Nəsrullah gizli yerdə dəfn olunub .....                        Ukraynada Rusiyanın unikal dronu vuruldu .....                        Hacıqabulda bir ailənin 3 üzvü yaralandı .....                        Netanyahudan Makrona: "Ayıb olsun!" .....                        XİN bəyanat yaydı .....                        Cəbrayılda ildə 24 milyon yumurta istehsal ediləcək .....                        İsrail Hizbullahın mövqelərini bombaladı .....                        Rəsmi Bakı: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır .....                        Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir .....                       
6-07-2024, 16:20
İranda yenidən Türk erası başlayır


İranda yenidən Türk erası başlayır

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: “2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməsi qəbuledilməzdir””.
Yəni Məsud bəy zamanında sözünü demiş adamdır. Ona görə də xalq arasında bu qədər sevilir. O vaxt İranda bu sözü hər kişi deyə bilməzdi. Ancaq o, deyib...
Bizim bəzi dostlarımız iddia edir ki, İslam Respublikasının ali dini lideri Ayətullah Xamenei İranda yüksəlişdə olan türk faktorunu çökdürmək üçün Məsud Pezeşkianı irəli çıxarıb. Guya onun qələbəsi süni bir şeydir və xüsusi missiya daşıyır. Və Türk Dünyasını parçalamağa hesablanıb...
Məsud Pezeşkianın keçirdiyi kütləvi tədbirlərdə Azərbaycanla bağlı ən millətçi mahnılar səsləndirildi və böyük bir kütlə möhtəşəm coşqu ilə o mahnını xorla ifa etdi. Yəni Məsud Pezeşkian İranda gəlişməkdə olan türk ruhunu ən azı bir baş yuxarı qaldırdı...
Azərbaycanda özünə türk deyib Məsud Pezeşkianın əleyhinə iyrənc təbliğat aparanları da gördük. Onlar təkidlə “mühafizəkar” siyasətçi Səid Cəlilinin təbliğatını aparırdılar. Səid Cəlili kimdir? Aşırı bir fars millətçisi. Yəni siz bunu bilmirsiz?
Arqumentləri də bu idi ki, Məsud Pezeşkian kürddür. Bu məsələ ilə bağlı Qərb mətbuatı da yazır. Məsələn, elə "The İndependent" də bu məqama toxunur: "Cənab Pezeşkian 29 sentyabr 1954-cü ildə İranın şimal-qərbində Mahabadda doğulub. Atası azərbaycanlı, anası isə kürdür. O, azəri dilində danışır və uzun müddət İranın böyük etnik qruplarının işlərinə diqqət yetirir"...
İranda yenidən türk erası başlayır. Bu qələbə İranda yaşayan türklərin qələbəsidir. Hə, bəlli səbəbdən bu qələbəyə kürdlər də dəstək verib. Bunu da danmaq olmaz. Biz türk olaraq kimsənin haqqını danmarıq...
Hazırda bütün dünya Məsud Pezeşkiandan danışır. "Reuters" Agentliyi vurğulayır ki, o, azərbaycanlıdır. Siyasətə də təzə gəlməyib. O, islahatçı prezident Seyid Məhəmməd Hatəmi (1997-2005) dönəmində (2001-2005) İranın səhiyyə naziri olub.
Agentlik bildirir ki, keçən ay Tehran Universitetində keçirilən iclasda 2022-23 illər iğtişaşları ilə əlaqəli ittihamlarla həbs edilən tələbələrlə bağlı sualı cavablandıran Pezeşkian deyib ki, “siyasi məhbuslar mənim səlahiyyətimə daxil deyil və əgər mən nəsə etmək istəsəm, buna səlahiyyətim çatmayacaq”.
1980-ci illərdə İran-İraq müharibəsi zamanı döyüşçü və həkim olan Pezeşkiana tibbi qrupların cəbhə bölgələrinə göndərilməsi tapşırılmışdı.
Pezeşkian 1994-cü ildə avtomobil qəzası nəticəsində həyat yoldaşını və bir uşağını itirib. O, heç vaxt ikinci dəfə evlənmək fikrinə düşməyib. Qəzadan sağ çıxan iki oğlu və bir qızını tək böyüdüb...
İslahatçı prezident Seyid Məhəmməd Hatəmi İranda iki dəfə prezident seçilsə də, elə bir uğur qazana bilmədi. Bəs bu dəfə necə, islahatçılar İranda ciddi dəyişikliklərə nail ola biləcəkmi?
Bir şeyi də deyim. Hörmətli Məsud Pezeşkian ürək cərrahıdır. İran ağır xəstədir. Cənab Pezeşkian bu ağır xəstəni müalicə edə biləcəkmi? Çətin sualdır, ancaq birmənalı olan odur ki, Məsud Pezeşkian ən azı buna cəhd edəcək...
Ən əsası isə odur ki, Məsud Pezeşkian İran prezidenti kimi Azərbaycanın gücünə güc qatdı. O, iqtidara gəlişi ilə İrandakı türklərin qüdrətini yenidən ortaya qoydu. Bundan sonra İranda türk faktoruna kiminsə arxa çevirməsi, yekəbaş münasibət sərgiləməsi sadəcə mümkün deyil. Əminliklə demək olar ki, bundan sonra İranda keçirilən istənilən seçkidə soydaşlarımız əsas söz sahibi kimi çıxış edəcəklər...
6-07-2024, 15:42
Səid Cəlili Məsud Pezeşkiana uduzduğunu etiraf etdi


