İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
26-03-2025, 15:07
"TikTok"da söyüşə görə qətl törədən şəxsə 19 il iş kəsildi


"TikTok"da söyüşə görə qətl törədən şəxsə 19 il iş kəsildi

Füzuli rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Nemət Bayramlının cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Nemət Bayramlı 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən ilin yanvarında Füzuli rayonunun, Kürmahmudlu kəndi ərazisində baş verib. 2005-ci il təvəllüdlü Nemət Bayramlı aralarında yaranmış mübahisə zamanı 2003-cü il təvəllüdlü Azər Allahverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İttihama görə, Nemət Bayramlı "TikTok" sosial şəbəkəsi üzərində gördüyü videonun mənasını soruşmaq üçün videonun sahibi, daha əvvəl heç tanımadığı Azər Allahverdiyevlə və onun qardaşı ilə danışıb. Söhbət zamanı təhqiramiz ifadələrin istifadəsinə görə onlar yolun Aşağı Kürdmahmudlu kəndi ərazisindən keçən hissəsində yol kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında görüşüblər. Bir qədər söhbət etdikdən sonra o, Azər Allahverdiyevi qəsdən öldürmək məqsədi ilə yanacaqdoldurma məntəqəsinə bitişik olan istifadəyə verilməmiş tikilinin yan tərəfinə dəvət edərək sonuncudan telefonda danışarkən onu təhqir etməsinin səbəbini soruşub. Azər Allahverdiyev ona təhqir etmədiyini bildirsə də, həmin videoya görə yetkinlik yaşına çatmayan qardaşına iradlar bildirib sorğu-suala tutmasına haqlı cavab verdiyini söyləyib. Nemət Bayrmalı A.Allahverdiyevi qəsdən öldürmək məqsədilə ilə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağını götürərək sonuncunuya ağır xəsarət yetirərək onun ölməsinə səbəb olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Nemət Bayramlı barəsində Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), maddələri ilə ittiham irəli sürülüb.
26-03-2025, 14:57
Azərbaycanlı müğənni Rusiyada saxlanıldı


Azərbaycanlı müğənni Rusiyada saxlanıldı

Azərbyacanəsilli məşhur müğənni Emil Kadırov Rusiyada saxlanılıb.
Artist "Puşkin kartı" ilə 1.3 milyon rubl (26.2 min manat) məbləğində dələduzluqda şübhəli bilinir.
Məlumata görə, Kadırov "Eldar" kinokonsert zalının bədii rəhbərinin müavini vəzifəsində çalışan tanışı Yelena Qurko ilə birlikdə fəaliyyət göstərib.
İstintaq hesab edir ki, Kadırov və Qurko konsert zalı vasitəsilə müğənninin mövcud olmayan konsertlərinə biletlər təqdim edib, sonra isə onları "Puşkin kartları" vasitəsilə alıblar və beləliklə dövlət büdcəsindən köçürmələr əldə ediblər.
Xüsusi təyinatlı qüvvələr artıq Emil Kadırovu saxlayıblar, Moskva İstintaq Komitəsi isə xüsusilə iri məbləğdə dələduzluq faktı üzrə cinayət işi açıb. Əgər ifaçının təqsiri sübut olunarsa, ona ciddi həbs cəzası təhlükəsi yarana bilər.
Emil Kadırov 1993-cü il iyunun 25-də Bakıda anadan olub. O, Rəşid Behbudov adına 2 nömrəli Musiqi Məktəbini klassik gitara sinfi üzrə bitirib. Kadırov 2015-ci ildə "Qolos" şousunda iştirakından sonra böyük şöhrət qazanıb, burada o, Aleksandr Qradskinin komandasında 1/4 finala qədər irəliləyib. 2017-ci ildə müğənni "Vo ves qolos" layihəsində məşqçi kimi çıxış edib, 2018-ci ildə isə "Novaya volna" müsabiqəsinin xüsusi mükafatını alıb. Hazırda Emil Kadırov Aleksandr Qradskinin "Qradskiy Holl" Teatrının solistidir.
Qeyd etmək lazımdır ki, "Puşkin kartı" - Rusiya hökuməti tərəfindən 2021-ci ildə gənclər arasında mədəni tədbirləri populyarlaşdırmaq məqsədilə başladılmış xüsusi proqramdır. Kart 14-22 yaş arası gənclərə muzeyləri, teatrları, konsert zallarını və digər mədəniyyət müəssisələrini federal büdcə vəsaiti hesabına ziyarət etmək imkanı verir.
26-03-2025, 14:35
42 yaşlı qadın dəm qazından öldü


42 yaşlı qadın dəm qazından öldü

Tovzuda qadın dəm qazından boğulub.
Hadisə rayonun Xatınlı kəndində baş verib.
1983-cü il təvəllüdlü K.Əmrahova dəm qazından boğulma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.
26-03-2025, 14:07
Suriyadakı səfirliyimiz kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil etdi - FOTO


Suriyadakı səfirliyimiz kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil etdi - FOTO

Azərbaycanın Suriyadakı səfirliyi paytaxt Dəməşqdə kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edib.
Mərasimdə üç gün boyunca davam edəcək tədbirlərin 1000 nəfərədək uşağı əhatə edəcəyi bildirilib.
Tədbirdə iştirak edən Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bildirib ki, bugünkü mərasimdə qayğıya ehtiyacı olan uşaq 500 uşaq iştirak edir.
Diplomat həmçinin, Suriyada baş verənlər nəticəsində 2012-ci ildən etibarən Azərbaycanın səfirliyinin fəaliyyətini dayandırdığını və bir qədər əvvəl onun bərpası prosesinin başlandığını açıqlayıb.
Qeyd edək ki, Azərbaycan tərəfi indiyədək bu ölkəyə 200 ton həcmində humanitar yardım göndərib.




