SSRİ bayrağı altında çıxış edən keçmiş sədri DTX saxlayıb - Məhkəmənin qərarı ilə həbs edildi .....                        MİQ universitet müəllimləri üçün tətbiq oluna bilər? - AÇIQLAMA .....                        Bəylik kəndinin sakinlərinə evlərin açarları təqdim edildi .....                        Məhkəmə saxtakarlıq edən gömrük işçisinə bu cəzanı verdi .....                        Goranboy sakini minaya düşdü - Ayağı amputasiya edildi .....                        Yaponiyada güclü zəlzələ .....                        Məhkəmə Rüfət Səfərovla bağlı qərar verdi .....                        Kürdəmirdə həmkəndlisini öldürən şəxs saxlanıldı .....                        “Neftçi” 7 futbolçu ilə vidalaşdı .....                       
2-05-2025, 18:20
Ağacları kəsən şəxs "Azəravtoyol"un məmuru imiş - RƏSMİ


Ağacları kəsən şəxs "Azəravtoyol"un məmuru imiş - RƏSMİ

Zaqatalada qanunsuz olaraq çoxsaylı ağac kəsməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, rayon ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin bir hissədə ibtidai istintaqı yekunlaşdırılıb.
İstintaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rüstəm Paşayevin cari ilin fevral ayında rəsmi icazə sənədlərinə yalan məlumatlar daxil etməklə Zaqatala rayon sakini Muhuma Qudayev tərəfindən rayonun Maqov kəndi ərazisindən keçən yolun üzərindəki 136 min manat dəyərində olan müxtəlif növ ağacların şəxsi məqsədlər üçün ekoloji tələblərə zidd olaraq kəsilməsini təşkil etməsinə, bununla da çoxsaylı ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rüstəm Paşayevə Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməni təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Muhuma Qudayevə isə həmin Məcəllənin 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə), 32.5, 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşmaya köməkçilik) və 32.5, 313-cü (vəzifə saxtakarlığının törədilməsinə köməkçilik) maddələri ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa, Baş idarədə istintaq edilən digər cinayət işi üzrə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Novruzov Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən avtomobil yolu üzərindəki 88 min manat dəyərində olan çoxsaylı ağacların rayon sakini Anar Hüseynov tərəfindən qanunsuz olaraq kəsilməsini təşkil etməsinə, bununla da ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda hər iki halda Zaqatala rayonu Maqov və Lahıc kəndlərində ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq rəisi Akif Məmmədovun vəzifə səlahiyyətlərini aşmaqla qanunsuz rəy verməsi və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən olunub.
İlkin sübutlarla İlham Novruzov Cinayət Məcəlləsinin 32.3,259.4 və 309.2-ci, Akif Məmmədov həmin Məcəllənin 309.2 və 313-cu, Anar Hüseynova isə 259.4 və 32.5, 309.2-ci maddələri ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda sözügedən cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
2-05-2025, 17:50
Xocalıda qumbara partladı - Xəsarət alan var


Xocalıda qumbara partladı - Xəsarət alan var

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Məlumata görə, Tovuz rayonu Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Aqşin Arif oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sağ əlindən xəsarət alıb. Hadisə nəticəsində zərərçəkənin 3 barmağı amputasiya olunub.
Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır", məlumatda deyilir.
2-05-2025, 17:43
Türk liderlərinin Azərbaycan toplantısı - Tarix məlum oldu


