İranın lazımi addımlar atmasını gözləyirik - Rəsmi Bakı .....                        Rusiyadan Ermənistana XƏBƏRDARLIQ .....                        Əməkdar artist xəstəxanaya yerləşdirildi .....                        3 kəndi birləşdirən yol yararsız vəziyyətə düşüb - FOTO .....                        Ukrayna “Şahed”lərə qarşı belə mübarizə aparır .....                        “Azərbaycanfilm”də əvvəl də partlayış olubmuş .....                        Arxiyepiskop İstintaq Komitəsinə getdi .....                        Qusarda ağır qəza: yaralılar arasında əcnəbilər də var .....                        10-cu sinif şagirdi kanalda batdı .....                       
10-05-2025, 11:42
Azərbaycanın Ermənistandan gözləntiləri var - Ceyhun Bayramov


Azərbaycanın Ermənistandan gözləntiləri var - Ceyhun Bayramov

"Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, mart ayında sülh sazişinin mətni razılaşdırılıb:
"Ermənistandan Azərbaycanın legitim gözləntiləri var. Bu gözləntilər Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılması və münaqişənin tamamlanması ilə ehtiyac duyulmayan Minsk qrupunun ləğvidir. Prosesləri izləyirik, təmaslar var”.
10-05-2025, 11:30
Ermənistan ordusu mövqelərimizi atəşə tutdu


Ermənistan ordusu mövqelərimizi atəşə tutdu

Mayın 10-u saat 09:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyi həmçinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi barədə tamamilə yalan və dezinformasiya məqsədi daşıyan məlumat yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir.
"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır. Bölmələrimiz tərəfindən yalnız qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.
10-05-2025, 11:21
Pakistan Hindistana cavab əməliyyatına başladı


Pakistan Hindistana cavab əməliyyatına başladı

Pakistan Hindistanın açıq təcavüzünə cavab vermək üçün “Bunyan-un-Marsoos əməliyyatı”na başlayıb.
Bu barədə ölkənin təhlükəsizlik mənbələri məlumat yayıb. Bildirilib ki, Pakistan Hindistanın "BrahMos" raket anbarını və ölkənin artilleriyasının Dehrangyaridəki mövqeyini məhv edib. Udhampur aviabazası və Pathankot aerodromu bombalanıb.
Kiberhücum nəticəsində Hindistanın elektrik şəbəkəsinin 70 faizi sıradan çıxıb.
Qeyd edək ki, Hindistan ordusu gecə saatlarında Pakistanda 3 məntəqəyə raket zərbəsi endirib. Hücuma məruz qalan ərazilər arasında Pakistan ordusunun Baş qərargahının yerləşdiyi Ravalpindi şəhəri də var.
10-05-2025, 00:57
Mehriban Əliyeva Şuşadan paylaşım etdi


Mehriban Əliyeva Şuşadan paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyeva sosial şəbəkə hesabında Şuşa rayonunun Daşaltı kəndinə səfərindən paylaşım edib.
Butov.az həmin paylaşımı təqdim edir:

10-05-2025, 00:19
Prezidentdən Ulu Öndərlə bağlı paylaşım


Prezidentdən Ulu Öndərlə bağlı paylaşım

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.
Butov.az paylaşımı təqdim edir:


10-05-2025, 00:02
Heydər Əliyevin anadan olmasının 102-ci İLDÖNÜMÜ


Heydər Əliyevin anadan olmasının 102-ci İLDÖNÜMÜ

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Azərbaycanın Ümummilli Lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.
Prezident İlham Əliyev 2022-ci ilin sentyabrın 29-da "Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" sərəncam imzalayıb. Dövlət başçısının 2022-ci ilin noyabrın 28-də imzaladığı digər sərəncamı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqlənib. Tədbirlər Planına uyğun olaraq, ölkəmizdə və xaricə Ulu Öndərin anadan olmasının 100 illiyi əlaqədar müxtəlif tədbirlər keçirilib.
Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi.
Dövlət başçısı İlham Əliyev xalqımıza 2023-cü il sentyabrın 19-da növbəti qələbənin sevincini yaşatdı. Dövlət bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Bununla da müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu.
Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
9-05-2025, 22:46
Hindistanla Pakistan arasında döyüş yenidən başladı