Səid Cəlili Məsud Pezeşkiana uduzduğunu etiraf etdi

Məsud Pezeşkianın prezident seçkilərinin ikinci turundakı rəqibi, mühafizəkar namizəd Səid Cəlili də onu qazandığı qələbə münasibətilə təbrik edib.
Səid Cəlili öz mesajında ​​keçmiş rəqibini qələbəsi münasibətilə təbrik edib və şəffaf seçkiləri bir daha İran İslam Respublikasının demokratik mahiyyətinin nümayişi kimi qiymətləndirib.
Cəlili deyib ki, “indi ölkədəki bütün insanların ölkənin beynəlxalq arenada statusunun yüksəldilməsi üçün Pezeşkiana kömək etmələrinin vaxtı çatıb”.
İranın Seçki Qərargahının məlumatına görə, ölkə daxilində və xaricində namizədlərə verilən səslərin ümumi sayı 30 milyon 530 min 157 səsdir. Səslər aşağıdakı kimi bölünüb:
Məsud Pezeşkian 16 milyon 384 min 403 səs;
Səid Cəlili 13 milyon 538 min 179 səs.
6-07-2024, 14:34
"Qərbi Azərbaycan Kubok"u uğrunda final…


"Qərbi Azərbaycan Kubok"u uğrunda final…

İyunun 26-da "Qərbi Azərbaycan Kubok"u uğrunda başlanan mini futbol turniri artıq final mərhələsindədir. Məlumat verdiyimiz kimi, tarixdə ilk dəfə təşkil olunan mini futbol turnirində Qərbi Azərbaycanın rayon icmalarını təmsil edən gənclərdən ibarət 20 komanda iştirak edib. Gərgin yarışmalardan uğurla keçən Qafan və Qəmərli komandaları finala çıxıblar. İyulun 7-də saat 17:00-da Bakı Tennis Akademiyasında komandaların qarşılaşması olacaq. Bəri başdan qeyd edək ki, oyunu hansı komandanın udmasıdan asını olmayaraq qazanan Qərbi Azərbaycan olacaq. Çünki bu turnir müqəddəs bir amal- Qərbi Azərbaycana qayıdış naminə təşkil olunub.
Xatırladaq ki, finala çıxan Qəmərli komandası Vedi komandasına 9:3, Basarkeçərə 4:2, Keşkəndə 2:1 hesabı ilə qalib gəlib. Digər finalçı-Qafan komandası isə Sərdarabada 7:0, Böyükqarakilsəyə 8:7, Meğriyə 3:0, Loru komandasına 6:2 hesablı qələbə çalıb.
Azarkerləri iyulun 7-də Bakı Tennis Akademiyasında gözləyəcəyik. Həmin gün həm də qaliblər mükafatlandırılacaq.
Qərbi Azərbaycan Bütöv Azərbaycanın qoparılmış parçasıdır!
Zəngəzur Azərbaycandır! Hədəfimiz Bütöv Azərbaycandır!

