Rəsulzadənin vəfatından 60 il ötür .....                        Yevlax məktəbində baş verən hadisə ilə bağlı AÇIQLAMA .....                        Ərdoğandan İlham Əliyevlə bağlı paylaşım .....                        Aktrisanın atasına hökm oxundu .....                        Ukrayna və Avropa sülhə nail olmaq üçün plan hazırlayır .....                        Dövlət başçıları iftar süfrəsində - FOTO .....                        Putin separatçıların yeni "rəhbəri" ilə görüşdü .....                        "Atam buna imkan vermədi" - Prezident .....                        Ramazanın altıncı gününün duası - İmsak və iftar vaxtları .....                       
Dünən, 23:36
Ərdoğandan İlham Əliyevlə bağlı paylaşım


Ərdoğandan İlham Əliyevlə bağlı paylaşım

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb.
Bu barədə Türkiyə lideri sosial şəbəkədə paylaşım edib.
“Qardaşım, Azərbaycan Prezidenti cənab İlham Əliyevi Türkiyədə qonaq etməkdən çox məmnun oldum. “Bir millət – iki dövlət” şüarı ilə təcəssüm olunan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Ölkələrimiz arasında əlaqələr müdafiədən tutmuş ticarətə qədər bir çox sahələrdə daim inkişaf edir”, – Türkiyənin ölkə başçısı qeyd edib. O, bu əməkdaşlıqlar arasında enerji sektorunun ön sırada olduğunu da vurğulayıb.
Ərdoğan Bakı və Ankaranın sadəcə sülh, əməkdaşlıq istədiyini vurğulayıb:
“Bunu ifadə etmək istərdim: Türkiyə və Azərbaycan sülhün, əmin-amanlığın, firavanlığın tərəfindədir. Regionumuzda sadəcə sülh istəyirik, əməkdaşlıq istəyirik, birlikdə inkişaf etmək istəyirik. İnşallah, bundan sonra regional sülhə, rifaha və əmin-amanlığa yönəlmiş hər cür layihələri birlikdə həyata keçirmək əzmindəyik”.
Dünən, 22:32
Aktrisanın atasına hökm oxundu


Aktrisanın atasına hökm oxundu

Dələduzluqda təqsirləndirilən “Sosial Adaptasiyanın İnkişafına Yardım” İctmai Birliyinin sədri Şahid Qurbanova hökm oxunub.
Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (Dələduzluq – təkrar törədildikdə), 178.2.3 (Dələduzluq – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Şahid Qurbanova 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
İş materiallarından məlum olur ki, Şahid Qurbanov bir neçə nəfərə qarşı dələduzluq əməli törədib. O, Elxan Ələddin oğlu Qasımovun Fövqəladə Hallar Nazirliyinə işə düzəltmə adı ilə 10 min manat pulunu ələ keçirib.
Məmmədov İlham İslam oğlu Məmmədovdan 9 min manat, Akif Rəhim oğlu Akiflidən isə 14 min 900 manat alaraq, işə düzəldəcəyini və onları mənzillə təmin edəcəyini vəd edərək müxtəlif məbləğlərdə ziyan vurub.
Qeyd edək ki, Şahid Qurbanov aktrisa Zarina Qurbanovanın atasıdır.
Dünən, 22:00
Ukrayna və Avropa sülhə nail olmaq üçün plan hazırlayır


Ukrayna və Avropa sülhə nail olmaq üçün plan hazırlayır

Ukrayna və Avropa ədalətli, davamlı sülhə nail olmaq istiqamətində ilk addımlar üçün plan hazırlayır. Bu plan tezliklə hazır olacaq.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram sosial səhifəsində yazıb. "Biz ədalətli və davamlı sülhü yaxınlaşdırmaq üçün ilk addımlar üçün plan hazırlayırıq. Biz bunun üzərində sürətlə işləyirik. O, yaxın vaxtlarda hazır olacaq", - deyə Prezident qeyd edib.
Zelenski vurğulayıb ki, Avropanın müharibəni dayandırmaq və təhlükəsizliyi təmin etmək üçün ümumi baxışı var. Bu, Ukrayna və ABŞ-ın gələcək danışıqlar masasında olmalıdır. "Biz, həmçinin Ukraynadan ərzaq təşəbbüsümüzün həyata keçirilməsi barədə danışdıq. Sloveniya Suriya xalqını dəstəkləmək üçün səylərimizə qoşulur",- deyə Zelenski əlavə edib.
Dünən, 21:38
Dövlət başçıları iftar süfrəsində - FOTO


Dövlət başçıları iftar süfrəsində - FOTO

Martın 5-də Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər.

