"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 8-06-2024, 17:48
Şeir istədim səndən….


İRADƏ ƏLİLİ – 60



Şeir istədim səndən…


Şeir istədim səndən…
Ürək dolu bir şeir…
Fərəh dolu bir sətir…
Sevgi dolu bir cümlə…


Onu, çoxdan tanıyıram… İllər və kitablar doğmalaşdırıb bizi. Hər gün bir-birimizdən xəbər tuturuq. Hər zəngimə, ay can Azadə, deyə cavab verir. Onu görəndə sevinirəm, elə bil Günəşlə görüşürəm… Qəlbi kövrəkdir, kəpənək zərifliyindədir. Çox iradəlidir, istəklərini hasilə gətirməkdə inadçıldır. Verdiyi sözün ağasıdır, dəqiqdir, intizamlıdır, heç vaxt görüşə gecikməz. Vətəni canı bilən, torpağa əyilən, Allaha təvəkkül edəndir. Müəllimdir, fəlsəfə üzrə elmlər doktorudur, təşkilat rəhbəridir, araşdırmaçı yazar, şair və ən əsası əsl vətəndaşdır. Bu sadalananların cəmində çox sadə insandır, İradə xanım.
İradə Əliyeva (Əlili) Zülfəli qızı 1964-cü ildə Sabirabad rayonunda doğulub. 1971-1981-ci illərdə Sabirabad rayon 1 saylı orta məktəbdə orta təhsil alıb. 1984-cü ildə Bakı Mədəni Maarif texnikumunun Kitabxanaçılıq işi ixtisasına qəbul olunub, 1986-cı ildə fərqlənmə diplomu ilə bitirib. 1988-ci ildə indiki Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin qiyabi şöbəsinə daxil olub. 1994-cü ildə universiteti bitirib. 2023-cü ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Yazıçılar Birliyinin təqdimatı ilə 2020-ci ildə birillik Prezident təqaüdünə layiq görülüb. 2015-ci ildən Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri, 2021-ci ildən isə həmtəhsisçisi olaraq fəaliyyət göstərir. İctimai mühitdə, təxəllüsü ilə İradə Əlili olaraq tanınır. Əmək fəaliyyətinə 04 yanvar 1982-ci ildə Sabirabad rayon Tədris kombinatında makinaçı vəzifəsində başlayıb. 26 sentyabr, 1983-cü ildə Sabirabad rayon Nar emalı zavodunda çalışıb. 1986-cı ildə Bakı Mədəni Maarif texnikumunu bitirdikdən sonra Sabirabad rayon Mərkəzi kitabxanasında əvvəl kitabxanaçı, sonra böyük kitabxanaçı vəzifələrində çalışıb. 25 oktyabr, 1991-ci ildə Bakı Mədəni Maarif Texnikumunun Sabirabad filialında Kitabxanaçılıq işi fənni üzrə əsas müəllim, 9 fevral 1998-ci ildə Respublika Elmi Texniki kitabxanasında Xidmət şöbəsində kitabxanaçı vəzifəsində işləyib. 04 mart, 1998-ci ildə “Savalan” uşaq qəzetində müxbir, 19 may, 2000-ci ildə Ədliyyə Nazirliyinin məhkəmə qərarlarının içrası idarəsində müfəttiş vəzifəsində çalışıb. 01 aprel, 2003-cü ildə Azərbaycan Dövlət Elmi Tibb Kitabxanasında əvvəlcə kitabxanaçı, 01 avqust, 2016-cı ildən isə Kitabsaxlayıcı şöbəsinin müdiri vəzifəsinə təyin edilib, həmçinin 2010-cu ildən kitabxananın Həmkarlar komitəsinin sədri vəzifəsini də icra edir. 2012-ci ildən Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin saat hesabı müəllimi kimi fəaliyyət göstəriri.
İctimai fəaliyyətə 2007-ci ildə professor Fuad Məmmədovun rəhbərlik etdiyi "Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyası prezidentinin köməkçisi kimi başlayıb. Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin (PTİY İB -nin) icra etdiyi 6 layihədə layihə rəhbəri və ya köməkçi qismində iştirak edib. 2020-ci ildən İctimai Birlik tərəfindən hazırlanmış “Gələcək müəllimlərin məktəbdə peşəyönümü işinin təşkilinə hazırlanması üzrə onlayn maarifləndirici tədbirlərin təşkili” layihəsinin və 2021-ci ildə Ümumtəhsil məktəblərində “Gələcəyin peşələri“ mövzusunda peşəyönümlü tədbirlərin təşkili layihəsinin rəhbəridir.
Qarabağ mövzusunda həqiqətləri əks etdirən bir çox kitabların müəllifidir. Bu kitabları bir çox xarici dillərə tərcümə etdirib, kitabxanalara, xarici ölkələrdə yaşayan diaspora nümayəndələrinə və Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin səfirlərinə təqdim edib. ”Xocalı: Şahidlər danışır” kitabı 12 dildə, “Laçın həsrətim” 4 dildə, “Bir damla göz yaşında torpaq həsrəti” 3 dildə, “Zəfər yolu” 3 dildə, ”Vətənin cəsur döyüşçüləri-2” 3 dildə. Bunlardan əlavə Azərbaycan dilində “Güllə səsindən doğulan kitab”, ”Qarabağın Tutusu”, ”Döyüşçü qadının səngər xatirələri”, ”Vətənin cəsur döyüşçüləri “ kitabları, həmçinin 6 adda ana dilində və xarici dildə esse, şeir kitabları, 40-dan çox məqaləsi, 1 monoqrafiya və tezisləri nəşr edilib.
10 ilə yaxındır ki, mütəmadi olaraq, Goranboy rayonu Ağcakənd qəsəbəsində müvvəqəti məskunlaşmış Xocalı qaçqınlarının ziyarətində olur. 2018-ci ildə Xocalı rayon icra hakimiyyəti fəaliyyəti ilə əlaqədar “QHT-lərə dövlət dəstəyi şurası”na təşəkkür məktubu göndərib. 2024-cü ildə Xocalının Fəxri vətəndaşı seçilib.

