Prezident Ursula fon der Lyayeni təbrik etdi .....                        Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü - Həbs edildi .....                        Nigar harda olsa Azərbaycan üçün yaşayacaq .....                        Prezident seçkilərinin I turunun nəticələri ləğv edildi .....                        Ərdoğandan şok açıqlama: "İdlib, Hama, Hums və hədəf təbii ki, Dəməşqdir!” .....                        Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər yaralandı .....                        Bakıda Qərbi Azərbaycan parkı yaradılır .....                        Bakıda bu küçəsindəki avtobus zolağı ilə bağlı YENİLİK .....                        Baydenin Qafqaz üzrə baş müşaviri Bakıya gəldi .....                       
23-06-2024, 19:38
Gürcüstan ilk xalını qazandı


Gürcüstan ilk xalını qazandı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının F qrupunda ikinci turun ilk oyunu keçirilib.
Birinci turda məğlub olan Gürcüstan və Çexiya yığmalarının görüşündə qalib müəyyənləşməyib - 1:1.
Oyunda hesabı 45+4-cü dəqiqədə gürcülər açıblar. Jorj Mikautadze penaltini dəqiq yerinə yetirib. Çexiyalıların bərabərlik qolunu isə 59-cu dəqiqədə Patrik Şik vurub.
Bu nəticədən sonra hərəyə 1 xalı olan Çexiya və Gürcüstan yığmaları müvafiq olaraq, qrupda 3-4-cü yerləri bölüşdürür. Bu, Avropa çempionatında debüt edən Gürcüstan millisinin turnirdə ilk xalı olub.
Qeyd edək ki, bu qrupun digər matçında Türkiyə və Portuqaliya seçmələri qarşılaşacaqlar. Həmin görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
23-06-2024, 12:08
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gündüz qısamüddətə havanın tutulacağı, az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Şərq küləyi bəzi dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.
Lakin gündüz qısamüddətə havanın tutulacağı, az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
23-06-2024, 11:55
Çaylarda suyun səviyyəsi artıb, Şinçaydan sel keçib


Çaylarda suyun səviyyəsi artıb, Şinçaydan sel keçib

Ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsi 6, Viləşçayda 2, Balakən-Şəki bölgəsi ərazisindən axan Katexçayda 3, Əyriçayda 120, Qarasuçayda 103, Qusar rayonu ərazisindən axan Qusarçayda 43, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bərgüşadçayda və Oxçuçayda 1, Həkəriçayda isə 4 sm artım müşahidə olunub.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev qeyd edib ki, gecə saatlarında Şəki rayonu ərazisindən axan Şinçaydan sel keçib.
"Hazırda çayda azalma müşahidə olunur", - o bildirib.
23-06-2024, 11:41
Xırdalanda binada yanğın - 5 sakin təxliyə edildi


Xırdalanda binada yanğın - 5 sakin təxliyə edildi

Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd sayğac, 12 ədəd qoruyucu açar və 3 p.m kabel yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1-i uşaq olmaqla 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
23-06-2024, 11:12
Qobu və Mehdiabadda sursat tapıldı


Qobu və Mehdiabadda sursat tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Qobu və Mehdiabad qəsəbələri ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı ümumilikdə 83 ədəd 7x62 mm-lik mərmi, 62 ədəd 5x45 mm-lik mərmi, 17 ədəd F-1 əl qumbarası və 17 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
23-06-2024, 10:47
İsraildən Qəzzaya növbəti zərbə - 3 nəfər öldü


İsraildən Qəzzaya növbəti zərbə - 3 nəfər öldü

İsrail ordusu Qəzza zolağında zərbələr endirib.
Bu barədə “Al-Jazeera” məlumat yayıb.
Telekanalın məlumatına görə, hücum nəticəsində azı 3 nəfər ölüb. Daha bir neçə fələstinli yaralanıb.
23-06-2024, 10:26
Macarıstan Ukraynadakı müharibənin bitməsinin tərəfdarıdır - Orban


