İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
27-03-2025, 15:38
Zelenski Yelisey sarayında onlarla görüşdü


Zelenski Yelisey sarayında onlarla görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşüb.
Görüş Yelisey sarayında baş tutub.
Danışıqlar “istəklilər koalisiyası”nın görüşündən əvvəl keçirilib.
Görüşün təfərrüatları açıqlanmayıb.
“İstəklilər koalisiyası”nın görüşünə 31 ölkənin nümayəndə heyətləri və liderləri qatılacaq.
27-03-2025, 00:40
BMT Rusiya-Ukrayna sazişini alqışladı


BMT Rusiya-Ukrayna sazişini alqışladı

“BMT-nin Baş katibi ABŞ, Rusiya Federasiyası və Ukraynanın Səudiyyə Ərəbistanında apardığı müzakirələri və götürdükləri öhdəlikləri alqışlayır”.
Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrikin bəyanatında deyilir.
Bildirilir ki, mülki gəmilərin və liman infrastrukturunun mühafizəsini təmin etmək üçün Qara dənizdə naviqasiya sərbəstliyinə dair razılaşmanın əldə edilməsi həm Ukrayna, həm də Rusiya Federasiyasından qlobal bazarlara gedən ticarət yollarının əhəmiyyətini nəzərə almaqla qlobal ərzaq təhlükəsizliyi və təchizat zəncirlərinə mühüm töhfə verəcək.
Qeyd olunur ki, BMT sülh yolunda bütün səyləri dəstəkləyir.
“Baş katib ümid edir ki, bu cür səylər davamlı atəşkəsə zəmin yaradacaq və BMT nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşmaqla Ukraynada ədalətli, hərtərəfli və davamlı sülhün əldə olunmasına töhfə verəcək”, - deyə vurğulanır.
26-03-2025, 23:27
Zelenski Makronla bir araya gəldi


Zelenski Makronla bir araya gəldi

Fransa və Ukrayna prezidentləri Emmanuel Makronla Volodimir Zelenski Parisdə görüşüblər.
Bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Qeyd olunur ki, görüş Ukraynada sülhməramlıların yerləşdirilməsinin müzakirə olunacağı sammit ərəfəsində baş tutub.
26-03-2025, 22:40
Avropa ölkələrinə daha çox ümidim var - Zelenski


Avropa ölkələrinə daha çox ümidim var - Zelenski

Ordunun maliyyələşdirilməsini təmin etmək üçün artıq maliyyə resursları yoxdur.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski “Time” jurnalına müsahibəsində bildirib.
O qeyd edib ki, buna görə Ukrayna ordusu Qərb dövlətləri, ilk növbədə, Avropa ölkələri tərəfindən maliyyələşdirilməlidir.
"Hazırda problem budur, çünki ordumuz heç vaxt indiki qədər böyük olmayıb. Ordu üç dəfə böyüdükdə əlavə maliyyə vəsaiti lazım olur. Ukrayna büdcəsi onu həyata keçirmək üçün kifayət deyil”, - prezident Zelenski bildirib.
Ukrayna lideri qeyd edib ki, Avropanın Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirə biləcəyi ayrıca proqramlar yaratmaq lazımdır.
“Həm Avropa, həm də Amerika maliyyə ayırsa, ideal olardı, lakin indiki şəraitdə mənim Avropa ölkələrinə daha çox ümidim var”, - o deyib.
26-03-2025, 22:21
Avropa Ukraynaya qoşun göndərməkdən imtina edir?


Avropa Ukraynaya qoşun göndərməkdən imtina edir?

