Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
18-05-2025, 16:36
Azərbaycan-İran münasibətləri yeni inkişaf mərhələsindədir - Hikmət Hacıyev


Azərbaycan-İran münasibətləri yeni inkişaf mərhələsindədir - Hikmət Hacıyev

Azərbaycanla İran arasındakı münasibətlər yeni bir inkişaf mərhələsinə qədəm qoyub.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə müsahibəsində söyləyib.
“Hesab edirəm ki, Azərbaycanla İran arasındakı münasibətlər yeni bir inkişaf mərhələsinə qədəm qoyub”, – o söyləyib.
Prezidenti köməkçisi münasibətlərin inkişafının əsas amillərini də açıqlayıb: “İran İslam Respublikasının hörmətli Prezidenti ağaye Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfərindən sonra hörmətli Prezidentimiz cənab İlham Əliyev və onların baş-başa, birlikdə apardığı müzakirələr, nümayəndə heyətləri səviyyəsində aparılmış müzakirələr İran – Azərbaycan əlaqələrinin inkişafına yeni bir təkan, yeni bir nəfəs verib. Bundan çıxış edərək, bizim İrandan olan həmkarlarımızla qarşımızda olan vəzifə ondan ibarətdir ki, bu əlaqələri daha da irəliyə doğru aparaq”.
18-05-2025, 16:09
Husilərdən Ben-Qurion hava limanına raket zərbələri


Husilərdən Ben-Qurion hava limanına raket zərbələri

Yəməndəki üsyankar “Ənsar Allah” hərəkatına bağlı husilər Təl-Əvivdə yerləşən Ben-Qurion beynəlxalq hava limanına raket zərbələri endirdiklərini açıqlayıblar.
Bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariə məlumat verib.
“Yəmən raket qüvvələri hərbi əməliyyat keçirərək Yaffa (Təl-Əviv – red.) ərazisində yerləşən Ben-Qurion hava limanını iki ballistik raketlə vurub. Əməliyyat nəticəsində milyonlarla insan sığınacaqlara getməyə məcbur edilib. Hava limanında aviauçuşlar bir saat müddətinə dayandırılıb”, – deyə o, husilərə məxsus Al Masirah telekanalının efirində bildirib.
Sariənin sözlərinə görə, zərbələrdən biri “Fələstin-2” adlı hipersəs raketi ilə həyata keçirilib. O həmçinin qeyd edib ki, şənbə səhəri Yəmən üsyançıları İsrail hava limanı istiqamətində zərbə dronu da göndəriblər.
Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Yəməndən İsrailə tərəf atılmış bir raketin hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirildiyini açıqlamışdı. Ölkənin bir neçə bölgəsində hava hücumu siqnalları səslənib.
18-05-2025, 15:58
Rusiya Ukraynaya rekord sayda dron buraxdı


Rusiya Ukraynaya rekord sayda dron buraxdı

Mayın 18-nə keçən gecə Rusiya ordusu Ukraynaya müharibə dövründə rekord sayda zərbə dronları ilə hücum edib. “Şahidlər” və imitator dronlar beş istiqamətdən buraxılıb.
Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığı 273 müxtəlif növ dronun buraxıldığını açıqlayıb.
“Bu gecə Ukraynaya ən kütləvi PUA hücumu baş verib”, – məlumatda deyilir.
Qeyd olunub ki, hədəflərin vurulması Kiyev şəhəri və Kiyev vilayəti ərazisində baş verib. Ukraynalı jurnalistlər zərbə yerindən görüntüləri dərc edirlər, eyni zamanda vurğulayırlar ki, dronların böyük hissəsini vurmaq mümkün olub, lakin 60-a qədər dron dəqiq hədəfə çatıb.
Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya buraxılmış dronların sayına görə əvvəlki rekord 23 fevral gecəsi qeydə alınmışdı. O zaman hücum üçün ballistik raketlər və 267 zərbə PUA-sı istifadə edilmişdi.
18-05-2025, 15:35
Hindistan hegemoniyasına əsla boyun əyməyəcəyik - Pakistan rəsmisi