Hindistanla Pakistan arasında döyüş yenidən başladı

Hindistan və Pakistan arasında döyüşlər bir neçə saat davam edən nisbi sakitlikdən sonra yenidən başlayıb.
Kupvara, Panç, Uri və Sambada Nəzarət Xətti boyunca intensiv artilleriya atəşinin olduğu bildirilir.
Sərhəd bölgəsində yaşayan mülki əhali qorxu içində yaşayır və minlərlə insan evlərini tərk edib.
"Reuters" bildirir ki, Hindistanın Kəşmirində Şrinaqar hava limanı yaxınlığında 10-a yaxın partlayış baş verib.
9-05-2025, 20:54
Sumqayıtda güclü yanğın


Sumqayıtda güclü yanğın

Sumqayıt şəhərində fərdi yaşayış evində güclü yanğın başlayıb.
Hadisə şəhərin Qurd dərəsi adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, evin zirzəmisi və həyətyanı sahəsində yerləşən yarımçıq tikilidə yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
9-05-2025, 20:43
QƏLƏBƏ – 80

Hər şey cəbhə üçün, hər şey qələbə naminə..

Hər şey cəbhə üçün, hər şey qələbə naminə...

Elegiya


Müharibə! Müharibə bəşər övladının lənət yağdırdığı, insanın - insan tərəfindən məhvinə hakim kəsilən vəhşətli savaş meydanıdır!
O cümlədən, müharibələr milyonlarla günahsız insanların qırğını ilə nəticələnir.
Sivilizassiyalı dünyamız xalqları bir - birinə yaxınlaşdırsa da, qaraguruhçu təcavüzkar qüvvələr müharibə ideyasından əl çəkmək istəmirlər. Bu səbəbdən də minilliklərin yaddaşında müharibə kəlməsi mütərrəqi, sülhpərvər insanlar tərəfindən daimi nifrət və qorxu hissi ilə yad edilir.
Ötən əsrin 60 - cı illərində Norveç Elmlər Akademiyasının alimləri tərəfindən elmi tətqiqt araşdırmalarında müharibələr və onun dağıdıcı təsirlərinə dair maraqlı nəticələr əldə edilmişdir. Məlum olmuşdu ki, bəşər cəmiyyəti eramızdan əvvəl 3600 - cı ildən bəri cəmi 292 il müharibəsiz keçib. Bu illər ərzində 14531 müharibə olub.
Müharibələr zamanı 3,6 milyard insan həlak olub, aclıqdan, xəstəlikdən və səfalətdən əziyyətlər çəkib. Halbuki müharibələrin törətdikləri dağıntıların yenidən bərpasına sərf edilən vəsaitlər hesabına 156 metr enində və 10 metr qalınlığında evimiz olan planetmizin əhatəsində qızıldan nəhəng kəmər çəkmək olardı...
Zaman - zaman səngiməyən müharibələrin ən dəhşətlisi 1939 - 1945-ci illərdə Hitler almaniyası tərəfindən törədilən İkinci Dünya Müharibəsidir. Bu müharibədə 60 milyonda çox insan məhv edilmiş, bir o qədər də insan evsiz - eşiksiz qalıb dağıntılar arasında rəzalətlə yaşamağa məhkum olunmuşdu.
Faşizm üzərində qələbənin 80 - ci ildönümünə tarixi baxış
Tarixdə qanlı müharibə kimi yadda qalan İkinci Dünya Müharibəsi Hitler almaniyası 1939 - cu il sentyabrında Avropanın dinc dövləti Polşanı işğal etdi. Müharibəyə tərəflər arasından 110 milyon hərbçi cəlb edilmiş, Avropa, Asiya və Afrika qitələrində yerləşən 61 dövləti öz “caynağına” almışdı. Avropanı istila edən Hitler ordusu işğalçı yürüşləri ilə kifayətlənmədi. Yeni cəmiyyət kimi tanınan SSRİ dövlətini sarsıtmaq istəyirdi. 22 iyun 1941 - ci ildə müharibə elan etmədən SSRİ üzərinə qəflətən hücum edən Hitler bütün hərbi kontingetini cəlb etmişdi. Coğrafii mövqeyi və zəngin resruslara malik olan SSRİ dövlətini məğlub edib dünyaya ağalıq etmək xülyası ilə meydan oxuyurdu. Lakin, 6 ilə yaxın davam edən müharibə, 1945 - ci ilin mayın 9 - da Alman Reyxinin məğlubiyyəti ilə sona çatdı...