Qafan komandasının ən gənc təəssübkeşi Bəhruz Piriyev pərəstiş etdiyi 9 nömrəli oyunçu Əleyman Məmmədovla görüşmək üçün babası Bəhruzu oyun meydançasına aparıb. Nəticədən hamı məmnundur, üzlər gülür. Bəli, ulu babası Zəngəzurdan erməni faşistləri tərəfindən didərgin salınan Bəhruz bala Zəngəzur yolçularına qoşulur. Yolunuz açıq olsun!
“Butov.az”

Bozqurd balaları türklüyünə simgə çəkir
6-07-2024, 14:06
TDT liderləri Şuşada Qarabağ Bəyannaməsini imzaladılar


TDT liderləri Şuşada Qarabağ Bəyannaməsini imzaladılar

Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanıb.
Qarabağ Bəyannaməsini sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar imzalayıblar.
6-07-2024, 14:02
Azərbaycan TDT-nin hesabına 2 milyon ABŞ dolları köçürüb


Azərbaycan TDT-nin hesabına 2 milyon ABŞ dolları köçürüb

“Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil”.
Bunu uyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı Azərbaycanın TDT katibliyinin hesabına yardım etdiyini bildirib:
“Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür.”, - Prezident qeyd edib.
6-07-2024, 13:55
İlham Əliyev onları COP29-a dəvət etdi


İlham Əliyev onları COP29-a dəvət etdi

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını bu ilin noyabrında Bakıda keçirləcək COP29 konfransına dəvət edib.
“Bildiyiniz kimi, bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edəcək. Fürsətdən istifadə edərək sizin hər birinizi bir daha COP29-a dəvət edirəm. COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə bizim namizədliyimizi yekdilliklə dəstəkləmişdir. Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək”, - Prezident qeyd edib.
TDT-nin Şuşadakı qeyri-rəsmi Zirvə görüşünsə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak edirlər.
6-07-2024, 13:48
TDT Xarici İşlər Nazirlərinin Şuşadakı iclasında nələrdən danışıldı?


TDT Xarici İşlər Nazirlərinin Şuşadakı iclasında nələrdən danışıldı?


İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.
İclasda açılış nitqi ilə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Azərbaycanın Qarabağ torpağında baş tutan ilk yüksək səviyyəli Zirvə toplantısı olduğunu bildirib. Deyib ki, Şuşada keçirilən ilk yüksək səviyyəli toplantının doğma ailəmiz Türk Dövlətləri Təşkilatının tədbiri olması təbiidir. Məlum olduğu kimi, Zirvə görüşü Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən sayca üçüncü qeyri-rəsmi fövqəladə Zirvə görüşüdür. O, eyni zamanda, vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətinin ən əsas prioritetidir.
Sonra iclasın gündəliyi qəbul edilib.
Daha sonra iclasda gündəlikdəki məsələlərlə bağlı çıxışlar olub.
Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu çıxışında diqqətə çatdırıb ki, rəsmi Astana üzv ölkələrlə rəqəmsal texnologiyalar, mədəniyyət, infrastruktur, turizm, investisiyalar və bütün digər sahələrdə əlaqələri genişləndirməyi səbirsizliklə gözləyir. “Ailəmiz böyük potensiala, resurslara malikdir və bizim ümumi məqsədlərimiz var. Qazaxıstan beynəlxalq nəqliyyat yolu, Şimal-Cənub Nəqliyyat Dəhlizi və “Bir kəmər, bir yol” Təşəbbüsü arasında sinerjinin qurulmasını yüksək qiymətləndirir və bütün üzv dövlətlərlə sıx əməkdaşlıq edir”, - deyə o əlavə edib.
Murat Nurtleu, eyni zamanda, vurğulayıb ki, Qazaxıstan, Azərbaycan və Özbəkistan gələcəkdə yaşıl enerjinin Avropaya ixrac infrastrukturunun yaradılması istiqamətində mühüm layihələrin həyata keçirilməsində birgə addımlar atır. “Ölkəmizin prioritetlərini və təşəbbüslərini dəstəklədiyiniz üçün Qazaxıstanın sədrliyi adından hamınıza minnətdarlığımı bildirirəm. Üzv dövlətlərin fəal iştirakı ilə biz yüksək səviyyəli tədbirlər təşkil etmişik. Ölkələrimizin daimi nümayəndəliklərinin yaradılması və katibliyin ştatının artırılması birgə işimizin nəticəsidir. Bu yolda TÜRKPA, TÜRKSOY, Türk İnvestisiya Fondu, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası ilə sıx əməkdaşlığımız və koordinasiyamız xalqlarımızın çiçəklənməsinə töhfə verəcək”, - deyə Baş nazirin müavini vurğulayıb.
Yarandığı dövrdən səmərəli inkişaf yolu keçmiş Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə önəminin artmaqda olduğunu deyən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qeyd edib: “Bu, eyni zamanda, Təşkilata üzv və müşahidəçi dövlətlərin beynəlxalq arenada nüfuzunun, eləcə də iqtisadi potensialının genişlənməsinə xidmət edir. Zirvə görüşünün nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması mövzusu bugünkü reallığa uyğun seçilib. Məlum olduğu kimi, Azərbaycan bu ilin noyabrında COP29-a ev sahibliyi edəcək. Hesab edirəm ki, bu hadisəni Türk dünyasının uğuru saymaq mümkündür. Belə ki, ilk dəfə olaraq bir Türk dövləti belə mötəbər tədbirə ev sahibliyi edəcək. COP29-un təşkilində ilk olaraq qardaş ölkələrin dəstəyinə ümid edirik”.
Nazir bildirib ki, bu gün dünyada baş verən hadisələr ətraf mühitə təsirsiz ötüşmür. Davamlı gələcək yalnız iqlim fəaliyyəti vasitəsilə sağlam planetimizi qorumaqla mümkün olacaqdır. Bu istiqamətdə də Türk dövlətləri arasında əməkdaşlığa ehtiyac var. TDT-nin ekologiya və ətraf mühit sahəsinə məsul nazirlərinin platformasının yaranmasının zamanı artıq yetişib. Bununla yanaşı, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində təsirli birgə tədbirlərin görülməsi önəm kəsb edir. Bu mənada Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir.
C.Bayramov, həmçinin Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında ikitərəfli saziş layihəsinin imzalanması istiqamətində müzakirələr davam edir. “Bu xüsusda 2024-cü il mayın 10-11-də iki ölkənin xarici işlər nazirləri arasında Almatıda keçirilmiş görüşə ev sahibliyi etdiyi üçün bir daha Qazaxıstana təşəkkürümüzü bildiririk. Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda Ermənistan və “Dağlıq Qarabağ”ın birləşməsinə çağıran “Ermənistan müstəqillik aktına” açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasıdır. Azərbaycan dayanıqlı və davamlı sülhdə ən maraqlı tərəfdir”, - deyə nazir vurğulayıb.
İclas gündəlikdəki məsələlər ətrafında çıxışlarla davam edib.
6-07-2024, 00:30
XİN Başçıları görüşdə nələri müzakirə etdilər


