Yarım tonluq kosmik aparat Yerə yaxınlaşır - Siyahıda Azərbaycan da var .....                        Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü - VİDEO .....                        Turçinin Azərbaycana səfəri başa çatdı .....                        Güclü yağışa görə bu yolda problem yarandı .....                        Pezeşkiandan sonra Netanyahu ilə danışdı .....                        İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verdi .....                        Almaniyada yeni kansler .....                        Bakıda yaşayış binasında yanğın söndürüldü .....                        Avropadan Rusiyaya yeni sanksiyalar .....                       
3-05-2025, 10:46
Abşeronda “Ümumdünya İmmunlaşdırma həftəsi” keçirilir

Abşeronda “Ümumdünya İmmunlaşdırma həftəsi” keçirilir

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi aprelin 14-də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsinə əsasən 27 aprel-3 may tarixlərində respublikanın bütün şəhər və rayonlarında “Ümumdünya İmmunlaşdırma həftəsi” keçirilməsi barədə əmr verib. Təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın bütün tibb idarə və müəssisələrinin rəhbərlərinə hər hansı səbəblərə görə immunlaşdırmadan kənarda qalan uşaqların siyahısının hazırlanmasının və “Ümumdünya İmmunlaşdırma həftəsi” ərzində onların immunlaşdırmaya cəlb edilməsinin təmin olunması tapşırılıb.
Səhiyyə Nazirliyinin müvafiq əmrinə uyğun olaraq “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Səkinə Sadıxovanın rəhbərliyi ilə Abşeron rayonunun səhiyyə işçiləri də bu kampaniyada fəal iştirak edirlər.

Belə tədbirlər çərçivəsində mayın 2-də Mahdiabad Ailə Sağlamlıq Mərkəzində “Ümumdünya İmmunlaşdırma həftəsi” barədə əhali arasında maarifləndirmə işi aparılıb. Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Qənitə İsmayılova maarifləndirmə tədbirinə qatılan valideynləri və uşaqları salamlayaraq immunlaşdırmanın mahiyyəti barədə məlumat verib. Onun uşaqların gələcək sağlamlığının qorunmasındakı rolundan danışıb. Qeyd edib ki, biz mütəmadi olaraq əhali arasında uşaqların icbari dispanserizasiyası və peyvəndlənməsi haqqında sanitar-maarifləndirmə işləri aparırıq. Bu dəfə isə çalışmışıq immunlaşdırmadan kənarda qalan uşaqlarımızı prosesə cəlb edək ki, balalarımızın sağlam gələcəyi təmin olunsun.

Odur ki, “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktorunun İlkin Səhiyyə Xidməti üzrə müavini Kazım Məmmədov və “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İlkin Səhiyyə Xidməti şöbəsinin müdiri Faris Musayev də burda bizimlə birlikdədir. Sizi maraqlandıran suallara cavab verəcəklər.

Ailə həkimi-pediatr Arzu Əlicanova bildirib ki, immunlaşdırma hər il dünyada milyonlarla ölümün qarşısını alır. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən Avropa ölkələrində keçirilən “Ümumdünya İmmunlaşdırma həftəsi”nin keçirilməsi artıq ölkəmizdə də ənənə halına çevrilib. Azərbaycan Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun “İmmunlaşdırma həftəsi” təşəbbüsünə 2007-ci ildə qoşulub.
Vətəndaşın immunlaşdırmaya cəlb olunmasının faydasını daha yaxşı anlamaq üçün düşünmək lazımdır ki, xəstəliyin profilaktikası onu müalicə etməkdən çox-çox asandır.

Peyvəndin gələcəkdə hər hansı bir fəsadının ola biləcəyindən narahat olan analara vaksinlərin sağlamlıq üçün insan orqanizminə ən faydalı müdaxilələrdən biri və hər kəs üçün əlçatan olduğu izah edilib. Əlavə olaraq valideynlərə uşaqların sağlamlığının qorunmasını təşviq edən bukletlər paylanıb. Maariflənmə mərhələsindən sonra uşaqların müayinəsinə və peyvənd olunmasına başlanıb.
Ailə Sağlamlıq Mərkəzində vaksinasiya günləri ərəfəsində uşaqlar üçün əyləncəli mühit yaradılıb. Belə bir şərait və xidmətdən razı qalan valideynlər gələcəyimiz olan uşaqların sağlamlığı keşiyində dayanan tibb işçilərinə minnətdarlıqlarını bildiriblər.
















