2 milyona görə həbs edilən direktora daha bir ittiham .....                        Azərbaycana keçən ermənilər geri qaytarıldı .....                        Erməni əsgəri ildırım vurub öldürdü .....                        Kobaxidze Azərbaycanla əlaqələrdən danışdı .....                        Şahramanyan yenə dindirildi .....                        Şahramanyan yenə dindirildi .....                        Ağır qəzada həlak olanlardan biri şəhid qardaşı imiş .....                        Tramp "Tesla"dan imtina edir .....                        Millimiz Qazaxıstanı məğlub etdi .....                       
22-05-2025, 13:33
İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi


İsrailin
Azərbaycandakı səfirliyində bayraq endirildi


İsrailin Azərbaycandakı səfirliyində bayraq endirilib.
Bu barədə Səfirlik məlumat yayıb.
"İsrail Dövlətinin diplomatik nümayəndəlikləri Yaron və Saraya hörmət və matəm əlaməti olaraq bayraqlarını yarıya qədər endiriblər", - məlumatda qeyd edilib.
Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Şübhəli bilinən şəxs saxlanılıb.
22-05-2025, 13:27
Sahil Babayev islahatlara başladı - Yeni maliyyə idarələri yaradıldı


Sahil Babayev islahatlara başladı - Yeni maliyyə idarələri yaradıldı

Maliyyə Nazirliyinin regional maliyyə idarələri yaradılıb.
Nazirlikdən verilən məlumata görə, qurumun yerli bölmələrinin fəaliyyətini təkmilləşdirmək, onlara münasibətdə optimal idarəetmə formasını tətbiq etmək məqsədilə rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ləğv edilərək onların bazasında Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq regional maliyyə idarələri yaradılıb, onların strukturu təsdiq olunub.
Yeni struktura əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb.
Qeyd edək ki, bu ilin fevral ayında Sahil Babayev maliyyə naziri vəzifəsinə gətirilib. Onun təyinatından sonra Nazirlikdə bir sıra islahatlar aparılıb.
22-05-2025, 13:13
Gənc ruh, gənc istək və “Gənc işçi”


Gənc ruh, gənc istək və “Gənc işçi”

Biz onunla tanış olduq bir yaz səhəri
Gənc işçidə
Tez məhrəm oldu bir-birimizə könlümüzün
Gözü də, qəlbimizin içi də
Masamın yanına gəldi
Əlini uzatdı:- Mikayıl Müşfiq, - sonra əlavə etdi:
Qoçaqsan, qafiyə tapsan!
Dedim: - Ağır olar bu yük
Uğundu getdi bu qəribə, gözlənilməz
Qafiyəyə
Sonra yoldaşlarına qoşuldu, getdi
Dostluğumuz belə başladı

(Rəsul Rza “Qızılgül olmayaydı” poeması)

“Əgər Qızılgül olmayaydı poemasını Mikayıl Müşfiq oxusaydı, kövrələrdi, bəlkə də ağlayardı... Amma əgər Mikayıl Müşfiq yaşasaydı, mən bu poemanı yazmazdım” – bu sözlər Rəsul Rzanındır. O, təkcə bir şairin yox, bir dövrün, bir nəslin qırılan qanadlarını duyurdu bu cümləsində. Çünki Mikayıl Müşfiq yaşasaydı, yalnız söz deyil, zaman da dəyişərdi. Onun səsi susduruldu, amma onun qəlbindən doğan misralar hələ də danışır, yaşadır, düşündürür.
Mikayıl Müşfiq 1908-ci ildə Bakıda doğuldu. Həyatı qısa olsa da, irsi böyük oldu. Onun yaradıcılıq yolunun ilk addımları “Gənc İşçi” qəzetində atıldı. Bu qəzet təkcə onun üçün iş yeri yox, düşüncələrinin və duyğularının kağıza töküldüyü bir məktəb idi. Müşfiq “Gənc İşçi”nin səhifələrində təkcə yazmırdı, o danışırdı, oxuyurdu, yaşadırdı. O, xalqının gəncliyinin, ruhunun, arzularının içindən söz süzürdü. Hər misrasında bir inam, bir istək, bir gənclik təntənəsi vardı. Müşfiq yaradıcılığı istəklə, inamla, işıqla dolu idi. O, bir gənc kimi yalnız özünü yox, bütün bir nəslin səsini dilə gətirirdi:
“Mən gəncəm, bilirəm, istiqbalım var!
Hələ bədr olmamış bir hilalım var” deyirdi. Bu, sadəcə bir cümlə yox, bir nəsil inamının hayqırtısı idi. Onun qələmi boynubükük yox, üfüqlərə dik baxırdı. O, gələcəkdən qorxmurdu, gələcəyi sevirdi, ona inanırdı. Mikayıl Müşfiqin şeirlərində musiqi ilə söz arasında incə bir tellə bağ qurulmuşdu. O, xalqın ruhunu, dərdini, sevincini sazın, tarın səsi ilə hiss etdirirdi:
“Oxu tar, oxu tar, səni kim unudar ?”
Bu misralarda təkcə musiqiyə məhəbbət deyil, xalq ruhuna, mədəniyyətə, keçmişə bir bağ, bir hörmət hiss olunur. O, keçmişlə gələcəyin arasında körpü salır, bu körpüdən keçən insanlara səs verirdi.
Müşfiqin “Yenə o bağ olaydı” şeiri nostalji hisslər ilə doludur. Orada keçmişə, təmiz duyğulara qayıdış var. Bu gün şeirini oxuduqca görürük ki, bəlkə də bu, onun yalnız şəxsi xatirəsi yox, həm də bütöv bir xalqın itirilmiş sadəliyinə, təbiiliyinə, təmizliyinə həsrət idi...
“Yenə o bağ olaydı,
Yenə yığıșaraq siz
O bağa köçəydiniz ...”