Müharibədə qazanılmış qələbə SSRİ ərazisində yaşayan xalqların cəsur övladlarının döyüş meydanında göstərdikləri rəşadəti tarixə qızıl hərflərlə yazılmış oldu...
Azərbaycan Böyük Vətən Müharibəsi illərində
Sovet dönəmində Böyük Vətən Müharibəsi adı altında İttifaq ərazisindən milyonlarla insan, o cümlədən 650 min Azərbaycan övladları da səfərbər edilib döyüş meydanına, ön cəbhəyə göndərildi. Arxa cəbhədə isə iki milyondan çox Azərbaycan vətəndaşı gecə - gündüz yorulmaq bilmədən ordunu ərzaq, döyüş sursatı, geyim, silah, hərbi texnika, yanacaq sursatı ilə təmin edirdi.
Vəhşət doğuran bu amansız müharibədə döyüşən həmyerlilərimizin bir qismi qəhrəmancasına həlak oldu, bir qismi isə ağır yaralanıb şikəst halında ordudan tərxis edildi.
Müharibə zamanı naməlum ad altında itkin düşənlərimiz də çox oldu...
Böyük güc dövlətlərin strateji planlarında əsas hədəfə çevrilən və 1939 - cu ildən iqtisadi, canlı qüvvələri ilə Azərbaycan Respublikası müharibədə iştirakı zəruri sayılırdı. Sovet tarixşünaslığında Böyük Vətən Müharibəsi dövründə Azərbaycanın ön və arxa cəbhədə xidmətləri geniş işıqlandırılmışdır və bu həqiqət danılmazdır. Müharibənin başlanmasının əsas səbəbkarı olan Hitler almaniyası Bakı neftini ələ keçirmək, Azərbaycanın bütün təbii sərvətlərinə sahib çıxmaq adı altında xüsusi plan hazırlatmışdı.
“Qafqazın idarə olunması planı” bilavasitə Azərbaycana və onun paytaxtı Bakı şəhərinə yönəldilmişdi. Faşizmin məkrli planının həyata keçirilməsinə yol verməyən Sovet rəhbərliyi sərt və inadkarlığı ilə yeni hazırlıq metodlarından istifadə etməyə başladı. Düşmənin hücum planının qarşısı qətiyyətlə dayandırıldı.
Bakı neftinə sahib çıxa bilməyəcəyinin mümkünsüz olduğunu bilən Hitler 1942 - ci ilin iyunun 1 - də Poltava şəhərində keçirdiyi hərbi şurada çıxış edərək; - “Əgər az miqdarda neft emal edən Maykop və Qroznını ələ keçirə bilməsək müharibəni dayandıracam!”
Müharibənin ön cəbhəsinə səfərbər edilmiş Azərbaycanın oğul və qızları və 40 mindən çox könüllülər dəstə halında cəbhəyə, düşmənlə döyüşməyə yollandı. Azərbaycan sözün əsil mənasında Sovet imperiyasının cəbhəxanasına çevrilmişdi. Ərzaqdan məişət əşyalarına qədər, yanacaqdan hərbi texnikalara qədər, geyimdən silah sursatlarına qədər cəbhənin təchizatını öz üzərinə götürüb gecə - gündüz təəmin edən Azərbaycan müharibənin taleyində əsas faktora çevrilmişdi...
İmişli rayonu müharibə illərində
İkinci Dünya müharibəsində İmişli rayonundan 4047 nəfər cəbhəyə səfərbər edilmişdi. Krım, Odessa, Kiyev, Moskva, Stalinqrad, Leninqrad və başqa cəbhə bölgələrində gedən döyüşlərdə qəhrəmancasına döyüşən həmyerlilərimizin keçdiyi zəfər yolu unudulmazdır.