3-05-2025, 09:59
DAŞLARDAN BAXAN GÖZLƏR


Polad POLADOV


DAŞLARDAN BAXAN GÖZLƏR

1988-ci ilin Qərbi Azərbaycan üzərindən əsdirdiyi köç küləyi Kirs kəndi üzərindən də əsdi. Kənddə yaşayan azərbaycanlı əhali ermənilər tərəfindən zorla çıxarılmağa məruz qaldı. Kənddən maşın yola çıxmaq üzrədir. Balaca qızı axtarırlar tapa bilmirlər. Hər tərəf axtarılır, qız tapılmır ki tapılmır. Kənd camaatı narahatçılıqla balaca qızı axtarır. Mümkün olan hər yerə baxırlar. Hamı pərişandı. Axı bu qız hara gedə bilər.
Ata birdən elə bil ki yuxudan ayıldı. Tez çay aşağı gedən maşın yolu ilə qaçmağa başladı. Bu yol o yoldur ki düz məzarlığın yanından keçir. Qəbiritsanlığa çatanda ata hisslərində yanılmadığını gördü. Bəli qız burda idi.
Qız evdə yüklərin maşına yığıldığını görüb bildi ki bir daha bu kəndə, bu evə qayıtmayacaqlar. Ona görə də xəlvət yolla məzarlığa gəlmişdi. Hansı ki bu məzarlıqda anası onu qucağına almaq, bağrına basmaq istəyirdi. Körpəlikdən ana nəvazişi görməyən balanı ana əzizləmək istəyirdi.
Ata məzarlığa yaxınlaşanda balasının anasının sinə daşını qucaqlayıb yatmış gördü. Gözləri məzar daşından baxan rəsmə zilləndi. Sanki şəkil dil açıb deyirdi: - Səs eləmə uşaq yatıb...
Kənddə artıq qızın harada olduğunu başa düşmüşdülər. Maşın kənddən çıxıb körpünü keçıb məzarlığa çatanda qardaşının maşından “ANA” deyib səslənməsi balaca qızı yuxudan oyatdı. Anasının məzarı yanında oturub onun yuxudan oyanmasını gözləyən atasını görüncə hönkür – hönkür ağlamağa başladı...
Artıq bütün ailə üzvləri məzar başında son vida edirdilər. Uşaqlar maşına tərəf gedir, ata isə məzardan ayrıla bilmir. Bir anlığa elə bil ki, səs eşidir: -Get uşaqları sənə tapşırıram.
Maşın məzarlığın yanından ayrılır. Maşından gözlər məzar daşına dikilib uzaqlaşır. Daşdan baxan gözlər ta bağın altını maşın keçənə kimi arxasınca baxır, baxır...
3-05-2025, 09:50
DİN-dən kiberdələduzluqla bağlı əhaliyə XƏBƏRDARLIQ


DİN-dən kiberdələduzluqla bağlı əhaliyə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) kiberdələduzluqla bağllı əhaliyə müraciət edib.
DİN-in müraciətində bildirilib ki, təhlükəsizlik səbəbilə bank kartı məlumatlarını heç kimlə paylaşmaq olmaz:
"Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 2-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7000, 2000, 1500, 1013, 675, 600, 350, 323, 300, 220, 170, 128 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".
3-05-2025, 09:43
Yol polisi müraciət yaydı: Sabah bu yollarda hərəkət dayandırılacaq


Yol polisi müraciət yaydı: Sabah bu yollarda hərəkət dayandırılacaq

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) "Bakı Marafonu-2025" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Müraciətdə marafona görə sabah səhər saat 09:00-dan 16:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkətin tam məhdudlaşdırılacağı qeyd olunub.
Belə ki, Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı” yanından Bayraq Meydanına finiş nəzərdə tutulub.
Həmçinin bildirilib ki, sözügedən yarışla bağlı təşkilati işlərin aparılması məqsədilə mayın 4-ü saat 04:00-dan 16:00-dək Neftçilər prospektinin bir hissəsində (Dəniz vağzalından Zəfər Parkına qədər olan hissə, ara küçələr və qovşaqlardan həmin küçəyə çıxışlar) hərəkət tam məhdudlaşdırılacaq.
3-05-2025, 09:37
Qeyri-sabit hava şəraiti mayın 6-dək davam edəcək


