Sahibə Qafarovaya "Dostluq" ordeni təqdim edildi .....                        Qarabağda hərbi cinayətləri Ermənistanın prokurorluğu araşdırıb .....                        "Mən insulin satanam?" - Endokrinoloji Mərkəzin sabiq direktoru .....                        Sürücülük vəsiqəsi imtahanı DİM tərəfindən keçirilə bilər? .....                        Köçkünlərin "çörəkpulu" nə vəxt kəsiləcək? - Deputat AÇIQLADI .....                        Polis əməkdaşlarının maaşları ilə bağlı qərar .....                        DİM sertifikasiya imtahanı modeli hazırlayıb .....                        Azərbaycanda bu imtahan ödənişsizdir .....                        Qarabağda “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb .....                       
Bu gün, 18:43
Sahibə Qafarovaya "Dostluq" ordeni təqdim edildi


Sahibə Qafarovaya «Dostluq» ordeni təqdim edildi

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Əvvəlcə tərəflər arasında təkbətək görüş olub. Görüşün sonunda Valentina Matviyenko Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiya Federasiyasının «Dostluq» ordenini təqdim edib.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Görüşdə Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
S.Qafarova parlamentlərimiz arasındakı əlaqələrin rolunu qeyd edərək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərinə dair fikirlərini bildirib, bu kontekstdə parlament üzvlərinin fəaliyyətinin əhəmiyyətinə toxunub. Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının rolu vurğulanıb.
Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ölkəmizə səfəri və paytaxt Bakının sürətli inkişafı haqqında müsbət təəssüratlarını bölüşüb. O, Prezident İlham Əliyevlə görüşünü və aparılmış müzakirələri məmnunluqla qeyd edib. Həmçinin, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə humanitar əlaqələrin bütün istiqamətləri üzrə apardığı fikir mübadiləsindən danışıb.
Federasiya Şurasının sədri görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinin Rusiyada da geniş qeyd olunduğunu bildirib, bu dahi şəxsiyyətin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərini vurğulayıb.
V.Matviyenko həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq səviyyədə artan rolunu qeyd edib. Vurğulanıb ki, Azərbaycan beynəlxalq tədbirləri, mədəniyyətlərarası dialoqu təşviq edən forumları, həmçinin, nəhəng iqtisadi layihələri uğurla həyata keçirir. O, bütün təzyiqlərə baxmayaraq, böyük iştirakçı sayının təmin olunduğu və mühüm nəticələrin əldə edildiyi COP29-un uğurla reallaşdırıldığını vurğulayıb, öz təbriklərini çatdırıb. O cümlədən, COP29 çərçivəsində təşkil olunmuş Parlament Toplantısının əhəmiyyətindən danışıb.
Bu gün, 17:42
Qarabağda hərbi cinayətləri Ermənistanın prokurorluğu araşdırıb


Qarabağda hərbi cinayətləri Ermənistanın prokurorluğu araşdırıb

Martın 17-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan bildirib ki, işğal olunmuş ərazilərdə hərbi xidmət etmiş erməni sakinlər və Ermənistan Respublikasının vətəndaşlarının törətdikləri hərbi cinayətlərin təhqiqatını Ermənistanın Hərbi Polisi, ibtidai istintaqını isə Ermənistanın Hərbi Prokurorluğu aparıb.
O, daha sonra cinayət işlərinə Ermənistan ərazisində yerləşən Sünik hərbi məhkəməsində baxıldığını deyib.
Təqsirləndirilən şəxs vurğulayıb ki, hərbi struktur eyni olduğundan hərbi qulluqçular tərəfindən xidmət etdikləri müddət ərzində törətdikləri hərbi cinayətlər, işğal olunmuş ərazilərdə erməni sakin, yaxud Ermənistan vətəndaşı olmasından asılı olmayaraq, Ermənistandakı analoji cinayətlər kimi eyni statusla araşdırılıb və qərar verilib.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Bu gün, 17:30
"Mən insulin satanam?" - Endokrinoloji Mərkəzin sabiq direktoru


