İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
3-03-2025, 16:20
Oljas Bektenov Zəfər parkında


Oljas Bektenov Zəfər parkında

Azərbaycan Respublikasında səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov martın 3-də Bakıda Zəfər parkını ziyarət edib.
Burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qazaxıstanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.
Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.
3-03-2025, 16:07
İlham Əliyev nazir müavininə yüksək vəzifə verdi


İlham Əliyev nazir müavininə yüksək vəzifə verdi

Şahin Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Şahin Babayev 2024-cü ildən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışır.
3-03-2025, 15:32
Müəllimlərə pul yığılması yolverilməzdir - Rəsmi XƏBƏRDARLIQ


Müəllimlərə pul yığılması yolverilməzdir - Rəsmi XƏBƏRDARLIQ

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərib, müvafiq tapşırıqlar verib.
Bu barədə MÜTDA məlumat yayıb.
Qeyd olunub ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir.
Məlumata görə, məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək.
3-03-2025, 15:12
11-ci sinif şagirdi intihar etdi


11-ci sinif şagirdi intihar etdi

Yevlaxda məktəbli intihar edib.
Rayonun Qoyunbinəsi kəndində yaşayan 2008-ci il təvəllüdlü Rüfət Şirinli özünü yaşadığı evin həyətində asıb.
11-ci sinif şagirdi olan Rüfətin hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
3-03-2025, 14:30
Kişi balta və armaturla həyat yoldaşını döydü - Gəncədə dəhşət


Kişi balta və armaturla həyat yoldaşını döydü - Gəncədə dəhşət

Gəncədə kişi balta və armaturla həyat yoldaşına ölümcül xəsarətlər yetirib. Hadisə fevralın 28-də baş verib.
Məlumata görə, E.A adlı vətəndaş həyat yoldaşına gecə saat 12 radələrindən başlayaraq səhər saat 05.00-a qədər ağır işgəncələr verib. Belə ki, o, uşaqlarının gözü qarşısında balta və dəmir parçası (armatur) ilə qadını döyərək, başına, eləcə də bədəninin müxtəlif nayihələrinı çoxsaylı ağır xəsarətlər yetirib. Bununla kifayətlənməyən E.A qadını sürüyərək sanitar qovşağına aparıb və orada saçından tutaraq dəfələrlə divara çırpıb.
Qeyd olunur ki, şəxs hadisəni törətməmişdən əvvəl iş yoldaşına zəng edərək sabah işə gəlməyəcəyini söyləyib.
Gəncə Beynəlxalq Xəstəxanasından bildirilib ki, xəstə hazırda reanimasiya şöbəsindədir və irəliləyən günlərdə stasionar palataya köçürüləcək.
3-03-2025, 14:15
Buraxılışda iştirak etməyənlər nə vaxt imtahan verəcək? - RƏSMİ


Buraxılışda iştirak etməyənlər nə vaxt imtahan verəcək? - RƏSMİ

Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İmtahanda təxminən 57 min şagird iştirak edib. İmtahan nəticələrinin 6 həftə ərzində açıqlanacağı gözlənilir.
Qeyd edək ki, imtahanda üzrlü səbəbdən iştirak etməyənlər də olub. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Onların nə vaxt imtahan verəcəyi maraq doğurur.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, kimsə, üzrlü səbəbdən imtahanda iştirak edə bilməyibsə, bu halı təsdiq edən sənədlərlə birlikdə oxuduğu təhsil müəssisəsinə və ya Dövlət İmtahan Mərkəzinə müraciət etməlidir. Müvafiq qərar həmin müraciət əsasında verilir.
Qeyd edilib ki, bu növ imtahanlar adətən sentyabr ayında təşkil olunur.
3-03-2025, 13:59
Əli Əsədov qazax həmkarı ilə görüşdü


