Naxçıvanda ağır qəza - 5 nəfər yaralandı .....                        Ceyhun Bayramov Fidanla bir arada .....                        Mirzoyan Fidanla danışıqlar apardı .....                        Gürcüstan "3+3"ə qoşulmağı planlaşdırmır .....                        Prezidentin Türkiyə səfəri başa çatdı - FOTO .....                        Azərbaycanda gün ərzində ikinci zəlzələ .....                        ABŞ-İran danışıqları müsbət atmosferdə keçib .....                        " Babamın papağı, nənəmin kəlağayısı" .....                        Ceyhun Bayramov həmkarı ilə görüşdü .....                       
Dünən, 17:24
Mehriban Əliyeva Antalya Diplomatiya Forumunda - FOTO


Mehriban Əliyeva Antalya Diplomatiya Forumunda - FOTO

Aprelin 12-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Parçalanan dünyada gələcəyin qurulması: Təhsilin transformasiya gücü” adlı panel iclas təşkil olunub.
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Tədbirdən əvvəl Afrika Mədəniyyət Evinin stendi ilə tanışlıq olub. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir.
Türkiyə Maarif Vəqfinin dəstəyi ilə keçirilən tədbir bu qurumun fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
İclasda qurumun dünyada həyata keçirdiyi işlərdən bəhs edilib. Bildirilib ki, dünyanın 55 ölkəsində fəaliyyət göstərən Vəqfin məktəblərində 70 minə yaxın şagird təhsil alır.
Panel iclasda hazırkı dövrdə təhsilin inkişafının vacibliyindən geniş danışılıb.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan çıxış edərək müharibələrin çoxaldığı bir dövrdə təhsilin nə qədər əhəmiyyətli olduğuna diqqət çəkib. Bildirib ki, təhsil bu gün sosial iştirak və davamlı inkişaf üçün hər zaman olduğundan daha çox vacibdir.
Sonra Türkiyə Maarif Vəqfinin Kot-d'İvuar Respublikasındakı məktəbinin şagirdləri müxtəlif dillərdə mahnılar oxuyublar.



Dünən, 16:58
Rusiya “Bakı-İrəvan sülh sazişi”nə vasitəçilik etmək istəyir


Rusiya «Bakı-İrəvan sülh sazişi”nə vasitəçilik etmək istəyir

Aprelin 12-də Türkiyədə Antalya Diplomatik Forumu çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Bayramov arasında görüş keçirilib.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, söhbət zamanı iki ölkə arasında müttəfiqlik əməkdaşlığının və strateji tərəfdaşlığın möhkəmləndirilməsi üzrə praktiki addımlar, birgə tədbirlərin qrafiki müzakirə edilib.
Tərəflər beynəlxalq və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 3+3 Regional Əməkdaşlıq Platforması çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsinin, o cümlədən «Xəzər Beşliyi”nin işinin intensivləşdirilməsinin vacibliyi qeyd edilib.
Rusiya tərəfi Azərbaycan-Ermənistan arasında normallaşma prosesini və sülh müqaviləsinin bağlanmasını asanlaşdırmağa hazır olduğunu təsdiqləyib. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə üçtərəfli sazişlərin bütün spektrinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Dünən, 16:42
Prezident və nəvələri idman zalında - FOTO


Prezident və nəvələri idman zalında - FOTO

Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarovlarla maraqlı şəkilləri yayılıb.
İlham Əliyevin nəvələri ilə idman zalındakı məşqdən çəkilən fotolarını Əli Ağalarov sosial şəbəkədə paylaşıb.
“Baba ilə Antalyanın idman zalında tam bədən məşqi!”, - deyə o, paylaşıma qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev Antalya Diplomatik Forumunda içtirak etmək üçün hazırda Türkiyədə səfərdədir.



Dünən, 16:30
Şamaxıda zəlzələ olub


Şamaxıda zəlzələ olub

Aprelin 12-də Şamaxıda 3.4 bal gücündə zəlzələ olub.
Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.
Bildirilib ki, yeraltı təkanlar Pirqulu stansiyasından 24 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ 3 bal gücündə hiss olunub.
Zəlzələ ocağı Yerin 12 kilometr dərinliyində yerləşib.
Dünən, 15:57
17 yaşlı oğlan itkin düşüb


17 yaşlı oğlan itkin düşüb

Qəbələdə 17 yaşlı oğlan itkin düşüb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Qəbələ rayon sakini, 2008-ci il təvəllüdlü Mətləb Mirağayev martın 29-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.
Sonuncu dəfə onun əynində boz rəngli jaket, göy şalvar və ağ rəngli idman ayaqqabısı olub.
Onun əlamətləri: boyu 160 sm, gözlərinin rəngi şabalıdı, saçları qaradır.
M.Mirağayevin harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024)204-18-28 şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunub.
Dünən, 15:55
Ceyhun Bayramov Lavrovla regionu müzakirə etdi


