"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
3-06-2024, 15:23
Həsən Ruhani dövrünün vitse-prezidenti namizədliyini irəli sürdü


Həsən Ruhani dövrünün vitse-prezidenti namizədliyini irəli sürdü

İranda 14-cü prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatının beşinci günüdür.
İranın sabiq prezident Həsən Ruhani dövründə vitse-prezident olmuş İshaq Cahangiri bu gün qeydiyyatdan keçib.
Bazar ertəsi qeydiyyatdan keçən digər tanınmışşəxslər arasında keçmiş millət vəkilləri Elias Naderan, Hassan Sobhani, Hassan Kamran Dastjerdi və Vahid Cəlalzadə də var.
Qeydiyyat prosesi bu gün axşam başa çatacaq.
Qeydiyyat prosesindən sonra namizədliyini irəli sürənlərin sənədlərini yoxlamaq üçün 7 gün vaxt sərf olunacaq. Daha sonra təsdiq edilmiş namizədlərə iyunun 28-də keçiriləcək prezident seçkilərinə qədər təşviqat kampaniyası üçün 14 gün vaxt veriləcək.
3-06-2024, 15:10
Kürdə boğulanlardan biri hərbçi olub


Kürdə boğulanlardan biri hərbçi olub

Xəbər verdiyimiz kimi, Tovuz rayonunun Hunanlar kəndi ərazisində içərisində 4 nəfər olan avtomobil Kür çayına düşüb.
Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb, 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.
Hər üç şəxs suda boğularaq ölüb. Onların tapılması istiqamətində iş aparılır.
Məlumata görə, Elxan Sadıqov montajçı, Vüqar Cəfərov fəhlə işləyirmiş.
Tural Quliyev isə Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) olub. Onun evli və 3 uşaq atası olduğu bildirilir.
Məlumata görə, hadisə dünən axşam saat 20-21 radələrində baş verib. Avtomobildə olan şəxslərin balıq tutmaq məqsədilə əraziyə getdikləri, bu zaman avtomobilin çaya düşdüyü ehtimal olunur.
Hadisə ilə bağlı araşdırma aparılır.
3-06-2024, 14:58
Lui Bono Azərbaycana gəldi


Lui Bono Azərbaycana gəldi

3 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
Bu barədə XİN-dən məlumat verilib.
Görüşdə Azərbaycan-ABŞ ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə regional sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov iki ölkənin rəsmiləri arasında təmasların intensivləşməsinin münasibətlərin inkişaf dinamikasına müsbət təsir göstərdiyini diqqətə çatdıraraq, bu istiqamətdə qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edib.
Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi istiqamətində aparılan danışıqlar, habelə sülh gündəliyi üzrə əldə olunan son inkişaflar barədə ətraflı məlumatlandırılıb.
Nazir Ceyhun Bayramov, xüsusilə delimitasiya komissiyaları arasında əldə olunan, ölkəmizin Ermənistan tərəfindən işğal altında olan 4 kəndinin geri qaytarılmasını ehtiva edən son razılığın ikitərəfli danışıqlar prosesinin regional sülh və etimad quruculuğuna real töhfə vermək baxımından faydalılığını bir daha təsdiq etdiyini vurğulayıb.
10-11 may 2024-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində konstuktiv ruhda baş tutan danışıqların da ikitərəfli sülh prosesinin effektivliyinə dəlalət etdiyi vurğulanıb.
Baş müşavir Lui Bono regionda baş verən son proseslərin sülh quruculuğu fəaliyyətinin gələcəyinə ümid yaratdığını, bu istiqamətdə öz növbəsində ABŞ tərəfinin də danışıqlar prosesinə dəstək və töhfə verməyə daim hazır olduğunu ifadə edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
3-06-2024, 14:52
Misir hökuməti istefa verdi


Misir hökuməti istefa verdi

Misir prezidenti Əbdülfəttah əs-Sisi hökumətin istefasını qəbul edib və hazırkı baş nazir Mustafa Madbuliyə yeni kabineti formalaşdırmağı tapşırıb.
Bu barədə "Power News" hökumət ofisinin bəyanatına istinadən məlumat yayıb.
"Prezident Madbouly-ə səriştə və təcrübəyə malik olan insanlardan ibarət yeni hökumət yaratmağı tapşırıb", - bəyanatda deyilir. Həmçinin bildirilir ki, prezident müvafiq qərarı ona bildirmək üçün hökumət başçısını qəbul edib.
Əl-Sisi hazırda üçüncü prezidentlik müddətindədir və konstitusiyaya görə, 2030-cu ilə qədər vəzifəsində qalacaq.
3-06-2024, 14:47
SOCAR-ın Türkiyə ofisinə hücum edənlər tutuldu


SOCAR-ın Türkiyə ofisinə hücum edənlər tutuldu

SOCAR-ın Türkiyə ofisinə hücum etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, bu gün səhər saatlarında özlərini “Fələstin Üçün Min Gənc” adlandıran təşkilatın 13 üzvü tutulub.
Onların tezliklə məhkəməyə çıxarılacağı gözlənilir.
3-06-2024, 14:14
Bu imtahanın cavabları açıqlandı