Əli Əsədov qazax həmkarı ilə görüşdü

Martın 3-də Azərbaycan Baş naziri Əli Əsədov onun dəvəti ilə Bakıda rəsmi səfərdə olan Qazaxıstanın Baş naziri Oljas Bektenovla görüşüb.
Nazirlər Kabientindən (NK) verilən məlumata görə, əvvəlcə hökumət başçılarının təkbətək danışıqları olub, onlar ikitərəfli gündəliyin cari məsələlərini müzakirə ediblər.
Sonra Ə.Əsədov və O.Bektenov hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsinə qarşılıqlı sadiqlik təsdiq edilib.
Ə.Əsədov AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasında Qazaxıstan hökumətinin operativ reaksiyasına, habelə fəlakətin səbəblərinin araşdırılmasında köməyə görə O.Bektenova təşəkkür edib.
Tərəflər prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin birgə səyləri sayəsində Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının hərtərəfli inkişaf etdiyini qeyd ediblər.
Qarşılıqlı səfərlərin və yüksək səviyyədə görüşlərin iki ölkə arasında münasibətlərin bütün spektri üzrə səmərəli qarşılıqlı fəaliyyətə zəmin yaratdığı vurğulanıb.
İşğaldan azad edilmiş Füzuli şəhərində ötən ilin martında iki dövlət başçısının iştirakı ilə açılışı olmuş Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsünə görə Qazaxıstan Prezidentinə minnətdarlıq ifadə edilib.
Ə.Əsədov qeyd edib ki, Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.
Hökumət başçıları 165 sənəddən ibarət çox geniş müqavilə-hüquq bazasında öz əksini tapmış ikitərəfli əməkdaşlığın möhkəm tarixini qeyd ediblər.
Tərəflər iqtisadi-ticari əməkdaşlığın yüksək səviyyədə olmasını alqışlayıblar. Qeyd olunub ki, ötən ilin yekunlarına əsasən, qarşılıqlı ticarətin həcmi təqribən 500 milyon ABŞ dolları təşkil edib, eyni zamanda, iki ölkənin iqtisadi inkişaf səviyyəsi və potensialı nəzərə alınaraq, qarşılıqlı ticarətin həcminin artırılması üçün bundan sonra da birgə səylər göstərmək niyyəti təsdiqlənib. Bu xüsusda əməkdaşlığın inkişafına dair 2022-2026-cı illər üçün Kompleks Proqramın icrasının vacibliyi qeyd edilib.
İnvestisiya əməkdaşlığının inkişafının vacibliyini vurğulayan tərəflər qarşılıqlı faydalı layihələrə birgə investisiyaların dəstəklənməsi üçün birgə investisiya fondunun yaradılmasından məmnunluq ifadə ediblər.
Kənd təsərrüfatı məhsullarının çeşidinin genişləndirilməsi və qarşılıqlı tədarük həcminin artırılması məsələləri də müzakirə olunub.
Nəqliyyat və logistika əlaqələrinin inkişafı əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. İki ölkə arasında 2024-cü ilin sonuna 21 faiz təşkil edən tranzit yükdaşımaların həcminin artımından məmnunluq ifadə olunub. Dəmir yolu ilə tranzit daşımaları 33 faiz artıb.
Tərəflər hökumətlərin Orta Dəhlizin inkişafı ilə bağlı dövlət başçılarının tapşırıqlarını yerinə yetirməsini təmin etmək üçün qarşılıqlı öhdəliklərini təsdiqləyiblər.
Qazaxıstan tərəfinə beynəlxalq nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçən bütün əlaqələrinin təkmilləşdirilməsi istiqamətində Azərbaycan tərəfindən görülən işlər barədə məlumat verilib. Bu kontekstdə Orta Dəhlizin genişlənməsinə mühüm töhfə verə biləcək Zəngəzur dəhlizinin işə salınmasının vacibliyi vurğulanıb.
Gəmiqayırma sektorunda da yaxşı perspektivlərin olduğu qeyd edilib. Azərbaycan öz gəmiqayırma imkanlarını Qazaxıstana təklif etməyə hazır olduğunu bildirib.
Tərəflər Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması üçün nəzərdə tutulmuş “Rəqəmsal İpək Yolu” strateji kommunikasiya layihəsinin ardıcıl təşviqi üzrə birgə səyləri alqışlayıblar.
Neft-qaz sahəsində əməkdaşlığın müsbət inkişafını qeyd edən hökumət başçıları Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə üçüncü ölkə bazarlarına tranziti üzrə qarşılıqlı fəaliyyətdən məmnunluq ifadə ediblər.
Yaşıl enerji sahəsində əməkdaşlığın aktuallığı qeyd edilib. Ə.Əsədov bildirib ki, Azərbaycan iqlim gündəliyinin təbliğinə xüsusi əhəmiyyət verir və COP29 konfransı bunun bariz nümunəsi olub.
Xəzər dənizində əməkdaşlıq məsələlərinə toxunan hökumət başçıları fevral ayında İranda keçirilən 3-cü Xəzər İqtisadi Forumunun nəticələrini alqışlayıblar. Xəzər dənizinin dayazlaşması problemindən Azərbaycan tərəfinin ciddi narahatlığını ifadə edən Ə.Əsədov Azərbaycan Prezidentinin Xəzər dənizinin dayazlaşmasının səbəblərini müəyyən etmək və dayandırmaq üçün tədbirlərin müəyyən edilməsi üzrə ekspert qrupunun yaradılması təşəbbüsünü dəstəklədiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.
Xəzər dənizinin dibi ilə dərin dəniz enerji kabelinin çəkilməsi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. Bu baxımdan COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanmasının əhəmiyyəti vurğulanıb.
Tərəflər mədəni-humanitar sahədə əməkdaşlığın inkişaf tempini müsbət qiymətləndirib və qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi ənənəsinin bərpasını alqışlayıblar. Təhsil, elm, səhiyyə və idman sahələrində mübadilələrin uğurla həyata keçirildiyi qeyd edilib. Ə.Əsədov qazaxıstanlı idmançılara cari ilin sentyabr-oktyabr aylarında Gəncədə və Azərbaycanın digər şəhərlərində keçiriləcək III MDB Oyunlarında uğurlar arzulayıb. Qarşılıqlı turist axınının artım dinamikası müsbət qiymətləndirilib.
Hökumət başçıları Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı maraq doğuran digər sahələrdə də qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Danışıqlardan sonra icbari tibbi sığorta sahəsində əməkdaşlığa, elmi nəşrlərin siyahısının formalaşdırılmasına, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi haqqında Sazişin təsdiqinə dair sənədlər imzalanıb.
3-03-2025, 13:30
Zelenski ABŞ-la müqavilə bağlamaq istəyir


