Sumqayıtda zəhərlənənlərin sayı 21-ə çatdı .....                        Daha bir küçədə avtobus zolağı .....                        Prezidentin sərəncamı 2469 nəfərə şamil ediləcək .....                        Yağış yenidən başlayır - XƏBƏRDARLIQ .....                        Orxan Fikrətoğlu nazir müşaviri təyin olundu .....                        Yeni Roma Papası kim olacaq? - SİYAHI+DOSYE .....                        Papanın ölümünə görə 3 ölkədə matəm elan olundu .....                        Bakının bir rayonunda 110 bina söküləcək .....                        Növbəti delimitasiya harada aparılacaq? - Mher Qriqoryandan cavab .....                       
19-03-2025, 23:22
İmamoğlunun şəriki olduğu şirkətə də həbs qoyuldu


İmamoğlunun şəriki olduğu şirkətə də həbs qoyuldu

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun şəriki olduğu şirkətə həbs qoyulub.
Bu haqda “TRT haber” məlumat yayıb.
Qeyd edilib ki, şirkət İstanbul Baş Prokurorluğu tərəfindən açılan araşdırma çərçivəsində prokurorluğun tələbi və növbətçi cinayət hakiminin qərarı ilə nəzarətə götürülüb.
Əlavə edək ki, İmamoğlu və 99 şübhəli barəsində “cinayətkar təşkilatın lideri olmaq”, “cinayətkar təşkilata üzv olmaq”, “qəsb”, “rüşvət alma”, “ağır fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tenderi saxtalaşdırmaq” cinayətləri ilə bağlı istintaq başladılıb.
19-03-2025, 22:52
Ağdamda kütləvi dava: iki nəfər bıçaqlandı


Ağdamda kütləvi dava: iki nəfər bıçaqlandı

Ağdamda bıçaqlanma hadisəsi baş verib.
Sözügedən hadisə bu gün rayonun Quzanlı qəsəbəsində, Ağdam Dövlət Sosial-İqtisadi kollecinin inzibati binasının qarşısında qeydə alınıb.
Belə ki, mübahisə zəminində Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğluna bıçaq xəsarətləri yetirilib.
Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
19-03-2025, 22:08
Ramazanın 20-ci günü - İmsak və iftar vaxtları


Ramazanın 20-ci günü - İmsak və iftar vaxtları

Martın 20-si Ramazan ayının 20-ci günüdür.
Sabah imsak vaxtı saat 05:18, iftar isə 19:07-dədir.

İmsak duası:

“Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Qur-an. Ya munziləs-səkinəti fi qulubil-mu-minin”.

Tərcüməsi:

“İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Qur-an oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
19-03-2025, 21:56
Serbiya parlamenti hökumətin istefasını təsdiqlədi


Serbiya parlamenti hökumətin istefasını təsdiqlədi

Serbiya Milli Assambleyasının bugünkü iclasında Baş nazir Milos Vuçeviç və hökumətin istefası təsdiq olunub.
Assambleyanın sədri Ana Brnabiç yeni hökumətin formalaşdırılması prosesinin martın 20-də başlayacağını bildirib. Qeyd edib ki, yeni hökumətin formalaşdırılması üçün son tarix aprelin 18-dir. Bu baş verməzsə, ölkə başçısının parlamenti buraxmaq və parlament seçkilərini təyin etmək hüququ var.
Xatırladaq ki, keçən il noyabrın 1-də Novi Sad şəhərindəki dəmir yolu vağzalında 15 nəfərin öldüyü, 2 nəfərin ağır yaralandığı qəzaya görə tələbələrin keçirdiyi etiraz aksiyasından sonra Serbiyanın Baş naziri Milos Vuçeviç, eləcə də Novi Sad şəhərinin bələdiyyə sədri Milan Dyuriç tutduqları vəzifələrdən istefa veriblər. Hadisə baş verən dövrdə isə tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç, eləcə də daxili və xarici ticarət naziri Tomislav Momiroviç tutduqları vəzifələrdən istefa vermişdilər.
19-03-2025, 21:45
21 yaşına çatmış şəxslər də mülki odlu silah əldə edə bilər


21 yaşına çatmış şəxslər də mülki odlu silah əldə edə bilər

Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Bildirilib ki, mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi əvvəllər 18 idi.
Qeyd edək ki, ölkədə xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlərin sırasına xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslər, xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri və təhsil müəssisələri aiddir.
19-03-2025, 21:38
İsrail ordusu Qəzzada yeni əməliyyata başladı