Bu imtahanın cavabları açıqlandı

2 iyun 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi və Mədəniyyət Nazirliyi tərəfindən musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçirilib.
DİM-dən verilən məlumata görə, iştirakçılar imtahan nəticələri və cavab kartlarının qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 1044 nəfərdən 21 nəfər imtahana gəlməyib.
Direktor vә direktor müavinilәrinin imtahanında namizədlərə 100, müәllimlәrin imtahanında isə 70 test tapşırığı tәqdim olunub. Hәr düzgün cavab bir balla qiymәtlәndirilir.
Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsinə buraxılırlar.
İmtahan nəticələri ilə bağlı apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2024-cü il 5 iyun saat 10:00-dan 7 iyun saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
İmtahan haqqında ümumi məlumat və müsabiqə şərtləri ilə buradan tanış ola bilərsiniz.
3-06-2024, 13:30
Azadlıq prospektinin bir hissəsi təmirə bağlandı - VİDEO


Azadlıq prospektinin bir hissəsi təmirə bağlandı - VİDEO

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün paytaxtın Azadlıq prospektində əsaslı təmir işlərinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir işləri prospektin Cəfər Xəndan küçəsi ilə Mixail Kaveroçkin küçəsi arasında olan hissəsində aparılır. Sözügedən hissənin uzunluğu 3.4 km təşkil edir.
Azadlıq prospekti boyunca hərəkət intensivliyi və vətəndaşların rahatlığı nəzərə alınaraq təmir işləri gecə saatlarında aparılır. Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və frez materialının kənara daşınması işləri icra olunur.
Qeyd edək ki, işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

3-06-2024, 12:58
İranda prezident olmaq istəyənlərin sayı 37-yə çatdı


İranda prezident olmaq istəyənlərin sayı 37-yə çatdı

İranda keçiriləcək 14-cü prezident seçkiləri üçün namizədlərin müraciət prosesi 5-ci gündür ki davam edir.
İranda iyunun 28-də keçirilməsi planlaşdırılan 14-cü prezident seçkiləri üçün namizədlərin müraciəti Daxili İşlər Nazirliyində qəbul edilir.
Prosesə mayın 30-da başlanılıb və bu gün axşam başa çatacaq.
Bu gün sabiq deputat Vahid Cəlalzadə Daxili İşlər Nazirliyinə gələrək 14-cü prezident seçkilərində namizədliyini irəli sürüb.
Daha bir keçmiş deputat - Ərdəşir Mütəhhəri də qeydiyyatdan keçmək üçün Daxili İşlər Nazirliyinə gəlib.
Keçmiş kənd təsərrüfatı naziri Məhəmməd Rza İsgəndəri prezident seçkilərində namizəd olmaq üçün qeydiyyatdan keçib.
İyunun 28-də keçiriləcək prezident seçkilərində millət vəkili Əli Azəri namizədliyini irəli sürüb.
Keçmiş deputat Hamit Kərimi namizədlik üçün müraciət edib.
Keçmiş əmək naziri Məhəmməd Nazimi Erdekani Daxili İşlər Nazirliyinə gələrək 14-cü prezident seçkilərində namizəd olmaq üçün qeydiyyatdan keçib.
Kirmanşahın millət vəkili Qasım Casemi prezident seçkilərində namizəd olmaq üçün sənədlərini Daxili İşlər Nazirliyinə verib.
Keçmiş qadın millət vəkilləri Zöhre Elahiyan və Həmidə Zərabadi də namizəd olmaq üçün Daxili İşlər Nazirliyinə müraciət ediblər.
İran Ekspertlər Şurasının keçmiş üzvü Hüccətul İslam Əhməd Əkbəri 14-cü prezident seçkilərində namizəd olmaq istəyənlər arasındadır.
Daxili İşlər Nazirliyinə gələn sabiq deputat Kamran Destcerdi də prezident seçkilərində namizəd olmaq üçün ərizə verib.
Sabiq deputat Həsən Sübhani Daxili İşlər Nazirliyinə gələrək 14-cü prezident seçkilərində namizədliyini irəli sürüb.
İran İslami Şura Məclisinin keçmiş deputatı İlyas Naderan prezident seçkilərində namizəd olmağa iddialıdır.
“Seçkilərdə iştirak emək üçün namizədliyini irəli sürənlərin ümumi sayı artıq 37 nəfərə çatıb”, - deyə İran Seçki Şurasının sözçüsü Muhsin İslami mətbuata açıqlamasında deyib.
Sabah-dan iyunun 4-dən etibarən Konstitusiyanın Keşikçiləri Şurası namizədlərin ölkə prezidenti postunun tələblərinə uyğun olub-olmadığını müəyyən etmək üçün bir həftə ərzində sənədləri araşdıracaq. Namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq.
Namizədlərə təşviqat kampaniyası aparmaq üçün 14 gün ayrılacaq.
İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.
İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.
Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub.
3-06-2024, 12:56
Qarabağ Universitetinin yataqxanasında işlər yekunlaşır


Qarabağ Universitetinin yataqxanasında işlər yekunlaşır

Xankəndidəki Qarabağ Universitetinə məxsus yataqxanada son tamamlama işləri aparılır.
Hazırlıq işləri yekunlaşmaq üzrədir.
Yataqxana müəllim və tələbələr üçün nəzərdə tutulub.
Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq. Nazir xatırladıb ki, sentyabr ayında universitetdə tədrisin başlanması nəzərdə tutulur: "Universitetdə infrastrukturla bağlı işlər davam edir. İyunun sonuna qədər yataqxana, tədris binası və onun ətrafı ilə bağlı əsas işlər bitəcək. Ümumilikdə proses avqusta qədər davam edəcək. Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Bütün tələbələrə təhsil ödənişsiz olacaq".
3-06-2024, 12:25
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20°, bəzi yerlərdə 25° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!