Müharibə zamanı onlardan 1545 nəfəri həlak olmuş və itkin düşmüşdü. Ötən əsrin 60 - cı illərində rayonun mərkəzi meydanında “Naməlum əsgər” in xatirəsini əbədiləşdirən monumental heykəl ucaldılmışdı. Abidənin podstamentində müharibədə həlak olmuş 23 nəfərin adı həkk olunmuşdu. Onlardan yalnız 7 nəfəri azərbaycanlı, qalanları isə rus və tatar xalqının nümayəndəsi olduğunu təmsil edirdi. Aradan xeyli müddət keçəndən sonra, 1979 - cu ildə rayonda yeni rəhbərin, Rayon Partiya Komitəsinin I katibi seçilən Qadir İsmayılzadə, qısa zaman kəsiyində memarlıq baxımından rayon mərkəzinin abadlaşdırılmasına xüsusi diqqət göstərdi. Göz oxşayan yeni yaşıllıq meydançaları, parklar və küçəllər müasir şəhərsalma qaydalarında simasın dəyişdi. Bu dövrdə Azərbaycan Respublikası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev rayon sakinlərinin görüşünə gəlmişdi. Dəmir yolu vağzalında sakinlərin alqışları ilə qarşılanan Heydər Əliyev ilk görüşdə şəhərdə görülmüş abadlıq işlərini razılıqla qiymətləndirmişdi. Sonra meydanın mərkəzində “Naməlum əsgər” abidəsinə doğru hərəkət edərək rayon zəhmətkeşləri ilə görüşüb şəxsi məsələləri ilə maraqlandı. O, abidə önündə həkk olunmuş adları diqqətlə oxudu. Bu an sinəsində orden - medalları ilə seçilən, müharibə iştirakçısı, rayon müharibə veteranlar şurasının sədri Ağası Nəsirov irəli keçdi.
Heydər Əliyev onunla səmimi görüşəndən sonra, təbəssümlə: - Görürəm, orden - medallarından bilinir ki, müharibədə vuruşmusunuz!
Ağası Nəsirov: - Bəli, yoldaş Heydər Əliyev. Bakıdan - Berlinə qədər 1941 - 1945 - ci illərdə hərbiçi zabit kimi döyüş yolunu keçmişəm. Tərxis olunandan sonra, hazırda, rayon müharibə veteranlar şurasının sədri vəzifəsini icra edirəm.
Heydər Əliyev: - İmişlidən neçə nəfər müharibəyə səfərbər olunmuşdu?
Ağası Nəsirov: - Rayon Hərbi komissarlığının rəsmi sənədi əsasında 4047 nəfər müharibəyə səfərbər edilib. Onlardan 1545 nəfəri cəbhə bölgələrində həlak olub, itkin düşüb. Apardığımız araşdırma və yazışmalar zamanı onlardan 360 nəfərin həlak olduğu yerləri və uyduğu qardaşlıq məzarlarını məlum etmişik.
Heydər Əliyev: - Aydındır, Burada onların adları az göstərilir. Gələcəkdə bunları nəzərə almaq lazımdır.
Qadir İsmaylzadə: - Yoldaş Əliyev, yaxın zamanda bu məsələnin həllinə çalışacağıq.
Heydər əliyev: - Görürəm! Az bir müddətdə fəaliyyətinizlə rayonun abadlıq işlərində xeyli iş görümüsünüz. Bu təqdirə layiqdir.
Heydər Əliyevin 1979 - cu ildə İmişli sakinləri ilə görüşündən sonra rayon mərkəzi abadlıq sahəsində öz simasını dəyişdi. Eyni vaxtda Tarix Diyarşünaslıq muzeyi, Şöhrət Muzeyi və Dövlət Rəsm Qalereyası, Şahmat məktəbi, Mədəniyyət sarayının inşasına başlanıldı. Ticarət yarmarkası, beşmərtəbəli binalar, müasir məktəblər, Araz çayı üzərində körpü, Kitab evi, Mərkəzi kitabxana binası, və onlarla infrastruktur mərkəzləri yaradıldı, prospektlər abadlaşdırıldı. Sözün əsil mənasında, tarixi Kür - Araz mədəniyyətinin Mil - Muğan düzündə ikinci Şəhərgah sayılan İmişli rayonu özünün intibah dövrünə qədəm qoydu.
Bütün bunlarla yanaşı mövzunun mahiyyətini zənginləşdirən və İkinci Dünya Müharibəsində döyüş yolu keçmiş İmişli sakinlərinin xatirəsini əbədiləşdirən Döyüş Şöhrəti kompleksindən bəhs etmək yerinə düşərdi.