Hindistan hegemoniyasına əsla boyun əyməyəcəyik - Pakistan rəsmisi

“Hindistan hegemoniyasına əsla boyun əyməyəcəyik. Onlar bunu nə qədər tez başa düşsələr, həm regional sülh, həm də dünya üçün bir o qədər yaxşı olar”.
Bu barədə Pakistan Ordusu İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri Anadolu Agentliyinə verdiyi müsahibədə bildirib.
Çaudri Hindistanla yaşanan son gərginlik barədə danışaraq, Cammu Kəşmirdəki Pahalgam bölgəsindəki hücumla bağlı Pakistanı günahlandıran Hindistanın heç bir dəlil təqdim edə bilmədiyini vurğulayıb. O, Yeni Dehli rəhbərliyini “terror bəhanəsi ilə hadisələri siyasi məqsədlər üçün istifadə etməkdə” ittiham edib.
Çaudri deyib ki, terrorizm, radikalizm və nifrət Hindistanın daxili problemidir və orada müsəlmanlara və sikh icmasına qarşı təzyiqlər bu problemləri daha da alovlandırır.

“Pakistan terrorun qurbanıdır, Hindistan isə sponsoru”

Çaudri bildirib ki, Pakistan bu gün dünyada terrorizmin ən böyük qurbanıdır. 2024-cü ilin yanvarından bəri ölkədə 3.700-dən çox terror hücumu baş verib, bu hücumlarda 1.314 nəfər həyatını itirib, 2.500-dən çox insan yaralanıb və bəziləri bədən üzvünü itirib.
O, Pakistan ərazisindəki terror hücumlarının Hindistan tərəfindən dəstəkləndiyini və təşviq olunduğunu bildirib. Müsahib Belucistan əyalətində 11 martda 20-dən çox sərnişinin öldüyü qatar hücumunu xatırladaraq, məsuliyyəti öz üzərinə götürən “Belucistan Azadlıq Ordusu”nun Hindistandan açıq hərbi yardım istədiyini və bəzi Hindistan siyasətçilərinin bu təşkilata dəstək verdiklərini deyib.
Çaudri əlavə edib ki, Hindistanın Pakistan daxilindəki terror hücumlarına birbaşa əlaqəsi ilə bağlı çoxsaylı sübutlar var və bunlar Beynəlxalq Ədalət Məhkəməsinə təqdim olunub. Onun sözlərinə görə, Hindistan kəşfiyyatı Pakistan daxilində hücumlar həyata keçirmək üçün terror təşkilatlarını hazırlayır və maliyyə dəstəyi verir.

“Pahalgam hücumu ilə Pakistanın heç bir əlaqəsi yoxdur”

Çaudri, Pahalgamdakı hücumla Pakistan arasında heç bir əlaqənin olmadığını qeyd edib və bildirib ki, Kəşmirdə və ya Hindistanın başqa bölgələrində baş verən hadisələr Hindistanın daxili zülm siyasətinin nəticəsidir.
O, Kəşmir probleminin BMT qətnamələrinə əsasən, bölgə xalqının iradəsi ilə həll edilməli beynəlxalq bir münaqişə olduğunu bildirib. Hindistanın isə Kəşmir xalqının hüquqlarını pozaraq demoqrafik dəyişikliklərlə bölgəni daxili məsələyə çevirməyə çalışdığını deyib.

“Hindistanın məqsədi daxili siyasi manipulyasiyadır”

Çaudri, Hindistanın Pahalgam kimi hücumları daxili siyasi məqsədlər üçün istifadə etdiyini, 2019-cu ildəki Pulvama hücumundan sonra Cammu Kəşmirin xüsusi statusunun ləğv edildiyini xatırladıb. O, Hindistanın bu hücumları hökumət partiyasının daxili siyasi maraqları naminə istifadə etdiyini və bunun əvvəllər də baş verdiyini qeyd edib.