Macarıstan Ukraynadakı müharibənin bitməsinin tərəfdarıdır - Orban

Macarıstanın baş naziri Viktor Orban ölkəsinin iyulun 1-də başlayacaq Avropa İttifaqı Şurasına sədrliyinin ən mühüm məqamları arasında Ukraynadakı münaqişənin sona çatmasını qeyd edib.
Bu barədə o, Almaniyanın “Funke” media qrupuna müsahibəsində deyib.
“Ən vacib məqamlar: biz Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq istəyirik. Biz müharibənin bitməsinin tərəfdarıyıq. Və miqrasiya problemi həll edilməlidir. Bundan əlavə, biz əmin olmaq istəyirik ki, Aİ-nin genişlənməsi məsələsində Qərbi Balkanlara doğru irəliləyiş var”, - deyə o qeyd edib.
Orban miqrasiya məsələsinə daha ətraflı toxunub. O qeyd edib ki, Macarıstan artıq ölkədən kənarda sığınacaqla bağlı müraciətlərə baxılması sxemini qurub:
“Əgər miqrantlar Macarıstana gəlmək istəyirlərsə, əvvəlcə Macarıstan səfirliyinə, məsələn, Serbiyanın paytaxtı Belqraddakı səfirliyinə getməlidirlər. Orada bütün sənədlər öyrəniləcək. Yalnız Macarıstan hakimiyyəti yaşıl işıq yandırsa, miqrantlar içəri daxil ola biləcək, əks halda yox”.
O qeyd edib ki, Almaniya kansleri Olaf Şoltsun miqrasiya probleminin həlli yollarını tapmaq, o cümlədən Aİ hüdudlarından kənar müraciətlərə baxmaq cəhdlərini alqışlayır.
23-06-2024, 09:54
Dayısı 18 yaşlı gənci güllələdi


Dayısı 18 yaşlı gənci güllələdi

İyunun 23-də saat 05 radələrində Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Süleymanlı Eltac Bəylər oğlunun ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində xəsarət alması və xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin dayısı 1988-cu il təvəllüdlü Əhmədov Asiman Vaqif oğlu saxlanılıb.
Araşdırma aparılır.
23-06-2024, 09:15
Toyda kütləvi zəhərlənmə - 43 nəfər xəstəxanaya yerləşdirildi


Toyda kütləvi zəhərlənmə - 43 nəfər xəstəxanaya yerləşdirildi

Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 40 nəfəri ötüb.
Artıq 43 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
23-06-2024, 08:47
“Ana itirmişəm Ana yaşında”


Əziz qardaşım Füzuli, anaların hamısı birdir. Amma övladların hərəsi fərqli. Yazını üzüntü içində oxudum, necə də dogma hisslərdir. Çünki anaların hamısı öz balasına anan sənə baxan kimi baxır. Təəssüf ki, hər övlad anasına sən anana baxan kimi baxmır. Qardaşım sən vüqarınla, yanım-yatımınla, cəfakeşliyinlə, zəhmətkeşliyinlə ananı şərəfləndirmisən. O şərəfdən dostlarına da pay düşür. Bu itki hamımızındır, başınız sağolsun!
Analarımızın yorğun, nigaran ruhları qarşısında baş əyirəm. Sayğılarla: Tamxil Ziyəddinoğlu


“Ana itirmişəm Ana yaşında”
Füzuli İSMAYILOV


Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm, bəzmi-istirahətdir.
(Cəfər Cabbarlı)

Bu misraların müəllifi olan böyük Cəfər Cabbarlı, eləcə də ulu şairlərimiz Məmməd Araz, Bəxtiyar Vahabzadə və daha kimlər-kimlər analara ədəbi və əbədi heykəl ucaldıblar...
Heyif... 2024-cü il iyunun 6-da saat 23.50 radələrində Anam bu dünyadan köçdü...
Bu köç məni də məndən alıb köçürdü, amma hara köçürdü, bilmirəm! Barmağıma tikan batmasına belə razı olmayan Anam, mənim anasız qalmağıma necə razı oldun və ya razı oldunmu?!
Axı mənim, yaşıma-başıma baxmayaraq, “Ana Uşağı” olduğumu sən bilirdin! Axı, sən mənim bütün dərdlərimin, xəstəliyimin şəfası idin, Anam.
Telefonuna bir az ləng cavab verəndə, ya bir qədər gec zəng vuran kimi həyəcanla soruşurdun: “Sən Allah, yaxşılıqdımı, niyə gec zəng eləmisən, bayaqdan telefon əlimdə sənin zəngini gözləyirdim”. İndi mən telefonu əlimə alıb baxışlarımı sənin nömrənə zilləyib məəttəl qalmışam. Sanki yuxuluyam...\
Duruşun, yerişin, baxışın, zarafatların gəlib keçir gözümün önündən. Həmişə deyərdin ki, sənin adını Füzuli qoydum ki, sən də söz adamı olasan. İndi danışmağa söz tapa bilmirəm. Amma yox, Anam canından çox istədiyi məni yolun ortasında qoyub heç bir yerə getməz, indi gələcək, gülə-gülə deyəcək ki, “sən Allah bu bircə tikəni ye, sonra gedək”. Mən də: “Vallah, yeməyə yerim yoxdur, bayaq verdiyin yeməyi nə vaxt həzm elədim ki?” - deyəcəm.
Lakin...