Sov. İKP MK - nın qərarı ilə 1984 - cü ilin iyun ayında “1941-1945 - ci illərdə Böyük Vətən Müharibəsində sovet xalqının faşizm üzərində qələbəsinin 40 illiyi şərəfinə Ümumittifaq Baxışının keçirilməsi ilə tədbirlərə başlanıldı. Rayon Partiya Komitəsinin tapşırığı ilə şəhərin giriş hissəsində müasir memarlıq üslubunda Şöhrət Muzeyi Xatirə kompleksinin tikinti işləri aparıldı.
Kompleksin memarı Hafiz Qənbərov, Heykəltaraş professor İbrahim Zeynalov və Şöhrət Muzeyinin ekspozisya tərtibatçısı Mədəniyyət Nazirliyinin studiya rəhbəri Cahangir Məmmədov fəaliyyət göstərirdilər. Bu taleyüklü məsələdə rayon Tarixşünaslıq Muzeyinin əməkdaşları müharibə iştirakçılarının arxiv sənədlərini toplayıb muzeyin ekspozisiyasında xronoloji ardıcıllıqla yerləşdirdi. İki hektar sahəni əhatə edən kompleksdə Su Təssərrüfatı - Meliorasiya təşkilatının rəhbəri Fəyyaz Həşimov və bir çox təşkilatların işçiləri çalışırdı. 1985 - ci ilin aprelində Professor İbrahim Zeynalovun rəhbərliyi ilə 18 metr hündürlükdə “İki od arasında” memorial xatirə abidəsi ucaldıldı. Gündəlik işlərə nəzarət edən rayon Partiya Komitəsinin ideoloji sahə üzrə katibi Gözəl xanım Səfərovanın xidmətləri danılmazdır.
Müharibədə həlak olan həmyerlilərimizin əzizləri İttifaqın müxtəlif yerlərində döyüşdə həlak olmuş və “Qardaşlıq məzarında” uyuyan döyüşçülərin məzarından gətirdikləri torpaq və urnaları abidənin potstamentinin alt tərəfində xüsusi qablarda yerləşdirdilər. Muzeydən abidəyə qədər yeraltı kabel çəkildi. Abidədə dinamik vasitəsi ilə bəstəkar Qara Qarayevin Müharibədə həlak olanların şərərəfinə bəstələdiyi “Rekviyim” musiqisi gecə - gündüz xüsusi muzeydə yerləşdirilmiş maqnitofanla səsləndirilməsi üçün hazırlıq işləri aparıldı.
Şöhrət muzeyi və Kompleksi 1985 - ci il mayın 5 - də rayon sakinlərinin iştirakı ilə açılışı oldu. Mərasimi Moskva “Zaman” xəbərlər proqramı yayımının telejurnalisti Mais Məmmədov tərəfindən çəkiliş apardı.
Mayın 6 - da Moskvadan “Zaman” proqramında geniş reportaj verildi. Bu reportajın sədası qısa zaman kəsiyində ittifaqın hər yerində yad edildi. !985-ci ilin noyabrında Moskvadan birbaşa İmişliyə gələn V.İ. Leninin qardaşı qızı, professor Olqa Dimitrovna Ulyanova və həyat yoldaşı general polkovnik, akademik A.Y. Maltsev Şöhrət Muzeyi və Xatirə Kompleksini ziyarət etdilər.
!985 - ci ilin noyabrında Alman faşizm üzərində Sovet Ordusunun Qələbəsinin 40 illiyinə həsr olunmuş Ümumittifaq baxışı yekunlaşdı. Bu baxış zamanı İmişli Şöhrət muzeyi və Xatirə Kompleksi qalib sayıldı.
Yarışın sədri SSRİ Mədəniyyət Naziri P.N. Demiçev və sədr müavini SSRİ Həmkarlar İttifaqının sədri Y.İ. Naumenkonun imzası ilə II dərəcəli Diploma layiq görüldü.
İndi, ötən dövrdən artıq 80 il keçib. Artıq Azərbaycan xalqı azğınlaşmış, bədnam erməni silahlı qüvvələri ilə çarpışmalı oldu. Vətənimizin ayrılmaz parçası olan Qarabağ diyarı silahlı erməni qüvvələri tərəfindən işğal olunmuşdu. Xəyanətkar əməllərindən peşiman olmayan erməni neofaşistləri silahı yerə qoymaq istəmirdi.
