İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
25-03-2025, 19:50
ABŞ Rusiya və Ukrayna ilə razılığa gəldi


ABŞ Rusiya və Ukrayna ilə razılığa gəldi

ABŞ Qara dənizdə gəmiçilik təhlükəsizliyini təmin etmək üçün Rusiya və Ukrayna ilə razılığa gəlib.
Bu barədə Rusiya və ABŞ arasında Ər-Riyadda keçirilən danışıqların yekunları üzrə Ağ Evin saytında dərc olunan bəyanatda deyilir.
Vaşinqton bəyan edib ki, ABŞ Rusiyanın ərzaq və gübrə ixracı üçün limanlara və ödəniş sistemlərinə geniş çıxışını asanlaşdırmaq niyyətindədir.
“ABŞ və Rusiya Qara dənizdə təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqini istisna etmək və kommersiya gəmilərindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq barədə razılığa gəliblər”, - deyə rəsmi açıqlamada bildirilir.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi Ər-Riyadda Rusiya və ABŞ arasında keçirilən danışıqların ilk növbədə Qara dənizdə gəmiçilik təhlükəsizliyi məsələlərinə həsr olunduğunu təsdiqləyib Onun sözlərinə görə, Rusiya Qara dəniz təşəbbüsünün bərpasının tərəfdarıdır, lakin razılaşma hamı üçün daha məqbul formada olmalıdır.
25-03-2025, 19:34
AK Partiya rəsmisi həlak oldu


AK Partiya rəsmisi həlak oldu

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) rəsmisi faciəvi şəkildə həyatını itirib.
AK Partiyanın Gerede bölgə təşkilatının rəhbəri Mehmet Çongar yol qəzasında ölüb
Onun avtomobili yük maşınının arxasına çırpılıb.
Çongar bu gün dəfn edilib.
25-03-2025, 19:05
Balıqçının meyiti sabah Azərbaycana veriləcək


Balıqçının meyiti sabah Azərbaycana veriləcək

Lənkəranda itkin düşən balıqçı, rayonun Siyavar kənd sakini Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması və sosial şəbəkələrdə fotosunun paylaşılması barədə məlumat vermişdik.
Mərhumun qardaşı meyiti ölkəyə gətirmək üçün artıq İran tərəfdədir.
Mahmud İbayevin qardaşı Rəşad İbayev həmin şəkildən qardaşının cəsədini tanıyıb.
Aidiyyəti qurumların dəstəyi ilə Rəşad İbayev İran tərəfdədir və qardaşının meyitini tapan şəxs Səid Hadiani ilə görüşüb. Səid Hadiani bildirib ki, meyiti Bəndər-Ənzəli şəhərində, Kəpurçay sahilində tapıb:
“Meyit suyun 25 metr dərinliyində idi. Başı aşağı suda qalmışdı. Üzü qaralmışdı, amma bədəni sağ-salamat idi. Qayığa qoyub çölə gətirdik və polisə məlumat verdik. Onu da deyim ki, bu ərazilər həmişə qayıqlarla nəzarət altındadır”.
Qeyd edək ki, sabah meyitin Azərbaycan tərəfə verilməsi nəzərdə tutulub.
25-03-2025, 18:46
Ermənistan sülh istəyirsə... - Bakı şərtləri bir daha təkrarladı


