Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                        Maşın kanala aşdı, 5 nəfər yaralandı .....                        İlham Əliyev Şahbaz Şəriflə danışıqlar apardı .....                        3 övladından sonra özü də eyni xəstəlikdən vəfat etdi - Cəmi 28 yaşında... .....                       
21-05-2025, 12:28
"İrəvanla Bakıya sülh sazişini imzalamaqda kömək etməyə hazırıq” - Lavrov


"İrəvanla Bakıya sülh sazişini imzalamaqda kömək etməyə hazırıq” - Lavrov

Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına fəal dəstək verməkdə davam edir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla geniş tərkibdə görüşü zamanı deyib.
Lavrov vurğulayıb ki, Moskva sülhün bərqərar olmasında və ikitərəfli münasibətlərin tam normallaşdırılmasında səmimi maraqlıdır. Onun sözlərinə görə, bu prosesin möhkəm təməli 2020 və 2022-ci illərdə Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli sazişlərdir.
"Biz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanı alqışlayırıq və sənədin yekun imzalanması üçün qalan məsələlərin həllini dəstəkləməyə hazırıq", - Lavrov qeyd edib.
O vurğulayıb ki, İrəvan həm nəqliyyat və iqtisadi marşrutların açılmasında, həm də sərhəd və humanitar məsələlərin həllində Moskvanın dəstəyinə tam arxalana bilər.
Rusiya XİN rəhbəri həmçinin qeyd edib ki, Rusiya 3+3 regional əməkdaşlıq formatına önəm verir və onun potensialına inanır. O, artıq həmin formatda üçüncü foruma hazırlıq işlərinin getdiyini qeyd edərək, bugünkü müzakirələr çərçivəsində tərəflərin də bu məsələləri həll edəcəyinə ümidvar olduğunu bildirib.
21-05-2025, 12:20
Avtobusda dava: qadına hücum edildi


Avtobusda dava: qadına hücum edildi

“BakuBus” MMC-yə məxsus 172 saylı avtobusda sərnişinlər arasında əlbəyaxa dava baş verib.
Hadisənin ötən gün saat 17:30-da metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verdiyi bildirilir. Avtobusa minən kişinin qadına hücum etdiyi qeyd olunub.
Məsələ ilə bağlı “BakuBus” MMC-dən bildirilib ki, 172 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 99 JU 869 dövlət qeydiyyat nişanlı avtobusda sərnişinlər arasında insident olub.
"Hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi müəyyən edilib. Nəqliyyat vasitəsini idarə edən sürücü hadisəyə operativ reaksiya göstərərək sərnişinlərin təhlükəsizliyini təmin etməyə çalışıb və ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat verib. Polis əməkdaşları qısa müddət ərzində insidentə müdaxilə edib, həmin şəxslər nəzarət altına alınaraq avtobusdan uzaqlaşdırılıb".
21-05-2025, 12:18
Həbsxanaya yağ qabının içində narkotik keçirmək istədilər


Həbsxanaya yağ qabının içində narkotik keçirmək istədilər

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 9 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
Bu barədə xidmətdən məlumat verilib.
Məhkum Nahid Nicad oğlu Xudaverdiyevə gətirilmiş sovqata baxış keçirilən zaman plastik yağ qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 10,760 qram qurudulmuş marixuana və ümumi çəkisi 4,785 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
21-05-2025, 12:15
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Mayın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah paytaxtda mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
21-05-2025, 12:12
665 bal toplayan azərbaycanlı gənc faciəvi şəkildə öldü


665 bal toplayan azərbaycanlı gənc faciəvi şəkildə öldü

ABŞ-nin Florida ştatında yerləşən Mayami şəhərində azərbaycanlı gənc vəfat edib.
Bu barədə Floridada yaşayan həmyerlilərimiz məlumat yayıb.
Bostonda yaşayan Ceyhun Sadıqbəyli Mayamidə “South Beach” adlanan ərazidəki çimərlikdə suda boğularaq ölüb.
Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, C. Sadibəyli 665 balla ADA Universitetinin biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olub.
21-05-2025, 12:05
SSRİ bayrağına görə qovulan sədrin yerinə o seçildi