Burada təbiətə, səmimiyyətə, azadlığa olan ehtiyac duyulur. Müşfiq sanki zamanın harasa sovurduğu bir təmizlik halını arzulayır. Onun poeziyası yalnız gələcəyə yönəlmir, keçmişi də öz ağuşuna alır.
Müşfiqin bir misrası var ki, onun bütün həyat fəlsəfəsini, dünyaya, həyata, yaşama olan sevgisini bir misrada cəmləyir:
“Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?”

Bu misra, sanki bir vida deyil, bir dirənişdir. O, ölümdən qorxmurdu, amma yaşamı çox sevirdi. Sevgini, təbiəti, musiqini, gəncliyi, gələcəyi çox sevirdi. Elə bu sevgi onu əbədi yaşadan qüvvəyə çevrildi. O, getdi, amma onun misralarından süzülən işıq qaldı. Və o işıq bu gün də poeziyamızın yolunu işıqlandırır.
Mikayıl Müşfiq yaradıcılığı həm məzmun, həm forma baxımından Azərbaycan poeziyasında yeni bir mərhələ oldu. O, şeirə yalnız bədii gözəllik deyil, qürur, azadlıq və gənclik enerjisi gətirdi. Onun qələmi duyğularla deyil, dəyərlərlə dolu idi. O, yazmaqla qalmadı, yaşatdı. Səsi boğulmaq istəndi, amma o səs, əsrlərdən gələn sazın səsi ilə birləşdi, xalqın qəlbinə köçdü. Mikayıl Müşfiq təkcə istedadlı şair deyil, həm də bir simvoldur -əzab içində doğan ümidin, gənc yaşda susdurulan böyük ruhun, vətəni və insanı sevən qəlbin simvolu. Onun şeirləri zamanın tozuna boyun əymədi, çünki o misralar xalqın qəlbində yazılıb.
Əgər bir gün sükut danışsa, Mikayıl Müşfiqin səsini eşidəcəyik:
“Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki...
Böyük günlər, şanlı günlər,
Şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!”


Namiq İSlAMZADƏ,
Tələbə
22-05-2025, 12:56
Prezidentdən yüksək vəzifəyə təyinat


Prezidentdən yüksək vəzifəyə təyinat

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.
Azərbaycan Prezidentinin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilib.
Nicat Quliyev 1985-ci ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib.
2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb.
2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016–2025-ci illərdə Hüquq departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib.
ADY-də çalışdığı müddətdə bir sıra layihələrə rəhbərlik edib. 2020-ci ildə ADY-nin “140 illik yubiley medalı” ilə təltif olunub.

22-05-2025, 12:30
Keçmiş məhkum market əməkdaşını bıçaqla hədələdi


Keçmiş məhkum market əməkdaşını bıçaqla hədələdi

Market əməkdaşını bıçaqla hədələyib soyğunçuluq edən şəxs saxlanılıb.
Hadisə Suraxanı rayonu ərazisində yerləşən marketlərin birində qeydə alınıb.
Naməlum şəxs marketin əməkdaşını kəsici alətlə hədələyərək 750 manatını talayıb.
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 23 yaşlı Ş.Dövlətov saxlanılıb.
Araşdırma aparılır.
22-05-2025, 12:21
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında mayın 23-ü hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın temperaturu gecə 15-17° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
22-05-2025, 12:13
Qurban bayramına görə 4 gün iş olmayacaq


Qurban bayramına görə 4 gün iş olmayacaq

Bu il Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq.
Nazirlər Kabinetinin qərarına əsasən iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.
Bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq.
Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.
Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə əlaqədar fətva verib
22-05-2025, 00:16
İran-ABŞ danışıqları - 5-ci raundun yeri və vaxtı açıqlandı