Avropa ölkələri Ukraynanın təhlükəsizliyini təmin etmək üçün qoşun göndərməkdən başqa alternativ variantlar axtarır.
Bu barədə "Reuters" diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, qoşun göndərilməsinə dair mövqenin dəyişməsi siyasi və logistik problemlərlə, həmçinin Rusiya və ABŞ-nin Avropa ölkələrinin qoşunlarının Ukraynada yerləşdirilməsinə qarşı çıxma ehtimalı ilə əlaqədardır. Bu məsələyə alternativ variantların müzakirəsi bu gün, 26 mart tarixində Parisdə keçiriləcək "İstəkli Dövlətlər Koalisiyası"nın növbəti toplantısında əsas diqqət mərkəzində olacaq.
Diplomatlardan birinin sözlərinə görə, Avropa ölkələri quru qoşunları göndərmək fikrindən geri çəkilərək, bu ideyanı daha məntiqli bir formata salmağa çalışırlar. Digər diplomat isə qeyd edib ki, Ukrayna daha yaxşı vəziyyətdə olarkən qoşun göndərmək ideyası cəlbedici görünürdü, lakin hazırkı hərbi vəziyyət və ABŞ administrasiyasının mövqeyi fonunda bu plan əvvəlki kimi perspektivli deyil.
Bununla yanaşı, mənbələr Avropa ölkələrinin ümumi yanaşmasında dəyişikliklərin baş verməsinə baxmayaraq, bəzi dövlətlərin Ukraynaya hərbi təlim və dəstək məqsədilə məhdud sayda qoşun göndərə biləcəyini istisna etmirlər.
26-03-2025, 21:56
Bu fürsət daimi deyil - Əmirbəyovdan Ermənistana çağırış


Bu fürsət daimi deyil - Əmirbəyovdan Ermənistana çağırış

“Ermənistanı razılaşmaya getməyə təşviq edən nüanslardan biri bu fürsətin daimi olmayacağıdır. Onu əldən vermək səhv olardı”.
Bunu Argentinanın paytaxtı Buenos-Ayresdə səfərdə olan Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov deyib.
Onun sözlərinə görə, yekunlaşan danışıqlar münasibətlərin normallaşması və diplomatik əlaqələrin qurulması üçün yol açır. Lakin bunun üçün, Ermənistan öz konstitusiyasını dəyişdirməli, ərazi iddialarından imtina etməli və xarici qüvvələri sərhədyanı bölgələrdən çıxarmalıdır:
“Bu müqavilə son deyil, başlanğıcdır. Sülh sadəcə sözlərlə yox, əməllərlə qurulur. Biz Qafqazın daha firavan və dinc gələcəyinə dair ümumi baxışla irəliləməliyik”.
26-03-2025, 21:38
Qrenlandiya əhalisini inandırmalıyıq - Tramp


Qrenlandiya əhalisini inandırmalıyıq - Tramp

Biz Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp “The Vince Show” verilişinə müsahibəsində deyib.
O, ada sakinlərinin ABŞ vətəndaşlığını istəmələri ilə bağlı məlumatsız olduğunu bildirib. ABŞ Prezidenti milli təhlükəsizlik səbəbindən ölkənin Qrenlandiya üzərində nəzarətə ehtiyacı olduğunu vurğulayıb.
Qeyd edək ki, martın 28-də ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və həyat yoldaşı Uşa Vens Qrenlandiyaya səfər edəcək və ABŞ hərbi bazasına baş çəkəcəklər. Bu səfər Qrenlandiyada ciddi narazılıq yaradıb.
26-03-2025, 20:30
Ramazanın 27-ci günü - İmsak və iftar vaxtları


Ramazanın 27-ci günü - İmsak və iftar vaxtları

Sabah - martın 27-si Ramazan ayının 27-ci günüdür. Sabah imsak vaxtı saat 05:05, iftar isə 19:14-dədir.

İmsak duası:

“Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin”.

Tərcüməsi:

“İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
26-03-2025, 20:11
Onlar Rusiyanın dostlarıdır - Putin


Onlar Rusiyanın dostlarıdır - Putin

Rusiyanın çoxlu dostları var.
Bunu Rusiya prezidenti Vladimir Putin Birincilər Hərəkatının müşahidə şurasının iclasında deyib.
"Qərbdə də, Şərqdə də, Şimalda da, Cənubda da. Bütün dünyada. Bizim dostlarımız bizi həqiqətən başa düşməyən insanlardan çoxdur. Elə indicə qeyd etdiyimiz Qərb adlanan yerdə olanlar var, Rusiyanı başa düşməyənlər də var. Amma bu, bizim yaşamağa və inkişaf etməyimizə mane olmur. Bu, bizi başa düşən və bizimlə dostluq edən insanların sayını artırmağa vadar etməlidir", - Putin bildirib.
26-03-2025, 19:55
Kənar dairəvi yolda "Ford" yandı


Kənar dairəvi yolda "Ford" yandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “Ford” markalı yük avtomobilinin mühərrik və kabina hissəsi yanıb.
Avtomobilin qalan hissəsi və yük hissəsinə yığılmış mallar yanğından mühafizə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!