SSRİ bayrağına görə qovulan sədrin yerinə o seçildi

İmişli Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib.
Şuranın iclasında Ramiz Əmirov qurumun rəhbəri vəzifəsinə gətirilib.
Xatırladaq ki, İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədov olub. Mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə onun SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi qalmaqala səbəb olub. Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilib və Saleh Səmədov vəzifədən uzaqlaşdırılıb.
Onun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyev isə 1 gün sonra işdən çıxmaq haqda ərizə yazıb.
Qeyd edək ki, Ramiz Əmirov Saleh Səmədovdan əvvəl İmişli Rayon Ağsaqqallar Şurasına rəhbərlik edib.
21-05-2025, 12:01
Qərbi azərbaycanlıların qayıdışı reallaşana qədər... - Prezidentdən mesaj


Qərbi azərbaycanlıların qayıdışı reallaşana qədər... - Prezidentdən mesaj

Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir.
Bu barədə Prezident İlham Əliyevin “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda bildirilib.
“Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir”, - dövlət başçısı vurğulayıb.
21-05-2025, 11:54
Mirzoyan-Lavrov görüşü - YENİLƏNİB


Mirzoyan-Lavrov görüşü - YENİLƏNİB

Ermənistan və Rusiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr üçün yeni 2 illik planın hazırlanması üzrə işlər artıq başa çatıb.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrovla İrəvanda keçirilən geniş tərkibli görüşdə deyib.
“Ümid edirəm ki, bu plan bu gün imzalanacaq”, - Mirzoyan qeyd edib.
Nazir humanitar sahədə əməkdaşlıqda xüsusilə müsbət dinamikanın müşahidə olunduğunu vurğulayıb. O, ötən danışıqların məhsuldar keçdiyini əlavə edib və geniş tərkibdə keçirilən görüşün də bu konstruktiv prosesin davam etdiriləcəyinə əminliyini ifadə edib.

***
Ermənistan Xarici İşlər Nazirliyində bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında təkbətək görüş başlayıb.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş barədə daha geniş məlumat variləcək.
20-05-2025, 23:36
Azərbaycan Yazıçılar Birliyində möhtəşəm təqdimat

Azərbaycan Yazıçılar Birliyində möhtəşəm təqdimat

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda "Yada düşdü" jurnalının baş redaktoru Nəzakət Məmmədovanın “Köhnəlməyən xiffət” və “Yurd hasreti” (Anadolu türkcəsində) kitablarının təqdimatı keçirildi. Onu etiraf edim ki, bu klubda hər gün müxtəlif ədəbi tədbirlər keçirilsə də, belə qələbəlik həmişə olmur…

Təqdimat mərasimini "Qobustan" jurnalının baş redaktoru Pərvin Nurəliyeva açaraq Nəzakət Məmmədovanın yaradıcılığından, şəxsi keyfiyyətlərindən, müasir ədəbiyyatımıza, jurnalistikaya verdiyi töhfələrdən danışdı. Qeyd etdi ki, xalqın taleyi, ağrı-acısı və ən sonda da böyük zəfəri birinin taleyindən, yaradıcılığından keçirsə, onun keçdiyi ömür yolu yaradıcılığında öz əksini tapırsa, həmin müəllifin sevilməyə də, o sevgiylə öyünməyə də haqqı var. Bu mənada öncə onu söyləmək istəyirəm ki, Nəzakət xanımın yaradıcılığı, onun şəxsiyyəti və ictimai fəaliyyətilə yalnızlığının ifadəsi olan şeirləri oxucunu sehrinə salır. Bir yandan dünyanın ortasında, insanların arasında, hər işinin başında olması digər tərəfdən də möhtəşəm işlərə imza atması onun xarakterini göstərir. Nəzakət xanımın şair taleyi ilə xanım taleyini düşünəndə bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, insan hansı taleyi yaşayır yaşasın, hansı yükü çəkir çəksin fərq etməz, istedad özünü hardasa büruzə verir.

