Tağıyevin nəticəsi illər sonra üzə çıxdı .....                        İstanbulda qara görə dərslər dayandırıldı .....                        Azərbaycanda USAİD-in fəaliyyətinə yer yoxdur! .....                        Somali Prezidenti Azərbaycanda - FOTO .....                        Onlayn qumar təşkil edən daha bir dəstə tutuldu .....                        Hüquq müdafiəçiləri jurnalistə görə DİN-də qəbul edildilər .....                        Üç ölkə Rusiyaya qarşı sanksiya tətbiq etdi .....                        Malıbəyli qətliamından 33 il keçdi .....                        Azərbaycan səfirindən beynəlxalq ictimaiyyətə çağırış .....                       
24-01-2025, 07:44
“Hophopnamə”nin müqayisəli ədəbi-fəlsəfi təhlili


Əli İbrahimov,

AMEA, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

“Hophopnamə”nin müqayisəli ədəbi-fəlsəfi təhlili

M.Ə.Sabirdən yazılan, Sabirdən gətirilən misallar, Sabirin təbiri ilə işlədilən bütün ifadələr, hədəflərə yetmək üçün onun ipə-sapa düzülməmiş incilərindən istifadə edilən nümunələr bütün problemlərin, mətləblərin açar sözləri kimi səslənir. Sabir öz eyhamları, yumorları, satiraları, taziyanələri, eyni zamanda mənzumələrindən çıxış edərək böyük oxucu kütləsinin qəlbinə sirayət edən, insanların yaşadıqları ictimai-tarixi proseslərdəki fəaliyyətləri ilə bağlı başqalarından fərqli münasibətlərə malik olduğundan xəbər verir. M.Ə.Sabirin böyük mütəfəkkir dühası, güclü fəlsəfi dünyagörüşü hər şeydən əvvəl onun idrakındakı canlı müşahidə duyğusu, qavrayış, təsəvvür və s. təfəkkür fəaliyyətinin məqamları ilə əlaqədardır. Sabirin satiraları, deyimləri təkcə nəzəri yox, sanki praktik həqiqətlərin, yəni köhnə cəmiyyətin inqilabi surətdə yenidən dəyişdirilməsi, yenisinin praktik olaraq qurulması zəminində obyektiv ictimai və təbii qanunların həqiqi surətdə dərk edilməsinin meyarı təsirini bağışlayır. XX əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin "Qoy ədalət zəfər çalsın!" devizi ilə xalqa, cəmiyyətə çağırışları, ədalətsizliyin toxumunu xalqlara ixrac edən, Qərbin mədəni ekspansiya ilə sırımaq istədiyi spesifik dəyərlərə etiraz əlaməti olaraq baş qaldırmışdı.
Sabirdəki həqiqət duyğusu onun yaradıcılığının ən gözəl cəhətlərindəndir. “Ey xacə, çalış surəti-zahirdə qəşəng ol!” deyəndə Sabir satirik tiplərə müraciət edir, onların çirkin xasiyyətlərini gözlərinin içinə deyir:
Yüzlərcə ziyan xalqa vur öz xeyrini gözlə,
Aldanma özün bir kəsə hüşyari zirəng ol.
Gər məsləhət olsa işini qur ikiüzlü,
Bir yanda qoyun, özgə tərəflərdə pələng ol.

Xalq yazıçısı Mirzə İbrahimovun təbirincə desək “Bu şeirin hər sətri çox dərin müşahidənin nəticəsi olan psixoloji həqiqətləri ifadə edir. Ağılsız hərəkətləri ilə özünü bataqlığa salan, heyvani, kor ehtiraslara uyaraq uçurumun ağzına gəlib çıxan adamlar həmişə" cəhənnəmə gedən özünə yoldaş axtarar" prinsipi ilə hərəkət edib günahı başqalarının boynuna atmağa çalışar, həyasızlıqla, açıq yalan və böhtanla canını qurtarmağa cəhd edər. Sabir bu psixoloji vəziyyəti belə ifadə edir:
Heyvan kimi bir barədə palçıqda qalanda,
Sal fitnəli söz ortalığa, hövsələtəng ol"

