İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
4-03-2025, 18:27
Ramazanın beşinci günü - İmsak və iftar vaxtları


Ramazanın beşinci günü - İmsak və iftar vaxtları

Sabah Ramazan ayının beşinci günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 5-də Bakıda imsak saat 05:43, iftar isə saat 18:51-dədır.

Ramazan ayının 5-ci gününün duası:

"Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin".

Tərcüməsi:

"İlahi, bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver, Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et, mehribanlığın xatirinə, ey mərhəmətlilərin Mərhəmətlisi!"

Allah orucunuzu qəbul etsin!
4-03-2025, 17:49
Lənkəranın icra başçısı məhkəmənin çağırışına gəlmir


Lənkəranın icra başçısı məhkəmənin çağırışına gəlmir

Ölkədə terror aktları planlaşdırmaqda ittiham olunan Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanmaq üzrədir.
Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işdə zərərçəkmiş şəxs ifadə verməyib.
Həmin zərərçəkmiş isə Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. İş materiallarında yazılır ki, təqsirləndirilən şəxs Qaraşova nifrət bəsləyib, bu səbəbdən onun həyatına sui-qəsd təşkil etmək istəyib.
Taleh Qaraşov istintaq zamanı dindirilsə də, məhkəməyə gəlmir.
İttiham tərəfi zərərçəkmişin əvvəlki ifadəsinin elan edilməsini təklif etsə də, müdafiə tərəfi bununla razılaşmır.
Müttəhim Əskərovun vəkili Qaraşovun məhkəmədə hakim qarşısına çıxmasında israrlıdır: “Biz bilmirik ki, zərərçəkmiş məhkəməyə niyə gəlmir. Ölkə xaricində deyil, xəstə deyil… Gəlsin, sözünü desin”.
Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər müdafiə tərəfinin istəyi ilə Taleh Qaraşova bir daha çağırış mesajı göndəriləcəyini bəyan edib.
Növbəti iclas aprelin 1-nə təyin edilib.
Qeyd edək ki, B.Əskərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə yekun ittiham elan edilib.
Bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrumetməyə qədərdir.
4-03-2025, 17:38
Rəsmi Bakıdan Paşinyana cavab


Rəsmi Bakıdan Paşinyana cavab

30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal altında saxlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının blokadaya düşməsinə səbəb olmuş Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakı dörd ildə də kommunikasiyaların açılması üzrə real danışıqlar prosesinə müsbət töhfə vermədiyi hər kəsə məlumdur.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin “Armenpress” xəbər agentliyində kommunikasiyalara dair dərc olunmuş məqaləsi ilə bağlı yerli medianın sualına cavabında deyib.
"4 mart tarixində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan “Armenpress” xəbər agentliyində Ermənistanla Azərbaycan arasında kommunikasiyalara dair məqaləsində Ermənistanın kommunikasiyaların açılması ilə bağlı birtərəfli qaydada hər hansı bir öhdəlik götürmədiyini, Azərbaycandan fərqli olaraq nəqliyyat kommunikasiya xəttlərini açmağa hazır olduqlarını, kommunikasiyaların açılması ilə bağlı Ermənistanın təkliflərinə Azərbaycanın hələ də cavab vermədiyini, Azərbaycanın bu məsələdən bəhanə kimi istifadə edərək gərginlik yaratmaq məqsədi güddüyünü bildirib. Ermənistan Baş nazirinin bu fikirlərinə münasibətinizi öyrənmək istərdik.
Cavab: 30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal altında saxlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının blokadaya düşməsinə səbəb olmuş Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakı dörd ildə də kommunikasiyaların açılması üzrə real danışıqlar prosesinə müsbət töhfə vermədiyi hər kəsə məlumdur.
Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları indiyə qədər yerinə yetirməyib.
Ümumilikdə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürməsi diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədi daşıyır.
Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır".
4-03-2025, 17:35
Numan Kurtulmuş Sahibə Qafarovaya zəng etdi


Numan Kurtulmuş Sahibə Qafarovaya zəng etdi

Martın 4-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək mübarək Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdırıb.
TBMM sədri bu mübarək ayın qardaş Azərbaycan xalqına və Müsəlman dünyasına sülh, əmin-amanlıq və xeyir-bərəkət gətirməsini diləyib.
Telefon danışığı zamanı qardaş ölkələrimiz arasında münasibətlər, o cümlədən, parlamentlərimiz arasında əməkdaşlıq məsələləri haqqında da fikir mübadiləsi aparılıb, qanunverici orqanlarımızın həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə əməkdaşlığından razılıq ifadə olunub.
4-03-2025, 17:26
Milli Qəhrəmanların əşyaları Tarix Muzeyinə verildi


Milli Qəhrəmanların əşyaları Tarix Muzeyinə verildi

Qəhrəman ekipaj üzvlərimizin — İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın şəxsi və əmək fəaliyyəti ilə bağlı əşyalarını ailələri Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edib.
Məlumata görə, təqdimetmə mərasiminin iştirakçıları Milli Qəhrəmanlarımızın göstərdiyi şücaət və fədakarlığın xalqımızın yaddaşında əbədi qalacağını qeyd ediblər.
"Qəhrəman ekipaj heyətimizə məxsus əşyaların Muzeyə təqdim olunması, onların qəhrəmanlığının əbədiləşdirilməsi AZAL kollektivi üçün böyük şərəf və qürur mənbəyidir", - deyə açıqlamada qeyd olunub.
4-03-2025, 17:15
Rüşvət verib hərbi xidmətdən yayınanları hansı cəza gözləyir?