Zelenski ABŞ-la müqavilə bağlamaq istəyir

Prezident Vladimir Zelenski Ukraynanın nadir torpaq metalları üzrə ABŞ-la müqavilə bağlamağa hazır olduğunu açıqlayıb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Vladimir Zelenski bazar günü bildirib ki, o, ABŞ prezidenti Donald Trampla münasibətlərini xilas etmək mümkünlüyünə inanır... Zelenski ABŞ-la minerallar sazişini imzalamağa hələ də hazır olduğunu və ABŞ-ın da buna hazır olacağına inandığını bildirib”, - agentlik qeyd edib.
Amerika tərəfinin sözlərinə görə, saziş nadir torpaq minerallarının, neft və qazın hasilatı və nəqli, habelə Ukrayna ərazisində infrastrukturun inkişafı ilə bağlı məsələləri tənzimləyəcək. ABŞ prezidenti bəyan edib ki, sazişə əsasən, ABŞ Ukraynanın faydalı qazıntıları, nadir torpaq metalları, neft və qazın işlənməsi üzrə əsas tərəfdaş olacaq.
Layihə bunu Ukrayna və ABŞ üçün faydalı kimi xarakterizə edib.
Tramp Kiyevdən Vaşinqtonun müharibə dövründə verdiyi yardıma görə 400-500 milyard dollar təzminat zəmanəti tələb edir.
Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda Trampla Zelenski arasında mübahisəyə çevrilən görüş olub. ABŞ-Ukrayna nadir torpaq metalları müqaviləsinin imzalanması hər şey hazır olmasına baxmayaraq ləğv edilib və Zelenski Ağ Evi tərk etmək məcburiyyətində qalıb. Tramp bəyan edib ki, Zelenskinin Rusiya ilə münaqişəni həll etmək istəyini görmür.
3-03-2025, 13:01
"Bakı Metropoliteni"nin qalmaqallı şöbə müdiri işdən çıxdı