26-03-2025, 14:03
Xankəndiyə turist axını var

Xankəndiyə turist axını var-FOTO
Bayram tətilini fürsət bilən sakinlər, işğaldan azad edilmiş bir çox rayonlarımızla bərabər Xankəndi şəhərinə də səfərlər edirlər. Həyatın yenidən canlandığı Xankəndi şəhərində artıq bayramlar və əlamətdar günlər əsl sahiblərinin iştirakı ilə qeyd edilir.
Bu il Xankəndidə Novruz bayramı münasibətilə tonqallar yandırılıb, bayram konserti keçirilib. Bu da Xankəndi şəhərinə gələn turistlərin sayında xeyli artımla müşahidə edilir. Xüsusilə bura Bakı şəhəri və ətraf rayonlardan daha çox qonaq gəlir. Qonaqlar Xankəndi şəhərinin gəzməli-görməli yerləri ilə də tanış olurlar.







26-03-2025, 13:25
Etnik problem təhlükəlidir- İranlı nazir

Etnik problem təhlükəlidir- İranlı nazir
İranda etnik və dini faylar təhrik edilməməlidir, onlar tezliklə əriyə və dağıdıcı alova çevrilə bilər. Bunu İranın irşad naziri Seyid Abbas Salehi özünün X hesabında yazıb:
"Birliyi pozan hər bir səs, hərəkat indi daha qorxulu ola bilər, ona görə də, ölkənin indiki durumunda əvvəlkindən də diqqətli olmalıyıq."
İranlı nazir Urmu şəhərində Azərbaycan türklərinin izdihamlı mitinqindən sonra bu paylaşımı edib.
Qeyd edək ki, martın 18-də kürdlər Urmu şəhərində bayram şənliyini siyasi mitinqə çevirib və Qərbi Azərbaycan əyalətinə torpq iddiası irəli sürüblər. Bundan sonra martın 22-də Urmu şəhərində on minlərlə Azərbaycan türkünün iştirak etdiyi izdihamlı mitinq keçirilib, ərazi iddialarına sərt reaksiya verilib.

26-03-2025, 13:01
Azərbaycanlı tələbə ABŞ-da birinci oldu - FOTO


Azərbaycanlı tələbə ABŞ-da birinci oldu - FOTO

Bakı Musiqi Akademiyasının III kurs tələbəsi, “Heydər Əliyev adına təqaüd”ün mükafatçısı, respublika və beynəlxalq müsabiqələr laureatı Kənan Məmmədzadə ABŞ-da keçirilən "Golden Classical Music Awards” müsabiqəsində 1-ci yerə layiq görülüb.
O, müsabiqənin dünyaca məşhur Karnegie zalında keçirilən bağlanış-qala konsertində iştirak edib.
K.Məmmədzadə vətənpərvərlik prizmasından yanaşaraq solo violino üçün M.Həşimovun və A.Əliyevin “Rast” improvizasiyalarını ifa edib.
Muğam-lad intonasiyası əsasında yazılan bu əsər əcnəbi musiqiçilərin və dinləyici kütləsinin marağını cəlb edib.
Müqsabiqə çərçivəsində Kənan Məmmədzadənin müəllimi tanınmış pedaqoq, professor Hökumə Əliyeva da mükafatlandırılıb.

26-03-2025, 12:46
Atatürk prospekti bağlandı


Atatürk prospekti bağlandı

Atatürk prospektində yolda məhdudiyyət tətbiq edilib.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonunun Atatürk prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
"Bu səbəbdən metronun “Gənclik” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət tətbiq edilir", - məlumatda vurğulanıb.

26-03-2025, 12:41
Sabah 20 dərəcə isti olacaq


Sabah 20 dərəcə isti olacaq

Ölkə ərazisində sabah 15-20 dərəcə isti müşahidə olunacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
26-03-2025, 12:30
İstanbulda bələdiyyə seçkiləri keçirilir


İstanbulda bələdiyyə seçkiləri keçirilir

Bu gün İstanbulda Böyükşəhər və Beylikdüzü bələdiyyələrinin sədr müavinləri vəzifələrinə seçkilər keçirilir.
Beylikdüzü rayonu üzrə səhər saatlarında başlanan səsvermə artıq yekunlaşıb. Seçkilərin nəticələrinə görə İstanbulun Beylikdüzü Bələdiyyəsinin sədr müavini vəzifəsinə Önder Serkan Çebi təyin edilib.
Saat 1-dən etibarən İstanbul Böyükşəhər Bələdiyyəsi üzrə başlayacaq seçkidə bələdiyyə məclisinin 314 üzvü səs verəcək.
Qeyd edək ki, bu bələdiyyələrin məclis üzvləri arasında Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri çoxluq təşkil edir.
Xatırladaq ki, martın 23-də məhkəmə prosesi nəticəsində həbsinə qərar verilən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başçısı Əkrəm İmamoğlu, şəhərin Beylikdüzü ilə Şişli rayon bələdiyyələrinin sədrləri Mehmet Murat Çalık və Resul Emrah Şahan müvəqqəti tədbir olaraq vəzifələrindən kənarlaşdırılıblar. İstanbul Valiliyinin qərarı ilə Şişli kaymakamı bu rayon üzrə bələdiyyə sədrinin vəkili olaraq təyin edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!