Rüşvət verib hərbi xidmətdən yayınanları hansı cəza gözləyir?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər görülüb. Görülən tədbirlər nəticəsində ötən il Xidmətin 249 əməkdaşı məsuliyyətə cəlb edilib.
Ehtimal edilir ki, qeyd olunan əməkdaşların əksəriyyəti əvvəllər hərbi xidmətdən yayınmaq istəyən vətəndaşlara görə məsuliyyətə cəlb edilib.
Bəs əvvəlki dövrlərdə rüşvət verərək hərbi xidmətdən yayınan şəxslər barəsində qanunvericilikdə hansı cəza tədbirləri nəzərdə tutulur?
Mövzu ilə bağlı vəkil Emil Aslanov danışıb.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində rüşvət vermə ilə bağlı məsuliyyət nəzərdə tutulur:
“Cinayət Məcəlləsinin 312-ci maddəsi ilə rüşvət vermə aktiv rüşvətxorluq hesab edilir. Həmin maddənin birinci hissəsi ilə yəni xidməti vəzifəsinin səlahiyyətlərinin icrası ilə əlaqədar hərhansı hərəkətin edilməsi vəya hərəkətin edilməsindən imtina olunması müqabilində onun özü və ya 3-cü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən yaxud vasitəçidən istifadə etməklə maddi vəsait, nemət, imtiyaz yaxud güzəşt tətbiq olunması vəd verilməsi hesab olunur. Həmin maddənin sanksiyasında 5 min manatdan 8 min manata qədər cərimə, 3 ildən 5 ilə qədər azadlığın məhdudlaşdırılması yaxud 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub”.
Vəkil qeyd edib ki, həmin maddənin qeyd hissəsində də göstərildiyi kimi şəxs rüşvət verməsi barədə hüquq mühafizə orqanlarına məlumat verirsə, o halda cinayət məsuliyyətindən azad edilə bilər.
Eyni zamanda qeyd edək ki, Cinayət Məcəlləsinin 321-ci maddəsinə görə hərbi xidmətdən boyun qaçırma da azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Müharibə dönəmində qanuni əsaslar olmadan hərbi xidmətdən yaxud səfərbərlik üzrə növbəti çağırışdan imtina etmə, boyun qaçırma qanunvericilik ilə 3-6 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

4-03-2025, 16:50
Şirvanda süpürgəçini maşın vurdu


Şirvanda süpürgəçini maşın vurdu

Şirvanda kommunal təsərrüfat işçisini avtomobil vurub.
Hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.
“Mercedes” markalı avtomobi yol kənarını süpürən Şirvan sakini, 1982-ci il təvəllüdlü İlahə İsmayılovanı vurub.
O, müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
4-03-2025, 16:42
Serbiya parlamentində dava düşdü: tüstü bombaları partladıldı


Serbiya parlamentində dava düşdü: tüstü bombaları partladıldı

Serbiya parlamentində qarşıdurma yaşanıb.
Parlamentin müxalifət partiyalarının üzvləri iclas zalında rəngli tüstü bombaları atıblar.
Onlar Serbiya prezidenti Aleksandr Vuçiçin devrilməsinə çağıran pankart açıb və iclasını pozmağa cəhd ediblər. Həmçinin arlament binası qarşısında tələbələrin etiraz aksiyaları keçirilir.
Martın 4-də Serbiya parlamentində yaz sessiyasının ilk iclası keçirilib. İclasların gündəliyinə 62 məsələ daxil edilib.
Müxalifətdə olan Yaşıl Sol Cəbhə partiyası təhsil qanununa düzəlişlər, eləcə də təyinat və istefa təklifləri (o cümlədən, Baş nazir Miloş Vuçeviçin istefasının təsdiqi) istisna olmaqla, bütün məsələlərin gündəlikdən çıxarılmasını tələb edib. Partiyaya görə, “texniki hökumət yeni qanun layihələri təklif edə bilməz”.
TMüxalifətçi deputat Radomir Lazoviç növbədənkənar kürsüyə qalxıb, ona mane olmağa çalışıblar və bu zaman dava düşüb.
Zalda tüstü bombaları yandırılıb və müxalifətin hərəkətlərinə cavab olaraq hakim Serb Tərəqqi Partiyasından olan deputatlar ölkənin dövlət bayraqlarını açıblar.
Toqquşma zamanı üç deputat yaralanıb: 63 yaşlı Jasmina Obradovic insult keçirib və xəstəxanaya yerləşdirilib, Jasmina Karanak başından partlayan qumbaradan yaralanıb, hamilə deputat Sonya İliç də xəstəxanaya aparılıb.
4-03-2025, 16:38
Tramp İrana görə Putindən xahiş edib


