Macarıstanı Aİ sədrliyindən uzaqlaşdırmağa çalışırlar - Ərdoğan .....                        Şuşada ATNA-nın 1-ci iclası .....                        İlham Əliyevin mövqeyi düzgün və ədalətlidir - Qusman .....                        Ərdoğan Ersin Tatarın Zirvə görüşünə qatılmasından danışdı .....                        Qəzzada ölən fələstinlilərin sayı açıqlandı .....                        Hakimliyə namizədlər imtahan verdilər .....                        Sabahın hava proqnozu .....                        Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır - Hikmət Hacıyev .....                        İsrailin Yəmənə hücumuna İrandan reaksiya .....                       
2-07-2024, 23:27
Dini ibadətgahdakı izdihamda 116 nəfər öldü


Dini ibadətgahdakı izdihamda 116 nəfər öldü

Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda ölənlərin sayı 116-ya çatıb.
Bu barədə ştatın rəsmi qurumları açıqlama yayıb. Bildirilir ki, 88 nəfər ibadətgahda keçinib, yaralı vəziyyətdə olan 27 nəfər qonşu Etah rayonunun hospitalında, bir nəfər isə Hathras rayon xəstəxanasında ölüb. Səlahiyyətli qurumlar ölü sayının artacağını istisna etmir. Çünki xəsarət alanlar arasında ağır vəziyyətdə olanlar da var.
Qeyd edək ki, hadisə iyulun 2-də ştatın Hathras ştatının Muğal Qarhi kəndində baş verib. Təxminən 50 minə yaxın adamın iştirak etdiyi dini ayin zamanı yaranmış sıxlıqda ölənlərin çoxu qadınlardır. Bundan başqa, ölənlər arasında uşaqlar da var. Hadisə baş verən vaxt havanın isti olması ölüm hallarının çoxalması ilə nəticələnib.
2-07-2024, 22:35
Güləşçimiz Avropa üçüncüsü oldu


Güləşçimiz Avropa üçüncüsü oldu

Serbiyanın Novi Sad şəhərində güləş üzrə 20 yaşlıların Avropa çempionatı davam edir.
İkinci yarış günündə yunan-Roma güləşində ilk medalçılar müəyyənləşib.
Rahim Həsənov (55 kiloqram) bürünc medal uğrunda görüşdə türkiyəli Servan Çinara müqavimət göstərə bilməyib – 0:8.
Əvəzində Məhəmməd Şükürzadə (63 kiloqram) medal hesabımızı açıb. Güləşçimiz serbiyalı Deyan Berkeçə 5:1 hesabı ilə qalib gələrək bürünc medalı boynundan asıb.
Davud Məmmədov (77 kiloqram) təsəlliverici görüşdə rusiyalı Qamzat Qadjiyevə (4:7), Məzaim Mərdanov (130 kiloqram) isə təsəlliverici görüşdə bolqarıstanlı Alan Cabiyevə (0:9) məğlub olub.
2-07-2024, 22:20
Beş yaşlı uşaq diş əməliyyatından sonra öldü


Beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Bakıda Nərimanov rayon 5 saylı uşaq poliklinikasında ölüm hadisəsi baş verib.
Həkim Mehriban Cəfərova 2019-cu il təvəllüdlü Mirbəhram Mirqulam oğlu Vəkillin dişini çəkərkən azyaşlının halı pisləşib, edilən müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək olmayıb.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1 iyul 2024-cü il tarixində günorta saatlarında 5 nömrəli Uşaq Stomatoloji Poliklinikasına 2019-cu il təvəllüdlü Mirbəhram Mirqulam oğlu Vəkili hər iki valideyni ilə birgə müraciət edib.
Müvafiq müayinələrdən sonra ona tibbi xidmət göstərilib, uşaqda yuxarı azı dişinin periodontiti diaqnozu ilə dişin əməliyyatı həyata keçirilib.
Azyaşlı dişin ekstraksiyası sonrası anafilaktik şok keçirib. Ona tibb müəssisəsində ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım briqadası çağırılıb.
Lakin uşağın valideyni təcili tibbi yardım briqadasının gəlməsini gözləmədən uşağı yaxınlıqdakı bir neçə özəl klinikaya aparıb.
Qeyd edək ki, təcili tibbi yardım briqadası protokol üzrə çağırışdan 15 dəqiqə sonra tibb müəssisəsində olub.
Bir neçə özəl tibb müəssisəsi uşağı qəbul etməkdən imtina etdiyi üçün valideynləri onu Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə gətiriblər. Aparılmış reanimasiyon tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb.
Ailənin bildirdiyinə görə, azyaşlıda ürək qüsuru və autizm xəstəliyi olub.
2-07-2024, 22:13
Avro-2024: Niderland millisi darmadağınla 1/4 finalda