Ermənistan sülh istəyirsə... - Bakı şərtləri bir daha təkrarladı

“25 mart 2025-ci il tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə birgə mətbuat konfransında guya Azərbaycanın sülh müqaviləsinin mətni üzrə razılaşma əldə edildikdən sonra yeni şərtlər irəli sürdüyü barədə iddiaları tamamilə əsassızdır”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, Ermənistan xarici işlər nazirinə yaxşı məlumdur ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müddəanın aradan qaldırılması, habelə Minsk Qrupunun rəsmən ləğvi tələbi son iki il yarım ərzində danışıqlar prosesinin vacib mövzuları sırasında olub.
“Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Konstitusiya, Ermənistan milli qanunvericiliyi, məhkəmə iddiaları və siyasi bəyanatlar barədə faktlar hələ 2023-cü ilin may ayında Vaşinqton görüşü zamanı Ermənistan tərəfinə təqdim olunub. Bu barədə üçüncü ölkələr də tam olaraq məlumatlıdırlar.
Qeyd edilənləri nəzərə alaraq, Ermənistan tərəfinin guya Azərbaycanın bu şərtləri yeni irəli sürdüyü barədə iddiaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır və bu taktika heç bir nəticə verməyəcək. Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, vaxt itirmədən Konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, Minsk Qrupunun rəsmən ləğvi istiqamətində əməkdaşlıqdan boyun qaçırmamalıdır”.
25-03-2025, 18:31
Ukraynaya qoşun göndəriləcək - Müzakirələr başlayır


Ukraynaya qoşun göndəriləcək - Müzakirələr başlayır

Qərb hərbi rəsmiləri bu həftə Ukraynaya sülhməramlı missiya göndərilməsi üçün ətraflı planlar hazırlamağa başlayacaqlar.
Bu barədə kanadalı general Stiv Boyvinə istinadən "CBC News" kanalı məlumat yayıb.
Kanadanın xarici və daxili əməliyyatlara cavabdeh olan yüksək səviyyəli generalının dediyinə görə, Qərb hərbi komandirlərinin bu həftə Ukraynada "istəkli dövlətlər koalisiyası" sülhməramlı missiyası üçün ətraflı planlaşdırmaya başlayacağı gözlənilir
Telekanalın həmsöhbəti onu da bildirib ki, Kanada sülhməramlı missiyanın formalaşmasına töhfə verməyə hazırdır. Onun sözlərinə görə, Ukrayna hərbçilərinə təlim keçən Kanada qoşunları yenidən sülhməramlı fəaliyyətə istiqamətləndirilə bilər.
Qeyd edək ki, son həftələr Avropada Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı fəal müzakirələr gedir. Martın əvvəlində Avropa dövlətlərinin Londonda keçirilən sammitindən sonra Böyük Britaniyanın baş naziri Keir Starmer sülhməramlı kontingentin formalaşdırılmasında iştirak etmək üçün koalisiya yaradıldığını elan edib. Britaniya baş nazirinin sözlərinə görə, koalisiya sammiti martın 27-nə planlaşdırılıb.
25-03-2025, 18:26
Türkiyədəki aksiyalarda 1400 nəfər saxlanılıb


Türkiyədəki aksiyalarda 1400 nəfər saxlanılıb

Türkiyədə martın 19-dan 25-dək keçirilən etiraz aksiyalarında 1400-dən çox şəxs saxlanılıb.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
Qeyd olunub ki, indiyədək saxlanılan 979 şübhəli şəxsin 478-i məhkəmə qarşısına çıxarılacaq.
O bildirib ki, küçələrdə terrorun törədilməsinə, milli-mənəvi dəyərlərə zərbə vurulmasına, polislərə hücum edilməsinə imkan verilməyəcək.
25-03-2025, 17:53
Vətəndaşın bank kartından 27283 manat oğurlandı


Vətəndaşın bank kartından 27283 manat oğurlandı

Daha bir vətəndaşın bank kartından kiber üsulla 27283 AZN oğurlanıb. Necə oğurlanıb? +94….. (+994… AZE oxşarlığı) kodlu xarici nömrədən zəng edilib ki, sizə sığorta ödənişi var, onlayn formatı təsdiqləməlisiniz.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
O qeyd edib ki, seçilən qurbanın onlayn görüntüləri çəkilməklə adına bankdan 21000 manat kredit çəkilib.
"Əlavə vəsait isə kartında olub. Naməlum şəxs Hacıqabulda olan qurbana nə deyibsə, o bunu yerinə yetirib, bütün sorğuları və kodları təsdiqləyib…
Bir daha vətəndaşları naməlum zənglərdən, cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq aparılmamalıdır, dərhal bloklanmalıdır.Əks halda aldadıb şəxsi məlumatlarınızı əldə etdikdən sonra pullarınızı talayacaqlar, adınıza kredit götürüləcəklər.
Təhlükə var, sən də tələyə düşə bilərsən…Diqqətli ol…", - E.Hacıyev vurğulayıb.
25-03-2025, 17:43
Sabahdan bu məktəblərdə dərslər başlayır


