Suriyanın yeni hökuməti: biri qadındır - SİYAHISuriya keçid administrasiyasının dövlət başçısı Əhməd əş-Şara ölkədə yeni keçid hökumətinin yaradıldığını açıqlayıb.
Yeni hökumətdə əş-Şara yaxın müttəfiqlərini vəzifəyə təyin edib.
Qərara əsasən, bir qadın nazir də kabinetə daxil edilib. Hind Kabavat sosial işlər və əmək naziri vəzifəsinə təyin olunaraq, Suriya keçid hökumətinin ilk qadın naziri olub. O, eyni zamanda xristian icmasının nümayəndəsi və uzun illərdir ki, Əsəd rejiminin müxalifidir.
Türkiyə Xarici İşlər Nazirliyi yeni hökumətin yaradılmasını məmnunluqla qarşıladıqlarını bəyan edib.
Yeni kabinetin üzvləri:
Daxili işlər naziri: Ənəs Hattab
İqtisadiyyat naziri: Nidal Şaar
Təcili yardım və fəlakətlərə hazırlıq naziri: Raed El-Salih
Sosial işlər və əmək naziri: Hind Kabavat
Ali təhsil naziri: Mervan El-Halebi
Nəqliyyat naziri: Abdel Salam Heykal
Xarici işlər naziri: Əsəd Şeybani
Müdafiə naziri: Murhaf Ebu Qasra
İnformasiya naziri: Hamza Mustafa
Mədəniyyət naziri: Məhəmməd El-Salih
Səhiyyə naziri: Musab El-Ali
Kənd təsərrüfatı naziri: Amjad Badr
Kabinetin katibi: Əli Kida (keçmiş daxili işlər naziri)
Qeyd edək ki, kənd təsərrüfatı naziri dürzilərdən, nəqliyyat naziri ələvilərdən, təhsil naziri kürdlərdən, informasiya naziri türkmənlərdəndir.