərqşünaslıq fakültəsinin, Azərbaycan Milli Elmlər Akademiyasında Şərqşünaslıq İnstitutunun fəaliyyət göstərdiyini qeyd etdi.
Sonra xatirə hədiyyələri təqdim olundu.
8-06-2024, 17:11
Şərqi Zəngəzurun Zəfər, Quruculuq və Böyük Qayıdışa həsr olunmuş kitab çıxıb


Şərqi Zəngəzurun Zəfər, Quruculuq və Böyük Qayıdışa həsr olunmuş kitab çıxıb

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz siyasi iradəsi, qətiyyətli sərkərdəlik bacarığı sayəsində xalqımızın və rəşadətli ordumuzun 44 gün davam edən Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən dərhal sonra Şərqi Zəngəzur iqtisadi rayonunda başlanan genişmiqyaslı işlər yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabında zəngin informasiya və analitik materiallarla əks olunub.
Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlovun “Prezident İlham Əliyev Şərqi Zəngəzurun bərpasının və Böyük Qayıdışın memarıdır” adlı ön sözü ilə açılan kitabda Prezident İlham Əliyevin 44 günlük tarixi qələbədən bir neçə gün sonra - 16 noyabr 2020-ci ildə Şərqi Zəngəzur bölgəsinə ilk səfərlərindən başlayaraq Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında çoxsaylı görüşlərinə, açılış və təməlqoyma törənlərinə dair məlumatlar rəngli fotolarla 60-dan çox başlıqla Zəfər, Dirçəliş və Böyük Qayıdış fəsillərində təqdim edilib.
Kitabda Vətənimizin ayrımaz parçası olan Zəngəzurun tarixi keçmişi, Prezident İlham Əlievin Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması haqqında qərarının siyasi əhəmiyyəti, nankor qonşularımızın törətdikləri vandalizmin nəticələrinin aradan qaldırılması üçün gerçəkləşən dövlət proqramlarının, reallaşan layihələrin bu günkü mənzərəsi və gələcək perspektivləri, Şərqi Zəngəzurun iqtisadi potensialı, təbii sərvətləri barədə materiallar da yer alıb.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Şərqi Zəngəzur Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində nəşr edilən kitabda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin regionda daimi sülhün, əmin-amanlığın bərpasına şərait yaradacağına inam ifadə olunur.
İctimai Birlikdən “Bütöv Azərbaycan” qəzetinə verilən məlumata görə, kitab Qarabağ və Şərqi Zəngəzur regionunun təhsil müəssisələrinə, kitabxanalara, icra, özəl strukturlara, ictimai təşkilatlara, şəhid ailələrinə, vətən müharibəsi iştirakçılarına, QHT və KİV-ə paylanır. “Füyuzat” nəşriyyatında rəngli formatda çıxan kitabın elektron variantı Birliyin www.zengezur.com saytının “Kitablar” bölümündə yerləşdirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!