Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
8-10-2024, 18:35
"Azərbaycan bu əməkdaşlığa töhfə verməyə davam edəcək"


"Azərbaycan bu əməkdaşlığa töhfə verməyə davam edəcək"

Bizim 9 Mayda ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir.
Bunu Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında deyib.
Dövlətimizin başçısı, həmçinin bildirib: “Bizim 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verməyə davam edəcək”.
8-10-2024, 18:34
Rusiya hərbçiləri Ermənistan sərhədindən çıxarılır


Rusiya hərbçiləri Ermənistan sərhədindən çıxarılır

Rusiya sərhədçiləri Ermənistan-İran sərhədinin buraxılış məntəqəsində xidmətini dayandıracaq.
Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
O qeyd edib ki, bu barədə razılıq Moskvada Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə əldə olunub.
Qeyd olunur ki, sərhəddə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin hərbçiləri dayanacaq.
Razılığa əsasən, Ermənistan-Türkiyə sərhədində isə Rusiya ilə yanaşı Ermənistan sərhədçiləri də dayanacaq.
Xatırladaq ki, Rusiya sərhədçiləri bu ilin iyul ayında İrəvanın Zvartnots Beynəlxalq Hava Limanından da çıxarılıb.
8-10-2024, 18:29
Tələbə yataqxanaları ilə bağlı sənəd imzalandı


Tələbə yataqxanaları ilə bağlı sənəd imzalandı

Bp şirkəti ilə Təhsilin İnkişafı Fondu arasında Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırma sənədinin hazırlanmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandum Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “British Petroleum”un Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli tərəfindən imzalanıb.
Qeyd edək ki, memorandum Təhsilin İnkişafı Forumu çərçivəsində baş tutub.
8-10-2024, 18:24
Qələbə Bayramı üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir


Qələbə Bayramı üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir

Bizim 9 mayda ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir.
Bunu Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında deyib.
Dövlətimizin başçısı, həmçinin bildirib: “Bizim 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verməyə davam edəcək”.
8-10-2024, 18:13
Liderlərin geniş tərkibdə iclası keçirildi


Liderlərin geniş tərkibdə iclası keçirildi

Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
8-10-2024, 18:00
COP29-un Bakıda keçirilməsi dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlamətidir


COP29-un Bakıda keçirilməsi dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlamətidir

İki yüzə yaxın ölkənin COP29-un Bakıda
keçirilməsi haqqında yekdil qərarı bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlamətidir.
Bu sözləri Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında söyləyib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk”.
8-10-2024, 17:52
"Laçının mədəniyyət paytaxtı elan edilməsi böyük minnətdarlıqla qarşılanıb"


"Laçının mədəniyyət paytaxtı elan edilməsi böyük minnətdarlıqla qarşılanıb"

Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
Bu sözləri Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında söyləyib.
“MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar”, - deyə dövlətimizin başçısı vurğulayıb.
8-10-2024, 17:48
Türkiyə millisi əsas qapıçısını itirdi


Türkiyə millisi əsas qapıçısını itirdi

Futbol üzrə Türkiyə milli komandasının heyətində dəyişikliklər edilib.
"Fənərbaxça"nın yarımmüdafiəçisi İsmayıl Yüksek və "Beşiktaş"ın qapıçısı Mert Günok zədə səbəbindən UEFA Millətlər Liqasında Monteneqro və İslandiya ilə qarşılaşmalarda iştirak edə bilməyəcəklər.
"Eyüpspor"un 24 yaşlı qapıçısı Berke Özer isə milli komandaya dəvət olunub.
Xatırladaq ki, Türkiyə millisi oktyabrın 9-da Monteneqronu evdə qəbul edəcək, 3 gün sonra isə İslandiya ilə səfərdə qarşılaşacaq.
8-10-2024, 17:06
Azərbaycanda ailələr ən çox bu səbəblərdən dağılır


Azərbaycanda ailələr ən çox bu səbəblərdən dağılır

Cəmiyyətin əsas özəyi olan ailə, xüsusən də uşaqlar dövlət tərəfindən müdafiə edilir və dəstəklənir. Azərbaycan Respublikasının Konstitusiyasında cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması, ər ilə arvadın hüquqlarının bərabərliyi, uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olması təsbit edilib.
Lakin son illərdə ölkəmizdə boşanan insanların sayında kəskin artım müşahidə olunur. Belə ki, 2020-ci ildə 14628 boşanma qeydə alınmışdırsa, bu rəqəm 2023-cü ildə 21688-ə qədər yüksəlib. Bu, müstəqillik tarixinin ən yüksək göstəricisidir. Boşanmaların sayının artması ilə yanaşı qurulan ailələrin sayı da azalır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov boşanmaların səbəbi haqqında danışıb.
O qeyd edib ki, boşanmaların əsas səbəbləri arasında ailədaxili zorakılığı, kənar şəxslərin ailə daxili münasibətlərə müdaxiləsi, sosial şəbəkələrinin mənfi təsiri və ailədə yaşanan psixo-sosial gərginliyi qeyd edə bilərik.
“Boşanma prosesləri əsasən iki formaya bölmək olar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbələri tərəfindən xitam verilən ilkin forma. Bunun üçün hər iki tərəf ərizə ilə nikah bağlanan qeydiyyat şöbəsinə və ya onların birinin qeydiyyatda olduğu ünvan üzrə qeydiyyat şöbəsinə müraciət edə bilərlər.
Boşanmanın digər forması isə məhkəmə qaydasında baxılan prosesdir. Məhkəmə qaydasında boşanmalar uşaq olduğu və ya tərəflərdən biri nikahın pozulmasına razı olmadığı halda baxılır.
Boşanma prosesi həm ər, həm də arvad tərəfindən məhkəməyə boşanma ərizəsi verildikdə başlayır. Onu da əlavə etmək lazımdır ki, nikahın pozulmasını istəyən şəxslər məhkəməyə boşanma ərizəsi verməzdən öncə mediasiya təşkilatına müraciət etməlidirlər”.
Rafiq Mahmudov nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdıran və boşanma prosesinin ləngiməsi haqqında bəzi məqamlara da toxunub.
“Azərbaycan Respublikası Ailə Məcəlləsində nikahın pozulmasına dair məhdudlaşdırmalar mövcuddur. Belə ki, Ailə Məcəlləsinin 15-ci maddədə qeyd olunub ki, “Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
Ailə Məcəlləsinin 20-ci maddəsində ər (arvadın) razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması qaydaları müəyyən olunmuşdur. Belə ki, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur”.
8-10-2024, 16:42
"Daxilimdəki səs mənə deyirdi ki, ailə üzvlərim ölməlidir" - Əhməd ifadə verdi