Yazıçı M.İbrahimovun əsaslandığı bu şeir parçasının mahiyyətinə gəlincə demək olar ki, Sabir yüzlərcə bu cür oxşar və yaxın mənalı satiraları ilə 17-dən çox özünəməxsus imzalarda hədəflədiyi tipləri qeyri-insani hərəkətlərinə görə qamçılayır, sanki fiziki cəhətdən bunlara gücü çatmadığına eyham vursa da kəskin, ovqatı təlx etməyə qadir" ifadələrlə, yumoristik dillə öz daxili qəzəbini əritməyə çalışırdı:
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da batsın,
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

M.Ə.Sabirin "Hophopnamə"si 1912-ci ildən bu günə kimi dəfələrlə çap edilmişdir. Filologiya elmləri doktoru, 1969-cu ildə "M.Ə.Sabir və Azərbaycan demokratik mətbuatı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş professor Məmməd Mahmud oğlu Məmmədovun apardığı elmi tədqiqat işinə əsasən “Hophopnamə”nin istər birinci, istərsə ikinci nəşrinin Abbas Səhhət tərəfindən hazırlanması qeyd olunur. O kitaba" Sabirin tərcümeyi-halı" adlı dolğun məzmunlu bir müqəddimə yazmışdı ki, bu müqəddimə indi də Sabir tədqiqatçılarının istinad etdiyi mötəbər məxəzlərdən biridir” (səh.24, “Hophopnamə” 2-ci cild; Bakı-1962).
Məmməd Məmmədova görə “Hophopnamə”nin son 2 nəşri 1954 və 1960-cı illərdə olmuş, tərtibçi H.Səmədzadənin adı kitabdan çıxarılmışdır. “Hophopnamə”nin altı nəşri ilə ilk mənbələr arasındakı söz, ifadə, misra, beyt fərqləri göstərilmişdir. Beləliklə, Azərbaycanda M. Ə. Sabirin “Hophopnamə”sinin ən mükəmməl, külliyyat şəklindəki ən dolğun nəşri professor Məmməd Məmmədov tərəfindən tərtib edilmiş mənbələr əsasındadır ki, bu da 1962 və 1965-ci ildə işıq üzü görmüşdür. M.Ə.Sabirin ilk dəfə 1912-ci ildə “Hophopnamə” adıyla çap edilən bütün şeirlərinin Azərbaycanda 6-cı nəşrindən sonra qardaş Türkiyədə 1975-ci ildə Mecit Doğru tərəfindən bu kitabın populyar bir variantı çap edilmişdir. Doktor Seyfəddin Altaylı isə əsərin orijinallığını tam saxlayaraq Azərbaycanın çağdaş latın əlifbası əsasında “Hophopnamə”də toplanmış bütün şeirləri olduğu kimi çap etdirmiş, hər səhifə altlarındakı izahlar, şərhlərdə anlaşılması çətin olan sözlərin anlaşıqlı olmasını təmin etməyə çalışmışdır.