Qeyri-sabit hava şəraiti mayın 6-dək davam edəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 11, Balakəndə 10, Tovuz, Daşkəsən və Zaqatalada 9, Şahdağ, Göygöl və Şahbuzda 6, Şərurda 4, Cəfərxan, Yardımlı, Culfa, Gəncə və Ordubadda 3, Biləsuvar, Beyləqan, Sabirabad, Şəki, Ceyrançöl və Gədəbəydə 2, Naxçıvan, Naftalan, Qobustan, Qusar, Tərtər, Mingəçevir, Yevlax, İmişli, Lerik, Cəlilabad, Lənkəran və Astarada 1 mm-dir.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Daşkəsəndə 23, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Yardımlı, Balakən, Mingəçevir və Şahdağda 20, Altıağac və Şahbuzda 18, Göygöl, Xınalıq və Gədəbəydə 16, Culfa və Şəkidə 15 m/s-yə çatır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Aran rayonlarında 23, Naxçıvan MR-da 29, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 6-dək davam edəcək.
3-05-2025, 09:19
Paşinyan Dövlət Televiziyasının rəhbərini işdən qovdu


Paşinyan Dövlət Televiziyasının rəhbərini işdən qovdu

Armen Danielyan Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Birliyinin rəhbəri vəzifəsindən azad edilib.
Ermənistan KİV-nin məlumatına görə, hökumət bu vəzifəyə Dövlət Televiziyasında sədr müavini işləyən Tiqran Petrosyanı təyin etməyə hazırlaşır.
Tiqran Petrosyanın baş nazirin Dövlət Televiziyasındakı “gözü, qulağı” olduğu bildirilir.
Petrosyan daha əvvəl Milli Təhlükəsizlik Xidmətində işləyib.
3-05-2025, 09:04
Qəzzada 211 jurnalist həlak olub


Qəzzada 211 jurnalist həlak olub

2023-cü ilin oktyabrından bəri - İsrailin Qəzzaya hücumunun başlamasından bu yana 210-dan çox jurnalist və 409 media fəalı öldürülüb.
Bu barədə Qəzzada yerləşən Hökumət Media Ofisinin məlumatında bildirilir.
Ofis 7 oktyabr 2023-cü ildən Qəzzada 211 jurnalistin, o cümlədən 28 qadın jurnalistin öldürülməsini müstəqil şəkildə təsdiqləyib.
YUNESKO-nun məlumatına görə, ən azı 47 jurnalist vəzifəsini yerinə yetirərkən həlak olub.
Fələstin hökumətinin Qəzzadakı media ofisinin məlumatına görə, İsrail qüvvələri indiyədək 48 jurnalisti həbs edib və onların bir çoxu həbsdə işgəncələrə məruz qalıb.
3-05-2025, 03:33
Yaş senzi mintinqinin iştirakçısı olan 8-12 yaşlı uşaqlar kim idi?

Yaş senzi mintinqinin iştirakçısı olan 8-12 yaşlı uşaqlar kim idi?

Ümummili Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində dahi siyasətçinin siyasi fəaliyyətinə qarşı süni maniə kimi düşünülmüş “Yaş senzi” mitinqlərinin təşkil edilməsində fədakarlıq nümayiş etdirən şəxslər haqqında yazılar təqdim etməyi zəruri hesab edirəm.

SSRİ rəhbərliyinin ümummilli lider Heydər Əliyevə qarşı təcrid etmə siyasəti o vaxtı Azərbaycan müti rəhbərliyi tərəfindən davam etdirilirdi. Bütün fəaliyyəti M.Qarbaçovun razılığını qazanaraq hakimiyyətdə qalmağa cəhd edən Ayaz Mütəllibov Kremlin sifarişini böyük həvəslə yerinə yetirirdi. Böyük dövlət adamı Heydər Əliyevin siyasi fəaliyyətdən təcrid etmək üçün Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında Azərbaycan Respublikasının Qanunu 1-ci maddəsində belə bir müddəa əlavə edilmişdir: “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının o vətəndaşı seçilə bilər ki, yaşı 35-dən aşağı və 65-dən yuxarı olmasın, beş il Azərbaycan Respublikasında daimi yaşamış olsun və bu Qanuna müvafiq surətlə Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək hüququna malik olsun”.
Bu müddəanın Heydər Əliyevə qarşı yönəlməsi heç kimdə şübhə doğurmurdu. Heydər Əliyevə qarşı olan xalq sevgisi bu cür süni maneələrin aradan qaldırılacağına şübhə doğurmurdu. Lakin bu sevginin təzahürlərinin üzə çıxarılmasında ilk addımları fədakar adamlar atmalı idi. Çünki həmin dövrdə hakimiyyətdə olan qüvvələr üçün ən arzuolunmaz şəxs idi Heydər Əliyev. Azərbaycanın ayr-ayrı rayonlarında kiçik mitinqlər şəkilində təşkil edilsə də Bakıda buna heç cür imkan vermirdilər. Lakin Heydər Əliyevə olan xalq segisinin ilk işartıları bu fədakar insanların sayəsində görsənməyə başladı.
1992-ci ilin aprel-may ayında Azərbaycan Respublikası Ali Sovetinin qarşısında Yaş senzinin aradan qaldırılması və Heydər Əliyevin Prezident seçkilərində iştirakı maniə olan bu qanun ləğv edilməsinə etiraz əlaməti olaraq ilk mitinq təşkil olundu. Burada söhbət Heydər Əliyevə sevgi və hörmət bəsləyən şəxslərin təşkil etdiyi ilk mitinqin təşkil olunmasından gedir. Heydər Əliyev həmin vaxtı hakimiyyətə müxalifətdə idi. Xalq kütlələri arasında onun çox saylı tərəfdarları olasa bu qüvvələr pərakəndə idi. Bu qüvvələrin ilk təşkilatlanmış forması məhz Yaş senzi mitinqində üzə çıxdı. Bu mitinqdə iki azyaşlı uşaq iştirak edirdi. Onlar əllərində bayraq və Heydər Əliyevin portiretini tutmuşdular. Bu azyaşlı uşaqlar kimdir?