"Mən insulin satanam?" - Endokrinoloji Mərkəzin sabiq direktoru

"Respublika Endokrinoloji Mərkəzində əməliyyat inzibati işlər üzrə direktor müavini vəzifəsində çalışmış Vəfa Kərimovadan edilən şikayət əsasında keçirilib".
Bunu Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsində çalışmış Nərmin İsmayılova bildirib.
Onun sözlərinə görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzində bu il martın 11-də əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılan olmayıb.
N.İsmayılova qeyd edib ki, aparılan araşdırma ilə bağlı özü və digər əməkdaşlar ifadə veriblər.
Barəsində səslənən ittihamlara münasibət bildirən Nərmin İsmayılova deyib ki, altı il rəhbər vəzifədə olmaqla, 28 il bu sahədə çalışıb:
"Mən aliməm. Mənimlə bağlı şikayət olunmayıb. Vəzifəli şəxs olduğum üçün bu məsələdə adım hallanır. Yazıblar ki, orada insulin satılıb. Mən insulin satanam? İnsulini necə satmaq olar? Mərkəzdə 1 300 uşaq qeydiyyatdadır. Onlar vaxtında insulinlə təmin olunurlar. Bəzən heç insulin çatmır. Belə olan halda necə satıla bilər?"
N.İsmayılovanın sözlərinə görə, bu il 12-17 yanvar tarixlərində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) mərkəzdə maliyyə yoxlaması aparıb:
"Dərman preparatları bir-bir yoxlanılıb. İnsulinlə yanaşı, bizdə uşaqlara boy hormonu verilir. Onunla bağlı kiminsə şikayəti olubmu? Xeyr, qeydiyyatda olan xəstələrdən kimsə şikayət etməyib. İnsulin satılması faktı da olmayıb. İnsulin dövlət tərəfindən pulsuz təmin olunur. Yalnız xüsusi qrup xəstələrə verilir".
Onun sözlərinə görə, cinayət işi açılsa da, saxlanılan olmayıb:
"Mən iş üzrə bir dəfə ifadə vermişəm. Mən hər zaman dövlətin mənafeyini qorumuşam".
O, barələrində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə məlumatı təkzib edib.
N.İsmayılova əməliyyatdan sonra özünün və baş həkim Ülviyyə Əhmədovanın işdən öz ərizələri ilə çıxdıqlarını deyib.
Direktor müavini vəzifəsində çalışan Vəfa Kərimova isə 46 saylı şəhər poliklinikasına baş həkim vəzifəsinə təyin olunub:
"O, bir ay idi ki, bizimlə əməkdaşlıq etmirdi".
N.İsmayılova mərkəzin direktoru vəzifəsinə hələlik təyinat olmadığını bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Respublika Endokrinoloji Mərkəzində əməliyyat keçirilməsi barədə mətbuatda məlumatlar yayılıb.
Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxsin - mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə sabiq direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyyə Əhmədova barəsində cinayət işi başlanıldığı, onların məsuliyyətə cəlb olunduğu bildirilib.
Onların barəsində ev dustaqlığı qətimkan tədbirinin seçildiyi bildirilib.
Müvafiq qurumlar indiyədək bu barədə hər hansı açıqlama yaymayıblar.
Bu gün, 17:27
Sürücülük vəsiqəsi imtahanı DİM tərəfindən keçirilə bilər?


Sürücülük vəsiqəsi imtahanı DİM tərəfindən keçirilə bilər?

Sürücülük vəsiqəsi imtahanı DİM tərəfindən keçirilməyəcək.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı”nın onlayn platformasının təqdimatına həsr olunan tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, DİM sadəcə taksi və yük avtomobili sürücüləri üçün imtahan keçirir:
"Bu tapşırıqları bizə Nazirlər Kabineti verir, hansı tapşırıqlar verilirsə, biz onu icra edirik"- deyə o əlavə edib.
Bu gün, 17:20
Köçkünlərin "çörəkpulu" nə vəxt kəsiləcək? - Deputat AÇIQLADI


Köçkünlərin "çörəkpulu" nə vəxt kəsiləcək? - Deputat AÇIQLADI

Azərbaycanda "çörəkpulu" verilən keçmiş məcburi köçkünlərin sayı xeyli azalıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra "çörəkpulu"nun verilməsinin dayandırılması ilə bağlı fikirlər səsləndirilir. Nazirlər Kabinetinin ötən həftə açıqladığı hesabata görə, 2024-cü il il ərzində keçmiş məcburi köçkünlərin siyahılarında aparılmış dürüstləşmələr nəticəsində “çörəkpulu” alanların sayı 39100 nəfər azalıb.
2024-cü ilin sonuna dövlətdən vahid aylıq müavinət (“çörəkpulu”) alan keçmiş məcburi köçkünlərin sayı 408 400 nəfər olub. Həmin şəxslərdən 50 200 nəfər 33 manat, 358 200 nəfər isə 60 manat müavinət alanlardır.
Bu məqsədlə dövlət büdcəsindən keçmiş məcburi köçkünlərə ümumilikdə 287 207,7 min manat məbləğində vəsait xərclənib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, mövcud qaydalara əsasən, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıtdıqdan sonra 3 il ərzində malik olduqları imtiyazlardan istifadə edə bilirlər:
"Keçmiş məcburi köçkünlərə verilən müavinət Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Hazırda mövcud qaydalara əsasən, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıtdıqdan sonra 3 il ərzində malik olduqları imtiyazlardan istifadə edə bilirlər. Uzun müddət işğal altında olmuş ərazilərimizdən məcburi köçkün düşmüş və hazırda digər ərazilərimizdə məskunlaşan vətəndaşlarımız da bu imtiyazlardan istifadə etmək hüququna malikdirlər. Onların "çörəkpulu" adlandırılan müavinəti almaq hüquqları var. Bununla bağlı qaydalarda dəyişiklik yoxdur. Nazirlər Kabinetinin qaydalarına uyğun tənzimləmələr həyata keçirilir".
Deputat vurğulayıb ki, ötən il sahibkarlıq fəaliyyəti ilə məşğul olan keçmiş məcburi köçkünlərə sosial müavinətin, yəni "çörəkpulu"nun verilməsi dayandırılıb. Eyni zamanda aşağıdakı kateqoriyalardan olanların da müavinəti kəsilib:
"Adına şəxsi mənzil olan, dövlət qulluğunda çalışan, o cümlədən bir müddət xaricdə yaşayan keçmiş məcburi köçkünlərin də sosial müavinətləri artıq ödənilmir. Amma yenə deyirəm ki, hazırda imtiyaza malik olan keçmiş məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıtdıqdan sonra 3 il müddətində "çörəkpulu" alacaqlar".
Bu gün, 17:16
Polis əməkdaşlarının maaşları ilə bağlı qərar