İsrail ordusu Qəzzada yeni əməliyyata başladı

“İsrail Ordusu Qəzza zolağı daxilində quru əməliyyatlarını və anklavın mərkəzi hissəsində yerləşən Netsarim dəhlizinə nəzarəti bərpa edib”.
Bu haqda İsrail Ordusu teleqramda bəyanat yayıb:
“Son sutkada İsrail qoşunları təhlükəsizlik zonasını genişləndirmək və Qəzzanın şimalı ilə cənubu arasında qismən bufer yaratmaq məqsədilə Qəzza zolağının mərkəzi və cənubunda xüsusi quru əməliyyatlara başlayıb. Əməliyyat çərçivəsində qoşunlar nəzarəti Netsarim dəhlizinin mərkəzinə qədər genişləndiriblər.
Eyni zamanda, Qolani Briqadasının Cənub Komandanlığı bölgəsində yerləşməsi və Qəzza zolağında əməliyyatlara hazır qalması qərara alınıb.
İsrail ordusu İsrail dövlətinin vətəndaşlarını qorumaq üçün Qəzza zolağında terror təşkilatlarına qarşı fəaliyyətini davam etdirəcək”.
19-03-2025, 21:37
Ermənistan yenidən atəş açdı


Ermənistan yenidən atəş açdı

Martın 19-u saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
19-03-2025, 21:15
İlham Əliyevdən bayram təbriki


İlham Əliyevdən bayram təbriki

Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında Novruz bayramı ilə bağlı paylaşım edib. Paylaşımda deyilir:

"Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram".
19-03-2025, 20:20
Tramp bu dəfə Zelenski ilə danışdı - TƏFƏRRÜAT


Tramp bu dəfə Zelenski ilə danışdı - TƏFƏRRÜAT

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Tramp danışıqların çox yaxşı keçdiyini bildirib.
"Az əvvəl Ukrayna Prezidenti Zelenski ilə çox yaxşı telefon danışığı keçirdik. Təxminən bir saat davam etdi. Söhbətin böyük hissəsi Putinlə dünənki danışığımız əsasında Rusiya və Ukraynanın tələbləri və ehtiyaclarını uyğunlaşdırmağa həsr olundu".
Amerikalı liderin sözlərinə görə, o, ABŞ dövlət katibi Marko Rubio və milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Uoltsdan müzakirə edilən məsələlərin dəqiq təsvirini verməyi xahiş edib. Müvafiq bəyanat yaxın gələcəkdə dərc olunacaq.
19-03-2025, 19:34
Ermənistanın bu mövqeyi sülhə maneələrdən biridir


Ermənistanın bu mövqeyi sülhə maneələrdən biridir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Niderland Krallığının xarici işlər naziri Kasper Veldkamp arasında telefon danışığı aparılıb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Niderland münasibətlərinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.
İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin cari vəziyyətinin və perspektivlərinin müzakirəsi məqsədilə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd olunub.
C.Bayramov qarşı tərəfi bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının mövcudluğunun, habelə Minsk Qrupunun və ATƏT-in digər aidiyyəti strukturları ilə bağlı Ermənistan tərəfinin sərgilədiyi mövqenin maneə təşkil etdiyi, Sazişin imzalanması üçün bu maneələrin aradan qaldırılmasının vacib olduğu vurğulanıb.
Nazir bununla yanaşı, Azərbaycana qarşı genişmiqyaslı cinayətlər törədilməsində ittiham olunan separatçı liderlərin və erməni əsilli şəxslərin məhkəmə prosesi barədə məlumat verərək, antiterror tədbirlərindən sonra Azərbaycanın humanistlik nümayiş etdirərək 10 mindən artıq qanunsuz erməni silahlı birləşmələrinin nümayəndələrinin ölkəni tərk etməsinə icazə verildiyini bildirib. Həbs edilən şəxslərin isə insanlıq əleyhinə cinayətlərdə ittiham olunduğu qeyd olunub və guya bu həbslərin əsassız olduğu barədə Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının heç bir əsasının olmadığı vurğulanıb. Bu xüsusda, BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun sözügedən məsələ ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyi barədə məlumat təqdim edilib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!