29 noyabr 2024-cü ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında doktor, alim-tədqiqatçı Seyfəddin Altaylının tərtib etdiyi adı çəkilən M.Ə.Sabirin “Hophopnamə”sinin və İzzəddin Həsənoğlunun XIII əsrdə yazdığı "Kitabi-Sirətün-Nəbi" poemasının üzə çıxarılmasının təqdimat mərasimi keçirilmişdir. M.Ə.Sabirin sözügedən “Hophopnamə”sinin yeni nəşri və İzzəddin Həsənoğlunun "Kitabi-Sirətün-Nəbi" poeması ilə bağlı çıxışlar olmuşdur. Xüsusən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli "Seyfəddin Altaylının xidmətləri və araşdırmaları" adlı “Kitabi-Sirətün-Nəbi” poemasına “Ön söz”də müəllifin-tərtibçinin çoxillik böyük zəhmətinin və səmərəli axtarışlarının nəticəsi kimi meydana çıxmış 3 cildlik "Azərbaycan türkcəsi sözlüyü"nü əslində bir elmi-tədqiqat İnstitutunun görə biləcəyi mükəmməl bir tədqiqat işi hesab edir və həmçinin onun tədqiqatları ilə Azərbaycan Həsənoğluşünaslığının daha da genişlənməsi və zənginləşdirilməsi üçün imkanlar yarandığını açıqlayır. Mərasimin sonunda Seyfəddin Altaylının M.Ə.Sabirin “Hophopnamə”sinin yeni nəşri ilə bağlı araşdırmalarının xüsusi diqqət çəkdiyini deyə bilərik. Tədqiqatçı və tərtibçi “Hophopnamə”dəki "Bir məclisdə on iki kişinin söhbəti" şeirindən Dərvişin dilindəki “Nerdə bulsam sovq açıb min-min yalan söz satmışam" ifadəsində "sövq" sözü üzərində dayandığını bildirmiş və bunun mənasının necə olmasını ərəb, fars, türk lüğətlərində (sözlüklərində) axtarmış, nəhayət çox çətinliklə aşkar etmişdir ki, bu söz "bazar" mənasında "bazar açmaq" kimi işlənən deyimdir. Kökü ərəb dilindən gələn bu “sövq” sözü 2024-cü ildə işıq üzü görmüş “Hophopnamə”nin sonuncu nəşrində “sövq açmaq” kimi verilmiş və 5-ci nəşrinin düzgün olan "sovq açıb" variantına uyğunlaşdırılmamışdır. "Dilimizdə" sov" sözünə birləşib digər yaxın mənalı sözlər mövcuddur ki, bunlar da aşağıdakılardır: "sovda", "sovdagər" və s.
"Sovda" alver, alış-veriş mənasında olub dilimizdə sövda, sövdagər kimi işlənir. Xalqın dilində "arşın mal satan sövdagərlərin olması barədə tarixi faktlar çoxdur. “Sov” sözü ilə birləşib yeni mənalar bildirən sözlər də dilimizdə vətəndaşlıq hüququ qazanmışdır. Məsələn sovdazadə - aşiq, vurğun, dəlicəsinə vurulmuş; sovda - eşq, məhəbbət, həvəs, arzu, istək mənasında; sovdayi- sevdalı, aşiq, vurğun, sovq-sövq səbəb olma, təhrik etmə və s. mənasında da işlənir.
S.Altaylının tərtib etdiyi M. Ə. Sabirin “Hophopnamə”sinin yeni nəşri, sunuş (müqəddimə), ön söz, Sabir və şeir dünyası, kaynaklar (mənbələr), sözlüklər də daxil olmaqla 446 səhifədən ibarətdir. Ankara - 2024 "Bengü" - Bir Avrasiya Yazarlar Birliyi Kuruluşudur" nəşriyyatında çap olunmuşdur.
S.Altaylının tərtib etdiyi bu “Hophopnamə”də M. Ə. Sabirin külliyyatına xas olan bütün “satiralar”, "qəzəllər", "Uşaqlara hədiyyə", "tərcümələr" izahat və şərhlər verilsə də, professor Məmməd Məmmədovun tərtib etdiyi "Hophopnamə"nin 6-cı nəşrində olan M.Ə.Sabirin felyetonları, məqalələr və məktublarının buraya daxil edilməsi unudulmuşdur. Lakin S.Altaylı bunu bilə-bilə etməmiş, M.Ə.Sabirin satirik şeirlərinin bir qismini təhlil etmək məqsədi güdərək yalnız satiraları, qəzəlləri, Uşaqlara hədiyyə, tərcümələri əsas götürərək kitaba daxil etmişdir. Kitabın 96-cı səhifəsindəki "Qorxuram" şeirinin ideyasına uyğun olaraq A. Altaylı tutarlı bir təhlil aparır. "Öz mənafelərindən başqa bir şeylə maraqlanmayan müsəlmanlar, bir-birinin quyusunu qazan müsəlmanlar, xalqı aldadıb pulunu əlindən alan müsəlmanlar, hər cür günahı din adına yozan müsəlmanlar o zamanlar var imiş ki, Sabir də baxın nə deyir:
"Üz qoyuram gah neyistanlara
Bir sürü aslan görürəm, qorxmuram.
Məqbərəlikdə edirəm gəh məkan,
Qəbrdə xortdan görürəm, qorxmuram.
Mənzil olur gah mənə viranələr
Cin görürəm, can görürəm qorxmuram
Leyk bu qorxmazlıq isə doğrusu
Ay dadaş, vallahi, billahi, tallahi ,
Harda müsəlman görürəm qorxuram!"