Avro-2024: Niderland millisi darmadağınla 1/4 finalda

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/4 finalın daha bir iştirakçısı bəlli olub.
1/8 finalda Rumıniya yığmasına 3:0 hesabı ilə qalib gələn Niderland millisi növbəti raunda vəsiqə qazanıb.
Matçda hesab 20-ci dəqiqədə açılıb. "Narıncılar"ın heyətində Kodi Qakpo fərqlənib. Görüşdə digər qolları isə 83 və 90+3-cü dəqiqələrdə Daniel Malen vurub.
Niderland millisi 1/4 finalda Avstriya-Türkiyə cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İngiltərə, İspaniya, Fransa və Portuqaliya kollektivləri 1/4 finala adlayıblar.
2-07-2024, 21:45
Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsüdür


Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsüdür

Azərbaycan 2024-cü ilin aprel ayında Türkiyəyə təbii qazın ixracını əhəmiyyətli dərəcədə artırıb. Artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,02 faiz təşkil edib.
Bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatında deyilir. Məlumatlara əsasən, ixrac 2023-cü ilin aprel ayındakı 893,36 milyon kubmetrlə müqayisədə 1,001 milyard kubmetrə çatıb.
Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyənin ən böyük qaz tədarükçüsü olub.
İkinci yerdə 544 milyon kubmetrə yaxın qaz ixracı ilə İran yer alıb. Bu göstərici 2023-cü ilin aprel ayı ilə müqayisədə 37,25 faiz azalıb.
Türkiyəyə təbii qazın ixracının həcminə görə üçüncü ölkə Rusiyadır. Hesabat dövrü ərzində Rusiya Türkiyəyə 413,24 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 76,01 faiz azdır (1,524 milyard kubmetr).
2-07-2024, 20:22
Ukrayna üçün yeni yardım paketi - 2.3 milyard...


Ukrayna üçün yeni yardım paketi - 2.3 milyard...

ABŞ Ukraynaya 2,3 milyard dollar dəyərində yeni hərbi yardım paketi ayırmaq niyyətindədir.
Bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşündən sonra bildirib.
Amerikalı nazirin sözlərinə görə, yeni paketə tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri daxil olacaq.
ABŞ-ın Ukraynaya yardım paketi sonuncu dəfə iyunun 7-də ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra elan edilib. Bayden bildirib ki, 225 milyon dollarlıq paketə HIMARS sursatları, "Stinger" yer-hava raketləri və HAWK hava hücumundan müdafiə raketləri daxildir.
"Associated Press" agentliyi mənbələrə istinadən bildirir ki, ABŞın yeni hərbi yardım paketi iyunun 25-də açıqlanacaq. Məlumata görə, paketə HIMARS reaktiv yaylım atəş sistemi üçün mərmilər, 105 mm və 155 mm çaplı artilleriya mərmiləri, tank əleyhinə silahlar, atıcı silahlar və qumbaraatanlar daxil olacaq.
2-07-2024, 20:12
Su anbarında batan şəxs təyyarə ilə axtarılır


Su anbarında batan şəxs təyyarə ilə axtarılır

Mingəçevirdə batdığı ehtimal olunan şəxsin axtarışlarına amfibiya təyyarəsi cəlb olunub.
21 iyun 2024-cü il tarixində Mingəçevir su anbarında batdığı ehtimal olunan Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Vüqar Oruc oğlu Həsənovun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.
2-07-2024, 19:45
Magistraturaya qəbulun nəticələri açıqlandı