Sabirabad rayonunda Şəhid və qazi ailələrini tez-tez ziyarət edir, məktəblilərlə görüşür.
Qardaş Türkiyə qəhrəmanlarından bəhs edən “Kahraman Oğuz Özgür Şehit” adlı kitabının İzmir şəhərində təqdimatı keçirilib. Hal-hazırda qardaş Türk şəhidlərindən bəhs edən daha 2 kitab üzərində, “Kahraman tarihdə ismi kalandır” və “Çubuk Şehitleri” adlı kitabların, “Azərbaycanda Özbək ədəbiyyatı” adlı biblioqrafik göstərici üzərində çalışır.
R.Rza mükafatına, Respublika Veteranlar Təşkilatının təqdimatı ilə “Faşizm üzərində qələbənin 75-illik yubileyi”, “Beynəlxalq Simurq” medallarına, “Xurşidbanu Natəvan” mükafatına və Səhiyə işçiləri Həmkarlar İttifaqı komitəsinin “Fəxri Fərmanı”na layiq görülüb. Bir çox diplom və sertifikatlarla təltif olunub.
2019-cu il İraqın Basra şəhərində keçirilən 33-cü Marbid Beynəlxalq şeir festivalında iştirak edib. 33 ölkədən, 240 nümayəndə iştirak edən bu festivalın açılış günü 7 ölkənin şairləinin şeirləri təqdim olunmuşdur ki, bu ölkələrin sırasında Azərbaycanı təmsil etmişdir.
“Xocalı şahidlər danışır” kitabı Azərbaycan Respublikasının ilk İnsan Hüquqları üzrə Müvəkkili, kitabın ön söz müəllifi professor Elmira Süleymanova (Ombudsman) tərəfindən 2018-ci ildə Ombudsman Aparatında keçirilən Azərbaycanlıların Soyqırımın 100 illiyinə həsr olunmuş konfransda ictimaiyyətə təqdim edilib.
2022-ci il “Şuşa ili” çərçivəsində Milli kitabxanada Mədəniyyət Nazirliyi və Milli kitabxananın birgə təçkilatçılığı ilə Qarabağ mövzulu müxtəlif dillərə tərcümə edilmiş 4 kitabının təqdimatı keçirilib.
Ulu Öndərə həsr etdiyi “Əsərindir Azərbaycan” adlı şeirinə bəstəkar Sevinc Tofiqqızı mahnı bəstələmiş, müğənni Elnarə Rza tərəfindən ifa edilmişdir. 2023-cü ilin dekabr ayında Muğam mərkəzində mahnının təqdimatı keçirilmişdir.
Azərbaycan sənin şah əsərindir!
Səninlə fəxr edir bu xalq, bu millət
Danılmazdır etdiyin ali xidmət.
Xalqa sədaqət,vətənə məhəbbət
Çünkü sənin müqqədəs dəyərindir
Azərbaycan səninn şah əsərindir.

