Ən yüksək balları bu məktəblərin şagirdləri topladı .....                        Bu il BDU-da 8 yeni ixtisas açılacaq - SİYAHI .....                        Özbəkistan və Koreya liderləri 18 sənəd imzalayıblar .....                        Bayram günlərində şəhərin mərkəzi küçələri bağlanacaq - RƏSMİ .....                        Ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalır – DİN-dən XƏBƏRDARLIQ .....                        Bakıda lift qırıldı: Xəsarət alanlar var .....                        Magistraturaya ixtisas seçimi nə vaxt başlayacaq? - Rəsmi .....                        Ocaq qalamaq istədi, özünü yandırdı .....                        Bayden və Zelenski 10 illik saziş imzaladı .....                       
3-06-2024, 21:50
Amerikalı admiral Türkiyədə


Amerikalı admiral Türkiyədə

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Baş Qərargah rəisi, admiral Liza Françetti Türkiyədə rəsmi səfərdədir.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, səfər Türkiyə Respublikasının HDQ komandanı, donanma admiralı Ercüment Tatlıoğlunun dəvəti ilə baş tutub.
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Ankarada admiral Liza Françetti ilə görüşüb.
Admiral Ercüment Tatlıoğlu və ABŞ-ın Ankaradakı səfiri Cefri L. Fleykin də iştirak etdikləri görüş media üçün qapalı şəraitdə keçirilib.
3-06-2024, 21:36
"Qarabağ" fransalı hücumçu ilə vidalaşdı


"Qarabağ" fransalı hücumçu ilə vidalaşdı

“Qarabağ” futbol klubu hücumçu Adama Diakabi ilə yollarını ayırıb. Klubdan Modern.az -a verilən məlumata görə, 28 yaşlı fransalı hücumçunun bu mövsüm başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
2023-cü ilin yanvarından Ağdam təmsilçisində çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.
Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.
Qeyd edək ki, Ağdam klubu daha əvvəl 35 yaşlı müdafiəçisi Riçard Almeyda ilə müqaviləni bir illik uzadıb. Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
3-06-2024, 21:27
Leyla Əliyevanın yeni kitabı


Leyla Əliyevanın yeni kitabı

Tanınmış Azərbaycan şairi Leyla Əliyevanın seçmə şeirlərinin toplandığı “Seçilmişlər” kitabı işıq üzü görüb.
Kitaba şairin Vətən, həyat, mərhəmət, ölüm, sevgi kimi əbədi mövzuları əhatə edən şeirləri daxil edilib. Müəllifin öz yaradıcılığı ilə bağlı dediyi “Çoxları mənim poeziyamı emosiyalarımla, əhvali-ruhiyyəmlə əlaqələndirir və sanırlar ki, şeirlərim çox kədərlidir. Əslində isə o şeirlərin əksəriyyəti məndən bəhs etmir. Onların çoxu ümumən insan ruhunun mənzərələrini, hal və həyəcanını ifadə edir. Elə bilirəm, şeirlər mənə İlahidən gəlir. Mən sətirləri eşidirəm...” fikirləri ilə açılan kitaba toplanan şeir silsilələri “Vətən”, “Həyat nədir, ölüm nə”, “Haradasan, dünyanın yaxşı adamı?”, “Mənə güc ver, İlahi!”, “Gedim bir az ağlayım”, “O biri həyatda dönərsən geri” kimi fəsillərdə təqdim olunur. Şeirlər Azərbaycan dilinə kifayət qədər yüksək peşəkarlıq, bədii texnika ilə tərcümə olunub, şairin üslub özünəməxsusluğu, poetik intonasiyası qorunub saxlanılıb.
Nəşrin “Ön söz”ünün müəllifi akademik Nizami Cəfərov, şeirlərin tərcümə müəllifləri Xalq yazıçısı Afaq Məsud, şair-tərcüməçi Salam Sarvan, redaktoru isə yazıçı-tərcüməçi Yaşar Əliyevdir.
3-06-2024, 20:52
Millimiz İtaliyanı məğlub etdi


Millimiz İtaliyanı məğlub etdi

Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.
Yarışda mübarizə aparan Azərbaycan millisi növbəti oyununu keçirib. İtaliya millisi ilə üz-üzə gələn yığma 2:1 hesabı ilə qələbə qazanıb.
Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb.
Qeyd edək ki, Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub – 1:3. Elşad Quliyevin yetirmələri iyunun 4-də Fransa ilə qarşılaşacaq.
3-06-2024, 20:34
Bu gün intihar edən gənc qızın fotosu yayıldı


