Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
Tarix : 12-04-2025, 15:50
"Antalya Forumu Türk Dünyası üçün çox önəmli platformadır" - Əhliman Əmiraslanov


"Antalya Forumu Türk Dünyası üçün çox önəmli platformadır" - Əhliman Əmiraslanov

Milli Məclisin Azərbaycan-Türkiyə Dostluq qrupunun rəhbəri, Qərbi Azərbaycan Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Qlobal idarəçilikdə parlament diplomatiyası” mövzusunda paneldə çıxış edib.
Deputat bildirib ki, Ermənistanın öz ərazisindən 300 min olmaqla ümumilikdə 1 milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyb. Azərbaycan türkləri öz dədə-baba turdlarından didərgin salınıb, xalqımızın maddi-mənəvi irsinə, qədim tarixi abidələr məhv edilib.
Bu vandalizmin artıq bəşəri problem olduğunu bildirən deputat Əhliman Əmiraslanov Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi azərbaycanlıların hüquqlarını müdafiə edən Qərbi Azərbaycan İcmasının yaranmasına, təşkilatın geniş fəaliyyət göstərməsinə böyük dəstək verdiyini deyib.
O, Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına şərait yaradılmasının beynəlxalq insan hüquqlarının bir tələbi olmaqla bərabər, bölgədə dayanıqlı inkişaf və sülhə xidmət edən mühüm amal olduğunu vurğulayıb.
Deputat beynəlxalq ictimaiyyəti, diplomatları, parlamentariləri bu məsələyə dəstək verməyə çağırıb.
Azərbaycan-Türkiyə Dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov həmçinin TÜRKPA-nın beynəlxalq parlament diplomatiyasında rolunun güclənməsinin labüdlüyündən danışaraq bildirib ki, qurum müxtəlif istiqamətlər üzrə uğurlu layihələr həyata keçirir və bunun parlament diplomatiyasında böyük əhəmiyyəti olur.
"Eyni zamanda Özbəkistan və Türkmənistan dövlətlərinin də TÜRKPA da tam hüquqlu üzv kimi təmsil olunmağının tezləşməsi bu uğurları daha da genişləndirər".
Şimali Kipr Türk Cumhuriyyəti ilə Azərbaycan parlamenti arasında dostluq qruplarının yaradıldığını bildirən deputat tezliklə Şimali Kiprin TÜRKPA-da tam hüquqlu üzv kimi təmsil olunacağını arzulayıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!