Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                        Maşın kanala aşdı, 5 nəfər yaralandı .....                        İlham Əliyev Şahbaz Şəriflə danışıqlar apardı .....                        3 övladından sonra özü də eyni xəstəlikdən vəfat etdi - Cəmi 28 yaşında... .....                       
18-05-2025, 12:56
Yağış yağacaq, şimşək çaxacaq

Yağış yağacaq, şimşək çaxacaq

Mayın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
18-05-2025, 12:54
Hikmət Hacıyev İrana getdi

Hikmət Hacıyev İrana getdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrana səfər edib.
Bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak edir.
18-05-2025, 12:08
Şabranda minik və yük avtomobili toqquşdu - 2 ölü

Şabranda minik və yük avtomobili toqquşdu - 2 ölü

Şabranda rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.
Hadisə Bakı – Quba – Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “Renault” markalı minik avtomobilinin və yük maşınının (TIR) toqquşması nəticəsində iki nəfər hadisə yerində ölüb.
Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
18-05-2025, 11:45
Uzunmüddətli sülh olmalıdır - Putin

Uzunmüddətli sülh olmalıdır - Putin

“Xüsusi hərbi əməliyyatın nəticəsi uzunmüddətli sülholmalıdır”.
Rusiya prezidenti Vladimir Putinin bu çıxışı barədə “TASS” agentliyi məlumat yayıb.
Putin onu da əlavə edib ki, əməliyyatlar vasitəsilə Ukraynanın rusdilli sakinlərinin maraqları müdafiə edilməlidir.
18-05-2025, 11:31
Hindistan və Pakistan arasında atəşkəs davam edəcək

Hindistan və Pakistan arasında atəşkəs davam edəcək

Hindistan və Pakistan arasında razılaşdırılmış atəşkəs rejimi qüvvədə qalmaqda davam edir və onun üçün heç bir vaxt məhdudiyyəti nəzərdə tutulmayıb.
Bu barədə “PTI” agentliyi Hindistan ordusuna istinadən məlumat yayıb.
Agentlik ordu nümayəndəsinin sözlərini belə çatdırıb: “Hərbi əməliyyatlara komandanlıq edən şəxslər arasında aparılan danışıqlarda razılaşdırıldığı kimi, atəşkəsin davam etməsi üçün müəyyən bir bitmə tarixi mövcud deyil”.
Bu açıqlama bəzi media vasitələrinin 18 may tarixində atəşkəsin başa çatması və yeni danışıqların keçirilməsi ilə bağlı yaydığı xəbərlərlə əlaqədar verilib.
Hindistan ordusu bildirib ki, bazar günü Hindistan və Pakistan komandanları arasında hər hansı bir təmas planlaşdırılmayıb.
18-05-2025, 10:59
HAMAS lideri öldürüldü

HAMAS lideri öldürüldü

Radikal Fələstin HAMAS hərəkatının liderlərindən biri olan Məhəmməd Sinvarın meyiti Qəzza zolağının cənubunda yerləşən tunellərdən birində aşkar edilib.
Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, HAMAS-ın sabiq siyasi büro rəhbəri Yəhya Sinvarın qardaşı olan Məhəmməd Sinvar və daha 10 silahlının cəsədi Xan-Yunis şəhərinin altındakı tuneldə tapılıb.
HAMAS hərəkatı bu informasiyanı hələlik rəsmi şəkildə şərh etməyib.
18-05-2025, 10:52
Türkiyədə 4,1 bal gücündə zəlzələ

Türkiyədə 4,1 bal gücündə zəlzələ

Türkiyədə episentri Egey dənizi olan 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi internet saytında məlumat verilib.
Zəlzələnin yerin 7,01 kilometr dərinliyində baş verdiyi müəyyən edilib.
18-05-2025, 10:37
ABŞ İranın nüvə ambisiyalarından əl çəkməsini istəyir - Rubio

ABŞ İranın nüvə ambisiyalarından əl çəkməsini istəyir - Rubio

ABŞ hakimiyyəti İranın nüvə silahına dair ambisiyalarından əl çəkməsini istəyir.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio "CBS News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Prezident Donald Tramp bu məqsədə sülh yolu ilə nail olmaq niyyətindədir.
“O, təkcə İranın nüvə silahına sahib olmamasını deyil, həm də bu ölkənin varlı, dinc və firavan bir dövlətə çevrilməsini istəyir”, – deyə Rubio vurğulayıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!