“Təxribatlara sərt cavab verəcəyik”

Çaudri vurğulayıb ki, Pakistan sülh tərəfdarıdır, amma Hindistan tərəfindən hücum və təxribat olarsa, cavabları sərt və tez olacaq. O əlavə edib ki, 10 mayda əldə edilmiş atəşkəsə Pakistan ordusu sadiqdir, lakin Hindistanın hərbi təxribatlarına cavab veriləcək.
Nüvə silahına sahib iki ölkə arasında müharibənin ağılsızlıq olacağını deyən Çaudri, bunun hər iki tərəf üçün qarşılıqlı məhv anlamına gələcəyini vurğulayıb.

“5 Hindistan qırıcısını vurduq”

Çaudri, son gərginlikdə Hindistana məxsus 3-ü Rafale olmaqla 5 döyüş təyyarəsinin vurulduğunu, Pakistanın yalnız bir təyyarəsinin yüngül zədələndiyini və onun tezliklə istifadəyə qayıdacağını bildirib.
Çaudri əlavə edib: “Dünya Hindistan təyyarələrinin vurulduğunu bilir, lakin Hindistan bunu qəbul etmir. İstəsək, həmin pilotların adlarını, hazırda harada və hansı xəstəxanada olduqlarını belə açıqlaya bilərik”.

“Əsla Hindistan hegemoniyasına boyun əyməyəcəyik”

Çaudri vurğulayıb: “Hindistan ABŞ deyil, Pakistan da Əfqanıstan deyil. Hindistan İsrail deyil, Pakistan da Fələstin deyil. Pakistan heç vaxt qorxudula bilməz, məcbur edilə bilməz və əsla Hindistan hegemoniyasına boyun əyməz. Onlar bunu nə qədər tez başa düşsələr, regional və qlobal sülh üçün bir o qədər yaxşı olacaq”.
18-05-2025, 15:06
Belçikadan Ukraynaya nəhəng yardım paketi - SİYAHI


Belçikadan Ukraynaya nəhəng yardım paketi - SİYAHI

Belçika Ukraynaya ümumi dəyəri 1 milyard avro olan hərbi yardım paketi təqdim edəcək. Paketə müxtəlif hərbi texnika və silahlar daxildir.
TILD nəşrinin məlumatına görə, bu məbləğin 650 milyon avrosundan çoxu Belçika mənşəlidir.
“Bu, bizim yerli sənaye istehsalımızdır, bu isə o deməkdir ki, vəsaitin əhəmiyyətli bir hissəsi yenidən ölkəmizin iqtisadiyyatına qayıdır və müdafiə sənayesində məşğulluğu dəstəkləyir”, – deyə Belçikanın müdafiə naziri Teo Franken bildirib.
Nəşrin qeyd etdiyi kimi, paketin tərkibinə bunlar daxildir:
təxminən 100 ədəd zirehli təcili yardım maşını və Unimog nəqliyyat vasitələri,
beş pilotsuz dəniz vasitəsi,
pilotsuz uçuş aparatları, dəbilqələr, tibbi avadanlıqlar, pilotsuz uçuş aparatlarının aşkarlanması üçün portativ sistemlər, gecə görmə eynəkləri və kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinə qarşı qoruyucu geyimlər,
16 000-dən çox odlu silah və tapança,
iyirmi ədəd modernləşdirilmiş “Cerberus” hava hücumundan müdafiə sistemi,
yeni qülləli sınaq üçün nəzərdə tutulan “Leopard” döyüş tankı.
Bundan əlavə, Belçika F-16 koalisiyası çərçivəsində ukraynalı texniki xidmət mütəxəssislərinin hazırlanmasına sərmayə qoyacaq və bunu Belçika müdafiə sənayesi ilə əməkdaşlıq çərçivəsində həyata keçirəcək. Belçika həmçinin Ukraynada 70 mm-lik raketlərin istehsalının yerli şirkətlərlə əməkdaşlıqla başlamasını dəstəkləyir.
Belçika ukraynalı F-16 pilotlarının, gələcək minaaxtaran gəmi heyətlərinin hazırlanması və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə təlimlər də keçirəcək.
Mayın əvvəlində Almaniya Ukraynaya yeni hərbi yardım paketi göndərdi. Paketə IRIS-T hava hücumundan müdafiə sistemləri üçün raketlər, mina partlayışlarına qarşı qorunan 66 ədəd MRAP zirehli nəqliyyat vasitəsi, 4 kinetik müdafiə maşını və 3 təkərli Zuzana-2 haubitsası daxil idi.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də yaxın vaxtlarda daha çox sursat alınacağını bildirib. Onun sözlərinə görə, “çex təşəbbüsü” çərçivəsində 2025-ci ilin sonuna qədər Ukrayna əlavə 1,8 milyon sursat əldə edə bilər. Çexiya Prezidenti Petr Pavel bu təşəbbüs sayəsində cəbhədə sursat nisbətinin 1:2 səviyyəsinə endirildiyini qeyd edib.
18-05-2025, 14:36
Portuqaliyada növbədənkənar parlament seçkiləri