Dünən, 21:27
Putin separatçıların yeni "rəhbəri" ilə görüşdü


Putin separatçıların yeni "rəhbəri" ilə görüşdü

Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətinə altında olan Gürcüstanın Abxaziya bölgəsinin yeni "rəhbər"i Badra Qunba Moskvaya gedib.
O, Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Putin separatçıların yeni "rəhbəri"ni təbrik edib.
O vəd edib ki, Moskva Suxumiyə elektrik enerjisi ilə bağlı humanitar yardım göstərəcək.
“Badra Zuraboviç, sizi görməyə şadam və seçkilərdəki qələbəniz münasibətilə şəxsən təbrik etmək istəyirəm”, - Vladimir Putin görüşün əvvəlində deyib.
Badra Qunba qeyd edib ki, Rusiyanın dəstəyi sayəsində Abxaziyanın “inkişaf etmək imkanı var” və Moskva bölgəyə həm hərbi-siyasi, həm də sosial-iqtisadi yardımda həmişə ardıcıl olub.
Dünən, 20:47
"Atam buna imkan vermədi" - Prezident


"Atam buna imkan vermədi" - Prezident

"Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub".
Bunu Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışı zamanı deyib.
"Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular.
Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir", - deyə dövlət başçısı qeyd edib.
Dünən, 20:01
Ramazanın altıncı gününün duası - İmsak və iftar vaxtları


Ramazanın altıncı gününün duası - İmsak və iftar vaxtları

Sabah Ramazan ayının altıncı günüdür. İmsak vaxtı 05:41, iftar isə 18:52-yə təyin olunub.

6-ci günün duası:

“Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin”.

Tərcüməsi:

“İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
Dünən, 19:31
Təyyarə qəzasında sağ qalmağım möcüzədir - Aydan Rəhimli


Təyyarə qəzasında sağ qalmağım möcüzədir - Aydan Rəhimli

Təyyarə qəzasında sağ qalmağım möcüzədir.
Bunu AZAL-ın təyyarə qəzasında sağ qalan, "Rəşadət" ordenli stüardessa Aydan Rəhimli “Konstitusiya və Suverenlik” ili çərçivəsində keçirilən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə deyib.
O qeyd edib ki, həyat ona ikinci şans verib:
"Bəzən həyat bizi gözlənilməz sınaqlarla üz-üzə qoyur. O anda biz içimizdəki gücü, iradəni hiss edirik. Amma birlikdə çalışdığın əməkdaşları itirmək çox ağırdır".
A.Rəhimli həyatda qalmağında rolu olan həkimlərə, ailəsinə və Prezident İlham Əliyevə təşəkkür edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Dünən, 18:52
Konstitusiya Məhkəməsindən mühüm qərar


Konstitusiya Məhkəməsindən mühüm qərar

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru professor A.Qasımovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 15-ci və 59-cu maddələrindən, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələrindən, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsindən irəli gələrək hüquqi şəxslə hüquqi şəxsin idarəetmə orqanı arasında yaranan münasibətlər əsasən mülki hüquqi xarakterli olmaqla mülki qanunvericiliyin müvafiq normaları ilə tənzimlənsə də, hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərində olan icra orqanının rəhbəri arasında əmək müqaviləsi rəsmiləşdirilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş müqavilə anlayışı iki və ya daha çox tərəfin qarşılıqlı iradə ifadəsini nəzərdə tutduğundan hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda hər hansı müqavilə münasibətləri yaranmamaqla həmin şəxsin icra orqanının rəhbəri vəzifəsinə təyin edilməsi müvafiq qərarla rəsmiləşdirilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Dünən, 18:47
Prezidentlər təkbətək görüşdü


Prezidentlər təkbətək görüşdü

Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!