"Daxilimdəki səs mənə deyirdi ki, ailə üzvlərim ölməlidir" - Əhməd ifadə verdi

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesə media nümayəndələri buraxılmayıb.
Təqsirləndirilən şəxsin vəkili bildirib ki, prosesdə Əhməd Əhmədovun ifadəsi elan olunub.
Əhməd Əhmədov istintaqa verdiyi ifadəsində Xətai rayonu, Gəncə prospektində yerləşən mənzildə tək yaşadığını bildirib.
O, bacısı Elmira Əhmədovanın dəfələrlə ailəsinə problemlər yaratdığı üçün, evdə olan narazılıqlardan ötrü ona ayrı ev aldıqlarını bildirib.
Tək yaşadığı üçün atası, anası, bacısı və qardaşı ilə normal münasibəti olmayıb. Əvvəllər müxtəlif restoranlarda ofisiant və barmen kimi işləyib.
İstintaqda hadisə günü ilə bağlı danışan Əhməd Əhmədov qeyd edib ki, səhər saat 10 radələrində atası Mehmanla birlikdə evlərinə gəliblər. Atası mətbəxdə səhər yeməyi hazırlamağa başlayıb. Həmin vaxt Əhməd Əhmədov atasını öldürmək qərarına gəldiyini deyib:
"Mətbəxdən həmin vaxt bıçağı götürdüm. Atama qəflətən zərbələr vurmağa başladım. Atam həmin vaxt yerə yıxıldı. Həmin vaxt bıçağı və maşının açarını götürüb evdən çıxdım".
Əhməd Əhmədov daha sonra bacısının yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə getdiyini deyib:
"Binaya qalxıb, qapını döydüm. Elmira qapını açan kimi bıçaqla ona zərbələr vurdum. Elmira yıxıldı, bu zaman onun qızı Ülviyyə ağlamağa başladı, ona da zərbələr vuran zaman əlindəki bıçaq qırıldı. Mətbəxdən başqa bıçaq götürürək Ülviyyəni də öldürdüm. İki bıçağı da orada qoyaraq oradan çıxaraq ata evimə qayıtdım".
Əhməd Əhmədov deyib ki, avtomobili binanın həyətində saxlayıb və məhlədə olan marketdən siqaret almaq istəyib:
"Əlim qan olduğu üçün siqaret vermədilər. Həmin vaxt anam Pikə və qardaşım Məhəmmədin evə tərəf getdiyini gördüm. Anam məni görən kimi “çıx get bəsdir, ailəmizi çox incidirsən” dedi. Bu sözləri mənə təsir etdi. Həyətdə yerləşən 1001 xırdavat mağazasına girib 20 manata balta aldım və onların arxasınca binaya tərəf getdim. Liftlə qalxdım. Anamgil yuxarı qalxanda balta ilə ona zərbələr vurmağa başladım.
Bu zaman arxadan qonşu qadın anamı niyə vurduğumu soruşanda ona “bas bayıra” deyərək qışqırdım. Anamı öldürəndən sonra qardaşım Məhəmmədi də baltalayaraq qətlə yetirdim. Daha sonra evə girərək baltanı gizlətdim və paltarımı dəyişərək evdən çıxdım. Marketin qabağında polis tərəfindən saxlanıldım".
İstintaqda verilən suallara cavab verən Əhməd Əhmədov qeyd edib ki, atası Mehman, anası Pikə və bacısı Elmiranın onu ailənin övladı kimi saymayıblar, ona diqqət göstərməyiblər:
"Məndən ayrı yaşamaq istədikləri üçün ailə üzvlərimə qarşı böyük nifrət yaranmışdı. Qardaşım Məhəmməd və Elmiranın qızı Ülviyyə də böyüyüb gələcəkdə valideynlərim kimi olacaqları üçün hər birini öldürdüm. Bundan rahatlıq tapdım. Daxilimdəki səs mənə deyirdi ki, ailə üzvlərim ölməlidir".
Vəkilin sözlərinə görə, növbəti məhkəmə iclası bu həfətənin dördüncü gününə təyin olunub.
O bildirib ki, zərərçəkmiş tərəfin təhlükəsizliyi ilə bağlı prosesə media nümayəndələrinin buraxılmaması barədə qərar qəbul edilib.
Məhkəmənin növbəti iclası bu ayın 10-na təyin olunub.
Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinib. O şübhəli şəxs qismində saxlanılıb və fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxənasına yerləşdirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ittiham irəli sürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!