Prezident Ursula fon der Lyayeni təbrik etdi .....                        Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü - Həbs edildi .....                        Nigar harda olsa Azərbaycan üçün yaşayacaq .....                        Prezident seçkilərinin I turunun nəticələri ləğv edildi .....                        Ərdoğandan şok açıqlama: "İdlib, Hama, Hums və hədəf təbii ki, Dəməşqdir!” .....                        Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər yaralandı .....                        Bakıda Qərbi Azərbaycan parkı yaradılır .....                        Bakıda bu küçəsindəki avtobus zolağı ilə bağlı YENİLİK .....                        Baydenin Qafqaz üzrə baş müşaviri Bakıya gəldi .....                       
19-07-2024, 23:22
Kəlbəcərdəki mina partlayışında 3 nəfər yaralanıb - RƏSMİ


Kəlbəcərdəki mina partlayışında 3 nəfər yaralanıb - RƏSMİ

Kəlbəcərdə mina hadisəsi baş verib, üç nəfər yaralanıb.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər, Müdafiə Nazirlikləri və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.
Belə ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Hüseynov Xəlifə Həsən oğlu piyada əleyhinə minaya düşərək xəsarət, onun arxasınca hərəkət edən 1978-ci il təvəllüdlü Məmmədov Səməndər Əliqəmə oğlu isə həmin mina partlaması nəticəsində qəlpə yaraları alıb.
Daha sonra hadisə yerinə onlara köməyə gedən 1976-cı il təvəllüdlü Qaraşov Rahim Əşrəf oğlu ikinci minanın partlaması müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.
19-07-2024, 22:58
“Çalışırıq ki, bütün tərəfdaşlar COP29-a öz töhfələrini versinlər"


“Çalışırıq ki, bütün tərəfdaşlar COP29-a öz töhfələrini versinlər”

İyulun 19-da COP29 Azərbaycan Sədrliyinin mətbuat konfransı keçirilib.
Mətbuat konfransında çıxış edən COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai bütün tərəfdaşlarla - bələdiyyələr, xeyriyyəçilik təşkilatları, vətəndaş cəmiyyəti ilə əlaqə yaratmağa çalışdıqlarını deyib.
“Çalışırıq ki, bütün tərəfdaşlar COP29-a öz töhfələrini versinlər. Son aylarda sədrlik olaraq komandamızı formalaşdırdıq. Əməliyyat komandamız bacardığı qədər ən yaxşısını etməyə çalışır. Sədrlik olaraq 14 təşəbbüs irəli sürmüşük. Təşəbbüslər bütün tərəfdaşlarla birgə hazırlanıb”, - deyə N.Arpadarai qeyd edib.
Mətbuat konfransında çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanın COP29-un örnək olması ilə bağlı öhdəlik götürdüyünü diqqətə çatdırıb: “Biz sədrlik olaraq regional fəaliyyətləri həyata keçirmək üçün təşəbbüslər irəli sürmüşük. Bütün tərəfləri bir araya gətirməyə, iqlim böhranlarından əziyyət çəkən milyonlarla insanın səsini eşitməyə çalışırıq. Onlar dərhal addımlar atılmasını tələb edirlər. COP29-da toplandığımız zaman bu icmaları diqqətimizdə saxlamalı, ortaq öhdəliklər və mənəvi borclarımız haqqında düşünməliyik”.
COP29 Azərbaycan Sədrliyinin ilk məktubları tərəfdaşlara göndərdiyini vurğulayan M.Babayev deyib: “Həmin məktubda atılacaq addımların sürətləndirilməsinə çağırış etdik. Bütün prinsipləri, öz vizyonumuzu, atılan addımları və əsas dönüş nöqtələrini nəzərə alaraq şəbəkələr və koordinasiyalı addımlar vasitəsilə bu uğurlu mərama çatmalıyıq. COP29 Sədrliyi ədalətli və məsuliyyətli olmalı və 6-cı maddənin yekunlaşdırılmasına çalışmalıdır. Biz bütün digər prioritetlərimizi də həyata keçirməli, “Heç kimi geridə qoymamaq” prinsipi ilə harmoniya şəraitində fəaliyyət göstərməliyik. Bütün iqlim sütunlarının, qlobal, regional, milli və digər qrupların da fikirlərini nəzərə alaraq dayanıqlı inkişafa nail olmağa çalışmalıyıq. Bunu inklüziv şəkildə həyata keçirməli və nəticələr əldə etməliyik”.
19-07-2024, 21:43
Demokratların əksəriyyəti onun prezident olmasını istəyir