Nəhayət Beynəlxalq Aləmdə haqq səsimizə biganə yanaşmanın və Ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli addımı nəticəsində erməni silahlı qüvvələri əzəli yurdumuz Qarabağ diyarında məhv edilərək rusvaycasına qovuldu.
Qarabağ diyarında həyat yenidən öz məcrasına düşdü. Müasir memarlıq üslubunda yeni qəsəbə və şəhər mərkəzləri salınır. Yollar çəkilir, yeni infrastrukturlar, sənaye mərkəzləri yaradılır. İnsan amili üçün göz oxşayan mərkəzlər istifadəyə verilir. Sakinlər öz əzəli yurdlarına köçürülür və inşa edilmiş evlərdə yerləşdirilir. Bir sözlə hər nə varsa insanların normal həyat tərzinə həsr olunur...
Artıq arxada qalmış bu müharibədə İmişli sakinlərinin rəşadəti tarixdə qızıl hərflərlə qeyd olunur. İmişli Şöhrət Kompleksində uyuyan şəhidlərimizin məzarı müqəddəs məkana çevrilmişdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun. Qazilərimizə səbir və sağlam ömür diləyirəm.
İkinci Dünya Müharibəsində Azərbaycan Respublikasının xidmətləri.
Dünya tarixşünaslığında, Avropa dövlətlərinin hərbi, elmi tətqiqat mənbələrində bir fikir bu gün də aktuallığını qüvvədə saxlayır.
Həqiqətən də Azərbaycan dövləti İttifaqın hərbi potensialının əsas bazası kimi müharibədə fəaliyyəti genişdir. Müharibənin taleyində isə paytaxtımız Bakı şəhəri “Qəhrəman şəhər” siyasi stasusunu bu günə qədər almamış və yad edilmir.
Bütün bunlarla yanaşı ittifaqda hər bir sahədə seçilən respublikamızın igid oğul - qızları inamla vuruşmuşdular. Cəbhə bölgəsində bir - birinin ardınca yaradılmış 77 - ci diviziya “Simferopol diviziyası”, 223 - cü diviziya “Belqrad diviziyası”, 271 - ci divizya “Qarlov diviziyası”, 416 - cı “Taqanroq diviziyası”nın şücayəti və keçdiyi döyüş yolları azərbaycanlıların Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi qəhrəmanlıqlar xarici dövlətlərinin də diqqətini cəlb etmişdi. Ölkənin iqtisadiyyatı müharibə dövrünün qanunları ilə idarə olunurdu. İstehsalda iş saatları 10 - 12 saata qaldırılmışdı. “Hər şey cəbhə üçün, hər şey qələbə naminə!” devizi ilə əməkçilər gecə - gündüz çalışırdılar.
Müharibə illərində Bakı ölkə neftinin 80 - 85 faizini, benzin və dizel yanacağının 85 - 90 faizini istehsa edirdi. Mühim silah növləri, mərmilər, patronlar Bakı müəssisələrində istehsal olunurdu. Faşist qüvvələrini vahiməyə salan əfsanəvi “Katyuşa”, BM - 13 hərbi texnika maşını və mərmiləri Bakıda istehsal olunurdu. Xalqımızın tərbiyə edib boya - başa çatdırdığı yüzlərlə oğul və qızlarımız cəbhə bölgəsində qəhrəmanlıq göstərmişdilər. Onlardan 121 nəfəri o dövrün ən ali mükafatı, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. On minlərlə həmyerlimiz isə xidmətlərinə görə orden, medallarla təsis edilmişdi. Müharibə zamanı mühacirətdə olan görkəmli ictimai xadim və ziyalılarımız azərbaycanlıların taleyinə biganə qalmamışdı. Onlar faşizmin mənfur planlarını rədd edərək Azərbaycanı bu müharibədən kənarlaşdırılmasına çalışırdılar.
Müharibə Veteranı Ağası Nəsirov Berlin şəhərində
Müharibənin fəlakətləri...