"Bakı Metropoliteni"nin qalmaqallı şöbə müdiri işdən çıxdı

"Bakı Metropoliteni" QSC-nin Marketinq şöbəsinin rəhbəri Lalə Babayeva işdən çıxıb.
Bu barədə o, öz sosial media hesabında paylaşım edib.
Lalə Babayeva paylaşımda qeyd edib ki, tutuduğu vəzifədən ayrılmaq üçün bir ay əvvəl ərizə yazıb:
"Bu gündən Bakı metrosunda işdən çıxdım və yaxınlarım bunu çoxdan bilirdilər, çünki ərizəni bir ay əvvəl və öz istəyimlə yazmışdım. Mənim həyatda başqa planlarım və məqsədlərim var", - deyə o, paylaşımda qeyd edib.
Xatırladaq ki, 6 il əvvəl L. Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaratmışdı. “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı”, - deyə o, qalmaqallı şərhində bildirmişdi. Daha sonra isə yazdıqlarının düzgün anlaşılmadığını bildirərək üzr istəmişdi.
Qeyd edək ki, Lalə Babayeva 2015-ci ildən “Bakı Metropoliteni” QSC sədrinin müavini olmuş Zaur Babayevin qızıdır. Z. Babayev əvvəllər “Bakıelektrikşəbəkə” ASC-də çalışıb. O, “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovla birlikdə çalışıb və yaxın dostluqları ilə tanınırlar.
3-03-2025, 12:38
QHT yeni layihəyə start verir