...Ana! Oda aşiq pərvanədir...
Mənim qayğıkeş, zəhmətkeş, heç vaxt özünü düşünməyən Anam, sən də sözün əsl mənasında, pərvanə idin. Hər kəsdən sonra yatar, hər kəsdən əvvəl qalxardın.
Hamının halına yanardın. Mən də “əsəbiləşərdim” ki, axı sənin bu özünə yük elədiklərin axırıncı dəfə nə vaxt səninlə maraqlanıb? Deyərdin ki, onların işi çoxdur, eybi yox.
Həyatda bir neçə dəfə sağlamlığın səni sınağa çəkmişdi. Hər dəfə sanki mənim dualarımı Allah eşidirdi. Hamıya deyirdin ki, Füzulinin hesabına bir belə yaşamışam. Bu dəfə isə o fəlakət anında “Füzulini çağıraqmı?” deyiləndə dilin tutar-tutmaz niyə “yox” demisən? Bəlkə həmin gün gec zəng elədiyimə görə incimisən?!
Yox, sən məndən inciməzdin, küsməzdin, mən narahat olaram deyə sən həmişə öz xəstələnməklərini məndən gizlətməyə çalışardın.
Xəbəri alandan 7-8 saat sonra, gecə saat 2-də yanındaydım. Gözünü açıb baxdın, amma...
Sübh tezdən həkimlər gəldi, xəstəxanaya qaldırmaq barədə qərarlaşdıq. Ancaq pilləkənlərdən düşürüb ambulansa mindirmək məqamında, çətinliklə olsa da, boynunu arxaya çevirib, evimizə baxmağın və sanki “qoy illərimi verdiyim bu isti yuvamda vidalaşım”, demək istədiyin, amma nitqini cəmləyə bilmədiyin o anı unudammıram. “Narahat olma, sağalacaqsan, deyə-gülə qayıdacağıq evimizə, həmişəki kimi”, - dedim.
Həkimlərin ilkin müdaxiləsi də məni xeyli ümidləndirmişdi. Ertəsi gün tibb bacılarından soruşmuşdum ki, Anam 48 saatdan bəri acdır, ona nə verə bilərik? Təcrübəli bir xanım, yəqin mənim rahatlığım üçün: “Yoqurt al”, - dedi. Tələsik qaçıb iki qutu yoqurt aldım. Tibb bacısının biri isə: “İstəsən, anana qab-qacaq, stəkan, qaşıq da gətir, özününkü olsun”, - dedi. Elə sevinmişdim ki, deməli, anam sağalacaq. Ona görə də dükandan hər şeyin təzəsini aldım. Yoqurtu su ilə durulaşdırıb, səni əzizləyə-əzizləyə, körpə uşaq kimi, çay qaşığı ilə az-az yedizdirən o tibb işçilərinə təşəkkür üçün söz tapmırdım. Hətta həmin gün mən sənin üz-gözündən öpəndə gözlərinə qonan gülüşdən, çöhrənə saçılan nurdan elə ruhlanmışdım ki, istəyirdim deyəm, daha yaxşısan, gedək evimizə...
Amma ertəsi gün nə qədər istədimsə, dünənki ümidi qaytara bilmədim. Səni isə - sağalmamış! - evimizə qaytardım. Əlacsız halda dünyanın ən şirin ətri olan ana nəfəsinin sonuncu istisinə sığına-sığına, içimdə isə qovrula-qovrula qalmışdım. Artıq atəşdən quruyan dodaqlarına səpdiyim suyu belə uda, udquna bilmirdin. Ata, bacı, qardaş, dost, tanış, Anamın harayına yığışan hər kəs sanki məndən nə isə ümid gözləyirdi. Amma həmin gün mən o qədər aciz idim ki, həyatda heç vaxt bu qədər aciz olduğumu bilməmişdim.

Tarixi sınaqdan çıxmış bir deyim var: insanı qoruyan göydə Allah, yerdə anadır. O gün mən təkcə Anamı yox, duaçımı itirdim...
Yola çıxanda uğuruma özü çıxardı, arxamca su səpərdi...
Telefonu açanda birinci “caaan” kəlməsini indi sükut əvəzlədi...
Mənim analı dünyamdan sonra yuvarlandığım bu boşluq dolası deyil!
Bəxtiyar Vahabzadənin bu misraları ilə desəm:
Sən məni dünyaya gətirdin, ana.
Mənsə yola saldım, dünyadan səni.
Dostlardan biri Anamı cümə günü haqqa uğurlamağımızın təsəllisi ilə sakitləşdirmək istədi məni, biri övlad çiynində son mənzilə getməyin valideyn üçün xoşbəxtlik olduğunu dedi...
Ernest Heminquey “Əcəl zəngi” romanını XVI-XVII əsr ingilis şairi Con Donnun bu sözləri ilə başlayır: “...tufan sənin, ya dostunun evini yerlə-yeksan eləsə - dünya bir ev azalar; eləcə də hər insanın ölümü mənim ömrümü gödəldir, çünki mən bəşəriyyətin ayrılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən; sənsən dünyadan köçən”.
Bax beləcə...
...Sənsən dünyadan köçən... mənəm dünyamdan köçən!

Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!