İran-ABŞ danışıqları - 5-ci raundun yeri və vaxtı açıqlandı

İran-Amerika danışıqlarının beşinci raundu cümə günü İtaliyanın paytaxtı Romada keçiriləcək.
Bu barədə Omanın xarici işlər naziri Seyid Bədr bin Həməd bin Həmud Əlbusaidi bildirib.
O, sosial şəbəkədə yazıb: "İran-Amerika danışıqlarının beşinci raundu bu cümə, mayın 23-də Romada baş tutacaq".
İran və ABŞ nümayəndə heyətləri Omanın paytaxtı Maskat və İtaliyanın Roma şəhərində Tehranın nüvə proqramı və ABŞ sanksiyalarının ləğvi ilə bağlı dolayı danışıqların dörd raundunu keçirib.
Bundan əlavə, İran və üç Avropa ölkəsi - Fransa, Almaniya və Böyük Britaniya ötən cümə günü İstanbulda yüksək səviyyəli görüş keçirib.
22-05-2025, 00:00
Sarkisyan Paşinyanı yıxmağa çağırdı: “Köçəryan baş nazir olsun!”


Sarkisyan Paşinyanı yıxmağa çağırdı: “Köçəryan baş nazir olsun!”

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan hazırkı Baş nazir Nikol Paşinyanın hakimiyyətdən getməsi üçün onunla bağlı impiçment (etimadsızlıq) təşəbbüsünü dəstəklədiyini vurğulayıb.
Sarkisyan mayın 21-də jurnalistlərlə söhbətində “bəli biz impuçmentin tərəfdarıyıq” deyib.
Sarkisyanın sözlərinə görə, Paşinyana etimadsızlıq məsələsi 2026-cı ilin parlament seçkilərini gözləmədən gerçəkləşməldiir.
O vurğulayıb ki, indiki hakimiyyət əvvəllər də baş verdiyi kimi, bu il də ölkənin ərazi bütövlüyünə daha böyük ziyan vura bilər.
“Və heç bir zəmanət yoxdur ki, “sülh müqaviləsi” bəhanəsi ilə sonradan geri qaytarılması çox çətin olacaq güzəştlər edilməyəcək. Yaxın gələcəkdə - bəlkə də yaxın aylarda - Ermənistan liderinin qondarma sülh sazişi imzalayacağı ehtimalı yüksəkdir. Amma biz bu sənəddə dəqiq nə yazıldığını bilirik? Biz bilmirik”.
"Ola bilsin ki, bir-iki aya, artıq Tavuşda olduğu kimi, Ermənistan yenidən Azərbaycana müəyyən ərazilər verəcək. Bundan sonra da müxalifət seçkilərdə qalib gəlsə belə, biz bu torpaqları geri ala biləcəyikmi? Yoxsa "yaxşı, Artsaxdan əl çəkdik, Ermənistanın bir hissəsini verdik, bəs nə olacaq, biz də anklavı dəyişəcəyik, anklavdan da imtina edəcəyik?" deməliyik? Xeyr, mən bu mövqe ilə razılaşmıram, biz indidən bunun qarşısını almağa çalışmalıyıq”, – deyə Serj Sarkisyan müxalifətə çağırış edib.
Eks-prezident bildirib ki, Paşinyanın impiçment prosesi onun istefası ilə başa çatarsa, 2-ci precident Robert Köçəryanın baş nazir postuna mümkün namizədliyini dəstəkləməyə hazırdır.
Sarkisyana görə, qondarma “Artsax məsələsi” hələ açıq qalır: “Bu səhifə bağlanmayıb”.
O, gələcəkdə bu məsələdə böyük dəyişikliklərin olacağını da istisna etməyib.
"Əgər bu ideyanı yaşada biləcək fərdlər və ya siyasi qüvvələr varsa, əminəm ki, bir gün Ermənistandan kənarda olan nüfuzlu qüvvələr də bununla maraqlanacaqlar. Sonra isə “Artsax məsələsi”ni həyata keçirmək imkanı yaranacaq", - Sarkisyan bildirib.
O, bu gün Qarabağ ermənilərinin Qarabağa qayıtmasının yalnız beynəlxalq zəmanətlərin olması ilə mümkün olduğu fikrini ifadə edib.
Sarkisyanın sözlərinə görə, qayıdış yalnız beynəlxalq aktorların iştirakı ilə mümkündür:
“Beynəlxalq qüvvələrin iştirakı olmadan təhlükəsiz geri dönüşü təmin etmək mümkün deyil”, - Serj Sarkisyan vurğulayıb.
21-05-2025, 21:42
Prezidentin Macarıstana səfəri başa çatdı


Prezidentin Macarıstana səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri mayın 21-də başa çatıb.
Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini rəsmi şəxslər yola saldılar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!