QHT yeni layihəyə start verir

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamını nəzərə alaraq əsas fəaliyyət istiqaməti uşaq hüquqlarının təmin olunması, onların pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi, həmçinin təhsilə olan maraqlarının artırılması ilə bağlı mövcud problemlərin həllinə dəstək göstərilməsini daim diqqətdə saxlayan “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi “Biri vardı, biri yox: nağıldan gerçəkliyə” layihəsinə start verir.
Layihə respublikanın paytaxtı və bölgələrində yerləşən 20-yə yaxın dövlət və özəl uşaq bağçalarını əhatə etməklə cari ilin sonuna kimi davam edəcəkdir. Chevik.az platformasında yayımlanacaq layihənin əsas məqsədi gələcəyimiz olan uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşmaq, onların təlim və tərbiyəsi ilə bağlı aktual problemlərin həllinə hərtərəfli köməklik göstərməkdir. Bu məqsədlə layihə çərçivəsində uşaq bağçalarının müdiriyyəti və kollektivi, müəllim və tərbiyəçilər, eləcə də valideynlər arasında genişmiqyaslı sorğuların keçirilməsi və müşahidələrin aparılması, əldə edilmiş nəticələrin təhlili və ümumiləşdirilməsi, uşaq bağçalarının fəaliyyətinin yaxşılaşdırılması istiqamətində təkliflərin hazırlanması və müvafiq qurumlara təqdim edilməsi nəzərdə tutulub. Müasir dövrdə azyaşlı uşaqların idrak fəaliyyətinin formalaşmasında, milli-mənəvi dəyərlər və əxlaqi keyfiyyətlər çərçivəsində tərbiyə olunmasında, onların məktəb həyatına hərtərəfli hazırlığının təmin edilməsində uşaq bağçalarının mühüm rol oynadığını nəzərə alaraq, anket sorğusunda respondentlərə bağçalarda təlim və tərbiyə prosesinin təşkili və keyfiyyəti, bağça təhsilinin durumu, pedaqoji kadrların, eləcə də texniki heyətin kəmiyyət və keyfiyyət baxımından fəaliyyəti, uşaqların əqli inkişafı və fiziki sağlamlığının təmin edilməsi, sosiallaşması və ətraf mühitə adaptasiyası, məktəb həyatına hazırlığı və ünsiyyət bacarıqlarının inkişafı istiqamətində atılan addımlar, onların qidalanması və məişət problemlərinin həlli ilə bağlı görülən işlər, eləcə də valideynlərin bağçada həyata keçirilən təlim-tərbiyə prosesinə münasibəti kimi bir sıra mühüm məsələlərə aydınlıq gətirə biləcək suallarla müraciət ediləcəkdir.
İctimai birliyin rəhbərliyi və üzvlərinin layihə çərçivəsində sorğu keçiriləcək uşaq bağçalarında pedaqoji kollektiv və texniki heyətlə, uşaqlar və onların valideynləri ilə görüşləri və söhbətlərinin keçirilməsi də planlaşdırılır. Sorğu nəticəsində əldə edilmiş məlumatlar təcrübəli pedaqoqların, psixoloqlar və sosial işçilərin iştirakı ilə təhlil edilib ümumiləşdirildikdən sonra QHT tərəfindən müvafiq qurumlara təkliflər paketi təqdim ediləcəkdir.
Layihənin icrası dövründə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi müxtəlif dövlət qurumları və özəl təşkilatlar, media nümayəndələri və vətəndaş cəmiyyətinin digər üzvləri ilə sıx əməkdaşlıq etməyə hazırdır.
“Sağlam və savadlı, ağıllı və tərbiyəli gələcək nəslin yetişdirilməsində səylərimizi birləşdirməliyik... Yaşa dolduqca, uşaqlıq illəri bizə nağıl kimi görünür. Danışılan, dinlənilən nağıl kimi yox, yaşanan nağıl kimi... Gəlin əl-ələ verib bu nağılı övladlarımız üçün gerçəkliyə çevirək” – deyən layihə rəhbəri, QHT sədri Könül Quliyeva növbəti mərhələdə uşaq bağçaları ilə orta məktəblər arasında sıx əməkdaşlığın inkişafı istiqamətində də maraqlı və faydalı tədbirlərin təşkilini vacib hesab edir: “Uşaqlara qayğılı münasibət xalqımızın əsrlər boyu qoruyub yaşatdığı milli-mənəvi dəyərlərdən biri, dövlətimizin uşaq siyasətinin təməl daşıdır. Onların müdafiəsi, davamlı olaraq hər birimizin diqqəti və qayğısı ilə əhatə olunması məsələsi bütün dövrlərdə istər dövlətimizin, istərsə də cəmiyyətimizin başlıca vəzifələrindən biri olmuşdur. Uşaqlar həyatda ən böyük ümid bəslədiyimiz, ən çox sevdiyimiz varlıqlardır. Onların azad və müstəqil ölkədə xoşbəxt gələcəyinin təmin edilməsində, sağlam və ağıllı, nəcib və ləyaqətli övlad, xalqına və dövlətinə sadiq vətəndaş kimi yetişdirilməsində ailə ilə yanaşı, təlim-tərbiyə müəssisələri, uşaq bağçaları və məktəblər yaxından iştirak edir, gənc nəslin formalaşması işinə ayrı-ayrılıqda öz töhfəsini verir, bu nəcib işdə bir-birini tamamlayırlar. Unutmayaq ki, təbiətin ali məxluqu olan insanın ömür yolu uşaqlıq dövründən başlayır. Uşaq - mənəvi paklığın və saflığın bariz nümunəsidir. İnsan kapitalının ilkin mənbəyidir. Hər bir uşağa diqqət və qayğı ilə yanaşmaq, onu həssaslıqla böyüdüb bəsləmək, hüquq və azadlıqlarını təmin etmək və layiqli vətəndaş kimi yetişdirmək hər birimizin borcudur”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!