Bu gün intihar edən gənc qızın fotosu yayıldı

Bu gün Bakıda özünü 12-ci mərtəbədən ataraq intihar edən qızla bağlı bəzi faktlar məlum olub.
İntihar edən, 21 yaşlı Zərifə Məmmədzadə hadisə baş verən binada yaşamayıb.
Əslən Ağsu rayonundan olan Zərifə həmin binada yaşayan rəfiqəsigilə qonaq gəlibmiş.
İntihar edən qızın fotosunu təqdim edirik:

3-06-2024, 20:21
Bakıda zavodda faciə: 5 nəfər zəhərlənərək öldü - SİYAHI


Bakıda zavodda faciə: 5 nəfər zəhərlənərək öldü - SİYAHI

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunur, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

3-06-2024, 20:15
İsrail SEPAH zabitini öldürdü


İsrail SEPAH zabitini öldürdü

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı hərbi müşaviri Səid Əbiyar öldürülüb.
Bu barədə SEPAH-a bağlı kanallar məlumat yayıb.
Onun ötən gecə İsrailin Hələbə endirdiyi aviazərbə nəticəsində öldürüldüyü bildirilir.
3-06-2024, 18:43
Kürdə batan hərbçinin atası danışdı


Kürdə batan hərbçinin atası danışdı

Xəbər verdiyimiz kimi, Kür çayının Tovuzun Hunanlar kəndi ərazisindən keçən hissəsində bədbəxt qeydə alınıb. Rayonun Bayramlı kənd sakini 35 yaşlı Tural Quliyev idarə etdiyi VAZ 21 07 markalı avtomobillə Kür çayına düşüb. Həm vaxt avtomobildə Abulbəyli kənd sakinləri 33 yaşlı Vüqar Cəfərov, 36 yaşlı Elxan Sadıqov və 32 yaşlı Turqut İbrahimov da olub. Nəqliyyat vasitəsini suya düşdükdən sonra Turqut İbrahimov üzərək sudan çıxa bilib.
Digər üç nəfər isə avtomobillə birlikdə batıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Kiçik həcmli gəmilərə nəzarət sularda xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Hazırda Kürdə batan şəxslərin axtarışları davam etdirilir.
Tural Quliyevin atası Hüseyn Quliyev çaya düşən şəxslərin istirahət məqsədilə əraziyə gəldiyini bildirib.
"Buradan keçən köhnə yolu sel yuyub. Onların da bu barədə məlumatım olmayıb. Gəlib həmin yerdən çaya düşüblər. Oğlum ailəlidir, üç uşağı var. Digər batan şəxs - Cəfərov Vüqar Rəsul oğlu isı bacım oğludur", - o deyib.
Tural Quliyev Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) olub.
3-06-2024, 17:59
Azərbaycan çempionu həbs edildi


Azərbaycan çempionu həbs edildi

Ağır atletika üzrə Azərbaycan çempionu, bir sıra beynəlxalq yarışların qalibi Ümidvar Bayramlı həbs edilib.
Barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılmış idmançıya Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Dostunu bıçaqlamaqda təqsirli bilinən 2001-ci il təvəllüdlü idmançıya 5 il müddətinə həbs cəzası verilib.
Bildirilib ki, Ü.Bayramlı 27 sentyabr 2023-cü il tarixində, saat 23.00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsindəki yaşayış kompleksində tanışı Mirzə adlı şəxsi bıçaqlayıb. Belə ki, Ümidvar Bayramlının zərərçəkmişə satdığı mobil telefon nasaz çıxdığı üçün onlar arasında mübahisə yaranıb. Mübahisə zəminində Ü.Bayramlı tanışına bıçaqla qarın nahiyəsindən zərbə endirib. Düz və çənbər bağırsaqları kəsilən Mirzə xəstəxanaya çatdırılıb.
O da məlum olub ki, gənc idmançı 2022-ci ildə oğurluq əməlinə görə də məhkum edilibmiş və bıçaqlanma hadisəsini törədərkən həmin cəzasını çəkib başa vurmayıbmış.
Məhkəmədə Ü.Bayramlı bildirib ki, Mirzəni görüşə yaranmış mübahisə ilə əlaqədar çağırıb və onu söyüşə görə bıçaqlayıb.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Ümidvar Bayramlı ağır atletika üzrə Azərbaycan çempiondur. O, həmçinin İsveçdə keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.
3-06-2024, 17:53
Qəbələdə itkin düşən oğlan Bakıda tapıldı


Qəbələdə itkin düşən oğlan Bakıda tapıldı

İtkin düşən gənc tapılıb.
Qəbələ rayonunun Daşca kənd sakini, 30 yaşlı Hümbətov Elmin Firidun oğlu polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
Məlumat DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımıza təsdiq edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!