2 milyona görə həbs edilən direktora daha bir ittiham .....                        Azərbaycana keçən ermənilər geri qaytarıldı .....                        Erməni əsgəri ildırım vurub öldürdü .....                        Kobaxidze Azərbaycanla əlaqələrdən danışdı .....                        Şahramanyan yenə dindirildi .....                        Şahramanyan yenə dindirildi .....                        Ağır qəzada həlak olanlardan biri şəhid qardaşı imiş .....                        Tramp "Tesla"dan imtina edir .....                        Millimiz Qazaxıstanı məğlub etdi .....                       
7-05-2025, 16:10
Hava yenidən soyuyacaq - Şimşək, leysan, dolu...


Hava yenidən soyuyacaq - Şimşək, leysan, dolu...

Mayın 8-11-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
7-05-2025, 16:00
Prezident bu qanunlara dəyişikliyi təsdiqlədi


Prezident bu qanunlara dəyişikliyi təsdiqlədi

Yanacaqdoldurma obyektlərinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növünə aid ediləcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara edilən dəyişikliklərdə əksini tapıb.
Bu fəaliyyət növünə lisenziya verilərkən sənədin verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə onu verən orqan arasında müqavilənin bağlanması tələbi, əks halda lisenziyanın hüquqi nəticələr yaratmaması müəyyən olunub.
Müvafiq olaraq yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına görə dövlət rüsumu müəyyənləşir. Layihəyə əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına lisenziya verilməsi üçün 1100 manat dövlət rüsumu, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına lisenziya verilməsi üçün isə 2500 manat dövlət rüsumu müəyyən edilib.
7-05-2025, 15:34
Hökumə Əliyevanın ev muzeyi tikilir


Hökumə Əliyevanın ev muzeyi tikilir

Milli Qəhrəman Hökumə Əliyevanın ev muzeyi tikilir.
Bu barədə Milli Qəhrəmanın atası Cəlil Alıyev məlumat verib.
Ev muzeyi Samux rayonunun Alıuşağı kəndində yerləşəcək.
Muzeydə Milli Qəhrəmana məxsus əşyalar sərgilənəcək.
O qeyd edib ki, ev muzeyi ailə tərəfindən tikilir:ə. “Tikinti özümüz tərəfimizdən aparılır. İşlər yekunlaşdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”, - Cəlil Alıyev bildirib.
Hökümə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ailəsi 1993-cü ildə kəndlərinin işğalı səbəbindən məcburi köçkün düşərək, Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb.
1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşamışdır. Hökümə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 178 nömrəli məktəbində təhsil alıb.
Daha sonra ailəsi Gəncəyə köçüb və Hökümə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veyselov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra, 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Prezident İlham Əliyevin sərəncamı ilə 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Əliyeva qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.
7-05-2025, 15:28
Ukraynada dustaqlar da müharibəyə aparılır


Ukraynada dustaqlar da müharibəyə aparılır

Ukraynada cəzaçəkmə müəssisələrindəki məhkumların 20-30 faizini orduda xidmət etməyə aparacaqlar.
Bu barədə Ukrayna ədliyyə nazirinin müavini Yevgeni Pikalov “Ukrinform”a müsahibəsində danışıb.
"Bu gün 8300-dən çox məhkum Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulub, daha 1000 müraciətə baxılır. Biz 100 qadını da səfərbər etmişik. Əgər bu təşəbbüsün potensialından danışsaq, proqnozlarımıza görə, məhkumların ümumi sayının təxminən 20-30%-i Ukraynada bu imkandan istifadə edə və dövlətin müdafiəsinə qalxa bilər".
Pikalovun fikrincə, məhkumlar Rusiya təcavüzünün davam etdiyi şəraitdə silahlı qüvvələr üçün mühüm kadr ehtiyatına çevrilə bilər.
7-05-2025, 15:20
Moskvaya gedən liderlərin təyyarəsinə qadağa qoyuldu


Moskvaya gedən liderlərin təyyarəsinə qadağa qoyuldu

Latviya və Litva hakimiyyəti Moskvadakı Qələbə paradına hazırlaşan Serbiya prezidenti Aleksandr Vuçiçin təyyarəsinin onların hava məkanından keçməsinə icazə verməkdən imtina edib.
Bu barədə Serbiyanın “Kurir” nəşri məlumat yayıb.
A.Vuçiç Moskvada alman faşizmi üzrənidəki Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərə dəvət olunub.
Latviya hakimiyyəti qadağanı “uçuşun məqsədinin siyasi incəliyi” ilə izah edib. Litva isə imtinanı “texniki və diplomatik incəliklərə” görə əsaslandırıb.
“Kurir” nəşrinin digər məlumatına görə, Slovakiyanın baş naziri Robert Fitsonun da Polşa və Litvanın hava məkanından uçuşu qadağan edilib. Bu ölkələrin hakimiyyət orqanlarının rəsmi nümayəndələri hələlik məlumatı şərh etməyiblər.
7-05-2025, 15:08
Ermənistanın yeni Konstitusiyası hazırlanır - Ədliyyə naziri