Doktor Seyfəddin Altaylının ön sözdə bildirdiyi kimi Sabirin şeirləri sanki bütün dövrlər üçün yazılmışdır və göründüyü kimi onun şikayət etdiyi, toxunduğu problemlər bu gün üçün də yetərlidir. Bu durum şair üçün bir üstünlük olsa da, xalq üçün olumsuzluktur (mənfi haldır). Yenə də Sabirin acı bir dillə tənqid etdiyi mənfiliklərinin heç olmasa bir qisminin ortadan qalxdığı günlərin gələcəyinin də yaxşı olacağına ümid etmək olar [1, səh.6].
M.Ə.Sabir müəyyən ideologiyaların təsirinə düşüb sifarişlə yazmırdı. O, sırf demokratik ruhlu şair təsiri bağışlayırdı. Sabir doğrunu doğru, yalanı yalan, nahaqqı nahaq, düzü düz kimi yazırdı. O sovet dövrünün repressiya illərində yaşasaydı yəqin ki, ya Sibirə sürgün edilər, ya da ölümə məhkum olunardı. Sabirin 17-dən çox imzada şeir yazmasının məntiqindən hiss olunur ki, o, yaşadığı mövcud rejimin sərt qanunlarından xəbərdar olub çəkinmiş, yaradıcılığının çiçəkləndiyi anlarında uzun sürən xəstəliklərin daşıyıcısı olmuşdur. Abbas Səhhətin Sabir haqqında dediyi sözlər bu gün üçün də ən doğru və aktual səslənir:
"Sabir əsərlərində işlətdiyi ibarələr və yeni məzmunlar kimsəni təqlid deyil, məhz öz fikrinin nəticəsidir. Bununla demək istəyirəm ki, Sabir müqəllid (təqlidçi) deyil, bəlkı elə mücəddiddir (yeniləşdirən) ki, köhnə şeirlər ilə yeni şeirlər arasında bir əsrlik bir uçurum açdı ki, bir daha geri dönüb də o uçurumu atılmağa kimsədə cürət qalmadı. Bir kərə düşünülsün: ədəbiyyatımızda nə qədər böyük bir təsir və nə qədər bir inqilab vücuda gətirmiş!"
"Hophopnamə"nin türkcə nəşrinə çox böyük əmək sərf etmiş doktor Seyfəddin Altaylı bir tərtibçi kimi kitabın sunuş (müqəddimə) hissəsində türk tədqiqatçısı Ahmet Bican Ercilasunun iki səhifəlik qeydlərindən başlamış. Özünün M.Ə.Sabir və şeir dünyası adlı 11 səhifəlik ön sözdəki "Toplumsal durum" (ictimai vəziyyət) sosial ədalətsizlik, vətən, millət sevgisi və kimlik məsələsi, geleneksel yönetimə duyduğu tepku və demokrasi anlayışı (ənənəvi köhnə idarə rəhbərliklərinə reaksiyası və demokratik anlayışı) Egitim-Cehalet (təlim-tərbiyə və cəhalət) paraqraflarında Sabirin "yalnız Azərbaycanda deyil, "Molla Nəsrəddin" jurnalının yayıldığı hər yerdə İran, Dağıstan, Tatarıstan və Türküstanda da böyük təsir gücünə malik satirik şeir mövzusunda bir məktəb olduğunu qeyd etmişdir. Müəllif daha sonra demişdir: "Güney Azərbaycanda Mirzə Əli Möcüz Sabirin davamçısıdır. Sabir indiyə qədər müasirliyi sona çatmayan, cəmiyyətimizdəki təlim-tərbiyə sistemi indiki şəkildə gedərsə, daha bir çox yüz illərin şairi olacağı bizə gün kimi aşkardır.
Abbas Səhhətin M.Ə.Sabir haqqındakı düşüncələrinin ontologiyasına xalq yazıçısı Mirzə İbrahimovun XX əsrin 60-cı illərindəki təbiri ilə yanaşdıqda bu xüsusda eyni və yaxın məzmunlu gerçək fikirlərin sintezinə aydınlıq gətirmiş oluruq: "Doğrudan da Sabir ədəbiyyatımızda inqilab yaratdı. M. F. Axundovun XIX əsrin ortalarında səpdiyi toxumlar əlli il sonra, yəni iyirminci əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı gülüstanında pardaqlanıb açıldı, son dərəcə ətirli və rəngarəng güllər bitirdi. Bu güllərin rişəsi xalq həyatının dərinliklərindən su içirdi. Onlar ətrini xalqın sinəsindən alırdı. Sabir ona görə misilsiz bir novator, ədəbiyyatda hər cəhətdən inqilab yaratmış bir sənətkar oldu ki, ürəyinin bütün telləri ilə xalqa bağlı idi. Sabir ölməz sənətkardır. Yüz illər keçsə də o, ədəbiyyatımız üçün bir örnək olaraq qalacaqdır. Azərbaycanın yeni nəsilləri onun yaradıcılıq cəsarəti, böyüklüyü haqqında düşünərkən iftixarla bu sözlərini xatırlayacaqlar. Həmin sözlər və ifadələr mütəfəkkirin "Şəkibai" (farsca səbr edən, səbrsizlik deməkdir) şeirində çox gözəl səslənir:
Yar getdikcə təhəssür dili-şeydadə durar,
Ömr vardıqca həvəs aşiqi-risvadə durar!
Seyli-tə’n oylə təməvvüclə alıb dövrü bərim –
Bənzərəm bir qocaman dağə ki, dəryadə durar!
Nə qəm, uğratsa da bir gün məni ifnayə zəman,
Mən gedərsəmsə məramim yenə dünyadə durar!
Durmuşam pişü pəsi-tə’ndə , Sabir, necə kim,
O əliflər ki, pəsü pişi-ətə’nadə durar!