Sabahdan bu məktəblərdə dərslər başlayır

Sabah ölkənin bəzi orta məktəblərində bayram tətilindən sonra ilk dərs günü olacaq.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləridir.
Beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 1 aprel tarixinə təsadüf edəcək.
25-03-2025, 17:35
Emin Əmrullayev Parisdə Nazirlər Dialoqunda iştirak edir


Emin Əmrullayev Parisdə Nazirlər Dialoqunda iştirak edir

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 25-26 mart tarixlərində UNESCO-nun Paris şəhərindəki Baş Qərargahında keçirilən “Sürətlə dəyişən dünyada elm diplomatiyası: kişi və qadınların zehnində sülhün qurulması” mövzusunda Qlobal Nazirlər Dialoqunda iştirak edir.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, müxtəlif ölkələrin elm və təhsil nazirlərini, elm üzrə nümayəndə və tanınmış beynəlxalq ekspertləri bir araya gətirən tədbirin əsas məqsədi XXI əsrin qlobal çağırışlarının həllində elm diplomatiyasının rolunu müzakirə etmək, innovasiyanı təşviq etmək və davamlı inkişafın təmin edilməsində elm diplomatiyasının potensialından istifadə yollarını araşdırmaqdır.
25-03-2025, 16:59
Ağcabədidə 13 yaşlı qız uşaq dünyaya gətirdi - Ailəsi ondan imtina etdi


Ağcabədidə 13 yaşlı qız uşaq dünyaya gətirdi - Ailəsi ondan imtina etdi

"Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı bir pedofildən dünyaya uşaq gətirməsi ictimai müzakirələrə səbəb olub. Bu vəziyyət bir neçə ciddi hüquqi və sosial məsələnin gündəmə gəlməsinə yol açıb".
Bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə "Facebook"da yazıb.
O bildirib ki, məhkəmənin hökmü ilə, cinayətə görə pedofil altı il azadlıqdan məhrum edilib, lakin o, şərti cəza çəkməklə sınaq müddətinə azadlığa buraxılıb:
"Bu gün həmin şəxs 13 yaşlı qızla bir evdə yaşayır və qız 18 yaşa çatdıqdan sonra onunla evlənməyi gözləyir. Bu vəziyyətin ortaya çıxardığı sual isə qanunun və cəzanın nə dərəcədə tətbiq olunduğudur. Qızın ailəsi ondan imtina edib. Ailə niyə uşağının hüquqlarını müdafiə etmir? Həmin ailə mütləq şəkildə icra hakimiyyətinə müraciət etməli və uşağın reabilitasiyasını təmin etməlidir. Bu şəraitdə qızın müdafiəsi necə təmin olunur, hüquqları necə qorunur?".
Birliyin rəhbəri onu da əlavə edib ki, qızın təhsil aldığı məktəbin direktoru uşağın hamiləlik vəziyyətinə nəzarət etmədiyinə görə işdən çıxarılıb. Amma bu, dərsə gəlməmə məsələsinin təhsil məsələsi olduğunu göstərir:
"Məktəb direktoru, uşaq üçün təhlükəli vəziyyətin qarşısını almaqda necə məsuliyyət daşımır? Bu məsələlər daha geniş təhsil siyasətinin zəif tərəflərini göstərir. Sonunda isə bir daha sual yaranır: Regionlarda qanun işləmir, yoxsa əxlaq və ənənələr qanunu təhrif edərək, ört-basdır edir? Bu cür məsələlərdə qanunu pozan məmurlar və qeyri-kafi müdaxilələr ciddi narahatlıq doğurur. Bu vəziyyət, erkən evliliklərin qarşısını almaq üçün edilən qanun dəyişikliyinə qarşı bir təhdid yaradır. Çünki qanunlar artıq pozulub və hər şeyin yavaş-yavaş normal qəbul edildiyi bir mühitə çevrilib".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!