Demokratların əksəriyyəti onun prezident olmasını istəyir

Demokratlar Partiyasının hər 10 üzvündən 6-sı vitse-prezident Kamala Harrisin prezident olmağa daha çox layiq olduğu fikrindədir.
AP-NORC İctimaiyyətlə Əlaqələr üzrə Araşdırmalar Mərkəzinin sorğusuna əsasən 10 nəfərdən digər 2-si onun bu vəzifəsini icra edə biləcəyinə inanmır, digər 2-si isə fikir bildirməkdə çətinlik çəkib.
İyunun 27-də keçmiş prezident Donald Trampla debat zamanı Baydenin uğursuz çıxışından sonra Demokratlar Partiyasında Kamala Harrisin dəstəkçilərinin sayı artıb. Partiya təmsilçiləri indiki prezidenti seçki mübarizəsindən geri çəkilməyə və Kamala Harrisin namizədliyini irəli sürməyə çağırırlar.
Demokratlar Partiyasının namizədinin adı partiyanın avqustun 19-22-də Çikaqoda keçiriləcək Milli Qurultayında elan olunacaq.
19-07-2024, 21:21
Azərbaycan nümayəndə heyəti Şimali Kipr Türk Cumhuriyyətində - FOTO


Azərbaycan nümayəndə heyəti Şimali Kipr Türk Cumhuriyyətində - FOTO

Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 50 illik yubiley tədbirləri münasibətilə Azərbaycan nümayəndə heyəti Şimali Kiprdə səfərdədir. Səfər çərçivəsində Azərbaycanı təmsil edən nümayəndə heyətinin üzvləri bir sıra görüşlərdə iştirak ediblər.
Nümayəndə heyətinin tərkibində Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, komitə sədri, akademik Əhliman Əmiraslanov, komitə sədri Musa Quliyev, komitə sədrinin müavini Hikmət Babaoğlu, Şimali Kipr-Azərbaycan dostluq qrupunun üzvü Fatma Yıldırım və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev iştirak edirlər.
ŞKTC Prezidentinin iqamətgahında keçirilən görüşdə ŞKTC Prezidenti bu yaxınlarda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirakını xatırladaraq qeyd edib ki, Şuşaya Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə səfər edib.
“ŞKTC-nin Şuşadakı Zirvə görüşündə müstəqil dövlət qismində iştirakı, Qarabağda digər türk dövlətlərinin bayraqları ilə yanaşı dalğalanan bayrağımız bütün dünya ictimaiyyətinə verilən açıq-aydın mesaj oldu”, -deyə Tatar vurğulayıb.
Prezident rəsmi Bakının Lefkoşa ilə əlaqələrin dəstəklənməsinə dair mövqeyini yüksək qiymətləndirib. “Türkiyə və Azərbaycanın dəstəyi mövqelərimizi gücləndirir. Kipr türklərinə yaxın münasibətinə görə Prezident İlham Əliyevə səmimi-qəlbdən minnətdaram”, -deyə ŞKTC-nin Prezidenti bildirib.
O xatırladıb ki, 44-günlük Vətən müharibəsi dövründə Kipr türkləri qardaş Azərbaycana dəstək olaraq dua ediblər.
Tatar erməni işğalından azad edilmiş Azərbaycan ərazilərini ziyarət etmək imkanından məmnunluğunu ifadə edib. “Türkiyə, ŞKTC və Azərbaycan “Bir millət, üç dövlət” prinsipinə riayət edirlər”, - deyən siyasətçi iki ölkənin parlamentlərarası əlaqələrinin daha da dərinləşməsinə ümidvar olduğunu bildirib. Azərbaycan nümayəndə heyətinin üzvləri ŞKTC-ni ziyarət etməkdən məmnun olduqlarını bildiriblər.


19-07-2024, 20:54
İlham Əliyev Britaniyada kimlərlə görüşdü


İlham Əliyev Britaniyada kimlərlə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev Britaniyada keçirilən Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında 12 ölkə və təşkilat lideri ilə görüşüb.
Dövlət başçısı bu barədə "X" hesabında paylaşım edib.

19-07-2024, 20:00
III qrupda lider olan Leyla - FOTO


III qrupda lider olan Leyla - FOTO

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 687.2 bal toplayan Saatlı rayon Varxankənd kənd orta məktəbinin məzunu Səfərova Leyla Abuzər qızı göstərib.
O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 387.2 bal toplayıb.