XİN Başçıları görüşdə nələri müzakirə etdilər

İyulun 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə Görüşü, habelə TDT Xarici İşlər Nazirləri Şurasının İclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Azərbaycan-Türkiyə müttəfiqliyinin siyasi, təhlükəsizlik, iqtisadi, enerji, bağlantılar, humanitar aspektləri üzrə qarşılıqlı fəaliyyət, birgə layihələr və əldə olunmuş inkişafların regional sabitlik və əməkdaşlığa ciddi töhfələr verdiyi vurğulanıb.
Müttəfiqliyimizin inkişafında iki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli siyasi dialoqun əsas rol oynadığı, habelə müvafiq dövlət qurumları və qanunverici orqanların nümayəndələrinin intensiv səfər və təmaslarının ciddi töhfəsi olduğu bildirilib.
İki ölkə arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan müttəfiqlik münasibətlərini təsbit edən Şuşa Bəyannaməsinin imzalandığı Şuşa şəhərinin TDT-nin qeyri-rəsmi Zirvə Görüşünə ev sahibliyi etdiyi məmnunluqla qeyd olunub.
Nazir Ceyhun Bayramov xarici siyasətimizdə Türk dünyası və TDT istiqamətinin tutduğu əhəmiyyətli yerdən bəhs edərək Zirvə Görüşünün Təşkilat çərçivəsində əməkdaşlığın inkişafı və gücləndirilməsinə töhfə verəcək sənəd və qərarların qəbulu ilə yadda qalacağına ümidvar olduğunu söyləyib.
TDT ilə yanaşı, digər regional və beynəlxalq təşkilatlar, o cümlədən müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın intensivləşməsinin əhəmiyyəti qeyd olunub. Bu istiqamətdə, cari ilin 3 iyul tarixində Azərbaycan-Türkiyə-Pakistan liderlərinin, habelə 15 mart tarixində Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşlərinin regional və qlobal təhlükəsizlik və əməkdaşlıq məsələləri üzrə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi baxımından faydalı olduğu bildirilib.
Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə mövcud regional vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə fəaliyyəti, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin durumu barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan Konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənsitanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!