Ermənistanın yeni Konstitusiyası hazırlanır - Ədliyyə naziri danışdı

Ermənistanın yeni Konstitusiyasının mətni hazırlanma mərhələsindədir və onun hazırlanmasını yaxın vaxtlarda müvafiq şura üzvləri ilə müzakirə etmək planlaşdırılır.
Bunu ədliyyə naziri Srbuhi Qalyan parlamentdə jurnalistlərə bildirib.
Müstəqillik aktının Konstitusiyanın yeni mətnindən çıxarılmasının mümkün olub-olmaması ilə bağlı suala Qalyan belə cavab verdi:
"Müxtəlif variantları nəzərdən keçiririk, lakin mətn hələ hazırlanma mərhələsindədir. Bizim bir yanaşmamız var və bu yanaşma çərçivəsində müxtəlif standartlar üzrə müzakirələr aparılır. Mətn konkretləşəndə ​​onu sizinlə paylaşacağıq".
O, həmçinin əlavə edib ki, müxalifət nümayəndələri bu müzakirələrdə iştirak etmirlər.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin aprel ayında verdiyi açıqlamalarda yeni konstitusiya layihəsində Azərbaycana ərazi iddiasını nəzərdə tutan müstəqillik aktına istinadın olmayacağını vurğulayıb.
Qeyd edək ki, Bakı ilə İrəvan arasında 17 paraqrafdan ibarət sülh müqaviləsinin mətni tam razılaşdırılıb.
Rəsmi Bakı sülh müqaviləsinmin imzalanması üçün Ermənistan qarşısında iki şərt irəli sürüb: ATƏT-in Minsk qrupunin ləğv edilməsinə razılıq verilməsi və yeni konstitusiyada müstəqillik aktına istinadın çıxarılması.
7-05-2025, 14:40
Binədə sənədsiz torpaq satan dələduzlar tutuldu


Binədə sənədsiz torpaq satan dələduzlar tutuldu

Binə qəsəbəsində sənədləri olmayan torpaqları vətəndaşlara sataraq dələduzluq edənlər saxlanılıblar.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Binə qəsəbəsində müvafiq sənədləri olmayan torpaq sahələrinin satışını həyata keçirən, eləcə də tikintiyə razılıq alacaqları vədi ilə insanların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törədən 46 yaşlı Zaman Babayev və 48 yaşlı Bərxudar Səmədov saxlanılıblar.
Bu şəxslər qabaqcadan əlbir olaraq sənədləri olmayan torpaqları müxtəlif şəxslərə sataraq ümumulikdə zərərçəkənlərə 154 800 manat məbləğində maddi ziyan vurublar.
Faktla bağlı cinayət işi başlanılıb, Z.Babayev və B.Səmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onların qanununsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.
7-05-2025, 14:33
Rüfət Səfərovun işi məhkəməyə göndərilir


Rüfət Səfərovun işi məhkəməyə göndərilir

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb.
Hazırda Rüfət Səfərov və müdafiəçiləri cinayət işi ilə tanış olurlar. Rüfət Səfərovun cinayət işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
7-05-2025, 14:25
İrakli Kobaxidze hakim partiyaya sədr seçildi


İrakli Kobaxidze hakim partiyaya sədr seçildi

Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının qurultayında ölkənin baş naziri İrakli Kobaxidzeni yeni sədr seçib.
2024-cü ilin fevralından hakim partiyaya sabiq baş nazir İrakli Qaribaşvili rəhbərlik edirdi. Lakin o, aprelin 25-də siyasətdən getdiyini elan edəndən sonra partiya sədri vəzifəsi boş qalıb.
Kobaxidze ikinci dəfə partiya sədri olub. O, ilk olaraq 2021-ci ilin yanvarından 2024-cü ilin yanvarına qədər partiyaya rəhbərlik edib.
“Gürcü arzusu”nun təsis qurultayı 21 aprel 2012-ci ildə baş tutub. 2012-ci ilin payızında keçirilən parlament seçkilərində partiya qalib gəlib və o vaxtdan Gürcüstan parlamentində çoxluğu qoruyub saxlayır.
Müxtəlif vaxtlarda partiyanın sədrləri arasında təsisçi Bidzina İvanişvili, Gürcüstanın keçmiş baş nazirləri İrakli Qaribaşvili və Giorgi Kvirikaşvili də olub. Üstəlik, İvanişvili və Qaribaşvili iki dəfə partiyaya rəhbərlik ediblər.
7-05-2025, 14:07
Macarıstanın Baş Qərargah rəisi Azərbaycanda - VİDEO


Macarıstanın Baş Qərargah rəisi Azərbaycanda - VİDEO

Azərbaycanda rəsmi səfərdə olan Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, professor, general Qabor Böröndinin rəhbərlik etdiyi nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin (HHQ) Mərkəzi Komanda Məntəqəsi, Kibertəhlükəsizlik Mərkəzi və komando hərbi hissələrindən birini ziyarət edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə HHQ-nin Mərkəzi Komanda Məntəqəsinə gələn nümayəndələrə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-polkovnik Namiq İslamzadə müasir standartlara cavab verən, yüksək texnoloji imkanlarla təchiz edilmiş komanda məntəqəsinin strukturu və fəaliyyəti barədə məlumat verib. Qonaqlara Azərbaycanın hava məkanına nəzarət, uçuş əməliyyatlarının koordinasiyası və qərargah səviyyəsində idarəetmə prosesləri barədə ətraflı brifinq təqdim olunub.
Sonra Kibertəhlükəsizlik Mərkəzinə gələn nümayəndələr Azərbaycan Ordusunun silahlanmasına daxil olan müasir silah sistemi və informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər, eləcə də Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub. Nümayəndə heyətinə müasir kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri barədə ətraflı məlumat verilib.
Daha sonra hər iki ölkənin Baş Qərargah rəisləri komando hərbi hissələrindən birini ziyarət edərək hərbi hissədə yaradılan şəraitlə tanış olublar. Hərbi qulluqçuların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri izlənildikdən sonra Azərbaycan Ordusunun istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikasından ibarət sərgi nümayiş olunub, onların taktiki-texniki xüsusiyyətləri, düzgün istifadə qaydaları ilə bağlı məlumat verilib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!