19-07-2024, 19:48
Türkiyə donanması hərbi parad keçirəcək


Türkiyə donanması hərbi parad keçirəcək

İyulun 20-də Kipr Sülh Əməliyyatının 50-ci ildönümü münasibətilə keçiriləcək yubiley tədbirlərində Türkiyə Hərbi Dəniz Donanmasına aid 50 gəminin paradı olacaq.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) açıqlama yayıb.
Nazirlik Türkiyənin ilk amfibiya tipli gəmisi “TCG Anadolu”nun da daxil olduğu 50 gəmidən ibarət donanmanın Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) paradda iştirakına dair videoçarx yayımlayıb.
Nazirliyin sosial media hesabında edilən paylaşımında bu ifadələrə yer verilib: “Bu qədər ürəkdən çağırma məni, bir gecə anidən gələ bilərəm. Xoşbəxt Sülh Əməliyyatının 50-ci ildönümündə Kiprdə türk soydaşlarımızın zülmünə son qoyan qəhrəman ordumuzun qəhrəman şəhid və qazilərini rəhmət və ehtiramla yad edirik. Sabah 50 gəmi ilə baş tutacaq parada bütün kiprli bacı və qardaşlarımızı gözləyirik”.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak məqsədilə Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcək. Səfər zamanı Prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və kabinet üzvləri, eləcə də siyasi partiyaların rəhbərləri, nümayəndələri və çoxlu sayda deputat müşayiət edəcək.
19-07-2024, 19:36
COP29 Akademiyasının rəsmi açılış mərasimi


COP29 Akademiyasının rəsmi açılış mərasimi

Ekoloji maarifləndirmə və iqlim dəyişmələri ilə mübarizədə gənclərin fəal iştirakının təmin edilməsi, bu sahədə aktiv təcrübənin qazanılması, həmçinin ölkədə irimiqyaslı və qlobal əhəmiyyətli tədbirlərin təşkili sahəsində peşəkar gənclərin yetişdirilməsi məqsədilə təsis olunan COP29 Akademiyasının açılış mərasimi keçirilib.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən bildiriblər ki, mərasimdə test və müsabiqələr nəticəsində 360 namizəd arasından COP29 Akademiyasına qəbul olunan 29 gəncin adı açıqlanıb.
Tədbirdə COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova iştirak ediblər.
Muxtar Babayev çıxış edərək Akademiyaya qəbul olunmuş gənclərə təbriklərini çatdırıb, iqlim dəyişmələri ilə mübarizə sahəsində bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, iqlim dəyişmələri ilə mübarizədə müasir texnologiya və innovasiyaları təqdim etmək potensialı ilə gənclərin qlobal tədbirlərdə iştirakının böyük önəmi var.
COP29 Akademiyasının seçim mərhələsi və tədris proqramı barədə ətraflı məlumat verən Nərmin Carçalova vurğulayıb ki, Akademiyada tədris prosesi sentyabr ayının əvvəlinə qədər davam edəcək və müxtəlif modullardan ibarət Akademiyanın tədris proqramı çərçivəsində iştirakçılara mentorluq, davamlı peşəkar inkişaf üçün imkanlar təklif edilməklə onların layihələrin idarəedilməsi, peşəkar davranış kodeksi və s. kimi yumşaq bacarıqlara və dayanıqlılıq sahəsində biliklərə yiyələnməsinə şərait yaradılacaq.
Qeyd edək ki, COP29 Akademiyasının xüsusi fərqlənən iştirakçıları Əməliyyat Şirkətində müxtəlif funksiyalar üzrə işlə təmin edilərək COP29 tədbirinin təşkilinə işçi heyətinin üzvü qismində töhfə verməyə cəlb olunacaqlar.
19-07-2024, 19:14
II və III qrupların imtahan nəticələri açıqlandı


II və III qrupların imtahan nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Bu barədə Mərkəzdən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 38625 abituriyentdən (II qrup üzrə 17431 nəfər, III qrup üzrə 21194 nəfər) 966 nəfər (II qrup üzrə 568 nəfər, III qrup üzrə 398 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 8 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən 8896 abituriyentdən 656 nəfər informatika fənni üzrə imtahana gəlməyib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib. İmtahanda 400 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplamışdır.
Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 388.0 bal toplayan Bakı şəhər 278 saylı orta məktəbin məzunu Məmmədova Aytac Əsgər qızı göstərib. O, imtahanın birinci mərhələsində 290.1 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 687.2 bal toplayan Saatlı rayon Varxankənd kənd orta məktəbinin məzunu Səfərova Leyla Abuzər qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 387.2 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 22 iyul saat 10:00-dan 24 iyul saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
19-07-2024, 19:00
55 yaşlı kişi Kəlbəcərdə minaya düşdü


55 yaşlı kişi Kəlbəcərdə minaya düşdü

Kəlbəcərdə 55 yaşlı kişi minaya düşüb.
Hadisə rayonun Ağdaban kəndində qeydə alınıb.
Minaya düşən 1969-cu il təvəllüdlü Hüseynov Xəlifə Həsən oğlunun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə Kəlbəcər RPŞ-nin əməkdaşları cəlb olunub. Şəxs xəstəxayana çatdırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!