Ceyhun Bayramov Lavrovla regionu müzakirə etdi

Aprelin 12-də Antalyada keçirilən Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.
Azərbaycan XİN-in Mətbuat xidməti "X" sosial şəbəkəsində bununla bağlı paylaşım edib.
"Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib. Nazirlər ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, ticarət-iqtisadi, humanitar və təhsil aspektlərini, həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər", - paylaşımda deyilir.
Dünən, 15:50
"Antalya Forumu Türk Dünyası üçün çox önəmli platformadır" - Əhliman Əmiraslanov


"Antalya Forumu Türk Dünyası üçün çox önəmli platformadır" - Əhliman Əmiraslanov

Milli Məclisin Azərbaycan-Türkiyə Dostluq qrupunun rəhbəri, Qərbi Azərbaycan Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Qlobal idarəçilikdə parlament diplomatiyası” mövzusunda paneldə çıxış edib.
Deputat bildirib ki, Ermənistanın öz ərazisindən 300 min olmaqla ümumilikdə 1 milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyb. Azərbaycan türkləri öz dədə-baba turdlarından didərgin salınıb, xalqımızın maddi-mənəvi irsinə, qədim tarixi abidələr məhv edilib.
Bu vandalizmin artıq bəşəri problem olduğunu bildirən deputat Əhliman Əmiraslanov Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi azərbaycanlıların hüquqlarını müdafiə edən Qərbi Azərbaycan İcmasının yaranmasına, təşkilatın geniş fəaliyyət göstərməsinə böyük dəstək verdiyini deyib.
O, Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına şərait yaradılmasının beynəlxalq insan hüquqlarının bir tələbi olmaqla bərabər, bölgədə dayanıqlı inkişaf və sülhə xidmət edən mühüm amal olduğunu vurğulayıb.
Deputat beynəlxalq ictimaiyyəti, diplomatları, parlamentariləri bu məsələyə dəstək verməyə çağırıb.
Azərbaycan-Türkiyə Dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov həmçinin TÜRKPA-nın beynəlxalq parlament diplomatiyasında rolunun güclənməsinin labüdlüyündən danışaraq bildirib ki, qurum müxtəlif istiqamətlər üzrə uğurlu layihələr həyata keçirir və bunun parlament diplomatiyasında böyük əhəmiyyəti olur.
"Eyni zamanda Özbəkistan və Türkmənistan dövlətlərinin də TÜRKPA da tam hüquqlu üzv kimi təmsil olunmağının tezləşməsi bu uğurları daha da genişləndirər".
Şimali Kipr Türk Cumhuriyyəti ilə Azərbaycan parlamenti arasında dostluq qruplarının yaradıldığını bildirən deputat tezliklə Şimali Kiprin TÜRKPA-da tam hüquqlu üzv kimi təmsil olunacağını arzulayıb.
Dünən, 15:23
Aeroport yolunda qəza: sıxlıq yarandı


Aeroport yolunda qəza: sıxlıq yarandı

Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, qəza səbəbindən mərkəz, sürücülərin hərəkət sürətini azaldıb hadisə yerinə baxması səbəbindən isə Mərdəkan şosesi istiqamətlərində nəqliyyat sıxlığı yaranıb.
Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Dünən, 15:18
“Bu dəmir yolu bizə milyardlar gətirəcək” - Paşinyan Zəngəzur dəhlizindən danışdı


“Bu dəmir yolu bizə milyardlar gətirəcək” - Paşinyan Zəngəzur dəhlizindən danışdı

“Bizə sağ qalmaq yox, yaşamaq lazımdır”.
Bu sözləri baş nazir Nikol Paşinyan Zəngəzur vilayətinə səfəri zamanı Meğri icmasının Nrnadzor kəndinin sakinləri ilə görüşündə bildirib.
"Bu dəmir yolu bizə zərər verməyəcək, əksinə, bizə milyardlarla mənfəət, təhlükəsizlik, suverenlik, ərazi bütövlüyü, yurisdiksiya və qarşılıqlılıq gətirəcək", - deyə Nikol Paşinyan Meğridən keçən dəmir yoluna işarə edərək bildirib.
Qeyd edək ki, Meğri dəmir yolu Azərbaycanın israrla açılmasını istədiyi Zəngəzur dəhlizindən keçir. Bu yolun aşılması ilə Azərbaycanın Qərb rayonlarının Naxçıvan MR-lə əlaqəsi təmin olunacaq
Dünən, 15:09
Kriminal avtoritet güllələndi


Kriminal avtoritet güllələndi

Rusiyanın Krasnodar vilayətində hərbi qoruyucu paltar geyinmiş naməlum şəxs bir nəfəri güllələyib.
Bu barədə “Mash Telegram” kanalı məlumat yayıb.
Sonradan məlum olub ki, ölən şəxs erməni əsilli kriminal avtoritet Arsen Krasnoyarskidir.
Hadisə Tuapse bələdiyyə rayonunda baş verib.
Qatil tapançadan bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.
Polis qatili axtarır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!