Polis əməkdaşlarının maaşları ilə bağlı qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” qərar verib.
Qərara əsasən, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.
Maliyyə Nazirliyi Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə əlaqədar cari ilin sonunadək tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2025-ci ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirməlidir.
Daxili İşlər Nazirliyi Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, bu qərarda nəzərdə tutulmayan vəzifələr üzrə aylıq vəzifə (tarif) maaşlarını müəyyənləşdirməlidir.
Qeyd olunmuş tədbirin həyata keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyi Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, yeni mühafizə xidməti tariflərinin təsdiq edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin büdcədən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərini müəyyənləşdirməlidir.
Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Bu gün, 17:15
DİM sertifikasiya imtahanı modeli hazırlayıb


DİM sertifikasiya imtahanı modeli hazırlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli hazırlayıb.
Bunu “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın sınaq versiyası üçün hazırlanan onlayn platformanın təqdimatında DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
Sədr imtahan modelinin dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan ümum-Avropa çərçivə sənədi əsasında və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirildiyini qeyd edib. Sədr imtahanın Azərbaycan dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi üçün etibarlı mexanizm kimi fəaliyyət göstərəcəyinə əmin olduğunu diqqətə çatdırıb. O, hər kəsi bu prosesdə aktiv iştirak etməyə çağırıb:
“İstəyərdik ki, Yazıçılar İttifaqının üzvləri də bu platformada qeydiyyatdan keçsinlər və bizə öz fikirlərini bildirsinlər. DATA üçün bizə ən azı hər bir yaş həddinə aid 2 min nəfərin məlumatı lazımdır. Ümidvaram ki, bu addımımızı Azərbaycan ictimaiyyəti qiymətləndirəcək”.
Bu gün, 16:42
Azərbaycanda bu imtahan ödənişsizdir


Azərbaycanda bu imtahan ödənişsizdir

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanında iştirak etmək ödənişsizdir.
Bu barədə "Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı”nın onlayn platformasının təqdimatına həsr olunan tədbirdə məlumat verilib.
Bildirilib ki, bu imtahanda hər kəs iştirak edə bilər.
"Sertfikatın etibarlılıq müddəti 2 ildir"- deyə qeyd edilib.
Bu gün, 16:36
Qarabağda “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb


Qarabağda “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb

Martın 17-ə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan deyib ki, Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb.
O, dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən qondarma rejimin “müdafiə naziri” olduğu vaxt, ondan əvvəl və sonra işğal altındakı ərazilərdə bu silahları görmədiyini bildirib.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam edir.
Bu gün, 16:28
Sülh müqaviləsində Ermənistan üçün təhlükə yoxdur - Simonyan


Sülh müqaviləsində Ermənistan üçün təhlükə yoxdur - Simonyan

“Sülh müqaviləsi layihəsində Ermənistan üçün təhlükəli məqamlar yoxdur”.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün, martın 17-də jurnalistlərlə söhbətində deyib.
“Orada bütün məqamlar ikitərəflidir. Təhlükəli məqam olduğunu deyirsənsə, o, Azərbaycan üçün də eyni dərəcədə təhlükəlidir”.
Sülh sazişinin mətninin nə vaxt dərc olunacağı ilə bağlı danışan spiker deyib: “Nəşrin vaxtını və məntiqini anlayıb məqamı çatanda dərc edəcəyik. Məsələ Azərbaycanın bunu dərc edib-etməyəcəyində deyil.
Müxtəlif yollarla mövcud olan problemlərdən, qorxulardan özümüzü sığortalaya biləcəyimizə qərar verdik və həllini tapdıq".
"Nəşrlə bağlı müzakirələr olacaq, Ermənistanın Azərbaycana atəş açmadığını, Ermənistanın ərazi ambisiyalarının olmadığını, Ermənistanın beynəlxalq tərəfdaşlar üçün də etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirmək üçün birtərəfli qaydada heç nə etmək istəmirik”, - Alen Simonyan bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!