Magistraturaya qəbulun nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib.
Bu barədə Mərkəzdən məlumat verilib.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı sabah günün birinci yarısında “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15660 bakalavrdan 13494 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5996 nəfər dövlət sifarişi, 7488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9694 nəfər ali təhsil müəssisələrinin cari, 3790 nəfər isə əvvəlki illərin məzunudur.
Magistraturaya qəbul olmuş şəxslər 9 – 18 iyul tarixlərində //portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.
2-07-2024, 19:12
“Şərqi Zəngəzur-Quruculuq və Böyük Qayıdışın ünvanı”

“Şərqi Zəngəzur-Quruculuq və Böyük Qayıdışın ünvanı”

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun yeni çapdan çıxan “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı olub.
MEK-in direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov tədbiri giriş sözü ilə açıb, bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində nəşr edilən kitabda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz siyasi iradəsi, qətiyyətli sərkərdəlik bacarığı sayəsində xalqımızın və rəşadətli ordumuzun 44 gün davam edən Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər, dövlətimizin başçısının rəhbərliyi ilə Şərqi Zəngəzur iqtisadi rayonunda başlanan genişmiqyaslı işlər zəngin informasiya və analitik materiallarla əks olunub. Natiq qeyd edib ki, “Prezident İlham Əliyev Şərqi Zəngəzurun bərpasının və Böyük Qayıdışın memarıdır” adlı “Ön söz”lə açılan kitabda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 44 günlük tarixi qələbədən bir neçə gün sonra - 16 noyabr 2020-ci ildə Şərqi Zəngəzur bölgəsinə ilk səfərlərindən başlayaraq Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında çoxsaylı görüşlərinə, açılış və təməlqoyma törənlərinə dair məlumatlar rəngli fotolarla 60-dan çox başlıqla Zəfər, Dirçəliş və Böyük Qayıdış fəsillərində təqdim olunub.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Abbas Abbasov təqdim edilən kitabda Vətənimizin ayrılmaz parçası olan Zəngəzurun tarixi keçmişi, Prezident İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması haqqında qərarının siyasi əhəmiyyəti, nankor qonşularımızın törətdikləri vandalizmin nəticələrinin aradan qaldırılması üçün gerçəkləşən Dövlət proqramlarının, reallaşan layihələrin bugünkü mənzərəsi və gələcək perspektivləri, Şərqi Zəngəzurun iqtisadi potensialı, təbii sərvətləri barədə materiallara geniş yer verilməsini müsbət dəyərləndirib.
“Zəfər” ordenli şəhid polkovnik Babək Səmidlinin bacısı Röxsanə Səfərzadə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın şəhid ailələrinə diqqət və qayğısının kitabda geniş sənədli yazılı materiallarla, foto-şəkillərlə əks olunmasını razılıqla qeyd edib. Bildirib ki, MEK-də yeni yaradılmış “Qarabağ Qəhrəmanları” Fondunda müəllifin “Şəhidlər”, Qardaşlığın Zəfəri” kitabları ilə yanaşı bu nəşr də öz layiqli yerini tutacaqdır.
MEK-in elmi katibi Şəbnəm Rüstəmova QHT Agentliyinin ciddi informasiya, maarifləndirmə yönümlü layihələri maliyyələşdirməsinin əhəmiyyətini vurğulayaraq yüksək poliqrafik formatda rəngli tərtibatda nəşr edilmiş 240 səhifəlik kitabın MEK-ə təqdim edilən nüsxələrinin AMEA-nın kitabxanalarına, elm və təhsil müəssisələrinə də paylanacağını bildirib:
“Kitabdakı materillardan aydın görünür ki, Prezident İlham Əliyevin nəşrin üz səhifəsində də əks olunmuş bu fikri artıq gerçəkləşmə yolundadır: “Mən demişdim ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”.
Səmimi fikir mübadiləsindən sonra çıxış edən müəllif Hacı Nərimanoğlu kitabın donoru QHT Agentliyinə və təqdimatda iştirak edən şəhid ailələrinin üzvlərinə, Qarabağ müharibəsi veteranlarına, AMEA, BDU, QHT və KİV əməkdaşlarına təşəkkürünü bildirib.
İştirakçılara kitabın nüsxələri, üzərində QHT-nin loqosu və layihənin adı həkk olunmuş qələmlər hədiyyə olunub.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!