Türk liderlərinin Azərbaycan toplantısı - Tarix məlum oldu

Türk Dövlətləri Təşkilatının (TDT) bu il keçiriləcək rəsmi liderlər toplantısının tarixi məlum olub.
Görüşün oktyabr ayında Azərbaycanda keçirilməsi planlaşdırılır.
Görüşün dəqiq tarixi hələlik müəyyənləşdirilməyib. Məlumatı TDT Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq baş naziri Binəli Yıldırım Şimali Kiprin Girne şəhərində bu gün keçirilən toplantıda açıqlayıb.
Yıldırım bildirib ki, təşkilatın son dövrlərdə keçirdiyi toplantılarda qəbul olunan qərarlar, xüsusilə 16-cı Ağsaqqallar Toplantısı və bugünkü iclasın nəticələri, payızda Azərbaycanda baş tutacaq rəsmi zirvədə Türk dünyasının dövlət başçılarına təqdim ediləcək.
Xatırladaq ki, TDT-nin qeyri-rəsmi liderlər zirvəsi 20-22 may tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Macarıstan ilk dəfə belə bir yüksək səviyyəli toplantıya ev sahibliyi edəcək. Zirvədə təşkilatın daimi üzvləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan, müşahidəçi üzvlər – Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın dövlət və hökumət başçılarının iştirakı gözlənilir.
TDT-nin liderlər səviyyəsində bir-birini tamamlayan iki vacib görüşü – mayda Macarıstanda qeyri-rəsmi, oktyabrda isə Azərbaycanda rəsmi Zirvə toplantısı – təşkilatın 2025-ci il üçün strateji gündəmini formalaşdırmaqda mühüm rol oynayacaq.
Bu görüşlərdə təkcə siyasi məsələlər deyil, həm də iqtisadi əməkdaşlıq, nəqliyyat şəbəkələri, enerji təhlükəsizliyi və mədəni-humanitar əlaqələrin inkişafı kimi sahələrin də müzakirə ediləcəyi gözlənilir.
2-05-2025, 17:36
Çilidə dağıdıcı zəlzələ - Sunami təhlükəsi elan edildi


Çilidə dağıdıcı zəlzələ - Sunami təhlükəsi elan edildi

Çili sahillərində 7,5 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında deyilir.
Sunami təhlükəsi elan edilib. Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
2-05-2025, 17:20
İmtahan cavabları ELAN OLUNDU


İmtahan cavabları ELAN OLUNDU

Dövlət İmtahan Mərkəzi tərəfindən 6 aprel 2025-ci il tarixində keçirilən imtahanların nəticələri elan edilib. Cavabları açıqlanan imtahanlar aşağıdakılardır:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

İmtahan iştirakçıları nəticələrini öyrənmək üçün bu keçiddən istifadə etməlidirlər.
Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Bu imtahanlarında iştirakı nəzərdə tutulan 33382 nəfərdən 2205 nəfər imtahana gəlməyib. 8 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda ən yüksək nəticəni 288,6 bal toplayan Sumqayıt şəhəri, 5 saylı orta məktəbin 2024-cü il məzunu Əsədova Aytən Eynur qızı göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 6 may saat 10:00-dan 8 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər (abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (//eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
2-05-2025, 17:17
İnterpolun axtardığı İŞİD üzvü Gürcüstanda saxlanıldı


İnterpolun axtardığı İŞİD üzvü Gürcüstanda saxlanıldı

Gürcüstan Dövlət Təhlükəsizli Xidməti İnterpol xətti ilə axtarışa verilmiş İŞİD üzvünü saxlayıb.
Məlumatı Gürcüstan DTX yayıb.
Bildirilib ki, qurumun əməkdaşlarının hərtərəfli təhqiqatları nəticəsində Rustavi şəhərində xarici ölkə tərəfindən İnterpola axtarışa verilmiş əcnəbi saxlanılıb. İstintaq çərçivəsində saxlanılan şəxsin 2014-cü ildə Yaxın Şərqə getdiyi və İŞİD terror təşkilatının sıralarına qoşulduğu müəyyən edilib. Onun döyüş təcrübəsi olduğu və partlayıcı qurğular hazırlamaq sahəsində ixtisaslaşdığı qeyd edilib. Saxlanılan şəxsin İŞİD üçün çox vacib terror fəaliyyətlərinə görə məsuliyyət daşıdığı qeyd edilib.
2-05-2025, 17:03
Türkiyədə yenidən zəlzələ oldu


Türkiyədə yenidən zəlzələ oldu

Türkiyənin Kütayha vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə AFAD məlumat yayıb.
Bildirilir ki, təbii fəlakət Simav şəhərində 12 km dərinlikdə qeydə alınıb.
2-05-2025, 16:54
Fələstinə yardım aparan gəmi dronla vuruldu