Xalqın yolunda sən xilaskar oldun,
Ata oldun, qardaş oldun, yar oldun,
Vətən çiçəkləndi, iftixar oldun,
Məhəbbətin ürəklərdə dərindir,
Azərbaycan sənin şah əsərindir

Azərbaycan sənin fəxarətindir
Keçdiyin yol əzmlidir, çətindir.
Xalqımıza bəxş etdin səadəti,
Xoş günlərə yetirdin bu milləti.
Ulu öndər səninlədir sevgimiz,
Ömür boyu unutmarıq səni biz.

Xalq güc aldı sənin cəsarətindən,
Xalq ucaldı sənin siyasətindən.
Alqış deyir sənə bu el, bu oba,
Milyonların ümidi Heydər baba.
Tükənməzdir sənə olan sevgimiz,
Ömür boyu unutmarıq səni biz.

Nurlu gələcəyə sən çıraq oldun.
Uca zirvə oldun, uca dağ oldun.
Xalqın xilaskarı, böyük sərkərdə,
Daim yaşayacaq adın qəlblərdə.
Tükənməzdir sənə olan sevgimiz,
Ömür boyu unutmarıq səni biz.


Şeirlərinə əməkdar artist Elnur Zeynalov, Arif Səlimov, Aydan Əliyeva, Elmir Mədətoğlu tərəfindən mahnılar bəstələnmişdir.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən Azərbaycan Qadınlarıının VI Qurultayının katibliyinin redaksiya heyətinə üzv seçilmiş, komitənin keçirdiyi layihələrdə və tədbirlərdə daim fəal iştirak edir.
Sadalanan çoxşaxəli fəaliyyətə malik olan İradə xanımın bu günlərdə 60 illik yubiley yaşı qeyd olunur. Yubiley yaşınız münasibətilə Sizi təbrik edir, can sağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram. Sizə hər görəndə söylədiyim ilk sözü bu gündə bu təbrik yazısında ünvanınıza yazıram. Siz GÜNƏŞsiniz! İşığınız tükənməzdir! Xeyirxahlığınız canınızda, qanınızdadır! Qəlbiniz təmizdir! Könlünüz fərəhlidir! Sevginiz təmənnasız, vicdanınız təmizdir! Bir gilə saf susunuz, ürəyi yanana! Köməksizin əlindən tutan, ehtiyacı olanın yanına tələsən, bacardığını əsirgəməyən, tək özünü deyil, özgəni də düşünən, təklərdənsiniz, ƏZİZ GÜNÜNÜZ MÜBARƏK!

Azadə NOVRUZOVA


Paylaş



Bölmə: Bütöv Azərbaycançılar / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!