Faşizmlə döyüşdə Avropa, Asiya, Afrika və nəhayət Amerikada 60 milyondan çox insanın, hərbiçinin ölümü ilə nəticələndi. Birinci Dünya Müharibəsindən 5 - 6 dəfə çox fəlakətlər gətirdi. Bütövlükdə müharibənin törətdiyi ağrılı fəsadlar 5 trilyon dəyərində hesablanmışdı. Bu müharibədə qələbənin əldə olunması on minlərlə soydaşımızın həyatı bahasına başa gəldi. Azərbaycan xalqı 34 ildir ki, öz istiqlaliyyətinin tam sahibidir. Baxmayaraq ki, ərazimizin 20 faizi yadelli erməni militarizmi tərəfindən işğal olunmuşu. Ancaq Azərbaycan dövlətinin Yeni Qurucusu , Ümummilli lider Heydər Əliyevi qlobal siyasəti sayəsində öz ərazi bütövlüyünü, müstəqilliyini bərpa etmiş, yaşamış və dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxmışdır.

Vaqif RÜSTƏMOV,
İmişli rayon Tarix Diyarşünaslıq və
Şöhrət Muzeyinin sabiq direktoru,
təqaüdçü tarix müəllimi
9-05-2025, 20:31
Ukrayna ilə bağlı mühüm açıqlama: yaxın iki gündə...


Ukrayna ilə bağlı mühüm açıqlama: yaxın iki gündə...

Yaxın iki gün ərzində Ukraynada uzunmüddətli
atəşkəslə bağlı razılaşma əldə oluna bilər.
Bunu “Bild”ə Almaniyanın yeni kansleri Fridrix Merzə istinadən yazıb.
“Mən çox ümid edirəm ki, bu həftə sonu Ukraynada atəşkəs razılaşması əldə olunacaq”, - deyə o bildirib.
Merzin sözlərinə görə, üç günlük atəşkəsin 30 günə qədər uzadılması ehtimalı var. O zaman sülh sazişi üzrə danışıqlar başlaya bilər.
"Mən bu təşəbbüsü qətiyyətlə dəstəkləyirəm. Onu da bilirəm ki, Fransa, Böyük Britaniya və Polşa hökumətləri bu mövqeyi bölüşürlər. Bu həftə sonu, Moskvada böyük hərbi paradla qeyd olunan gündən sonra atəşkəsə nail olmaq şansı var.", - Merz deyib.
Merz vurğulayıb ki, həm Ukrayna, həm də Avropanın böyük dövlətləri bu təşəbbüsü dəstəkləyir və onunla razılaşır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!