Sabir sənətinin çağdaş İran şairləri, xüsusən satirik şairlər üçün əhəmiyyətini Əbül-Kasimi Lahuti belə izah edir: "... Sabirin əsərləri o qədər sadə, rəvan, xəlqi, aqilanə və qorxmaz ruhdadır ki, azadlıq sevən hər bir insanın ürəyinə yol tapır. Bu səpkidə müstəqil əsərlər yazmaqda mənə Sabir yol göstərmişdir. Bu sahədə mən onun ustadlığına minnətdaram. İranın digər satirikləri də mənim kimi. Orta Asiyanı dolaşdığım illərdə gördüm ki, o yerlərin satirik əsərləri də qətiyyən Sabir təsirindən xaricdə deyildir” [7, səh.682] Böyük Azərbaycan şairi və mütəfəkkirinin əsərləri hələ sovet dönəmindən rus, Ukrayna, gürcü, erməni, tatar, habelə fars dillərində milyonlarla oxucuya çatdırılmış, müstəqillik qazanmışAzərbaycanın çağdaş dövründə qardaş Türkiyə, orta Asiya və digər türksoylu xalqların ədəbiyyatında özünə geniş yer almış, beləliklə hər yerdə bu böyük sənətkarın oxucuları onu yüksək ictimai ideallar sahibi olan alovlu bir vətənpərvər kimi tanıyır və sevirlər. Onun çox vüqarlı səslənən “Bənzərəm bir qocaman dağə ki, dəryadə durar” ifadəsi bu ideallarından doğan poetik və fəlsəfi qənaətləridir”

24-01-2025, 00:25
Trampın Qafqaz siyasətini proqnozlaşdırmaq çətindir


Trampın Qafqaz siyasətini proqnozlaşdırmaq çətindir

İndiki mərhələdə Donald Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, ötən illərin təcrübəsi göstərir ki, qeyri-regional oyunçuların, o cümlədən ABŞ və Avropa ölkələrinin müdaxilə edilməsi region üçün müsbət nəticə verməyib.
Moskva hesab edir ki, Bakı ilə İrəvan arasında münaqişənin nizamlanmasının əsasını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlar kompleksi təşkil edir, - deyə diplomat xatırladıb. O vurğulayıb ki, Rusiya Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəkləyir və münasibətlərin normallaşdırılmasına, balanslaşdırılmış sülh müqaviləsinin işlənib hazırlanmasına, nəqliyyat və iqtisadi əlaqələrin açılmasına, sərhədlərin delimitasiyası və demarkasiyasına, habelə vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişafına köməklik etməyə hazırdır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, üç Cənubi Qafqaz dövlətini (Azərbaycan, Ermənistan və Gürcüstan) və üç qonşu dövləti (Rusiya, İran və Türkiyə) birləşdirən “3+3” platforması perspektivli regional əməkdaşlıq mexanizminə çevrilə bilər.
23-01-2025, 23:42
"Qarabağ" məğlub oldu: pley-off şansını itirdi