Pərvin öz qəhrəmanını layiq olduğu qədər öydükdən sonra sözü “Türk ədəbiyyatı" dərgisinin baş redaktoru, İmdat Afşara verdi. “Yurd həsrəti” kitabını Anadolu türkcəsinə uyğunlaşdıran (“Yurd hasreti”) tərcüməçisi İmdat bəy çıxış edərək Nəzakət Məmmədovanın şeirlərinin Türkiyədə də sevilə-sevilə oxunduğunu bildirib. Elə buna görə də tanımış türk şairi Ahmad Kabaklının 100 iliyi münasibətilə təsis olunan “Ahmad Kabaklı" medalı ilə təltif olunduğunu bildirərək medalı sahibinə təqdim etdi.

Tədbirdə xalq yazıçısı Elmira Axundova, yazıçı-dramaturq Elçin Hüseynbəyli, Əməkdar jurnalist Flora Xəlilzadə, türkiyəli yazar Səadət Örməci, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, fəlsəfə doktoru Zülfiyyə Eldarqızı, Əməkdar jurnalist Zemfira Məhərrəmli, Zöhrə Əliyeva, Şövkət Zərrin Horovlu, Adilə Nəzər, Respublika Xatirə Kitabı Redaksiyasının əməkdaşı Hikmət Məlikzadə, şair-publisist Rəfail Tağızadə, professor Maarifə Hacıyeva, ədəbiyyatşünas, filologiya elmləri doktoru Lütfiyyə Əsgərzadə, Xanım Aydın, şair Faiq Balabəyli, bədii qiraətçi Ülviyyə xanım, ədəbiyyatçı Kamran Nəzirli, Arzu Nehrəmli, Şəhla Qəmbərova, Aysel Xanlarqızı, Şahanə Müşfiq, Kəmalə Abıyeva və başqaları çıxış edərək N.Məmmədovanın yaradıcılığının poeziyamızda ayrıca yeri olduğunu qeyd etdilər. Bəzi çıxışçılar Nəzakət Məmmədovanın öz şeirlərini, bəziləri isə ona ithaf etdikləri şeirlərini oxudular.
Beləliklə çıxış edənlərin hərəsi müəllifin bir cəhətindən söz açdı. Kimisi kövrəkliyindən, kimisi vətənpərliyindən, kimisi insanlığından, analığından, nənəliyindən, bəziləri duyğusallığından, gülənlə sevinib ağlayanın dərdinə göz yaşı tökməyindən də danışan oldu.
Sonda tədbirə qatılanlara minnətdarlığını bildirən Nəzakət Məmmədova “Natəvan” klubundan “Zəfər yoluyla” çıxdı.

Gedirəm Şuşaya zəfər yoluyla,
Sevinc yağışıdır gözümün yaşı.
Üçrəngli bayrağın kölgəsi altda
Sınıb otuz illik möhnətin daşı.

Həsrət ağrısına məlhəm olubdu,
Sağalıb Vətənin sinə dağları.
Üzü xınalanıb Şəhid qanıyla,
Tanrı dualıdı Şuşa dağları.

Vətən torpağının mərd oğulları
Könlünü alıbdı xarıbülbülün.
Qələbə sevincin saçan ümidlər
İndi arzuların üzünə gülür.

Gedirəm bir misra muştuluq alım,
Öpüm Xan qızının sözündən, öpüm.
Boyun çox ucadır, qeyrətim əsgər,
Anayam, bir əyil üzündən öpüm.

Nəzakət xanıma yeni yaradıcılıq uğurları arzusu ilə:
“Bütöv Azərbaycan”
20-05-2025, 18:10
Məhkəmə Tofiq Yaqublu barədə qərar verdi


Məhkəmə Tofiq Yaqublu barədə qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən onların apellyasiya şikayəti təmin edilməyib və barələrindəki hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 9 il və Elnur Məmmədov 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.
İstintaqın gedişatında Elnur Məmmədov (Vaqifoğlu) təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ondan istifadə) maddələri ilə ittiham verilib. E.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!