Fələstinə yardım aparan gəmi dronla vuruldu

Fələstinə humanitar yardım aparmaq məqsədilə Qəzzaya yola düşməsi planlaşdırılan “Azadlıq Flotiliyası Koalisiyasına” məxsus gəmi beynəlxalq sular daxilində, Malta sahilləri yaxınlığında dronların hücumuna məruz qalıb.
Bu barədə xarici KİV-lər qeyri-hökumət təşkilatına istinadən məlumat yayıb.
“Azadlıq Flotiliya Koalisiyası” insidentin bu gün gecə saatlarında baş verdiyini bildirib və dərhal SOS siqnalı verildiyini açıqlayıb. Koalisiya hücumun arxasında İsrailin dayandığını iddia edir.
Təşkilatın məlumatına görə, gəmidə iqlim fəalı Qreta Tunberq də daxil olmaqla bir sıra fəallar yer almalı idi. Məqsəd İsrailin Qəzzaya qarşı tətbiq etdiyi blokadanı yarmaq və bölgəyə humanitar dəhliz açmaq olub.
Malta hökuməti bütün heyət üzvlərinin sağ olduğunu, gəmidəki yanğının isə gecə saatlarında nəzarət altına alındığını bildirib. İsrail ordusu isə insidentlə bağlı xəbərləri araşdırdıqlarını bəyan ediblər.
2-05-2025, 16:51
Prezident məscidin təmirinə pul ayırdı


Prezident məscidin təmirinə pul ayırdı

Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 550 min manat vəsait ayrılıb.
2-05-2025, 16:35
DİM tələbə qəbulu Qaydalarında edilən dəyişiklikləri AÇIQLADI


DİM tələbə qəbulu Qaydalarında edilən dəyişiklikləri AÇIQLADI

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda bəzi dəyişikliklər edilib.
Dövlət İmtahan Mərkəzi (DİM) tələbə qəbulu Qaydalarında edilən dəyişikliklərlə bağlı məlumat yayıb.
DİM abituriyentlərin nəzərinə çatdırıb ki, burada əsas dəyişiklik Qaydaların 1.2. 2.3-2. bəndinə əsasən, iştirakçıların hər sessiyada ali təhsil müəssisələrinə imtahanda iştirak üçün qeydiyyatı zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini seçmələri ilə bağlıdır.
"Lakin bir daha diqqətinizə çatdırırıq ki, həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər hər imtahan sessiyasında bir altqrup üzrə seçim etməklə (məsələn, yaz imtahan sessiyasında RK, yay imtahan sessiyasında Rİ) ümumi müsabiqə şərtlərini ödədikləri halda, hər iki altqrupa aid ixtisasları yenə də seçə bilərlər.
Bundan başqa, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 1 saylı əlavə “İxtisas qrupları və ixtisaslar” Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na uyğunlaşdırılıb. Uyğunlaşdırma zamanı müvafiq ixtisas qruplarına aşağıdakı yeni ixtisaslar əlavə edilib:


I ixtisas qrupu üzrə:

Riyaziyyat-kimya (RK) altqrupuna:

- Riyaziyyat və fizika müəllimliyi;

- Xüsusi rabitə vasitələri mühəndisliyi;

- Kənd təsərrüfatı texnologiyaları;

- Qida texnologiyaları;

- Heyvandarlıq.


Riyaziyyat-informatika (Rİ) altqrupuna:

- Data analitikası;

- Proqram təminatı mühəndisliyi.


III ixtisas qrupunun Dil-tarix (DT) altqrupu üzrə:

- Xüsusi pedaqogika;

- Kommunikasiya və rəqəmsal media;

- Dövlət təhlükəsizliyi və idarəetmə.


IV ixtisas qrupu üzrə:

- Qidalanma və diyetologiya.


V ixtisas qrupu üzrə:

- Adaptiv bədən tərbiyyəsi;

- Kütləvi sağlamlaşdırıcı idman;

- Ümumi fiziki hazırlıq.

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklərin tam mətni ilə buradan tanış ola biərsiniz.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!