Tramp İrana görə Putindən xahiş edib

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya Federasiyasından İranın nüvə proqramı kimi məsələlərdə onunla ünsiyyətdə vasitəçi kimi çıxış etməsini istəyib.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp fevral ayında telefon danışığında bu marağı birbaşa Putinə çatdırıb. Tramp administrasiyasının yüksək rütbəli rəsmiləri daha sonra Səudiyyə Ərəbistanındakı danışıqlarda rusiyalı həmkarları ilə məsələni müzakirə ediblər.
Kremlin sözçüsü Dmitri Peskov “Bloomberg”in sualına cavab olaraq deyib:
"Rusiya hesab edir ki, ABŞ və İran bütün problemləri danışıqlar yolu ilə həll etməlidir. Moskva buna nail olmaq üçün əlindən gələni etməyə hazırdır".
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi isə Rusiyanın Tehran və Vaşinqton arasında vasitəçilik təklif edib-etmədiyinə dair sualı cavablandırarkən deyib ki, ölkələrin yardım təklif etməsi təbiidir.
“Bu məsələlərin vacibliyini nəzərə alsaq, çox güman ki, bir çox tərəflər xoşməramlılıq nümayiş etdirəcək və müxtəlif problemlərin həllində köməklik göstərəcək. Bu nöqteyi-nəzərdən, lazım gələrsə, ölkələrin yardım təklif etməsi təbiidir”, - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai bildirib.
4-03-2025, 12:35
Xalqına Vurğun Səməd...

Xalqına Vurğun Səməd...

Son zamanlar Səməd Vurğun şəxsiyyəti, yaradıcılığı ilə bağlı müzakirələr yenidən ədəbi gündəmdədir. Xalq şairinin irsinə və özünə yönəlmiş neqativ məqamlara şairin öz ədəbi irsi tutarlı cavabdır. Səməd Vurğun bütün yönləri ilə xalqına, öz türk kökünə bağlı bir şəxsiyyət olub. Səməd Vurğunun Sovet dövründə yazılmış elmi araşdırmalarda qeyd edildiyi kimi “marksizm-leninizm estetikasına söykənən”, “sovet həqiqətini əks etdirən” ilk baxışdan sırf kommunist ideologiyasını təbliğ edən əsər təsiri bağışlayan “Komsomol” poemasının belə alt qatları, misraları arasından bu vətən, türklük sevgisi süzülərkən ona qarşı bu gün bu qədər neqativ yanaşma sərgilənməsi rəvadırmı?
İncələyək görək, ilk baxışda ən qatı sovet ideoloji əsəri kimi görünən "Komsomol" poeması “kommunizm” mifinin minlərlə variasiyalarından biridirmi, yoxsa özünəməxsus, unikal bədii nümunədir? Məlum olduğu kimi Sovet ədəbiyyatında millilik, fərdilik kimi keyfiyyətlər inkar edilir, beynəlmiləlçilik, ümumilik, kütləvilik təbliğ olunurdu. 30-cu illərdə milli-dini dəyərlərdən imtina edilir, türkçülük, islamçılıq ideyalarının cüzi təsirinin hiss olunduğu əsərlər qadağan edilir, onların müəllifləri isə repressiya edilirdi. “Türk” sözünün tabuya çevrildiyi, rus dilinin geniş təbliğ edildiyi zaman Səməd Vurğun “Komsomol” (poemanın adının sovet dövründə, xüsusilə 30-cu illərdə daşıdığı məna çalarlarına xüsusi diqqət!) poemasında yazırdı:
Nədən söyləməsin ana dililə
Öz odlu nitqini yoldaş komissar?
Türkcə danışmasın sevgilisilə.....
Bu mənhus adətdə böyüklükmü var?
Məndən inciməsin yoldaş komissar!

Qeyd etdiyimiz dövrdə bu misraları yazmaq sənətkardan böyük cəsarət tələb edirdi. Yenə həmin əsərdə şair Humaydan bəhs edərkən maraqlı milli-etnoqrafik məqamlara toxunur. Belə ki, əsərdə Sovet dönəmində qadağan edilmiş “Novruz” bayramı ilə əlaqəli inanclar, mərasimlər təsvir edilmişdir.
Səməd Vurğunun böyüklüyü məhz bu cür məqamlarda, ölüm qorxusu ehtimalı altında sətiraltı da belə olsa öz fikrini gələcək nəsillərə çatdırmaq cəsarətində zühur edir. Ədəbiyyatda, tarixdə, istənilən kontekstdə müəyyən açıqlamalarla gündəmə gəlmək, "ulduz" olmaq olar. Lakin unutmayaq ki, bu gün alqışlanan "ulduz" u sabah həmin alqış sahibləri etirazla kürsüdən salacaqlar. Lakin Səməd Vurğun kimi bu gün də öz fəth etdiyi zirvədə olan şəxsiyyət və yazar "ulduz" yox, əfsanədir... Əfsanəni isə istənilən kontekstdən şərh etmək olar, amma danmaq və o zirvədən endirmək olmaz...

Elnarə Qaragözova,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!