20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
4-06-2024, 22:49
Mədən çökdü, 30 nəfər dağıntılar altında qaldı


Mədən çökdü, 30 nəfər dağıntılar altında qaldı

Nigeriyanın mərkəzində yeraltı qızıl mədəni çöküb. Nəticədə azı 30 şaxtaçı dağıntılar altında sıxışaraq qalıb.
Bu barədə Nigeriyanın Dövlət Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Məlumata görə, hadisə rayonun Qalkoqo kəndindəki yeraltı qızıl mədənində yağışın torpağı yumasından sonra baş verib. Altı mədənçi ağır yaralanıb, lakin təxliyə edilib. Qalan mədənçilərin xilasetmə işləri davam edir.
4-06-2024, 22:10
5 uşaq, 1 qadın Suriyadan Azərbaycana gətirildi


5 uşaq, 1 qadın Suriyadan Azərbaycana gətirildi

Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
"İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə Respublikası ərazisinə keçidinə nail olunub.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız təyyarə bileti və Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri ilə təmin edilib.
4 iyun 2024-cü il tarixində nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək", - XİN-dən bildirilib.
4-06-2024, 21:34
Naxçıvanın enerji ehtiyacı Türkiyə vasitəsilə ödəniləcək


Naxçıvanın enerji ehtiyacı Türkiyə vasitəsilə ödəniləcək

"Naxçıvanın illik enerji ehtiyacı Türkiyə vasitəsilə ödəniləcək".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuat konfransında bildirib.
Enerji sahəsində Əlcəzair, İran, İraq, Yaponiya, Venesuela, ABŞ, Azərbaycan, Gürcüstan və Çin Xalq Respublikası ilə əməkdaşlıq qurulduğunu deyən Ərdoğan ilk dəfə olaraq Avropanın sərhəd qonşusu olmayan iki ölkəsinə təbii qaz ixrac edildiyini vurğulayıb.
4-06-2024, 21:20
Bu dəhlizlər Avrasiyanın nəqliyyat rabitəsi üçün çox zəruridir


Bu dəhlizlər Avrasiyanın nəqliyyat rabitəsi üçün çox zəruridir

“Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri Avrasiyada nəqliyyat-logistika rabitəsinin yaxşılaşdırılması, o cümlədən Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqələndirilməsi baxımından olduqca zəruridir.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Minskdə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında bəyan edib.
Onun sözlərinə görə, “Şərq-Qərb” nəqliyyat dəhlizi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə öz tranzit potensiallarını reallaşdırmağa imkan verir, “Şimal-Cənub” dəhlizi isə Aİİ-yə üzv dövlətlərdən olan ixracatçılar üçün qlobal Cənub ölkələrinin inkişaf edən bazarlarına çıxmaq üçün daha yaxşı rəqabət şəraiti yaradır.
O bildirib ki, Müstəqil Dövlətlər Birliyi ölkələri nəqliyyat layihələrinin həyata keçirilməsində fəal iştirak edirlər. Rusiya-Azərbaycan sərhədində buraxılış məntəqələrinin modernləşdirilməsi üzrə Azərbaycanla bir sıra layihələr həyata keçirilib. Azərbaycan, həmçinin İranla sərhəddə öz avtomobil və dəmir yollarının, infrastrukturunun buraxılış imkanlarını artırır.
Özbəkistan tərəfdaşları ilə birlikdə Belarus-Rusiya-Qazaxıstan-Özbəkistan-Əfqanıstan-Pakistan dəhlizini inkişaf etdirməyə hazırdır. Rusiya üçün bu, Əfqanıstan, Pakistan və Hindistanın sıx məskunlaşmış bazarlarına çıxış deməkdir.
İran Aİİ yanında müşahidəçi dövlət statusu almaqda maraqlı olduğunu bildirib. Tərəflər müvafiq hüquqi prosedurların şərtlərinə əməl etdiyi təqdirdə, İrana bu statusun verilməsi barədə qərar Aİİ-yə üzv dövlətlərin başçıları tərəfindən 2024-cü ilin sonunda Avrasiya Ali İqtisadi Şurasının növbəti iclasında qəbul edilə bilər.
Avrasiya Hökumətlərarası Şurasının iclasının yekunlarına əsasən, “2023-cü il üçün Avrasiya İqtisadi Komissiyasının transsərhəd bazarlarda rəqabətin vəziyyəti haqqında illik hesabatı və onlarda ümumi rəqabət qaydalarının pozulmasının qarşısının alınması üzrə görülən tədbirlər haqqında” Sərəncam və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin ərazilərində “Şərq-Qərb” və “Şimal-Cənub” istiqamətlərində nəqliyyat infrastrukturunun yaradılması və inkişafına dair, o cümlədən Çinin “Bir kəmər, bir yol” təşəbbüsü üzrə (Avrasiya Hökumətlərarası Şurasının 21 iyun 2022-ci il tarixli 8 nömrəli tapşırığının icrası barədə məlumat daxil olmaqla) “2023-cü il üçün hesabat haqqında” Sərəncam imzalanıb.
4-06-2024, 21:07
Millimiz Türkiyə yığmasına qalib gəldi


