Nərimanovda bina yanır .....                        CHP-də qurultay - Kılıçdaroğlu qatılmadı .....                        ABŞ Donbası Rusiyaya verir? .....                        Dünyanın ən hündür 10 teleqülləsi .....                        Binəqədidəki yanğın söndürüldü .....                        Abşeronda evlərdən və marketlərdən oğurluq edildi .....                        Tacikistan-Əfqanıstan sərhədində hücum: 3 çinli öldürüldü .....                        Lukaşenko: “Ukrayna sərhədlərini qorumaq istəyirsə, danışıqlara getməlidir” .....                        Konstitusiya Məhkəməsindən vacib qərar .....                       
Tarix : 19-03-2025, 19:34
Ermənistanın bu mövqeyi sülhə maneələrdən biridir


Ermənistanın bu mövqeyi sülhə maneələrdən biridir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Niderland Krallığının xarici işlər naziri Kasper Veldkamp arasında telefon danışığı aparılıb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Niderland münasibətlərinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.
İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin cari vəziyyətinin və perspektivlərinin müzakirəsi məqsədilə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd olunub.
C.Bayramov qarşı tərəfi bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının mövcudluğunun, habelə Minsk Qrupunun və ATƏT-in digər aidiyyəti strukturları ilə bağlı Ermənistan tərəfinin sərgilədiyi mövqenin maneə təşkil etdiyi, Sazişin imzalanması üçün bu maneələrin aradan qaldırılmasının vacib olduğu vurğulanıb.
Nazir bununla yanaşı, Azərbaycana qarşı genişmiqyaslı cinayətlər törədilməsində ittiham olunan separatçı liderlərin və erməni əsilli şəxslərin məhkəmə prosesi barədə məlumat verərək, antiterror tədbirlərindən sonra Azərbaycanın humanistlik nümayiş etdirərək 10 mindən artıq qanunsuz erməni silahlı birləşmələrinin nümayəndələrinin ölkəni tərk etməsinə icazə verildiyini bildirib. Həbs edilən şəxslərin isə insanlıq əleyhinə cinayətlərdə ittiham olunduğu qeyd olunub və guya bu həbslərin əsassız olduğu barədə Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının heç bir əsasının olmadığı vurğulanıb. Bu xüsusda, BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun sözügedən məsələ ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyi barədə məlumat təqdim edilib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!