Portuqaliyada növbədənkənar parlament seçkiləri

Son olaraq 2024-cü il martın 10-da seçkiyə gedən Portuqaliya, Bolqarıstandan sonra son 10 ildə ən çox ümumi seçki keçirən ikinci Avropa İttifaqı (Aİ) ölkəsi kimi diqqət çəkir.
Bu barədə məlumatları TRT Haber yayıb.
Milli Məclisdəki 230 deputat yerini müəyyənləşdirmək üçün keçirilən seçkilərdə 19 siyasi partiya iştirak edir. Ən çox deputat paytaxt Lissabon (48 nəfər) və Porto (40 nəfər) şəhərlərindən çıxacaq.
Sorğulara əsasən, heç bir siyasi partiyanın təkbaşına iqtidara gələcək qədər səs toplayacağı gözlənilmir. Son bir ildir azlıq hökuməti ilə hakimiyyətdə olan sağçı “Demokratik Alyans”ın (AD) əsas müxalifət olan solçu Sosialist Partiyanı (PS) az fərqlə geridə qoyaraq seçkiləri qazanacağı proqnozlaşdırılır.
Portuqaliyalıların həllini gözləyən əsas problemləri sırasında digər Aİ ölkələri ilə müqayisədə aşağı minimum əməkhaqqı və pensiyalar, mənzil böhranı və səhiyyə başda olmaqla ictimai xidmətlərdəki çatışmazlıqların yaratdığı sosial çətinliklər yer alır.
Qanuna əsasən, 18 yaşını tamamlamış hər bir portuqaliyalı səsvermədə iştirak edə bilər. Onlardan 1,5 milyonu xaricdə olmaqla, ümumilikdə 10,8 milyon qeydiyyatdan keçmiş seçici var.
Əvvəlcədən təyin olunmuş ümumi seçkilər üçün səsvermə yerli saatla 08:00-da başlayıb və saat 19:00-da başa çataraq səslərin sayılmasına keçiləcək.
Portuqaliyada son keçirilən ümumi seçkilərdə iştirak səviyyəsi əvvəlki seçki ilə müqayisədə artsa da, 59,84 faiz səviyyəsində qalıb.
AD lideri və Baş nazir Luis Monteneqronun ailə şirkəti ilə əlaqəli korrupsiya iddialarından sonra parlamentdə keçirilən etimad səsverməsində hökumət etimad qazana bilməmişdi.
11 martda hökumət süqut etmiş və növbədənkənar seçki qərarı alınmışdı.
Bu seçkilərdə də AD-nin baş nazirliyə namizədi Luis Monteneqro, PS-nin lideri və namizədi Pedro Nuno Santos ilə rəqabət aparır.
18-05-2025, 14:20
Bakıda maraqlı sərgi - “Sürətin evolyusiyası”


Bakıda maraqlı sərgi - “Sürətin evolyusiyası”