Heydər Əliyevin ən sadiq tərəfdarlarından, 90-cı illərin əvvəllərində Ulu Öndərimizin müdafiəsi ilə bağlı mitinqlərin təşkilatçılarından, azyaşlı oğulları – Ramin Rüstəmov və Tural Rüstəmovla birlikdə həmin mitinqlərdə fəal iştirak edən Arif Rüstəmovun həyat yoldaşı Həvva Həsənova bu hadislərə işıq salır. H.Həsənova: “Yaş senzi mitinqinin təşkil edilməsində ən fəal rol oynayan şəxslərdən biri mərhum həyat yoldaşım, Heydər Əliyevi səmimiyyətlə sevən, onun müdafiəsinə qalxan Arif Rüstəmov idi. Arif Rüstəmov yeganə şəxs idi ki, iki azyaşlı oğlunu da özü ilə o mitinqlərə aparırdı. Həmin vaxt edilən təhdidlərə, Əmircan qəsəbəsindəki evimizin qəsdən yandırılmasına baxmayaraq, Arif Rüstəmov Ulu Öndər Heydər Əliyevin digər tərəfdarları ilə birlikdə bu aksiyaları təşkil edir və azyaşlı oğlanları ilə birgə iştirak edirdi. Aksiyalardan birində oğlumuz Tural və Ramili hətta döyərək, xəsarət yetirmişdilər”.
Mərhum silahdaşımız Arif Rüstəmovun o vaxtı azyaşlı olan iki oğlu uzun illərdi polis zabiti kimi Daxili İşlər Nazirliyi orqanlarında ləyaqətlə xidmət edirlər. Dahi siyasətçi Heydər Əliyevin bir sözü burada yerinə düşür. Həyatda iki şey varki onu sonradan öyrənmək mükün deyil. Bu sədaqət və cəsarətdir ki, bu insanın qanında olur. Necə deyərlər ot kökü üstə bitər. Tural və Ramil Rüstəmovlar ataları Arif Rüstəmovun əxlaq kredosunu davam etdirirlər.
Qeyd edim ki, biz gənclər isə o mitinqə həmin vaxt Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin 19 yaşlı tələbəsi olan Sadiq Qurbanovun(hazırda Milli Məclisin komitə sədridir) təşkilatçılığı və təşəbbüsü ilə toplanırdıq. Sonralar S.Qurbanov Yeni Azərbaycan Partiyasının ilk gənclər təşkilatının sədri oldu. O mintinqdə gənclərdən Sadiq Qurbanov, Rasim Musayev (general), Səməd Vəkilov (hüquqşünas), Əli Ağayev, Azər Xanəliyev, İftixar Huseynov, Fuad Bədirov, Samir Həsənov, Şahin Həsənov Elçin Həsənov, Elsevər Novruzov, Haqverdi Abbasquliyev, Orxan Məmmədov, rəssam Sabir, Tofiq Əliyev, Azər Seyidov, Azər Seyidzadə, Azərbaycan Neft İnstitunun Namiq adlı tələbəsi və s. şəxslər iştirak ediblər.

Məhz bizim inandığımız dahi siyasətçi Heydər Əliyev və onun uğurlu siyasi varisi Ali Baş Komandan İlham Əliyev Azərbaycanın bütövlüyünü təmin etdi. Dəyərli oxuculara müasir Azərbaycan tarixinin ən önəmli dövrünü əhatə edən bu hadisələrlə bağlı silsilə yazılar təqdim ediləcək.
Müştəba Əliyev
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!