"Qarabağ" məğlub oldu: pley-off şansını itirdi

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Azərbaycan çempionu Liqa mərhələsinin VII turunda Rumıniyanın FKSB klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam klubunun heyətində birinci qolu 2-ci dəqiqədə Leandro Andrade vurub.
Qarşılaşmanın 41-ci dəqiqəsində rəqibin heyətində Coyskim Dava avtoqol müəllifi olub.
FKSB-nin qollarına Adrian Sut ( 2 qol) və David Mikulesku imza atıblar.
Matçı slovakiyalı hakim Filip Qlova idarə edib.
Aktivində 3 xalı olan "Qarabağ" pley-offa yüksəlmək şansını itirib. Komandanın yanvarın 31-də səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirəcəyi matç formal xarakter daşıyacaq.
23-01-2025, 23:05
Dəhşətli yanğına görə tutulanların sayı 12-yə çatdı


Dəhşətli yanğına görə tutulanların sayı 12-yə çatdı

Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı oteldə baş verən yanğınla bağlı saxlanılanların sayı 12-yə çatıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Xatırladaq ki, oteldə yanğın yanvarın 21-də gecə baş verib. Hadisə zamanı müəssisədə ümumilikdə 238 qonaq olub.
Hadisə nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın insan xəsarət alıb.
Yanvarın 22-də ölkədə matəm elan edilib.
23-01-2025, 21:59
"Qarabağ"ın oyununda bərabərlik qolu


"Qarabağ"ın oyununda bərabərlik qolu

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda ikinci qol vurulub.
Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaq hesabı bərabərləşdiriblər - 1:1.
7-ci dəqiqədə Adrian Şut fərqlənib.
23-01-2025, 20:40
Oğuzda ağır qəza: iki nəfər yaralandı


Oğuzda ağır qəza: iki nəfər yaralandı

Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Oğuz-Kərimli-Şəki avtomobil yolunun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Mingəçevir şəhər sakini 31 yaşlı Afiq Hacıyevin idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq ağaca dəyib və aşıb.
Nəticədə sürücü və onun sərnişini 21 yaşlı Fatimə Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
23-01-2025, 20:18
Bu ölkənin səfiri Azərbaycandan gedir


Bu ölkənin səfiri Azərbaycandan gedir

23 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovu Azərbaycandakı diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib.
Nazir Ceyhun Bayramov səfir Andrey Ravkova Belarusun Azərbaycandakı səfiri olduğu dövrdə səmərəli fəaliyyətinə görə təşəkkür edib, ona gələcək işlərində uğurlar arzu edib.
İki ölkə arasında mövcud strateji tərəfdaşlığın inkişafında ali və yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlər və beynəlxalq platformalar çərçivəsində fikir mübadilələrinin əhəmiyyəti vurğulanıb.
Xüsusilə, iqtisadiyyat, ticarət, investisiyalar sahəsində əməkdaşlığın geniş perspektivlərinin olduğu bildirilib, bu istiqamətdə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyətinin vacibliyi qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Səfir Andrey Ravkov ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə qarşılıqlı faydalı əməkdaşlıq və dəstəyə görə təşəkkür edib, Azərbaycan-Belarus strateji tərəfdaşlığının bundan sonra da yüksələn xətt üzrə inkişafına əmin olduğunu qeyd edib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
23-01-2025, 19:44
Prezidentdən Kəlbəcərlə bağlı qərar


Prezidentdən Kəlbəcərlə bağlı qərar

Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı genişlənib.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, siyahıya Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti əlavə edilib.
Bu Fərman 2024-cü il sentyabrın 1-dən tətbiq edilir.
23-01-2025, 19:35
Bu nazirliyin işçilərinin sayı artırıldı


Bu nazirliyin işçilərinin sayı artırıldı

Kənd Təsərrüfatı Nazirliyi Aparatı və dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin sayı artırılıb.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddi 202 ştat vahidindən 212-yə, dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi isə 867 ştat vahidindən 926-ya qaldırılıb.
23-01-2025, 19:06
Əməkdar artist: "Oğlum gözümüzün qarşısında getdi"


Əməkdar artist: "Oğlum gözümüzün qarşısında getdi"

Əməkdar artist Nazir Rüstəmov oğlunun vəfat etməsinin səbəblərini açıqlayıb.
Nazir Rüstəmov oğlunun qara xəbərini gecə aldığını deyib:
"Gecə saatlarında xəbər gəldi ki, oğlunuz həyatda yoxdur. Anası da xəstəxanada yanında olub. Heç bir xəstəliyi yox idi, adi soyuqdəyməsi vardı… Özümüz də şokdayıq".
Nazir Rüstəmov 42 yaşlı oğlunun üç uşaq atası olduğunu vurğulayıb:
"Gözümüzün qarşısında getdi".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!