Mayın 18-də “Sürətin evolyusiyası” layihəsinin ikinci günündə sürət avtomobillərinin, həmçinin superkarların nümayişi baş tutub.
Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, “Nazar Holdinq” və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilmiş sərgidə müxtəlif növ sürət avtomobili təqdim edilib.
Səhər saat 11:00-dan başlayaraq axşam saat 19:00-dək davam edən nümayiş paytaxtın Əziz Əliyev küçəsindən Qoşa qala qapısının qarşısınadək olan ərazini əhatə edib.
Ümumiyyətlə, “Sürətin evolyusiyası” sərgisi keçirildiyi 2 gün ərzində ziyarətçilər həm müxtəlif növ avtomobilləri seyr edib, nəqliyyat vasitələri barədə daha geniş məlumat əldə etmək imkanı qazanıb, həm də avtomobil həvəskarlarının bir-biri ilə ünsiyyətinə şərait yaradılıb. Bununla da iki gün ərzində klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını izləmək mümkün olub.







18-05-2025, 13:55
Qəzza bu gün: 96 ölü, 140-dan çox yaralı


Qəzza bu gün: 96 ölü, 140-dan çox yaralı

“Bazar günü səhərdən bəri İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 96 nəfər ölüb, 140-dan çox insan yaralanıb”.
Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
18-05-2025, 13:41
Bakıda 50 minə yaxın şagird monitorinqdə iştirak edib – YENİLƏNİB


Bakıda 50 minə yaxın şagird monitorinqdə iştirak edib – YENİLƏNİB

Bu gün Bakıda ümumi təhsil müəssisələrinin VI sinifləri üzrə monitorinq təşkil olunub.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, VI siniflərdə monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılıb.
Paytaxtda monitorinq üçün ayrılan 92 imtahan mərkəzində Azərbaycan və rus bölməsi üzrə 50 minə yaxın VI sinif şagirdi biliyini sınayıb.
VI sinif şagirdlərinə tədris dili fənni üzrə 25 qapalı sual, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün şagirdlərə 180 dəqiqə vaxt verilib.
Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.
Qeyd edək ki, 17-18 may 2025-ci il tarixlərində keçirilmiş monitorinqlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə IV və VI siniflər üzrə ümumilikdə 7 200-dən çox şagird kompüter əsaslı monitorinqdə iştirak edib.
Monitorinqin nəticələri şagirdlərin qiymətləndirilməsinə təsir etmir.
Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.

***

09:25

Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək.
Monitorinqdə iştirak icbaridir.
Yalnız üzrlü səbəblər olduğu halda iştirakdan azad olunma mümkündür.
Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır və monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına və sinifdən-sinfə keçidlərinə təsir göstərmir.
Qeyd edək ki, bu ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrində təhsil alan 10 000 şagird kompüter əsaslı monitorinqə cəlb olunub.
18-05-2025, 13:15
Roma Papasının taxta çıxma mərasimi - CANLI


Roma Papasının taxta çıxma mərasimi - CANLI

Vatikanda Roma Papası XIV Levin taxta çıxma mərasimi keçirilir.
Birbaşa yayımı Müqəddəs Taxt-Tacın mətbuat xidməti rəsmi yutub kanalında aparır.
Mərasimdən əvvəl pontifik papamobillə dünyanın hər yerindən minlərlə xristianın toplandığı Müqəddəs Petrus meydanına gəlib. Daha sonra XIV Leo messa keçirməli və papa hakimiyyətinin fərqləndirici nişanlarını – balıqçı üzüyünü və pallium (üzərində altı qara xaç tikilmiş ağ lent şəklində stela – red.) almalıdır.
Tədbirə gələn xarici liderlər arasında İspaniya Kralı VI Filip, Belçika Kralı Filip, İtaliya Baş naziri Corca Meloni, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen görünür. Bundan başqa, Vatikanda ABŞ vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio iştirak edirlər.
Mərasimdə Azərbaycanı Milli Məclisin (parlament) sədri Sahibə Qafarova təmsil edir.

[media=https://www.youtube.com/live/EEM7a3mHMR4?si=PxDn-g3I_MXFsbN8]
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!