Millimiz Türkiyə yığmasına qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma B Liqasının I qrupunda Türkiyə kollektivini qəbul edib.
Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 89-cu dəqiqədə Nigar Mirzəyeva rəqib qapısından keçirib.
Azərbaycan millisi bu qələbə sayəsində qrupda xallarının sayını 4-ə yüksəldib.
Qeyd edək ki, komandamız mayın 31-də "ay-ulduzlar"a 0:1 hesabı ilə məğlub olmuşdu.
4-06-2024, 20:52
Ermənistan Azərbaycanın sülh təkliflərinə cavab verdi


Ermənistan Azərbaycanın sülh təkliflərinə cavab verdi

Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Aprelin 26-da Ermənistanın Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər paketi aldığı barədə məlumat yayılıb.
Bundan əvvəl aprelin 8-də İrəvan Bakının saziş layihəsi ilə bağlı 8-ci təkliflər paketinə cavab verib.
4-06-2024, 20:15
Prezidentə “Caspian Energy” jurnalı təqdim edildi


Prezidentə “Caspian Energy” jurnalı təqdim edildi

Bu gün Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimində “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Azərbaycan Prezidenti İlham Əliyevə “Caspian Energy” jurnalının yubiley nüsxəsini təqdim ediblər.
Ölkə başçısına şirkətin və “Caspian Energy International Media Group”un fəaliyyəti və gələcək planları barədə məlumat verilib.
“Eyni zamanda, sentyabr ayında işıq üzü görəcək “Əsrin müqaviləsi”nə həsr edilmiş növbəti buraxılış haqda məlumat çatdırılıb. Bu il “Caspian Energy International Media Group” üçün xüsusi önəm daşıyan tarixdir. “Caspian Energy” brendinin 25-ci ildönümüdür. Məhz 25 il öncə 1999-cu ildə “Caspian Energy” jurnalının ilk buraxılışı işıq üzü görüb. İldönümümüz ərəfəsində Prezident İlham Əliyevə “Caspian Energy” jurnalının yeni nüsxəsini təqdim etmək bizim üçün çox önəmlidir. Ümidvarıq ki, juranlda dərc edilmiş məqalə və müsahibələr Prezidentin diqqətini cəlb edərək marağına səbəb olacaq”, - deyə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev vurğulayıb.
O həmçinin əlavə edib ki, “Caspian Energy” jurnalının 120-ci buraxılışında OPEC-in Baş katibi Haysam Əl-Qaysın, İrlandiyanın ətraf mühit, iqlim, rabitə və nəqliyyat naziri İmon Rayanın, Avstriyanın iqlim fəaliyyəti, ətraf mühit, enerji, mobillik, innovasiya və texnologiyalar üzrə federal naziri Leonora Gevesslerin, Latviyanın iqlim və enerji naziri Kaspars Melnisin müsahibələri və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məqaləsi dərc olunub.
“Caspian Energy” jurnalı dünyanın 70 ölkəsində oxunur. Jurnalın hər nömrəsində MDB və Aİ ölkələrinin prezidentləri və baş nazirləri, habelə iri transmilli şirkətlərin başçıları ilə müsahibələri, aparıcı ekspertlərin şərhləri və analitik materialları dərc olunur.
Müxtəlif hesablamalara görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının beş aparıcı nəşri sırasındadır. Jurnal həmin regionlarda öz fəaliyyətini müəyyənləşdirmək istəyən bir çox sərmayədarlar üçün oriyentirdir.
4-06-2024, 18:20
Lunyov "Qarabağ"dan getdi


Lunyov "Qarabağ"dan getdi

“Qarabağ” qapıçısı Andrey Lunyovla yollarını ayırıb.
33 yaşlı rusiyalı qolkiperlə başa çatan müqavilə uzadılmayıb.
2023-cü ilin yayından “Qarabağ” futbol klubunda çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.
4-06-2024, 17:16
Yük maşınlarına nəzarət gücləndirilir - Cərimələr artırılacaq


Yük maşınlarına nəzarət gücləndirilir - Cərimələr artırılacaq

İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə nəzarət gücləndirilir.
Bu, Milli Məclisin iyunun 7-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər iki yüz manat, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla (eni üzrə 0,15 metr va daha artıq, uzunluğu üzrə 0,20 metr va daha artıq, hündürlüyü üzrə 0,20 metr va daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə ediləcək.
İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icaza verilən ümumi kütlə va ya oxa düşən yükün kütləsi üzrə 5 faiz va daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə ediləcək.
Mövcud qanunvericiliyə görə, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir.
Həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə ediləcək.
Layihəyə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (“(eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr va daha artıq, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)) yüklənməsinə görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək.
Hazırda həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər iki min beş yüz manata məbləğində, hüquqi yeddi min manatadək məbləğdə cərimə ediləcək.
4-06-2024, 17:07
Ədliyyə Nazirliyinin işçilərinin sayı artırıldı


Ədliyyə Nazirliyinin işçilərinin sayı artırıldı

Ədliyyə Nazirliyinin işçilərinin sayı artırılıb.
Bu Prezident İlham Əliyevin iyunun 4-dı imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” fərmana dəyişiklik etməsi ilə mümkün olub.
Fərmana əsasən, Ədliyyə Nazirliyinin Aparat işçilərinin sayı 455-ə çatdırılıb.
Qeyd edək ki, bundan əvvəl ştat vahidi 420 idi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!